Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-598/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 İsmayıl oğlu və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, girov predmetlərinə tutma yönəldilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4483/ 2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 İsmayıl oğlu arasında bağlanmış 25 yanvar 2013-cü il tarixli 13011-0083/298422 saylı kredit müqaviləsinə əsasən, sonuncuya 18 ay müddətinə illik 28% olmaqla 6300 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı qismində bağlanmış 25 yanvar 2013-cü il tarixli 13011-0083/298422G saylı girov müqaviləsinə əsasən, Cavabdeh1 İsmayıl oğluna məxsus 2 ədəd “Samsung” markalı televizor, 4 ədəd divan, 6 ədəd stol, 12 ədəd stul, 1 ədəd “Samsung” markalı 2 qapılı soyuducu girov qoyulmuşdur. Girov predmetlərinin dəyəri 5425 manat məbləğində mü əyyən edilmişdir.
3. Kreditor İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 13011-0083/298424Z nömrəli zaminlik müqaviləsinə əsasən zamin, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 İsmayıl oğlunun öhdəliklərinin tamamilə icra edilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh1 İsmayıl oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İsmayıl oğlu ilə bağlanmış 25 yanvar 2013-cü il tarixli, 13011-0083/298422 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 5116,69 ABŞ dolları əsas kredit borcunun, kreditdən is tifadəyə görə 371,41 ABŞ dolları məbləğdə faiz borcunun, 84,50 ABŞ dolları məbləğdə penyanın - cəmi 5572,6 ABŞ dollarının qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun ASC-yə ödənilməsi, Cavabdeh1 İsmayıl oğluna məxsus olan girov qoyulmuş 2 ədəd “Samsunq” markalı TV, 4 ədəd divana, 6 ədəd stola, 12 ədəd stula, 1 ədəd “Samsunq” markalı, 2 qapılı soyuducuya tutma yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına ASC-yə olan kredit borcunun və dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə cavabdehlərdən ümumi qa ydada icra edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 İsmayıl oğlu hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissəhissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh1 İsmayıl oğlunun xx.xx.2013-cü il tarixə iddiaçıya 5572.6 ABŞ dolları kredit borcu qalmaqdadır.
6. Cavabdehlər Cavabdeh1 İsmayıl oğlu və Cavabdeh2 məhkəmə iclasında iddianı qismən qəbul edərək, maliyyə çətinlikləri səbəbindən bodcu vaxtında ödəyə bilmədiklərini göstərmiş, tələb olunan cərimənin azaldılmasını xahiş etmişlər.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 dekabr 2013-cü il tarixli, 2(005 )4077/2013 nömrəli qətnaməsi ilə (hakim F.Abdıyev) iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 İsmayıl oğlu ilə arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 130110083/298422 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 İsmayıl oğlundan və Cavabdeh2 müştərək qaydada 5116,69 ABŞ dolları məbləğində əsas kredit borcu, 371,41 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcu, 84,50 ABŞ dolları məbləğində penya, cəmi 5572,6 ABŞ dolları məbləğində borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulması, tutmanın banka girov qoyulmuş Cavabdeh1 İsmayıl oğluna məxsus olan 2 ədəd “Samsunq” markalı TV, 4 ədəd divan, 6 ədəd stol, 12 ədəd stul, 1 ədəd “Samsunq” markalı, 2 qapılı s oyuducuya yönəldilməsi, həmin girov predmetlərinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçıSC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 İsmayıl oğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. İddiaçı müqavilənin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdən əvvəl eyni məsələ ilə bağlı cavabdehə bildiriş göndərmiş, lakin müəyyən edilmiş 3 iş günü ərzində və ümumiyyətlə bundan sonra da cavab almamışdır.
9. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 zamin kimi Cavabdeh1 İsmay ıl oğlunun iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh1 İsmayıl oğlu ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Cavabdeh2 zamin kimi Cavabdeh1 İsmayıl oğlunun iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh1 İsmayıl oğlu ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır.
10. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmadığından, eləcə də qeyd edilən halın qətnamənin icrası qaydasında həll olunma olduğundan, iddia tələbi “satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda qətnamənin qalan hissədə cavabdehlərdən ümumi qaydada icra edilməsi” hissəsində təmin edilə bilməz.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 423.2, 424.2, 442, 443.1, 448.1, 448.2, 462.1, 465.2, 472.1, 472.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi hərtərəfli araşdırmamışdır. Zaminlik müqaviləsində mövcud olan bir sıra müddəalar müqavilənin etibarsızlığına səbəb ola bilərdi. Belə ki, müqavilənin 2.5-ci maddəsində “zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları kreditora qarşı irəli sürməyə haqlı deyildir” müddəas ı, zaminin müqavilənin icrasından imtinasını məhdudlaşdıran normadır. Faiz məbləği düzgün hesablanmamışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), M.Rüstəmli və X.Mərdanova) 2(103)- 4483/2024 saylı, 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış müqavilə münasibətləri çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassızdır. Cavabdeh faiz borcunun düzgün he sablanmadığını göstərsə də, bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrini ümumi sözlərlə əsaslandırmağa çalışmış, hər hansı bir konkret dəlil göstərməmişdir.
16. Cavabdehin zaminlik müqaviləsinin 2.5-ci bəndinin müqavilənin etibarsızlığına səbəb ola biləcəyi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, zaminlik müqaviləsinin 2.4-cü bəndinə əsasən “Zamin borclunun kreditor qarşısında olan öhdəliyini tam və ya qismən icra etdikdə, kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələblərini ödədiyi həcmdə müvafiq olaraq tam və ya qismən zaminə keçir.”
17. Müqavilənin 2.5-ci bəndində isə göstərilmişdir ki, “Zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları kreditora qarşı irəli sürməyə haqlı deyildir.”
18. Mülki Məcəllənin 474.1-ci maddəsinə görə, zaminin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilməsi yalnız o halda mümkün sayılır ki, zaminlik müqaviləsindən ayrı qayda irəli gəlməsin. Hazırki halda isə zaminlik müqaviləsi ilə zaminin belə hüququ istisna olunmuşdur.
19. Göründüyü kimi müqavilənin qeyd edilən müddəası onun etibarsızlığına əsas vermir. Cavabdehin bununla bağlı dəlilləri əsassızdır.
20. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1, 472.1, 472.2, 474.1, 739.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh2 (vəkili Vəkil) kassasiya şi kayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələblərinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
22. Cavabdeh kassasiya şikayətini apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, məhkəmə zaminlik müqaviləsinin 2.5-ci maddəsini araşdırmamış və müqavilənin etibarsızlığına münasibət bildırməmişdir. Əslində Konstitusiya Məhkəməsinin yanaşması tətbiq edilməli və zaminlik müqaviləsi etibarsız hesab edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
25. Maddə 14.1. Mülki hüquqlar və və zifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmə k hüququ vardır.
27. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
29. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik mü qaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
31. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
32. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir.
33. Maddə 739.1. Borc müqavilə sinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardad da ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
44. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum q almır.
45. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
46. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyi ni yoxlayır.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4483/2024 nömrəli, 22 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.