Məhkəmə qərarları › İş №2(102)-597/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-597/2022

27.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-597/2022 27.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respbulikasındakı filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: işçinin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6646/2021 nömrəli iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh şirkətinin Azərbaycan Respbulikasındakı filialı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 yanvar 202 2-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, Cavabdeh Şirkətinin 04.09.2019-cu il tarixli işə qəbul haqqında xxx nömrəli əmri ilə İddiaçı 04 sentyabr 2019-cu il tarixindən etibarən əmək haqqı 04 sentyabr 2019-cu il tarixli xxx saylı əmək müqaviləsinə uyğun olaraq ödənilməklə, Layihə departamentinə, qiymətləndirmə üzrə mühəndis vəzifəsinə təyin edilmişdir.

2. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalı və İddiaçı arasında 04 sentyabr 2019-cu il tarixli, xxx nömrəli əmək müqaviləsinə 1 saylı əlavənin 4.1.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqı 7000 manat (yeddi min) (vergi və sosial ödəmələr daxil olmaqla) təşkil edir və Azərbaycan manatı (AZN) ilə ödənilir.

3. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalı və İddiaçı arasında 04 sentyabr 2019-cu il tarixli, xxx nömrəli əmək müqaviləsinə 22.05.2020-ci il tarixli 2 saylı əlavənin 4.1.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqı 8000 AZN (səkkiz min) (vergi və sosial ödəmələr daxil olmaqla) təşkil edir və Azərbaycan manatı (AZN) ilə ödənilir.

4. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalı və İddiaçı arasında 04 sentyabr 2019-cu il tarixli, xxx nömrəli əmək müqaviləsinə 28.09.2020-ci il tarixli 3 saylı əlavənin 4.1.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqı 9406 AZN (doqquz min dörd yüz altı) (vergi və sosial ödəmələr daxil olmaqla) təşkil edir və Azərbaycan manatı (AZN) ilə ödənilir.

5. Cavabdeh şirkətinin 10 sentyabr 2020-ci il tarixli layihə üzrə əməliyyatların icra olunmasının həv alə edilməsi haqqında xxx nömrəli əmrinin 1-ci bəndinə əsasən X11 STB1 barjasına yüklənməsi, nəqli və quraşdırılması əməliyyatları ilə əlaqədar hazırlıq, planlama və podratçı şirkətlər üzərində nəzarət Layihə Menecerin müavini vəzifəsində çalışan İddiaçı həvalə edilmişdir. Əmrin 2-ci bəndinə əsasən dayağ bloku ilə əlaqədar qərarların qəbulu və əməliyyatların icrası Layihə Menecerin müavini vəzifəsinfə çalışan İddiaçı həvalə edilmişdir.

6. Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalının baş direktoru X3 filalın ümumi məsələlər üzrə meneceri X7 tərifindən ünvanlanmış filalın layihə menecerinin müavininin xəstəlik məzuniyyəti ilə əlaqədar xitməti yazıdan görünür ki,16 noyabr 2020-ci il tarixində X4 şirkətinin Azərbaycan Respublikasındakı filalın layihə menecerinin müavini vəzifəsin də çalışan İddiaçı bütün işçi heyyətinə elektron məktub ünvanlayaraq 2(iki) həftə ərzində səhhətində yaranmış probem ilə əlaqədar ev şəraitində müalicə alacağını bildirmişdir. Sözügedən işçi, məktub ilə bütün işçi heyyətinə müraciət etmədən öncə, səhhətində yaranmış problem və bununla bağlı işə gəlməyəcəyi barədə, birbaşa tabeçiliyndə olmağına baxmayaraq heç bir məlumat vermədiyindən tapşırığa əsasən elektron məktubu alınandan dərhal sonra araşdırma başlanmışdır və müəyyən olunmuşdur ki, “işçi” “məktub” ilə bütün işçi heyyətinə müraciət etmədən öncə 16 noyabr 2020-ci il tarixində işə gəlməyəcəyi barədə nə İnsan Resursları üzrə baş koordinator X1,nə də səhhətində yaranmış problem barədə Filalın Sağlamlıq üzrə koordinatoru X2 məlumat verməmişdir və filalın işçilərinin sığortalandığı könüll ü tibbi sığorta şirkəti olan X şirkətinə yaranmış problem ilə bağlı heç bir müraciət qeydə alınmamışdır və “işçi” “məktub” xəstəlik məzuniyyətində olduğu müddətdə, təkbaşına verdiyi qərarına əsasən, icraatında olan işlər üzrə tam qərar vermək səlahiyyətini, filalın Baş direktorunun yazılı əmri olmadan digər işçilərə həvalə etmişdir, bununla da işçi ilə filal arasında imzalanmış 04 sentyabr 2020-ci il tarixli xxxx saylı əmək müaviləsinin (bundan sonra “əmək müqaviləsi” adalancaq) 6.1.8-ci bəndi (işəgötürənin yazılı surətdə göstərişi olmadan iş vəzifələrinin yerinə yetrilməsini digər şəxslərə həvalə etməmək) üzrə nəzərdə tutulan öhdəliklərini pozmuşdur.

7. Cavabdeh şirkəti tərəfindən 07.12.2020-ci il tarixdə filalın layihə menecerinin müavininin xəstəlik məzuniyyətindən sonra işə gəlməkdən i mtina etməsi ilə əlaqədar aktından görünür ki, “ümumi məsələlər üzrə menecer” və “İR üzrə baş koordinator” tərəfindən “işçi”yə bildirilmişdir ki, “işçin” nin istinad etdiyi ərizənin (öz xahişi ilə işdən çıxma barədə ərizə) noyabr ayında filalın ümumi məsələlər üzrə departamentinə daxil olması faktı qeydə alınmışdır və ərizələrin qeydiyyat jurnalında belə bir ərizə aşkar olunmamışdır. Filalda həmin ayda baş vermiş direktor dəyişikliyi zamanı filalın keçmiş baş direktoru tərəfindən yeni baş direktora sənədlərin təhvil-təslim olunmaması, keçmiş baş direktorun icraatında olan müxtəlif sənədlərin ofisdə aşkar olunmamsı faktı nəzərə alınaraq, “işçi” dən xahiş edilmişdir ki, 07 dekabr 2020-ci il tarixində şirkətin ofisinə gələrək istinad etdiyi ərizənin surətini təqdim etsin. Ərizənin surəti təqd im edildiyi təqdirdə, qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Buna baxmayaraq “işçi” bu gün, yəni 07 dekabr 2020-ci il tarixində hər hansı üzürlü səbəb bildirmədən işə gəlməmiş, istinad etdiyi ərizənin surətini filala təqdim etməmiş və eləcə də işdən azad olunmaq ilə bağlı yeni ərizə ilə baş direktor X3 müraciət etməmişdir. 8. 07.12.2020-ci il tarixdə X tərəfindən iddiaçı X ünvanlanmış elektron məktubun məzununda qeyd edilir ki, “X m, tərəfinizdən mənə 03.11.2020-ci il tarixində heç bir ərizə təqdim olunmamışdır. Ərizə mənə təqdim olunsaydı, həmin ərizə müvafiq qaydada qeydiyyatdan keçib baş direktora təqdim olunardı......Qeyd edilənləri nəzərə alıb ərizənin surətini bizə təqdim etməyinizi xahiş edirik.”

9. Cavabdeh şirkəti tərəfindən 11.12.2020-ci il t arixdə iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçı 07.12.2020-ci il tarixindən 11.12.2020-ci il tarixinədək heç bir üzürlü səbəb bildirmədən işə gəlməmişdir. Qısa bir müddət ərzində Cavabdeh şirkətinin Azərbaycan Respublikasının filalına yaxınlaşaraq işə gəlməməyinin səbəbini bildirməsini, əks təqdirdə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 ç maddəsinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad ediləcəkdir.

10. Cavabdeh şirkəti tərəfindən 25.12.2020-ci il tarixli filalın layihə menecerinin müavininin son 5 ay ərzində olan əmək fəaliyyətinin araşdrılmasının nəticələrinə dair aktdan görünür ki, “işçi” nin BS ilə filal arasında imzalanmış 06 fevral 2020-ci il tarixli KOC/PR-0029/CON0024 nömrəli dayaq blokunun tikintisi üzrə müqaviləyə əsasən filalın nümayəndəsi kimi təyin olunmasını bilərək, bütün yazışmaların, sənədləşmələrin yalnız onun tərəfindən aparılmalı olduğunu bilərək, eləcə də layihə menecerinin müavini olaraq bu işə qeyri-ciddi yanaşması, BS şirkəti tərəfindən təqdim olunmuş hesabatlara vaxtında münasibət bildirməməsi normal iş ahəngini pozaraq, BS ilə filal arasında mövcud əməkdaşlıq münasibətlərinin korlanmasına zəmin yaratmışdır və cavabdeh tərəfindən “işçi”nin öz əmək funksiyalarının lazımi qaydada icra etməməsi kimi dəyərləndirilmişdir. 11. 29.12.2020-ci il tarixli yazılı izahatdan görünür ki, yuxarıda qeyd olunan qovluqlarda sənədlərin silinməsi ilə bağlı heç bir əlaqə yoxdur. Q eyd olunan sənədlərin oktyabr 2020-ci il üçün olan yeniləməsi noyabr 2020-ci ilin iki həftəsində icra olunmuşdur və oktyabr 2020-ci ilə aid sənədlərin aylıq report və dashboard, yenilənməsi zamanı heç bir problemlə üzləşməmişdir.

12. Cavabdeh şirkəti tərəfindən 14 yanvar 2021-ci il tarixli filalın layihə menecerinin müavininin son 5 ay ərzində olan əmək fəaliyyətinin araşdırılmasının nəticələrinə dair aktdan görünür ki, GM ilə filal arasında imzalanmış müqavilə və müqavilə üzrə GM şirkətinə təqdim olunmuş iş sifarişlərinə əsasən filalın nümayəndəsi kimi təyin olunmasını bilərək, bütün yazışmaların, sənədləşmələrin yalnız onun tərəfindən aparılmalı olduğunu bilərək, müqavilə üzrə təqdim olunan sənədlər ilə bağlı sənədlərin icrasını digər şəxslərə həvalə edilmişdir. Eləcə də layihə menecerin in müavini olaraq icraatında olan sənədlərin icrasını yubadmışdır. GM şirkəti tərəfindən təqdim olunmuş TİMESHEET-lərlə vaxtında münasibət bildirməməsi, onları vaxtında təsdiq və yaxud da rədd etməməsi normal iş ahəngini pozaraq, GM şirkətinin 08.01.2021-ci il tarixli bildirişi ilə müqavilə üzrə öhdəliklərinin vaxtında icra olunmaması səbəbindən xidmətlərin dayandırılmasına gətirib çıxarmışdır və GM ilə filal arasında mövcud müqaviləyə xitam verilməsi üçün zəmin yaratmışdır. Bütün qeyd olunanlar, işçi qrupu olaraq tərəfindən “işçi” nin öz əmək funksiyalarının lazımi qaydada icra etməməsi və əmək vəzifələrinin kobud şəkildə pozulması kimi dəyərləndirilmişdir. 13. 07.12.2020-ci il tarixdə, 08.12.2020-ci il tarixdə, 09.12.2020-ci il tarixdə,10.12.2020-ci il tarixdə, 11.12.2020-ci il tarixdə, 15.12.2020-ci il tarixdə, 16.12.2020-ci il tarixdə,17.12.2020-ci il tarixdə, 18.12.2020-ci il tarixdə, 21.12.2020-ci il tarixdə, 22.12.2020-ci il tarixdə, 23.12.2020-ci il tarixdə, 24.12.2020-ci il tarixdə, 25.12.2020-ci il tarixdə, 28.12.2020-ci il tarixdə, 29.12.2020-ci il tarixdə, 30.12.2020-ci il tarixdə, 05.01.2021-ci il tarxdə tərtib olunmuş aktlardan görünür ki, X4 şirkətinin Azərbaycan Respublikasındakı filalında Layihə menecerinin müavini vəzifəsində çalışan İddiaçı yuxarıda göstərilən tarixlərdə işə gəlməmişdir.

14. Cavabdeh şirkətinin ümumi məsələlər üzrə meneceri vəzifəsində çalışan X7 tərəfindən 19.01.2021-ci il tarixdə filalın baş direktoruna ünvanlanmış layihə menecerinin müavininin son 5 ay ərzində olan əmək fəaliyyətinin araşdırılması ilə əlaqədar təqdimatdan görünür ki, i şçi qrupu tərəfindən “işçi”nin son 5 ay ərzində olan əmək fəaliyyətində müəyyən olunmuş uyğunsuzluqlar və “işçi”nin ona dəfələrlə müraciət olunmasına baxmayaraq, 07 dekabr 2020-ci il tarixindən 18 yanvar 2021-ci il tarixinədək hər hansı üzürlü səbəb bildirmədən işə gəlməməsi, “işçi” ilə filal arasında 04 sentyabr 2020-ci il tarixli xxx saylı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və yaxud məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilməsinə əsas yaratmışdır. “İşçi” ilə filal arasında 04 sentyabr 2020-ci il tarixli xxx saylı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7 0-ci maddəsinin (ç) bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilməsinə əsas yaratmış, rəhbərlik etdiyi işçi qurupunun araşdırması nəticəsindətoplanmış sənədləri, aktları nəzərdən keçirərək və işçiyə münasibətdə görülə biləcək gələcək tədbirlər üzrə göstəriş verilməsi xahiş edilmişdir.

15. Cavabdeh şirkətinin iddiaçıya ünvanlanmış 19 yanvar 2021-ci il tarixli xxx nömrəli bildiriş məktubundan görünür ki, sərəncamda olan və filala məxsus sənədlər və mal-materiallar bu məktub ilə müəyyən edilmiş müddət ərzində filala təqdim olunmayacağı təqdirdə, filala dəymiş ziyanın məbləği qanunvercilik ilə müəyyən olunmuş qaydada hesabla naraq son haqq-hesabdan tutulacaq.

16. Cavabdeh şirkətinin 19.01.2021-ci il tarixli xxx nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, əmək müqaviləsi ilə müəyyən edilən tələbləri kobud şəkildə pozduğuna, üzürsüz səbəbdən heç bir məlumat vermədən işə gəlmədiyinə görə “işçi” ilə bağlanmış əmək müqaviləsinə 19 yanvar 2021-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilsin və işçi tutduğu vəzifəsindən azad edilsin.

17. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı 04.09.2019-cu il tarixdə Cavabdeh şirkətində qiymətləndirmə üzrə mütəxəsiss vəzifəsinə qəbul edilmiş 19.01.2021-ci il tarixdən Azərbaycan Respublikas ı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək funksiyalarının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

18. Dövlət Vegi Xidmətinin Milli Gəlirələr Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət qeydiyyatı idarəsinin 06 aprel 2021-ci il tarixli **********382200 nömrəli məktubun surətindən görünür ki, X10 filal dövlət qeydiyyatına alındığı 13.05.2019-cu il tarixdən 17.11.2020-ci il tarixədək filalın qanuni təmsilçilik funksiyasına malik baş direktor olmuşdur.

19. CD diskdə olan X 03.11.2020-ci il tarixli iclasa dair video görüntülərdən aydın olur ki, iddiaçı X Cavabdeh şirkətinin Azərbaycan filialında nümayəndəliyinin rəhbərliyində səlahiyyətli olmaması barədə məlumatlı olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə a ktları Birinci instansiya məhkəməsində icraat

20. İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respbulikasındakı filalına qarşı “əmrin ləğv olunması, əmək kitabçasına düzəliş edilməsi və.s. tələbləri” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 yanvar 2021-ci il tarixli xxx nömrəli əmrin ləğv olunması, işdən azad olunması haqqında 03 noyabr 2020-ci il tarixli ərizənin qəbul edilmiş hesab olunması, 04 sentyabr 2019-cu il tarixli xxx nömrəli əmək müqaviləsinə işçinin öz təşəbbüsü ilə 03 dekabr 2020-ci il tarixdən xitam olunması, bununla bağlı müvafiq əmrin verilməsi və onun əmək kitabçasında müvafiq düzəlişin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla "X4" şirkətinin Azərbaycan Respublikasındakı filialı (Cavabd eh) arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli əmək müqaviləsinə (Əmək müqaviləsi) 19 yanvar 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (Əmək Məcəlləsi) 70-ci maddəsinin (ç) bəndinə əsasən cavabdeh tərəfindən birtərəfli qaydada xitam edilmişdir. O, 3 noyabr 2020-ci il tarixində cavabdehin baş direktorunun adına ünvanlanan və layihə menecerinin müavini olaraq tutduğu vəzifəsindən öz təşəbbüsü ilə 3 dekabr 2020-ci il tarixində azad edilməsini tələb edən ərizəsini filialın ümumi məsələlər üzrə meneceri vəzifəsini icra edən X şəxsən təqdim etmişdir. Təqdim olunan ərizədə cavabdehin direktoru olan X müvafiq qaydada qeyd edilmiş dərkənarı olmuşdur.16 noyabr 2020-ci il tarixində sağlamlığında yaranmış problemlərə görə həkim tapşırığına əsasən, xəstəlik vərə qəsində də qeyd edildiyi kimi, 2 həftə müddətində ev şəraitində müalicə almalı olması və işləyə bilməyəcəyi barədə cavabdehin əməkdaşlarına elektron məktub yazmaqla məlumat vermişdir. Həmin xəstəlik vərəqəsinin bağlanma tarixi 4 dekabr 2020-ci il olaraq müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilən 4 dekabr 2020-ci il tarixində cavabdehin əməkdaşları X, X və onun arasında baş tutmuş elektron yazışmalardan aydın olur ki, filialın İnsan Resursları üzrə Baş koordinatoru COVİD-19 testi üçün 4 dekabr saat 12.30-da ofisə gəlməsini xahiş etmişdir. Buna cavab olaraq, 3 noyabr 2020-ci il tarixində işdən öz istəyi ilə azad edilməyə dair ərizəsi əsasında artıq işdən azad edilməli olduğunu və şirkətə məxsus avadanlıqların təhvil alınması üçün sürücünün göndərilməsini xahiş etmişdir. X isə öz növbəs ində 3 noyabr 2020-ci il tarixli ərizənin surətinin yenidən göndərilməsini xahiş etmişdir. Son olaraq öz cavabında 3 dekabr 2020-ci il tarixində işdən azad edilməli olduğunu və cavabdehə məxsus avadanlıqların təhvil alınması və ona məxsus sənədlərin təqdim edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilən 4 dekabr 2020-ci il tarixində yazılmış elektron məktubda Xv 3 noyabr 2020-ci il tarixli ərizənin onun tərəfindən əldə edilmədiyini qeyd edir. Buna cavab olaraq, bir daha həmin ərizəni X şəxsən verdiyini və şirkətin dəfələrlə zəng edərək şirkətə məxsus avandanlıqların təhvil alınması üçün konkret tarix müəyyən etməsi üçün əsasən da məhz həmin ərizə olduğunu vurğulamışdır. Cavabdehin əməkdaşları onun 3 noyabr 2020-ci il tarixli işdən könüllü az ad olunması barədə ərizəsini nəzərə almadan onun müalicə müddəti bitdikdən sonra, yəni 5 dekabr 2020-ci il tarixindən ondan əmək funksiyasının icrasına davam etməsini tələb ediblər. O, işdən azad olunma ilə əlaqədar ərizəsini əsas gətirərək əmək funksiyalarının icrasnı davam etdirməkdən imtina etdikdə isə 07 dekabr 2020-ci il tarixində "Filialın Layihə menecerinin müavinin xəstəlik məzuniyyətindən sonra işə gəlməkdən imtina etməsi ilə əlaqədar" akt tərtib edilmişdir. Həmin aktda onun işdən azad edilməsi barədə ərizəsinin tapılmamasının səbəbi olaraq filialda həmin ay baş vermiş direktor dəyişikliyi zamanı keçmiş baş direktor tərəfindən yeni baş direktora sənədlərin təhvil-təslim olunması və keçmiş baş direktorun icraatında olan müxtəlif sənədlərin ofisdə aşkar olunmaması göstərilmişdir. Hə mçinin, onun işdən azad edilmə ilə bağlı ərizənin surətini filiala təqdim etməməsi və bununla bağlı yeni ərizə ilə hazırkı baş direktora müraciət etmədiyi bildirilmişdir. 19 yanvar 2021-ci il tarixində onun əmək müqaviləsinə 07 dekabr 2020- ci il tarixindən 19 yanvar 2021-ci il tarixinədək işə gəlmədiyindən Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə xitam verilməsinə dair xxx nömrəli əmr qəbul edilmiş və həmin əmrin surəti xxx7 nömrəli bildiriş məktubu ilə iddiaçıya çatdırılmışdır.

22. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim V.Quliyev) e-2(005)1698/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir.

23. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, i İddiaçı işdən azad olunmaya dair ərizəni 03.11.2020-ci il ta rixdən Cavabdeh şirkətinin Azərbaycan filialında nümayəndəliyinin rəhbərliyində səlahiyyətli olmayan X8 vermişdir.

24. Məhkəmə iclasında əldə edilməsi mübahisələndirilməyən və hər iki tərəfin qəbul etdiyi Tahir Dadaşovun 03.11.2020-ci il tarixli iclas keçirməsilə bağlı CD diskdə olan videgörüntülərə baxışdan görünür ki, iddiaçı X Cavabdeh şirkətinin Azərbaycan filialında nümayəndəliyinin rəhbərliyində səlahiyyətli olmaması barədə məlumatlı olmuşdur. Bu hal məhkəmə iclasında şahid ifadələri ilə də təsdiqini tapmışdır.

25. İş materiallarında olan 07.12.2020-ci il tarixdə X tərəfindən iddiaçı X ünvanlanmış elektron məktubun məzmunundan o da aydın olur ki, iddiaçı X tərəfindən işdən azad olunmasına dair ərizə ilə Cavabdeh şirkətinin Azərbaycan filialında nümayəndəliyində şöbənin müdiri X məlum atlı olmamış, həmin ərizənin surətinin təqdim olunmasını İddiaçı istəmiş, lakin həmin ərizə təqdim edilməmişdir.

26. Göründüyü kimi iddiaçı öz tələbinin əsaslandırdığı işdən azad olunmaya dair ərizəni cavabdehə təqdim etməsini sübut edə bilməmişdir. İrəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Odur ki, iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməlidir.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42, 69cu, Mülki Prossesual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 107, 115.0.1, 119.1, 217.1, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 2(103)-6646/2021 nömrəli iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), V.İbayev və R.Həsənov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1698/2021 saylı, 15 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilməsi, Cavabdehşirkətinin Azərbaycan Respublikasındakı filalının 19 yanvar 2021-ci il tarixli XHR-2021-018 nömrəli əmrinin ləğv edilməsi, işdən azad olunma barədə İddiaçı tərəfindən verilmiş 03 noyabr 2020-ci il tarixli ərizənin qəbul edilmiş hesab edilməsi, Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalı ilə İddiaçı arasında bağlanmış 04 sentyabr 2019-cu il tarixli CHR2019-11 nömrəli əmək müqaviləsinə işçinin öz təşəbbüsü ilə 04 dekabr 2 020-ci il tarixindən xitam olunmasının Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filalına həvalə edilməsi, İddiaçı əmək kitabçasında bu barədə düzəlişlərin edilməsi, 500 (beş yüz) manat mənəvi ziyanın cavabdeh X4” şirkətinin Azərbaycan Respublikasındakı filalından tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı işdən azad olunma barədə ərizəsinin mövcud olması işin mübahisə edilməyən halıdır. Birinci instansiya məhkəməsi həmin ərizəni səlahiyyəti olmayan şəxsə verilməsini qeyd etsə də, iş materiallarında olan - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 1 7 noyabr 2020-ci il tarixdə verilmiş Cavabdeh şirkətinin Azərbaycan filialına dair çıxarışdan görünür ki,əvvəlki qanuni təmsilçi X, hazırki qanuni təmsilçi isə X olmuşdur.

31. Göründüyü kimi 17 noyabr 2020-ci il tarixdə verilmiş çıxarışda cavabdehin qanuni təmsilçisi dəyişilmişdir. İddiaçı 03 noyabr 2020-ci il tarixdə ərizəni məhz səlahiyyətli şəxsə təqdim etmişdir.

32. Birinci instansiya məhkəməsi həmçinin iş materiallarında olan CD diskə istinad edərək, iddiaçının X Cavabdeh şirkətinin Azərbaycan filialında nümayəndəliyinin rəhbərliyində səlahiyyətli olmaması barədə məlumatlı olmasını qeyd etmişdir. Halbuki qeyd olunan diskdəki görüntülərin ərizəni təqdim etdikdən əvvəl və ya sonra çəkilməsi işin digər sübutları ilə müəyyən edilməmişdir ki, belə olan halda da həmin görüntülərin sübut kim i qəbul edilməsi yol verilməzdir.

33. Göründüyü kimi iddiaçı 03 noyabr 2020-ci il tarixdə işdən azad olma barədə ərizəsini cavabdehə təqdim etsə də cavabdeh tərəfindən hər hansı bir addım atılmamışdır.

34. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

35. Həmin maddənin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı 03 noyabr 2020-ci il tarixdə işdən azad olma barədə ərizəsini təqdim etmiş, bundan sonra əmək məcəlləsinin iddiaçıya verdiyi hüquqlarından istifadə edərək, işə çıxmamış və son haqq-hesabın aparılmasını tələb etmişdir.

37. Cavabdeh tərəf isə əsassız olaraq iddiaçının işdə olmaması barədə akt tərtib etməklə iddiaçının əmək müqaviləsinə 07 dekabr 2020-ci il tarixindən 19 yanvar 2021-ci il tarixinədək işə gəlməməsi səbəbi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndinə əsasən xitam verilməsinə dair xxx nömrəli əmr verilmiş və həmin əmrin surəti rəsmi bildirişlə iddiaçıya məktubla çatdırılmışdır.

38. Göründüyü kimi cavabdehin Əmək Məcəlləsinin qeyd olunan maddəsinə istinad etməklə iddiaçı ilə olan əmək müqaviləsin xitam verməsi düzgün olmamışdır.

39. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını düzgün araşdırmayaraq, iş üzrə s əhv nəticəyə gəlmişdir.

40. İddia tələbinin “mənəvi zərərin əvəzi olaraq 30000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi” ilə bağlı hissəsinə münasibətdə isə kollegiya hesab edir ki, qeyd olunan hissədə iddia tələbi qismən əsaslıdır.

41. Belə ki, cavabdeh tərəfin qanunsuz hərəkətləri - cavabdehin əsassız olaraq iddiaçının barəsində əmr verməsi nəticəsində iddiaçının mənəvi sarsıntılar keçirməsi qaçılmaz olmuşdur.

42. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun y uxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.

43. Şərh olunanların məcmusunu, nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 500 (beş yüz) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.

44. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin - Cavabdeh şrkətinin aidiyyatı işçilərinin əməllərində hər hansı cinayət tərkibinin olmasının araşdırılması üçün bu işçilər barədə xüsusi qərardad qəbul edilməsi hissəsində təmin edilməsi üçün əsaslar olmamışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

45. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

47. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

48. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

49. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi

52. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. (69-cu maddənin 1-ci bəndi)

53. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. (69-cu maddənin 2-ci bəndi) Mülki Prossesual Məcəllə

54. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

55. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1 )

56. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

57. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

58. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlay ır. (maddə 416)

59. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Hə min dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

62. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh şirkətinin tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6646/2021 nömrəli iş üzrə 17 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar