Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5960/2019 23.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, Cavabdeh2 vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 dekabr 2018-ci il tarixli qətnaməsindən X3, X2 qanuni nümayəndəsi İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(001)990/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim A.Rzayev) Bakı Apellyasiya Məhkəməsinin MK-nın 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Şamayev, hakimlər X.Sarıyev və Ş.Məhərrəmova, İş № 2(103)13328/2018) yetikinlik yaşına çatmayan iddiaçılar X3 və X1 qanuni nümayəndəsi İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2018-ci il tarixli, 2(001)-990/2018 saylı qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, yetikinlik yaşına çatmayan iddiaçılar X3 və X1 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1, X4 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Bakı şəhəri İcra Hakimiyyəti nəzdində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarını n müdafiəsi üzrə komissiyaya, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti nəzdində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “17 may 2006-cı il təvəllüdlü X7 və 03 avqust 2018-ci il təvəllüdlü X5 adlı 2 (iki) yetkinlik yaşına çatmayan uşaqların ünvan 1-a köçürülmələri, özbaşına tikilinin satılması ilə əlaqədar cavabdehlərin sərəncamverici hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: Yetikinlik yaş ına çatmayan iddiaçılar X3 və X1 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Cavabdeh1, X4 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Bakı şəhəri İcra Hakimiyyəti nəzdində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti nəzdində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 may 2006-cı il təvəllüdlü X7 və 03 avqust 2018-ci il təvəllüdlü X5 adl ı 2 (iki) yetkinlik yaşına çatmayan uşaqlarının ünvan 1-a köçürülmələri barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı X3, X2 qanuni nümayəndəsi İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübuta yetirilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmir, maddi hüquq normaları tətbiq edilərk ən səhv buraxılmış və düzgün təfsir edilməmiş, prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuş, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsinin qətnaməsinin dəyişdirilmədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 20 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiy ası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəy yən edilmişdir ki, yetkinlik yaşına çatmayan iddiaçıların qanuni nümayəndəsi İddiaçı iddia ərizəsi üzrə məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə uyğun olaraq ərizə ilə müraciət edərək, iddia tələbinin həcmini artırmış və yetkinlik yaşına çatmayan uşaqlarının qanunla qorunan mənzil hüquqlarının və maraqlarının müdafiəsi üçün ünvan 1 ünvanında həyatyanı torpaq sahəsində keçmiş əri X6 ilə birlikdə 2005-ci ildə ayrıca inşa etdikləri 3 otaqlı özbaşına tikintinin başqa şəxslərə satılması ilə əlaqədar iş üzrə cavabdehlər X6 və Cavabdeh1 sərəncamverici hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə müəyyən olunur ki, X7 17 may 2006-cı il təvəllüdlü, X5 isə 03 avqust 2008ci il təvəllüdlü olmaqla, ataları X6, analar ı isə İddiaçıdır. İş materiallarından həmçinin müəyyən olunur ki, yetkinlik yaşına çatmayan iddiaçıların valideynləri olan X6 və İddiaçı arasında 27 fevral 2007-ci il tarixdə bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2010-cu il tarixli qətnaməsi ilə pozulmuş, uşaqların analarının yanında qalması müəyyən edilmişdir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 22-ci korpus, 79 saylı evə uşaqları ilə birlikdə köçürülməsi və evdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2011-ci il tarixli qətn aməsinə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 aprel 2012ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh1 qarşı iddiası qismən təmin edilmiş, ünvan 2 ünvanda yerləşən cavabdehə məxsus özbaşına tikilinin boşaldılması, söküntü zamanı cavabdehin və orada olan şəxslərin tikilidən çıxarılması və tikilinin cavabdehin hesabına sökülməsi, özbaşına tikilinin tikilməsində sərf edilmiş öz əşyalarının, yəni tikinti materiallarının, tikili söküldükdən sonra cavabdehin özü ilə götürülməsi hüququnun olması müəyyən edilərək, həmin əşyaların cavabdehə qaytarılması qət edilmişdir. İş m ateriallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı Cavabdeh1 iddia tələbi təmin edilməklə, cavabdeh İddiaçı Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci mədən, Korpus 22, 79 saylı evə istifadə hüquqlarına xitam verilmiş, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh1 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürnülmə” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, ilkin iddia üzrə iddiaçı Ca vabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə olan istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh1 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları əsasında hesab etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 22, 79 saylı ev özbaşına tikili olmaqla, hazırki iş üzrə iddiaçıların qanuni nümayəndəsi, anaları olan İddiaçı ilə cavabdehlər arasında əvvəllər dəfələrlə məhkəmə mübahisələri olmuşdur. O cümlədən İddiaçı yetikinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 22-ci korpus, 79 saylı evə köçürülməsi və evdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2011-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2011-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddianı imzalayan, yetkinlik yaşına çatmayan iddiaçıların qanuni nümayəndəsi İddiaçı əvvəllər irəli sürdüyü iddia tələblərində özü ilə yanaşı uşaqlarının da mübahisələndirilən mənzilə köçürülməsini xahiş etsə də, sonuncular iddiaçı qismində çıxış etmədiklərindən, onların ayrıca icraat qaydasında eyni tələblə məhkəməyə müraciət etməyə hüquqları olmuş və birinci instansiyası məhkəməsi əsaslı olaraq iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxmışdır. Qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə yetkinl ik yaşına çatmayan iddiaçıların anaları İddiaçı yanında saxlanılması müəyyən edilmiş və onların valideynlərdən hansının himayəsində qalması mübahisələndirilməmişdir. Bu isə öz nöbəsində hazırki iddianın həllini İddiaçı iddiası üzrə qəbul edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2011-ci il tarixli qətnaməsindən asılı etmişdir. Əks halda, hazırki iddianın yetkinlik yaşına çatmayan iddiaçıların xeyrinə həlli, yəni onların mübahisələndirilən mənzilə köçürülmələri qanuni qüvvəyə minmiş məhkəmə aktına zidd olaraq qanuni nümayəndələri olan İddiaçı da həmin mənzilə köçürülməsinə səbəb olacaqdır. Halbuki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2011-ci il tarixli qətnaməsi və həmin qətnaməni dəyişdirilmədən saxladığı Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2011-ci il tarixli qətnaməsinə əsasən mübahisələndirilən yaşayış sahəsinin özbaşına tikili olması, məhkəmə qətnaməsi ilə onun sökülməsi qət edildiyi əsası ilə İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 22-ci korpus, 79 saylı evə köçürülməsinə dair tələbi rədd olunmuşdur (həmin qətnamələrin nəticə hissəsində yetkinlik yaşına çatmayan uşaqların köçürülməsinə dair tələbə qiymət verilməmişdir). Birinci instansiya məhkəməsində araşdırma zamanı 29 mart 2018-ci il tarixdə tərəflərin (o cümlədən iddiaçıların qanuni nümayəndəsi və etibarnamə əsasında nümayəndəsinin) iştirakı ilə mübahisələndirilən əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddia ərizəsində göstərilən 79 nömrəli ev 3 otaqdan ibarət olmaqla Cavabdeh1 istifadəsindədir. Həmin evin həyətində başqa inşa edilmiş tikili yoxd ur. İddiaçının iddia etdiyi 79D saylı evin qapısını isə Vüsalə adlı şəxs açaraq həmin evi illər öncə adını xatırlamadığı şəxsdən aldıqlarını və hazırda öz ailəsi ilə birlikdə yaşadıqlarını bildirmişdir. İddiaçılar tərəfindən əlavə iddia tələbləri Cavabdeh1 və X4 qarşı irəli sürülsə də, mübahisələndirilən tikilinin başqa şəxsin sərəncamında olması müəyyən edildiyindən və həmin şəxslərə qarşı tələb olmadığından, habelə qeyd olunan tələblərlə əlaqədar məhkəməyə (o cümlədən apellyasiya instansiyası məhkəməsinə) əlavə sübutlar verilmədiyindən məhkəmə kollegiyası həmin iddianı da əsassız hesab edir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticələrini aşağıdakı maddi hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığ ı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticələr işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olduğu üçün qanuni və əsaslıdır. İddiaçı tərəfin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsi əsası kimi ona istinad etmişdirlər ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, işin hallarına qeyri-obyektiv yanaşaraq əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası mülki işlərə baxarkən sübutlara düzgün qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnaməsinin əsaslandırıcı hiss əsində sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahif ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Konstutisuya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları q ətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməıyi zəruri hesab edir ki, kassasiya şikayətinin qeyd edilən dəlilləri iş materialları ilə təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda, eləcə də məcmu halda qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntusuna yol verməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyul.2018-ci il tarixli qətnaməsinin ləğvi üçün əsaslı hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhb ər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: X3, X2 qanuni nümayəndəsi, İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 20 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5960/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5960/2019
23.09.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver