Məhkəmə qərarları › İş №2(102)-5972/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-5972/2019

23.09.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5972/2019 23.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, İsmayıllı rayon Dövlət Notariat Kontoru, Əmlak Məsələləri Dövlət Komitəsi yanında 000nə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi, daşınmaz əmlak üzərində hüquqların ləğv edilməsi və mirasdan payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli 2(107)-999/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, İsmayıllı rayon Notariat Kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə ( bundan sonra üçüncü cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 adına verilmiş JN-734F KOD 40719018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair ” şəhadətnamə və RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, miras kütləsinə aid 0,21 hektar həyətyanı torpaq sahəsi və ümumi sahəsi 143 kv.metr olan yaşa yış evi üzərində ½ payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə prosesinin gedişində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarının 0,21 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə verilməsi hissəsində ləğv edilməsi, Cavabdeh1 adına verilmiş JN-734F KOD 40719018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair ” şəhadətnamə və RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, miras kütləsinə aid 0,21 hektar həyətyanı torpaq sahəsi və ümumi sahəsi 143 kv.metr olan yaşay ış evi üzərində ½ payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin (hakim Rafayel Şirinov) 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə, İddiaçı iddia tələbi təmin edilmiş, İsmayıllı rayonunun keçmiş Mican kəndinin aid olduğu Cavad Məmmədov adına təsərrüfatın aqrar islahat komissiyasının 30 yanvar 1999-cu il tarixli iclas protokolu əsasında qəbul edilmiş İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı 0,21 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə verilməsi hissəsində etibarsız hesab edilmiş, Cavabdeh1 adına verilmiş JN-734F KOD 40719018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ləğv edilmiş, hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmət inin 9 saylı Ərazi İdarəsi tərəfindən 12 noyabr 2014-cü il tarixdə Cavabdeh1 adına verilmiş RX serialı ******* nömrəli çıxarış ləğv edilmiş, mərhum X1 miras qalmış İsmayıllı rayonu keçmiş Mican kəndində yerləşən 0,21 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 143 kv.metr olan yaşayış evindən ibarət miras əmlakın ½ hissəsi üzərində İddiaçı payı müəyyən edilmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər Vəzirxan Məlikov (sədrlik edən və məruzəçi) Elçin Hüseynov və Ayaz Mahmudov) 25 aprel 2019-cu iltarixli qətnaməsi ilə cavabdeh XXX tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək iş üzrə İsmayıllı Rayon Məhkəməs inin 16 noyabr 2018-ci il tarixli, 2(037)-754/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh XXX və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbində göstərir ki, “onlar həmin miras əmlakdan birgə istifadə etmək barədə aralarında razılığa gəlmişlər”. Lakin iddiaçı həmin razılığa dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı daha sonra iddia edir ki, “bu zaman ona məlum olmuşdur ki, cavabdeh onların xəbəri olmadan qanunsuz yollarla miras əmlakı öz adına sənədləşdirmişdir”. Cavabdeh1 həmin əmlaka dair qanuni yollarla, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə şəhadətnamə və Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış almışdır. İddiaçı daha sonra iddia edir ki, “İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının Mican İƏD nümayəndəliyindəki 1991-2000-ci illərə aid təsərrüfat başına kitabda təsərrüfat başçısı olaraq ataları X3 göstərilmiş, lakin cavabdeh naməlum şəraitdə həmin qeydin üzərindən xətt çəkərək öz soyadını, adını və ata adını qeyd etmişdir”. İddiaçının bu dəlili də absurtdur, həmin kitabda onun tərəfindən qeydlər aparılması qeyri mümkündür. Xətşünaslıq ekspertizasının rəyi olmadan bunu sübut kimi qəbul etmək düzgün deyildir. Həmin düzəliş Mican kənd sovetinin sədri X4 tərəfindən edilmişdir. X4 düzəlişi ona görə etmişdir ki, ailə başçısı vəfat edərsə təsərrüfat başına kitabda düzəliş aparılır və mirası faktiki qəbul etmiş və sahiblənmiş şəxsin adı kitabda qeyd edilir. Ataları vəfat etdikdən sonra Cavabdeh1 mirası faktiki qəbul etdiyinə və idarə etdiyinə görə keçmiş kənd sovetinin rəhbərliyi tərəfindən təsərrüfatbaşı kitabda qeydlər aparılmış və torpaq islahatı aparılarkən həmin qeydlər nəzərə alınmışdır. O, məhkəmədə Mican kənd sovetinin keçmiş sədri Raqub Məmmədovu şahid qismində məhkəməyə dəvət olunması barədə vəsatət versə də məhkəmə vəsatəti qəbul etməmişdir. Raqub Məmmədov həmin qeydlərin qanuni olub olmaması və torpaq islahat barədə məlumat verə bilərdi. Mübahisəli evə bitişik 0,21 hektar torpaq sahəsinə aid, torpağın mülkiyyətə verilməsinə dair JN-734 F KOD 40719018 olan şəhadətnaməni 06 dekabr 2005-ci il tarixdə, onun ə sasında 12 noyabr 2014-cü ildə RX seriyalı ******* nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almış, 1994-cü il tarixdən 2015-ci ilə qədər 21 ildən artıq müddətdə həmin təsərrüfatı faktiki olaraq qəbul etmiş və idarə etmişdir. Qəzalı vəziyyətdə olan evi təmir etdirərək yararlı vəziyyətə gətirmiş, həmin vaxtdan hal-hazıra kimi həmin təsərrüfatın torpaq vergisini, bələdiyyə vergisini, digər kommunal ödənişlərini ödəmişdir. İddiaçı isə 20 ildən artıqdır ki həmin mübahisəli təsərrüfatla maraqlanmayıb. Həmin mübahisəli ev və torpaq sahəsi 20 ildən artıq cavabdehin istifadəsində və mülkiyyətində olmasına baxmayaraq və bütün iddia müddətlərinin keçməsinə baxmayaraq İsmayıllı rayon məhkəməsi və Apelyasiya instansiya məhkəməsi maddi və prossesual hüqu q normalarını pozmaqla qətnamə qəbul etmişlər. Əgər iddiaçının niyyəti həqiqətən də “atasından qalan mirasa” yiyələnmək idisə O, atasının ölümündən dərhal sonra məhkəməyə müraciət edə bilərdi. Atasının ölümündən keçən 21 il ərzində iddiaçının evlə maraqlanmaması onu təsdiq edir ki, O, həmin mirasın cavabdeh tərəfindən faktiki qəbul etməyini və təsərrüfatı idarə etməyini qəbul etmişdir. Torpağa aid rəsmi dövlət qurumları tərəfindən verilmiş şəhadətnamənin və çıxarışın verilməsindən uzun müddət keçdikdən sonra ciddi əsaslar olmadan onun ləğvi, hüquq və azadlıqların təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Məhkəmə 1999-cu ildə Aqrar islahat Komissiyasının qərarı ilə cavabdehə verilmiş torpaq sahəsində mülkiyyət hüququmu əsassız olaraq ləğv e tmişdir. Çünki, həmin torpaq sahəsini o, qanuni əsaslarla əldə etmiş, həmin torpaq sahəsi miras əmlakın kütləsinə daxil olmadığı üçün iddiaçı tərəfindən də hər hansı şəkildə mübahisələndirilə bilməz. Məhkəmənin Azərbaycan Respublikası X6 Filialına və İsmayıllı rayonu Dövlət arxivinə göndərdiyi sorğusu nəticəsində əldə etdiyi məlumatda bildirilmişdir ki, İsmayıllı rayonunu keçmiş Mican kəndinin aid olduğu Cavad Məmmədov adına kolxozun X11 komissiyasının 30 yanvar 1999-cu il tarixli qərarında kolxoz üzrə torpaq payı alacaq subyektlərin ümumi siyahısı əlavə olunmadığından ona torpaq sahəsinin verilməsinə dair protokol qərarından çıxarış vermək mümkün olmadığı bildirilmişdir. Məlumdur ki, İsmayıllı rayonunda torpaq islahatı aparılıb. Həmin torpaq islahatına aid sənədlər arxivdə yoxdursa, bu üm umi problemdir. Bu ona əsas vermir ki, X11 Komissiyasının qərarı ilə mənə verilmiş 0,21 ha torpaq sahəsi etibarsız hesab edilsin. Əgər belədirsə onda aparılmış islahatın nəticələri tamamilə ləğv edilməli və bütün subyektlərə tətbiq edilməlidir. Axı həmin islahat nəticəsində bütün kənd camaatı torpaq payı alıblar. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin 01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 527, 528, 529, 532, 552, 553, 562, 564-cü maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, mübahisəli yaşayış evi X2 məxsus olmuş, həmin evin yerləşdiyi torpaq sahəsi isə onun qanuni istifadəsində olmuşdur. İsmayıllı rayonu İcra Hakimiyyəti Başçısının Mican İƏD üzrə nümayəndəliyindəki 1991-2000-ci illərə aid təsərrüfatbaşına kitabda təsərrüfat başçısı olaraq X5 göstərilmiş, lakin sonradan həmin qeydin üzərindən xətt çəkilərək birinci cavabdehin soyadı, adı və ata adı qeyd edilmişdir. Həmin qeydin əsasında İsmayıllı rayon Aqrar islahat Komissiyasının 06.02.1999-cu il tarixli 66 saylı qərarı ilə Cavabdeh1 adına torpağın mülkiyyətə verilməsinə dair JN734F KOD 40719018 olan şəhadətnamə işlənmişdir. RX Seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən birinci cavabdehin adına verilmiş çıxarışa əsasən İsmayıllı rayonu keçmiş Mican kəndində yerləşən ümumi sahəsi 143 kv.m olmaqla iki otaqdan ibarət olan fərdi yaşayış evi və 0.21 hektar həyətyanı torpaq sahəsi X5 adına qeydə alınaraq onun xüsusi mülkiyyətinə verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mülki işin araşdırılması ilə əlaqədar məhkəmə tərəfindən edilmiş sorğulara verilmiş cavablarda istinad edərək gəldiyi qənaətə görə Cavabdeh1 mülkiyyətinə 0,21 hektar həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-734F KOD 40719018 nömrəli Şəhadətnamənin verilməsi üçün əsas olmuş İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əlavə edilməli olan adlı siyahılar tapılmamış, həmin siyahılar arxivə təhvil verilməmiş və harada olması məlum deyildir. Bundan əlavə, İsmayıllı rayonunun keçmiş Mican kəndinin aid olduğu Cavad Məmmədov adına təsərrüfatın aqrar islahat komissiyasının 30 yanvar 1999-cu il tarixli iclas protok olunun və təsərrüfat üzrə aparılmış torpaq islahatı subyektlərinin siyahısının, yaxud həmin siyahının Cavabdeh1 adı qeyd olunmuş səhifəsi kolxoz üzrə torpaq payı alacaq subyektlərin adlı siyahısı əlavə olunmadığından Cavabdeh1 torpaq sahəsinin verilməsinə dair protokol qərarından çıxarış vermək mümkün olmadığından İsmayıllı rayonunun keçmiş Mican kəndinin aid olduğu Cavad Məmmədov adına təsərrüfatın aqrar islahat komissiyasının 30 yanvar 1999-cu il tarixli iclas protokolu əsasında qəbul edilmiş İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı 0,21 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə verilməsi hissəsində etibarsız hesab edilərək Cavabdeh1 adına verilmiş JN-734F KOD 40719018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətna mə və RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən Çıxarışı ləğv etməklə, miras kütləsinə aid 0,21 hektar həyətyanı torpaq sahəsi və ümumi sahəsi 143 kv.metr olan yaşayış evi üzərində iddiaçının ½ payı müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi, eləcə də bu pozuntular maddi və prosessual hüquq normalarının pozulması ilə müşayiət olunduğu üçün əsaslı və qanuni sayıla bilməz. İşin materiallarından görünür ki, tərəflər doğma qardaş olmaqla anaları 24 dekabr 1992-ci ildə, ataları isə 07 may 1994-cü ildə vəfat edmişlər. Yaşadıqları evin yerləşdiyi 0,21 hektar torpaq sahəsi İsmayıllı Rayon Aqra r İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə cavabdehin mülkiyyətinə verilmiş və ona 06 dekabr 2005-ci il tarixli JN-734F KOD 40719018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə verilmiş və onun əsasında da 12 noyabr 2014-cü il tarixində RX seriyalı ******* nömrəli mülkiyyət hüququna dair çıxarış almışdır. İddiaçının tələblərindən görünür ki, valideynlərinin vəfatından sonra İsmayıllı rayonu keçmiş Mican kəndi ərazisində yerləşən yaşayış evi və 0.21 hektar həyətyanı torpaq sahəsi onlara miras qalmış, cavabdehlə həmin miras əmlakdan birgə istifadə etmək barədə aralarında razılığa gəlmişlər. 2015-ci il tarixdə cavabdehin evi satmaq istədiyindən xəbər tutmuş, bundan sonra onlar miras əmlakın aralarında bölgüsü üzrə sənədlər toplamağa başlamışlar. Bu zaman ona məlum olmuşdur ki, cavabdeh onların xəbəri olmadan qanunsuz yollarla miras əmlakı öz adına sənədləşdirmişdir. Ata vəfat edərkən təsərrüfatın sonuncu üzvü olmuşdur. Onlar 2015-ci ilə kimi mübahisəsiz olaraq mirasın kütləsinə aid həmin fərdi yaşayış evindən istifadə etmişlər. Məlum torpaq islahatı aparılarkən şəxsin qanuni istifadəsində olan həyətyanı torpaq sahələri şəxsin və həmin şəxslə bir təsərrüfatda yaşayan ailə üzvlərinin əvəzsiz olaraq mülkiyyətinə verilmişdir. Cavabdehin adı həmin vaxt əmlak payı almaq hüququ olan subyektlər siyahısında olmamışdır. Ona görə də İsmayıllı rayon AİK-nin 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı 0,21 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə verilməsi hissədə etibarsız hesab edilməli, həmin qərar əsasında verilmiş torpağ ın mülkiyyətə verilməsinə dair JN-734F KOD 40719018 olan şəhadətnamə və Cavabdeh1 adına olan RX Seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməli, mirasın kütləsinə aid 0,21 həyətyanı torpaq sahəsi və ümumi sahəsi 143 kv.m olan fərdi yaşayış evi üzərində ikidə bir hissədə onun payı müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tələbin İsmayıllı rayonunun keçmiş Mican kəndinin aid olduğu Cavad Məmmədov adına təsərrüfatın aqrar islahat komissiyasının 30 yanvar 1999-cu il tarixli iclas protokolu əsasında qəbul edilmiş İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə 0,21 hektar həyətyanı torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə veril məsi hissəsində etibarsız hesab edilməsi tələbinin məhkəmə aidiyyəti üzrə inzibati-iqtisadi məhkəməyə aid olmasına diqqət yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 2.2, 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixi 4 saylı qərarının 6.1 bəndində müəyyən edilmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin v ə bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cumaddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarında müəyyən edilmişdir ki, iddia tələbi predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati xarakterli olduqda məhkəmə aidiyyəti Azərbaycan Respublikası İnzibati Prosessu al Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.1-ci maddələrinə riayət etmədən İsmayıllı rayonunun keçmiş Mican kəndinin aid olduğu Cavad Məmmədov adına təsərrüfatın aqrar islahat komissiyasının 30 yanvar 1999-cu il tarixli iclas protokolu əsasında qəbul edilmiş İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarının inzibati akt olduğu halda onun qanuniliyinə ümumi yurisdiksiyalı rayon məhkəməsi kimi baxaraq qiymət verməklə məhkəmə aidiyyətı qaydalarını pozmuşdur. Halbuki, qeyd edilən mübahisə inzibati mübahisə hesab o lunur və kollegiya hesab edir ki, inzibati mübahisəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxıla bilməzdi. Həmçinin həmin inzibati akt əsasında verilmiş 06 dekabr 2005-ci il tarixli JN-734F KOD 40719018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə və onun da əsasında verilmiş 12 noyabr 2014-cü il tarixində RX seriyalı ******* nömrəli mülkiyyət hüququna dair çıxarışın da mübahisələndirilməsi inzibati icraat qaydasında mümkün idi. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə aidiyy əti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. İddia ərizəsində iki və daha çox müstəqil tələb irəli sürüldükdə, hər bir iddia tələbinin hüquqi təbiəti araşdırılaraq onların birləşdirilməsi və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdən keçirilməlidir. İddia tələblərinin birləşdirilməsi mümkün olmadığı halda, məhkəmə hər hansı iddia tələbinə baxılmasına dair səlahiyyətinin olmaması barədə qərardad qəbul edərək həmin iddia tələbini müvafiq səlahiyyətli məhkəməyə göndərməkdə və ya iddianı qeyri-mümkün hesab etməkdə haqlıdır. Eyni zamanda, məhkəməm kollegiyası iddiaçının vərəsə olması və mira sdan payın müəyyən edilməsi tələbinə üzrə qeyd edir ki, mübahisəli torpaq sahəsi və yaşayış evi tərəflərin mərhum ataları ölən vaxtı onun xüsusi mülkiyyətində olmamışdır. 01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün hesab olunur. Sözügedən məcəllənin 552-ci maddəsinə əsasən vərəsə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də, vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Göstərilən hərəkətlər vərəsəlik açılan gündən 6 ay müddətində edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli 0,21 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 143 kv.metr olan yaşayış evindən ibarət miras əmlak olmuş olsa idi belə, apellyasiya instansiyası məhkəməsi iddiaçının həmin mirası vərəsə olaraq qanunla müəyyən edilmiş müddətdə qəbul edilməsi ilə bağlı araşdırma aparmamış, iddiaçı tərəfindən 1999-cu ildə qəbul edilmiş sənədlərin mübahisələndirilməsi üçün iddia müddətinin də ötürülüb-ötürülməməsinə hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən Azərbaycan Respublikası MM-nin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-c i ilin sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir, 2000-ci ilin sentyabrın 1-nə kimi yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı mübahisənin hansı normativ hüquqi aktla tənzimlənməsini məhz mübahisəli hüquq münasibətinin yaranma tarixi ilə əlaqələndirilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasın a xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMKnın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biri dir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırıl masına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, məhkəmə aidiyyətini pozmuş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğu üçün ləğv edilməli olsa da, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən ed ilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbi rləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə, eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2019-cu il tarixli 2(107)-999/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar