Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-596/2025 04.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi, müqavilədən imtina, ödənişin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı podrat müqaviləsi üzrə pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2024-cü il tarixli 2(103)-5719/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 4 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərar ı qəbul etdi. İşin halları
1. İddiaçı öz fərdi yaşayış evinin 11 ədəd qapısının (7 ədəd tək qapı, 1 ədəd 4 laylı şəbəkə, 1 ədəd 3 laylı şəbəkə, 1 ədəd 2 laylı şəbəkə və mansard üçün 1 balaca qapı olmaqla) hazırlanması ilə bağlı 2022-ci ildə Cavabdeh sifariş vermiş, ümumilikdə görüləcək işə görə 11500 manat ödəniləcəyinə dair şifahi qaydada razılaşma əldə edilmişdir.
2. Sifararişçi 8350 manat ödəmiş və sifariş olunan qapıların forması, rəngi, dizaynı fotoşəkillərlə razılaşdırılmışdır.
3. Qapılar podratçı tərəfindən hazırlanaraq sifarişçiyə təqdim edilmiş, sifarişçi 6 qapını qəbul etmiş, 5 qapını isə qəbul etməyərək sifarişə uyğun olmadığı üçün dəyişdirilməsini tələb etmişdir. Podratçı həmin qapıları qüsurun aradan qaldırılması üçün geri götürmüşdür. Podratçı qüsurların aradan qaldırılması ü çün əlavə pul tələb etmiş, lakin tərəflər pulun məbləği barədə razılığa gələ bilməmişlər. 4. 27 avqust 2023-cü il tarixdə podratçıya məxsus sexdə yanğın baş vermiş və qüsurların aradan qaldırılması üçün geri götürülmüş 5 qapı sexdə yanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8350 manat pulun və ödənilmiş 104 manat dövlət rüsumu əvəzinin tutulub xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci il tarixdə ona məxsus olan fərdi yaşayış evinə 11 qapı sifariş vermək qərarına gəlmişdir. Cavabdeh məxsus olan qapıpəncərə sexinə gedərək onun əl qabiliyyətinə baxmış və xoşuna gəlmişdir. Bundan sonra evinin qapılarını d üzəltməsini ona sifariş eləmək qərarına gəlmişdir. Ona məxsus olan fərdi yaşayış evinin birinci mərtəbəsi üçün 5 qapı, ikinci mərtəbə üçün 5 qapı və mansard üçün isə bir qapı düzəltməli idi. Razılaşmaya əsasən birinci mərtəbə üçün hazırlanmalı olan qapılardan 1-i 4 şəbəkədən, 1-i 3 şəbəkədən ibarət, 1-i 2 qapılı, digər 2 qapı isə tək qapıdan, ikinci mərtəbədə beş qapı tək qapıdan, mansarda isə düzəlməli olan qapı 1 ədəd balaca qapıdan ibarət olmaqla sifariş verilmişdir. Qapılar maşın rəngi ilə rənglənməli idi. Qapıların düzəlməsi üçün ümumi olaraq Cavabdehlə 10.000 manata razılaşmışlar. Sifarişi qəbul etdikdən sonra ilkin olaraq Cavabdeh öz evində 5000 manat və 600 manat vermişdir. Həmçinin qapıların plintusları üçün cəmi 750 manat da ayrıca vermişdir. Bir müddətdən sonra birinci mərtəbə ü çün sifariş verilmiş 1 ədəd tək qapı və 2-ci mərtəbə üçün 5 ədəd tək qapılar təhvil verilmişdir. Lakin 1-ci mərtəbə üçün sifariş verilmiş 3 ədəd şəbəkəli qapılar gətirlib təhvil veriləndə xoşuna gəlməmiş və onun sifariş verdiyi formada yığılmamışdır. Bununla bağlı Cavabdeh bildirdikdə ona demişdir ki, qapıları yerlərinə yığandan sonra qərar verərsiniz. Lakin ona bildirib ki, şəbəkəli qapılar yığılandan sonra xoşuna gəlməsə qəbul etməyəcəkdir. Cavabdeh bildirib: “yığılandan sonra xoşunuza gəlməsə söküb aparmaq bizlikdir”. Şəbəkəli qapılar birinci mərtəbəyə yığılandan sonra onun xoşuna gəlməmiş və şəbəkəli qapıların çıxarılmasını tələb etmişdir. Həmin vaxt cavabdeh ondan 2000 manat da qapıların hazırlanması üçün razılaşdıqları puldan almışdır. İddiaçı ondan qapıların tam şəkildə hazırlanıb t əhvil verilməsini tələb etdikdə, ona bildirmişdir ki, şəbəkəli qapılar yenidən yığılması üçün sifariş verməlidir, buna görə də, razılaşdığı puldan qalan 2400 manatı və əlavə olaraq 3000-4000 manat pul tələb etmişdir. İddiaçı ona əlavə olaraq insanlıq xatirinə 1000 manat verə biləcəyini bildirmişdir. Cavabdeh bununla razılaşmayaraq şəbəkəli qapıları sökərək aparmış və ona hara istəyirsə şikayət edə biləcəyini bildirmişdir. Dəfərlərlə cavabdehdən ya şəbəkəli qapıların təhvil verməsini, ya da ona verdiyi ödənişləri geri tələb etsə də, heç bir nəticəsi olmamışdır.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etirazında bildirmişdir ki, iddiaçı ona həqiqətən 11500 manatın 8350 manatı ödəmişdir. Lakin cavabdeh qapıların qoyulacağı yerlərin ölçüləri götürülərkən iddiaçıya əvvəldən bildirm işdir ki, bu ölçülərdə onun istədiyi şəkildə şəbəkə qapıların qoyulması mümkünsüzdür, qapı keçidləri genişləndirilməlidir. İddiaçı əvvəl razılaşsa da, sonra məlum oldu ki, yenə də cavabdehin bildirdiyindən daha kiçik ölçüdə genişlənmə aparmışdır. Buna baxmayaraq, cavabdeh qapıları hazırlamış, iddiaçı qapılara sexdə baxmış və bəyənmişdir. Qapılar qoyularkən də bir narazılıq olmamışdır. 6 qapı qoyularaq təhvil verilmiş və iddiaçı qəbul etmişdir. Qapılar qoyulduqdan bir neçə gün sonra iddiaçı zəng vuraraq bildirmişdir ki, qapıların bir qismini bəyənmir, mansard qapının isə mexanizmində problem var. Cavabdeh ünvana gedərək qapılara baxış keçirmiş, qapıları razılaşdıqları kimi düzəltdiyini, bu ölçülərdə bundan daha yaxşı nəyisə düzəltməyin mümkün olmadığını bildirmişdir. Daha sonra razılaşmışla r ki, iddiaçı ödəmədiyi 2400 manatı və əlavə 2000 manatı ödəyəcək. İddiaçı razılaşdığına görə qapılar sökülərək sexə aparılmışdır. Lakin sonra iddiaçı həmin məbləğdə pulu ödəyə bilməyəciyini bildirdiyindən razılaşma pozulmuşdur. Sexdə olan 27 avqust 2023-cü il tarixdə ünvan 1 ünvanda, “Bakı Ağac Emalı” ərazisində yerləşən mebel aksesuarları sexində baş vermiş yanğın nəticəsində onun sexi də yanğının təsirinə məruz qalmış və mebel sexindəki bütün avadanlıqlar yanmışdır. İddiaçı ilə ümumi sifarişin qiyməti razılaşdırılmışdır. Həmin tarixlərdə tək qapı təxminən 500 manata hazırlanılırdı.
8. Məhkəmədə şahid qismində ifadə vermiş iddiaçının həyat yoldaşı X6 alt mərtəbənin qapıları qoyulduqda qapılar fərqli olduğu üçün geri qaytarılmış, mansardın qapısı da cavabdeh tərəfindən tam oturmadığı üçün düzəldilməsi məqsədilə aparılmış, geri qaytarılmamışdır.
9. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 ifadəsində bildirmişdir ki, Cavabdehlə qohumdur. Qapıların sifarişi daxil olduqda Xalid qəbul edib qiymətini özü danışır, onlar sadəcə qapıları hazırlayır və Xaliddən pullarını alırlar. Sifarişi qəbul etdikdən sonra onlar qapıları hazırlayırlar. Hazırkı işdə də qapıları hazırlayan zaman iddiaçı və həyat yoldaşı sexə gələrək qapılara baxıb bəyəndikləri üçün onlar işlərinə davam etmişdirlər. Evin 2-ci mərtəbəsinin qapılarını qoymuşdurlar və iddiaçı tərəfindən bəyənilmişdir. Sadəcə mansardın qapısı qoyulmamışdır.
10. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X11 ifadəsində iddiaçının qaynatası olduğunu, qapılar düzəldilən zaman cavabdehə 5000 manat və 2000 manat məbləğində pul ver iləndə özünün şəxsən iştirak etdiyini bildirmişdir. İddiaçı və qızı qapıları bəyənmədiyindən cavabdeh qapıları sökərək aparmış, lakin indiyədək təmir edib gətirməmişdir.
11. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş Şahid2 ifadəsində bildirmişdir ki, fəhlə kimi işləyir, mebel sexində yanğın başladıqdan sonra işləmir, işi yekunlaşdırdıqdan sonra iddiaçı pulu cavabdehə vermişdir.
12. İddiaçı tərəfindən təqdim edilən “Fıstık” memarlıq və mebel şirkətinin rəyi ilə müəyyən edilmişdir ki, 4 laylı qapı içi şam ağacı, üzlük MDF boya 4800 manat, 3 laylı qapı içi şam ağacı, üzlük MDF boya 3600 manat, 2 laylı qapı içi şam ağacı, üzlük MDF boya 2400 manat, tək qapı 1100 manat, tək qapı (mansardın qapısı) - içi şam ağacı, üzlük MDF boya 1000 manat təşkil edir.
13. İddiaçı tərəfindən təqdim edilən " xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli hesabatı ilə taxta qapı (iç taxtası şam ağacı) ölçüsü 2,78 x 2,82 m üzlük MDF boyası 4 gözlü şəbəkə 1 ədəd-4350 manat, taxta qapı (iç taxtası şam ağacı) 2,78 m x 2,08 m üzlük MDF boya 3 gözlü şəbəkə 1 ədəd 3250 manat, taxta qapı (iç taxtası şam ağacı) 2,78 x 1,75 m üzlük MDF boya 2 gözlü şəbəkə 1 ədəd-2250 manat, taxta qapı (iç taxtası şam ağacı) ölçüsü 2,42 m x 0,88 m üzlük MDF boya tək qapı 1 ədəd - 1050 manat, taxta qapı (iç taxtası şam ağacı) ölçüsü 1,93 m x 0,86 m üzlük MDF boya tək qapı 1 ədəd -1050 manat müəyyən edilmişdir.
14. Cavabdeh tərəfindən təqdim edilən qiymət təklifinə əsasən 4 laylı qapı (iç taxtası şam ağacı) üzlük MDF boya 2,78x2,82 1 ədəd – 2900 manat, 3 laylı qapı (iç taxtası şam ağacı) üzlük MDF boya 2, 78 m x 2,05 m 1 ədəd -2200 manat, 2 laylı qapı (iç taxtası şam ağacı) üzlük MDF boya 2,78 x 1,75 m 1 ədəd – 1800 manat, tək qapı (iç taxtası şam ağacı) üzlük MDF boya 2,44 m x 0,88 m 1 ədəd -850 manat, tək qapı ( mansardın qapısı) (iç taxtası şam ağacı) üzlük MDF boya 1,93x0,86 m 1 ədəd – 700 manat, ümumi məbləğ 8450 manat müəyyən edilmişdir.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-231/2024 saylı, 28 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbi qismən təmin edilərək cavabdeh X3 5350 manat və 66 manat məbləğində pulun tutularaq iddiaçı X5 ödənilməsi; mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 66 manatının cavabdehdən iddiaçının xeyrinə tutulması, qalan hissədə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. Bi rinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işin məhkəmə tərəfindən müəyyənləşdirilən mübahisəsiz hallarına əsasən iddiaçı cavabdehə razılaşdırılmış 11500 manat puldan 8350 manat məbləğində pulu ödəmişdir. İddia ərizəsində qeyd edilən bu hal cavabdeh tərəfindən də etiraf edilmişdir. Daha sonra hazırlanan 11 qapıdan 6-nın (beş ədəd 2-ci mərtəbədə, bir ədəd birinci mərtəbədə olmaqla) iddiaçı tərəfindən qəbul edilməsi, qalan qapıların qəbul edilməməsi də tərəflərin izahatları ilə təsdiqini tapır.
17. Mübahisəli məsələ eyni zamanda cavabdehin etirazının əsasını da təşkil edən – qapıların əvvəldən bəyənilməsi, daha sonra iddiaçının fikiri dəyişərək qəbul etməkdən imtina etməsidir. Cavabdeh bu halı sübut etmək məqsədilə məhkəməyə CD disk təqdim etmiş, lakin iddiaçı sexdə bəyənilən qapıların qəbul edilən qapılar olduğunu bildirir.
18. Məhkəmə iddiaçının izahatını ağlabatan mühakimə əsasında daha inandırıcı hesab etmişdir. Belə ki, cavabdeh özü də bildirmişdir ki, iddiaçı qapı girişlərinin genişləndirilməsinin zəruri olduğunu bildirmiş, lakin iddiaçının qapı girişlərini cavabdehin dediyi ölçülərdə hazırlatmamasına baxmayaraq, sifarişi hazırlamağa başlamış və son nəticədə iddiaçının razı qalacağını bildirmişdir. Mülki işin materiallarında olan fotoşəkillərdən də aşkar görünür ki, iddiaçının evinə quraşdırılan şəbəkə qapı ilə, nümunədə göstərilən fotoşəkildəki qapı bir-birindən kəskin surətdə fərqlənir. Digər tərəfdən, cavabdeh sifarişə uyğun gəlməyən qapıları sökərək sexə geri aparmışdır. Hətta bu qapılardan biri - mansard qapısının mexanizmində olan problem də cavabdeh tərəfindən məhkəmə iclasında etiraf edilmişdir. Lakin qapılar, uzun müddət keçməsinə baxmayaraq, hazırlanmamışdır. Cavabdehin davranışı – qapıları sökərək sexə aparması özü-özlüyündə cavabdehin icranı qüsurlu icra etdiyini etiraf etməsinin göstəricisidir. İddiaçının icrasını bəyənmədiyi sifariş məhz şəbəkə şəklində olan 1 ədəd ikilaylı, 1 ədəd üçlaylı, 1 ədəd dördlaylı qapılar olmasına baxmayaraq, digər 2 ədəd – mansard otağının qapısı və bir tək qapının da qüsuru aradan qaldırılaraq yenidən quraşdırılmamışdır.
19. Göründüyü kimi, cavabdeh öhdəliklərinin icrasına laqeyd yanaşmış, aradan qaldırılması xərclər çəkilmədən də mümkün olan əlavə icranı icra etməmişdir. Cavabdeh sonrakı məhkəmə iclaslarında yanğın nəticəsində qapıların məhv olduğunu bildirərək, məhkəməyə zərərçəkmiş şə xs qismində tanıtma barədə qərar təqdim etsə də, ilkin hazırlıq iclaslarında mebel emalatxanasında yanğın olduğunu, bütün sənədlərin məhv olduğunu, qapıların sexdə qaldığını qeyd etmişdir.
20. Göründüyü kimi, cavabdeh tərəfindən uzun müddət ərzində qapılar qüsurların aradan qaldırılması üçün sexə aparılsa da, geri qaytarılmamışdır. Yəni əlavə icra üçün müəyyənləşdirilmiş müddət ərzində əlavə icranı həyata keçirməmişdir. Belə olan halda sifarişçinin icradan imtina edərək, çəkdiyi xərclərin əvəzini tələb etmək hüququ yaranır.
21. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş 27 iyun 2024-cü il tarixli qiymətləndirmə rəyi ilə bağlı qeyd etmişdir ki, həmin rəydə əks edilən məbləğ – yəni cavabdeh tərəfindən icra edilməmiş sifarişin icra edilməsi üçün lazım olan məbləğ 11950 manat dəyərində qiymət ləndirilmişdir. Halbuki iddiaçı tam sifariş üçün cavabdehə 11500 manat ödəməyi razılaşdırmışdır.
22. Göründüyü kimi qiymətləndirmə rəyi ilə mülki işin materialları, o cümlədən iddia ərizəsinin məzmunu arasında uyğunsuzluq mövcuddur. Buna görə də, mötəbər sübut qismində qiymətləndirilmir.
23. Məhkəmə iddiaçı və cavabdeh tərəfindən təqdim edilmiş müxtəlif qiymət cədvəlləri ilə bağlı qeyd etmişdir ki, həmin sənədlərdə qeyd edilən məbləğlər indiki vaxt üçün nəzədə tutulan məbləğlərdir. Eyni zamanda iddiaçı və cavabdeh tərəfindən təqdim edilən qiymət təklifləri arasında xeyli fərq olmaqla, orada əks edilən qiymətlər tərəflərin özlərinin də verdiyi izahatlarda səsləndirdikləri məbləğlərlə üst-üstə düşmür. Eyni zamanda tərəflər razılaşma əldə edərkən özləri azad şəkildə sifariş üçün məbləğ müəyyə nləşdirmişdirlər və ona uyğun ödəniş edilmişdir.
24. Məkəmə hazırlıq iclasında cavabdeh tək qapının təxminən 500 manata razılaşdırıldığını qeyd etmiş, iddiaçı buna etiraz etməmişdir. Məhkəmə məhz tərəflərin izahatlarında göstərilən həmin məbləği əsas götürməyi ağlabatan mühakimə əsasında daha inandırıcı hesab etmişdir.
25. Məhkəmə ümumilikdə 11 qapı üçün 8350 manat ödənilməsini nəzərə alaraq, həmin məbləği ağlabatan hesab etmişdir. Belə ki, bir qapının dəyərinin 500 manat olması və iddiaçı tərəfindən onların bəyənilməsi nəzərə alınaraq, 8350 manat puldan 3000 manat hissəsinin (6x500=3000 manat) cavabdehdən tutulması əsassızdır.
26. Məhkəmə qalan hissə ilə bağlı qeyd etmişdir ki, cavabdeh özü də izahatında bildirmişdir ki, qapılar onun tərəfindən geri götürülmüşdür. Bu cavabdehin həmin qapı ların qüsurlu olmasını qəbul etməsi kimi qiymətləndirilir.
27. Eyni zamanda iş materiallarından və cavabdehin izahatından müəyyən edilir ki, qapılar baş vermiş yanğın nəticəsində məhv olmuşdur və onların faktiki olaraq qaytarılması mümkün deyildir. Cavabdehin faktiki olaraq qüsursuz icra etdiyi və iddiaçı tərəfindən qəbul edilmiş qapılar üçün ödədiyi məbləğdən savayı, yerdə qalan məbləğ iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddiaçının ödənilən bütün məbləğin qaytarılması, yeni qapılar hazırlanarkən əvvəlki qapılarla uyğunsuzluğun olacağı, tam sifariş razılaşdırılarkən qiymətin daha münasib olduğu, lakin natamam sifariş zamanı daha baha başa gəldiyi ilə bağlı dəlillərini əsassız hesab etmişdir.
28. Belə ki, cavabdeh faktiki olaraq sifarişin bir hissəsini qüsursuz icra etmiş və icra iddiaçı tər əfindən qəbul edilmişdir. Belə olan təqdirdə məhkəmə bütün məbləğin cavabdehdən tutulması barədə tələbi əsassız hesab edir.
29. Məhkəmə şahidlərdən Ə.Kəmalə və Y.Adilin ifadələrini mötəbər sübut qismində qiymətləndirməmişdir. Belə ki, Ə.Kəmalə iddiaçının həyat yoldaşı, Y.Adil isə qaynatası olmaqla, onların mülki mübahisənin iddiaçının xeyrinə həll olmasında maraqlı olmaları yüksək ehtimaldır. Cavabdeh tərəfindən tədim edilən şahidlər isə onun işçiləri olmaqla aralarında olan münasibətin xarakterinə görə onların da ifadələri mötəbər sübut qismində qiymətləndirilməmişdir.
30. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 462.1, 463.1, 465.2, 752.1, 762.1, 762.2, 762.3, 762.4, 763.1, 763.2, 763.3 və 765-ci maddələrinə istin adla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
31. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə təmin edilməməsini xahiş etmişdir.
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qanunsuz olaraq qətnamədə onun izahatını məqsədli şəkildə təhrif edərək guya onun iddiaçıdan sifarişin icrası üçün ümumilikdə 8350 manat pul almağını qeyd etmişdir. Məhkəmə onun elə bir etirafı olmadan qanunsuz və məqsədli şəkildə bunu etmişdir. Çünki o, iddiaçıdan ümümilikdə 3750 manat pul alıb. Amma 1500 manat öz pulundan iddiaçı üçün mağazadan petlə və zamok alıb. Belə olan halda məhkəmənin guya onun 8350 manat almağını etiraf etməyini qeyd etməsi böyük qanun pozuntusudur. Məhz bu cür qanunsuzluğa gedən məhkəmə o nun yalan etirafını yaradaraq və 6 qapıya görə 3000 manat çıxaraq onu 5350 manat borclu çıxarmışdır. Əslində isə gördüyü sifarişə görə iddiaçı ona borcludur. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir. Çünki məhkəmənin qətnamədə göstərdiyi dəlillər müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlinib. Belə ki, sifarişçi podratçıya danışılmış muzdu verməyib və qüsursuz işi guya qüsurlu olması kimi qeyd etməklə qalıq ödənişin ödənilməsindən yayınıb. Mülki iş üzrə toplanmış sübutları obyektiv, hərtərəfli və tam araşdırmamış, nəticədə onlara düzgün hüquqi qiymət verməmişdir.
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5719/2024 nömrəli 28 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Elşən Kazımov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
34. Məhkəmə 31 may 2024-cü il tarixli məhkəmə baxışı iclasının protokoluna əsasən müəyyən etmişdir ki, cavabdeh iddiaçının həqiqətən 11500 manatın 8350 manat hissəsini ona ödəməsini təsdiq etmişdir. Bu halı etiraf etməyə onu kimsə məcbur etməmişdir. Həqiqətən belə bir etiraf etməmişdirsə bu günədək iclas protokoluna qeyd də verə bilərdi, ancaq verməyib. Apellyasiya şikayətində iddiaçıdan cəmi 3750 manat almasını göstərməsi isə mötəbər və təsdiq olunan dəlil hesab edilmir.
35. Bundan əlavə, qapıların karopkası, petlə və zamokun, plintusların iddiaçının evində qalması ilə bağlı dəlil üzrə qeyd olunmuşdur ki, apellyasiya baxışı zamanı iddiaçı həmin əşyaların həqiqətən onun evində qaldığını təsdiqləmiş və cavabdehin istənilən vaxt onları götürə biləcəyini bildirmişdir. Demək bu dəlil də qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
36. Göründüyü kimi, göstərilən hallar iddiaçıya əsas vermişdir ki, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri qüsurlu icra etdiyi üçün müqavilədən imtina etsin və müqavilə üzrə ödədiyini geri tələb etsin. Başqa sözlə müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən qüsurlu icra olunmaqla yanaşı, demək olar ki, həm də tam icra olunmamışdır, deməli iddiaçının imtina ilə bərabər öhdəliklərinə də xitam verilir. Hətta cavabdeh öhdəliklərini qismən icra etmiş olsa belə, iddiaçı müqavilənin icra olunmayan digər hissəsindən imtina edərək öd ədiklərini geri qaytarılmasını tələb etməkdə haqlı sayılır. Ona görə də, cavabdehin göstərdiyi dəlillər əsaslı sayıla bilməz. Tərəflər arasında podrat münasibətlərinə xitam verildiyindən cavabdeh tərəfin yol verilmiş nöqsanları aradan qaldırmağa hazır olmasının da əhəmiyyəti qalmamışdır.
37. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 421.2, 442, 752.1, 759.1, 759.2, 762.1 və 762.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. Cavabdeh kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti ape llyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 759-cu maddəsinin tələbləri pozulmuşdur. Sifarişçinin hər hansı bir tutarlı əsas gətirmədən işlər qurtaranadək razılaşmadan imtina etməsi, bununla da cavabdehi xeyli məbləğdə ziyana salması, görülmüş işə görə haqqının verilməməsi kimi hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. İddiaçının ona cəmi 3750 manat pul verməsi, cavabdehin isə görmüş olduğu işlər, bundan əlavə fors major hadisəsinin baş verməsi və sair kimi hallar sözügedən işlərin görülməsinin qarşısını almışdır. İddiaçı ilə cavabdeh arasında olan mübahisə iddiaçının qanunsuz hərəkətləri nəticəsində olmuşdur. Məhkəmənin mövqeyi isə cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri qüsurlu icra etdiyi kimi olmuşdur. Belə ki, məhkəmə müqavilədən imtina və müqavilə üzrə ödədiyi pulu geri tələb edilməsi məsələsinə düzgün yanaşmamışdır. Məhkəmə həmçinin tərəflərin çəkişmə prinsipini tam təmin etməmiş, yalnız iddiaçı tərəfindən verilmiş sübutları araşdırmış, cavabdeh tərəfindən təqdim edilmiş dəlillərə, izahatlara əsaslanmamışdır. İddiaçı tərəfindən verilmiş sübutları əsas tutmaqla məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinin tələblərini kobud surətdə pozmuşdur. İddiaçı irəli sürdüyü sübutları və etirazları məhkəmədə əsaslandıra bilməmişdir. Onun cavabdehə iddia ərizəsində qeyd etdiyi məbləği ödəməsini təsdiq edən hər hansı bir sübut yoxdur. Ancaq ona məxsus olan sexin yanması, qapıların hazır vəziyyətdə olması və qapıya aid aksesuarların tərəfind ən alınması halları sübuta yetirilmişdir. MPM-nin 52.2-ci maddəsinin tələbi pozulmuşdur, belə ki, cavabdeh iddia tələbinin etiraf edilməsi ilə bağlı ərizə verməmişdir. MPM-nin 81-ci maddəsinin tələbi pozulmuşdur, belə ki, məhkəmə yalnız iddia tələbinin etiraf edildiyinə əsaslanaraq qətnamə qəbul etmişdir. Məhkəmə iclaslarının audio-video yazısı həyata keçirilməli olduğu halda apıellyasiya instansiyası məhkəməsi həmin yazıları araşdırmamışdır. b)
40. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlmə si üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
42. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər.
43. Maddə 442-ci. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
44. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
45. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
46. Maddə 759.2 Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
47. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
48. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üç ün yararlı olduğu halda qüsurlardan azad sayılır.
49. Maddə 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxı r və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində cavabdeh tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas olmadığından kassasiya şikayəti təmin edilməməlidir.
56. İlk növbədə məhkəmə MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan po zuntulara yol verilməmişdir.
57. Məhkəmə düzgün olaraq müəyyən etmişdir ki, tərəflər arasında mübahisə şifahi bağlanmış podrat müqaviləsindən irəli gəlir.
58. Tərəflər arasında yazılı müqavilə bağlanmasa da məhkəmə tərəfindən tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, iddiaçı öz fərdi yaşayış evi üçün cavabdehə 11 ədəd qapı sifariş vermiş, 6 qapı təhvil verilmiş, 5 qapı qüsurlu olduğu üçün podratçıya əlavə icra üçün vaxt verilmiş, bu müddət ərzində qapıların saxlanıldığı sexdə yanğın baş verdiyindən qapılar yanmış və nəticədə sifarişçiyə təhvil verilməsi mümkün olmamışdır.
59. Məhkəmə izahatlara əsasən eyni zamanda müəyyən etmişdir ki, bir qapının qiyməti 500 manata razılaşdırılmış, iddiaçı tərəfindən cavabdehə 8350 manat məbləğində pul ödənilmişdir.
60. Məhkəmə kollegiyası apel lyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, qüsurların aradan qaldırılması üçün əlavə verilmiş vaxt ərzində təsadüfən məhv olmuş qapılara görə sifarişçinin ödədiyi vəsaitin podratçıdan tutulması MM-nin 759.1 və 772.1-ci maddələrinin tələblərinə uyğundur.
61. Kassasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, cavabdeh iddianı etiraf etmədiyi halda məhkəmə prosessual pozuntuya yol verərək qətnamədə iddianın qismən etiraf edildiyini qeyd etmişdir.
62. Kollegiya bununla bağlı qeyd edir ki, cavabdeh tərəfindən faktın etiraf edilməsi ilə iddianın etiraf edilməsi fərqli anlayışlardır. MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. İşə birinci instansiya qaydasında baxılarkən cavabdeh iddianı deyil, iddiaçının ödənişin məbləği ilə bağlı faktı etiraf etdiyindən mübahisələndirilən məhkəmə qətnaməsində düzgün olaraq bu hər iki tərəfin təsdiq etdiyi mübahisəsiz hal kimi qeyd edilmiş, işə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmədə baxıldığı üçün bu barədə cavabdehdən ərizə alınmasına zərurət olmamışdır.
63. Cavabdeh apellyasiya şikayətində iddiaçıdan 8350 manat məbləğində pul aldığını etiraf etmədiyini qeyd etsə də, məhkəmə c avabdehin bu mülahizəsini əsassız hesab edərək göstərmişdir ki, cavabdehin düzgün tərtib edilməmiş məhkəmə iclas protokoluna qeyd vermək hüququna malik olduğu halda belə bir qeydi olmamışdır.
64. İşin faktiki hallarını araşdırmaq və sübutları qiymətləndirmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olduğundan kollegiya yalnız kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual normaların pozuntusuna yol verilibverilmədiyini araşdıraraq belə nəticəyə gəlir ki, işə baxmış məhkəmə tərəfindən maddi və prosessual pozuntulara yol verilməmişdir. Buna görə də kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
65. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instan siyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2024-cü il tarixli 2(103)-5719/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.