Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5979/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsası ilə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəs inə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4583/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıların qohumu olan İddiaçı2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 179.3.1, 179.3.2, 29, 179.3.1, 29, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş, cinayət işinin icraatı zamanı ona aid edilən bir sıra əmlaklara həbs qoyulmuş və barələrində xüsusi müsadirə tətbiq edilmişdir.
2. İddiaçılar qeyd olunan cinayət işi üzrə cinayət mühakimə icraatına cə lb olunmadıqlarını, cinayət işi üzrə onlara məxsus olan, iddia ərizələrində göstərilən əmlaklarına da həbs qoyularaq müsadirə olunduğunu bildirirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində birinci icraat
3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunan daşınmaz əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(001)4855/2021 saylı qərardadı ilə (hakim Etibar Mustafayev), işə mülki məhkəmə icraatında baxılmalı olmaması əsası ilə iddia ərizəsinin qəbulundan imtina edilmiş, iddia ərizəsi iddiaçılara qaytarılmış və iddiaçılara müvafiq tələblərlə yuxarı prokurora və məhkəməyə (məhkəmə nəzarəti qaydasında) və ya inzibati məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir.
5. Həmin qərardaddan birgə iddiaçılar apellyasiya şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişlər.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)4855/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2022-ci il tarixli, 2(103)-396/2022 saylı qərardadı ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) şikayət təmin olunmuş, Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardadı ləğv edilərək, iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin təkrar müzakirəsi üçün iş həmin məhkəməyə qaytarılmışdır.
8. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçılar, onlara məxsus olduğunu iddia etdikləri əmlakların üzərinə cinayət işinin icraatı zamanı səhvən həbs qoyulduğunu, sonradan isə həmin əmlaklar barəsində məhkəmənin xüsusi müsadirə cinayət-hüquqi tədbirini tətbiq etdiyini irəli sürmüşlər; yuxarıda göstərilən qanunvericilik müddəalarına görə isə, bu cür iddialara mülki mühakimə icraatı qaydasında baxılır. 8.1. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 142.1, 383.1, 408.3cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 24 fevral 2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi də (bundan sonra ixtisarla Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı) Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisənin xüsusi icraat qaydasında tənzimlənməsini Milli Məclisə tövsiyə etmiş, eyni zamanda, qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində iştirak etməyən şəxslərə şamil edilməsinin sonuncuları qanunvericiliklə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə hüququndan (Konstitusiyanın 127-ci maddəs inin Vİİİ hissəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə biləcəyini vurğulamışdır. 8.2. Mübahisəyə inzibati məhkəmədə baxılmalı olması ilə bağlı məhkəmənin qənaətinə münasibətdə kollegiya qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2- ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. 8.3. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçıların iddia ərizələri üzrə mülki mühakimə icraatının mümkünlüyü məsələsi təkrarən müzakirə olunmalı, icraata götürüləcəyi təqdirdə iddiaya mahiyyəti üzrə baxılaraq onun təmin olunub-olunmaması üçün əsa sların mövcud olub-olmadığı araşdırılmalıdır. c) Birinci instansiya məhkəməsində ikinci icraat
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(001)3106/2022 saylı qərardadı ilə (hakim Etibar Mustafayev), işə mülki məhkəmə icraatında baxılmalı olmaması əsası ilə iddia ərizəsi üzrə icraata xitam verilmiş və və iddiaçılara müvafiq tələblərlə yuxarı prokurora və məhkəməyə (məhkəmə nəzarəti qaydasında) müraciət etmək hüquqları izah edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi ndə iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. 10.1. Habelə, Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında cinayət mühakimə icraatına cəlb olunmamış, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cinayət işi üzrə icraata cəlb edilə bilməsi qərara alınmışdır. 10.2. CPM-in 122.2, 122.2.2 və 122.2.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından - yuxarı prokurora, həmin Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. 10.3. Qeyd olunan normaların məzmunundan da görünür ki, iddia ərizəsində irəli sürülmüş tələblərə (ərizələrə cavab verilməməsinin, cinayət işi üzrə qeyri - qanuni olaraq qərar çıxarılmağı hərəkətsizliyinin qeyri-qanuni hesab edilməsi, ərizələr əsasında araşdırma aparılması və cavab verilməsi, icraatda olan cinayət işinin yekunlaşdırılması və qərar verilməsi) mülki məhkəmə icraatında baxıla bilməz. 10.4. Bununla yanaşı o da qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2022-ci il tarixli qərardadında Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardadının ləğv edilməsi əsaslarından biri kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan R espublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 24 fevral 2022-ci il tarixli qərarına istinad edilsə də, yuxarıda qeyd olunan həmin Qərardan da görünür ki, qərarda hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmasının məcburiliyi qeyd edilməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(103)-4583/2022 saylı qərardadı ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) birgə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmi n edilməmiş və iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq 10-cu paraqraflardakı əsaslandırmanı təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan məlum olur ki, hazırki iş üzrə iddiaçılar mübahisələndirilən əmlakların üzərinə qanunsuz həbs qoyulması və müsadirə olunması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmünün əmlakların müsadirə olunması hissəsini apelyasiya və kassasiya icraatı çərçivəsində mübahisələndirmiş və qanuni qüvvədə olan məhkəmə hökmü ilə iddia ərizəsində qeyd edilən əmlakların müsadirəsinin qanunauyğun olduğu təsbit olunmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, “... cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər də belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. O da qeyd olunmalıdır ki, qanunverici həm məhkəməyədək, həm də məhkəmə baxışı mərhələsində Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsində təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslərin cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququnu müəyyən etmişdir... Cinayət prosesini həyata keçirən orqan mürac iətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə hökmü ilə maraqlarına toxunan şəxsin məhkəməyə apellyasiya şikayəti vermək hüququnun təmin edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilməlidir.”
14. Məhkəmə kollegiyası bildirmişdir ki, qeyd edilən Qərarda ifadə edilmiş hüquqi mövqeyə əsasən kollegiya qeyd edir ki, hazırki iş üzrə iddiaçılar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qanunvericiliklə onlara verilmiş hüquqlarından istifadə edərək müb ahisələndirdiklərindən, yenidən həmin əmlakların mülki mühakimə icraatı qaydasında mübahisələndirmək hüququnu itirmişlər.
15. Məhkəmə gəldiyi nəticənin əsası kimi Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.1, 122.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 261.0 və 261.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2022-ci il tarixli, 2(103)-4583/2022 nömrəli qərardadın ləğv edilərək, işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya instansiya məhkəməsi hazırkı iş üzrə icraata xitam verməklə iddiaçıları məhkəmə müdafiəsi hüququndan məhrum etmiş və Mülki Prosessual Məcəllənin 261-ci maddəsinin pozuntusuna yol vermişdir. Belə ki, Cinayət Prosessual Məcəlləsində məhkəmə qərarı əsasında üzərinə qoyulmuş həbsin ləğv edilməsi məhz mülki qaydada həll edilməli olması əks olumuşdur. Həmçinin, birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin qərarını da düzgün təsvir etməmişdir. Həmin qərara əsasən, təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Cina yət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Beləliklə, məhkəmələr Konstitusiya Məhkəməsinin qərarlarının şərhinin məcburi olduğunu nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi
19. Maddə 183.2. Məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçılar tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı qismən – İddiaçı2 və İddiaçı6 aid əmlakların (iddia ərizəsində göstərilən) üzərindən həbsin götürülməsinə dair iddia üzrə icraata xitam verilməsi hissəsində dəyişdirilmədən saxlanmalı, qalan hissədə qərardad ləğv edilərək, sonrakı prosessual hərəkətlərin edilməsi üçün göndərilməlidir.
28. Belə ki, işin hallarından göründüyü kimi iddiaçılar onlara ayrı-ayrılıqda məxsus olan 35 adda daşınmaz əmlakların qohumları İddiaçı2 Azərbaycan Respublikası CM-nin 179.3.1, 179.3.2, 29, 179.3.1, 29, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə müsadirə olunduğunu bildirmiş, həmin əmlakların təqsirləndirilən şəxslə və törədilən əməllə hər hansı bağlılığının olmamasını əs as gətirərək, əmlakların həbsdən azad olunmasını tələb etmişdir.
29. Bu iddia tələbinin prosessual əsasını Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsi təşkil edir. Həmin normaya görə məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir.
30. Lakin birinci instansiya məhkəməsi iddiaçıların tələbini ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora və ya Azərbaycan Respublikası CPM-nin 449.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə verilən şikayətlərə aid etmiş, buna görə də verilmiş iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmaması əsası ilə icraata xitam vermişdir (10-cu paraqrafları).
31. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
32. Halbuki, cinayət işi üzrə icraat başa çatmışdır və iddiaçıların bəzilərinin CPM-nin 253-cü maddəsinə əsasən hüquqi hərəkət imkanları itirilmişdir. Göründüyü kimi işə baxmış məhkəmələrin iddiaçıların mülkyyətində olan əmlakların qanunsuz həbsdən azad edilməsinə nail olmaq üçün prosessual hüquqi vasitənin CPM-nin Lİİ fəslində müəyyən olunmuş məhkəmə nəzarəti qaydasında şikayət verilməli olduğu barədə gəldikləri nəticə səhvdir.
33. Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, «iddiaçılar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qanunvericiliklə onlara verilmiş hüquqlarından istifadə edərək mübahisələndirdiklərindən, yenidən həmin əmlakların mülki mühakimə icraatı qaydasında mübahisələndirmək hüququnu itirmişlər».
34. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçıların Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü mübahisələndirməsini nəyin əsasında müəyyən etdiyini qeyd etməyib və bu hal iş materialları ilə də müəyyən edilmir.
35. İddiaçı2 və qeyrilərinin cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 07 noyabr 2017-ci il tarixli hökmündən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmündən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 həmin hökmdən apelyasiya şikayəti verməmişlər (daha sonra kassasiya icraatında da onların iştirakı müəyyən edilmir).
36. Bu halda həmin şəxslərin «yenidən həmin əmlakların mülki mühakimə icraatı qaydasında mübahisələndirmək hüquq unu itirməsi» barədə gəlinən nəticə əsasszıdır.
37. İddiaçı2 və qeyrilərinin barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmündən iddiaçılardan yalnız İddiaçı2 özü və İddiaçı6 tətəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı6 indiki iddiada göstərdiyi Bakı şəhəri, İstiqlaliyyət küçəsi, ev 43, mənzil 28; Bakı şəhəri, Cavadxan küçəsi, 80 saylı fərdi yaşayış evi; Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a, mənzil 33; Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, ev 56a saylı sahə əmlaklarını üzərindən həbsin götürülməsini tələb etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin iddiaçılar İddiaçı2 və İddiaçı6 iddiası üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticə əsaslıdır.
38. Məhkəmə kollegiyası «Azərbaycan Respublikası Cəzaların İcr ası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli qərarına istinad edərək qeyd edir ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir.
39. Həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsində tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslərin əmlakın həbsdən azad olu nması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququ müəyyən edilmişdir.
40. İlk növbədə qeyd olunmalıdır ki, hər iki normada iddia cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının mahiyyəti ilə deyil, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması ilə bağlıdır.
41. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır.
42. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübut larını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları qanunvericilik ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə hüququndan (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər.
43. Mülki Prosessual Məcəllənin 82.4-sü maddəsinə əsasən, məhkəmənin qanuni qüv vəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
44. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işlərə baxan məhkəmələr üçün yalnız cinayətin törədilib-törədilməməsi və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində məcburi qüvvəyə malikdir.
45. Bu baxımdan belə nəticəyə gəlmək olar ki, Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub-olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır.
46. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında formalaşdırdıcı hüquqi mövqeyinə görə Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur.
47. Belə olan halda cinayət işi üzrə icraata cəlb olunmamış hazırki iş üzrə iddiaçıların mülki məhkəmə icraatı qaydasında siyahıya alınmış, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmuş əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmamasının yoxlanılması, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əml akın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməsi mümkündür. Gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməsi yolverilən hesab olunmalıdır.
48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4583/2022 nömrəli, 20 iyun 2022-ci il tarixli qərardadı qismən – İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 aid hissədə ləğv edilsin və iş həmin hissədə sonrakı pr osessual hərəkətlərin icra olunması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad İddiaçı2 və İddiaçı6 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.