Məhkəmə qərarları › İş №2(102)-5973/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-5973/2022

24.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-5973/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin 2(025)-34/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "tor paq sahəsinin geri qaytarılması və s." tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-861/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(025)-34/2022 nömrəli qətnaməsi ləğv edilməsi mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. MPM-nin 407.4-cü maddəsinə əsasən, kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə qərardaddan şikayət verilməsinə görə 5 0 manat dövlət rüsumu nəzərdə tutulmuşdur. Kassasiya şikayətinə əlavə edilmiş (İİ cild, səhifə 228) mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən kassasiya şikayətinin verilməsinə görə 5 manat dövlət rüsumu ödənilmişdir. MPM-nin 408.1.3-cü maddəsinə görə, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407.4, 408.1.3, 409-cu maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-861/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və iş həmin məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar