Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5989/2019 04.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı MMC vəkili X1, Cavabdeh, nümayəndəsi X5, cavabdehlər xxx oğlu və X3 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli, 2(103)420/2019 saylı qətnaməsindən İddiaçı MMC kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, xxx rayon məhkəməsinin 31 avqust 2018-ci il tarixli, 2(011)-1307/2018 saylı qətn aməsi ilə (sədrlik edən, hakim N.Ə.Misirzadə) İddiaçı MMC Cavabdeh və digərlərinə qarşı “torpaq sahəsindən çıxarılma, orada olan tikililərin sökülməsi, sahəsinin boşaldılaraq təhvil verilməsi” barədə iddiası rədd edilib. İddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli, 2(103)420/2019 saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, xxx rayon məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsi qismən- cavabdehlər xxx və xxx aid hissədə ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbinin həmin hissədə təmin edilib, iddiaçı təşkilata məxsus torpaq sahəsinin 70 kv.metr hissə sində qanunsuz inşa edilmiş tikililərin cavabdeh xxxun hesabına sökülməsi, həmin sahənin boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilib. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə və üçüncü şəxsə qarşı “torpaq sahəsindən çıxarılma, orada olan tikililərin sökülməsi və sahəsinin boşaldılaraq təhvil verilməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıb ki, iddiaçı təşkilatın istifadəsində olan ərazinin 22,0 kv.metr, 4,1 kv.metr hissəsi, ümumilikdə 44 kv.metr olan hissəsi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək orada tikinti işləri aparılıb və iddiaçı təşkilatı məxsus olan ərazi hesabına Cavabdeh özünün yaşayış sahəsini ta m qanunsuz və əsassız olaraq genişləndirib. Bu hərəkətlərinə son qoyulub həmin sahənin iddiaçı təşkilata məxsus olmasını bildirdikdə isə Cavabdeh özünün həmin əraziyə dair çıxarış aldığını, həmin ərazinin onun tam mülkiyyətində olduğunu bildirib. Cavabdeh adına verilən 07 avqust 2007-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışdan görünür ki, Bakı şəhəri, xxx rayonu, xxx prospekti, istifadədə olan 0,042 ha torpaq sahəsində yerləşən 21 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 35,8 kv.metr, yaşayış sahəsi 23 kv.metr olan, 1 otaqlı, 13 saylı mənzili mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınıb. Göründüyü kimi Cavabdeh qeyd olunan Çıxarışda və Texniki pasportda qeyd olunan sahədən kənara çıxmaqla iddiaçı təşkilata məxsus 22 kv.metr və 4,1 kv.metr hissəsi, ümumilikdə 44 kv.metr ərazi hesabına özünün yaşayış sahəsini artırıb və bununla da iddiaçı təşkilatın mülkiyyət hüququna müdaxilə edib. “Azerneftəchizat” Birliyinin balansında olan, iddiaçı təşkilat tərəfindən icarəyə götürülən 4-cü Qara şəhər küçəsi, 19 saylı ünvanda yerləşən, 1 mərtəbəli, sahəsi 680,8 kv.metr olan qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnaməyə əsasən ünvan 1 ünvanda yerləşən sahəsi 680,8 kv.metr olan istehsalat binası İddiaçı tərəfindən satın alınıb. Bakı şəhər İHB-nın 18 sentyabr 2002-ci il tarixli, 543 saylı Sərəncamı ilə xxx rayonu, 1166-cı məhəllə, R.Əliyev küçəsi, 19 saylı ünvanda yerləşən yararsız vəziyyətdə olan binanın tutduğu 1.063 kv.metr torpa q sahəsi ofis və ticarət mərkəzinin layihələşdirilməsi və tikintisi üçün icarə əsasında iddiaçı təşkilatın istifadəsinə verilib. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən sözügedən Sərəncam əsasında iddiaçı təşkilata müvafiq cizgidə göstərilən 0,1063 hektar torpaq sahəsində ofis və ticarət mərkəzinin tikintisinə dair “istifadəyə verilən torpaq sahəsi”nin 209 saylı Ayrıc Aktı verilib. Akt qeydiyyat kitabında 27 noyabr 2003-cü il tarixdə qeydə alınıb. Sonradan iddiaçı təşkilat cavabdehlərə və üçüncü şəxsə qarşı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən iddiaçı təşkilata məxsus torpaq sahəsinin zəbt edilmiş hissəsi olan Cavabdeh məxsus yaşayış evinin texniki pasport üzrə 1 və 2 saylı tikililərindən Cavabdeh, xxxvə azyaşlı Yusif Bayramovun ərazidən çıxarılması, həmin tikililərin Cavabdeh hesabına sökülməsi, sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdehlər xxx, xxxnın çıxarılması, iddiaçı təşkilata məxsus torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin cavabdeh xxxun hesabına sökülməsi və sahənin boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qimən-birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilib, həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı MMC vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh, nümayəndəsi xxx, cavabdehlər xxx və xxx məhkəmə iclasında iştirak etsələr də, vəkillə birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. Üçüncü ş əxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndəsini məhkəmə iclasına göndərmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı MMC vəkili xxx izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə İddiaçı MMC kass asiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi qismən- cavabdehlər xxx və xxx aid hissədə ləğv edilib, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbinin həmin hissədə təmin edilib, iddiaçı təşkilata məxsus torpaq sahəsinin 70 kv.metr hissəsində qanunsuz inşa edilmiş tikililərin cavabdeh xxxun hesabına sökülməsi, həmin sahənin boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edildiyi halda, qətnamədən yalnız iddiaçı təşkilat kassasiya şikayəti verib. İddiaçı təşkilat isə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini- cavabdehlər Cavabdeh, xxxvə azyaşlı xxx ərazidən çıxarılması, həmin tikililərin Cavabdeh hesabına sökülməsi, sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələblərinin rədd edilməsi hissəsində mübahisələndirmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı iddiaçı təşkilatın kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Azərbaycan Respublikası DƏK tərəfindən verilmiş “dövlət əmlakının hüquqi və fiziki şəxslər ə satılması haqqında” 05 noyabr 1998-ci il tarixli Şəhadətnaməyə əsasən, iddiaçı təşkilat ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 680,8 kv.metr olan istehsalat binasını satın alıb. Bakı şəhər İHB-nın 18 sentyabr 2002-ci il tarixli, 543 saylı sərəncamı ilə xxx rayon İcra Hakimiyyətinin 16 iyul 2002-ci il, iddiaçı təşkilatın 24 sentyabr 2002-ci il tarixli məktubları, həmçinin Azərbaycan Respublikası DƏK tərəfindən verilən 05 noyabr 1998-ci il tarixli Şəhadətnamə nəzərə alınaraq, Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən, yararsız vəziyyətdə olan binanın tutduğu 1.063 kv.metr torpaq sahəsi ofis və ticarət mərkəzinin layihələşdirilməsi və tikintisi üçün icarə əsasında iddiaçı təşkilatın istifadəsinə verilib. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən 2004-cü il tarixli, 03/209 saylı ayrıc Aktına əsasən Bakı şəhər İHB-nın 18 sentyabr 2002-ci il tarixli Sərəncamına əsasən ünvan 4 ünvanda yerləşən, yararsız vəziyyətdə olan binanın tutduğu 1063 kv.metr torpaq sahəsi ofis və ticarət mərkəzinin layihələşdirilməsi və tikintisi üçün icarə əsasında iddiaçı təşkilatın istifadəsinə verilib. Eləcə də 07 avqust 2007-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Bakı şəhəri, xxx rayonu, xxx prospekti, istifadədə olan 0,042 ha torpaq sahəsində yerləşən 21 saylı binanın 1 otaqlı, ümumi sahəsi 35,8 kv.metr, yaşayış sahəsi 23 kv.metr olan 13 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydə alınıb və evin texniki pasporuna görə sözügedən ev1998-ci ildə inşa edilib. Qeyd olunan faktlar Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 04 may 2017-ci il tarixli məktubu ilə də təsdiq olunur. Həmçinin məhkəmə tikinti-texniki ekspertizasının 13 oktyabr 2017-ci il tarixli rəyi ilə müəyyən olunur ki, iddiaçı təşkilatın mülkiyyətində olan istehsalat binasının tamamilə sökülməsi nəzərə alınaraq, həmin binanın iddiaçı təşkilata verilmiş Texniki Pasportda və “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamədə göstərilən sahədə tikilib-tikilmədiyini müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, xxx rayonu, ünvan 5 ünvanda yerləşən 13 saylı fərdi yaşayış evinin, həmin evə dair tərtib edilmiş Texniki Pasportda və “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışda göstərilən sahədə yerləşdiyi, eləcə də Cavabdeh mülkiyyətində olan yaşayış evi ilə iddiaçı təşkilatın istifadəs inə verilmiş torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilir. Cavabdeh məxsus yaşayış evinin Texniki Pasport üzrə 1 və 2 saylı tikililərin yerləşdiyi sahə ilə iddiaçı təşkilatın istifadəsinə verilmiş torpaq sahəsinin eynilik təşkil etməklə, üst-üstə düşdüyü müəyyən edilir. Əlavə məhkəmə tikinti-texniki ekspertizasının 27 iyul 2018-ci il tarixli rəyi ilə də müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlər, o cümlədən Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 01 iyun 2018-ci il tarixli məktubda göstərilənləri nəzərə alaraq, ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmadı. Təkrar məhkəmə tikinti-texniki ekspertizasının 06 mart 2019-cu il tarixli rəyindən isə görünür ki, “xxxx” MMC-nin mütəxəsisi tərəfindən tərtib edilmiş 18 fevral 2019-cu il tarixli rəyə görə, iddiaçı təşkilata məxsus olan (və ya əvvəllər mövcud olmuş) tikililər faktiki mövcud olmadığından və “Google Yer” proqramının 2008-ci ildən hazırkı dövrədək olan görüntülərində əksini tapmadığından həmin tikililərin yerləşdiyi torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmadı. İddiaçı təşkilata məxsus olan torpaq sahəsinin cavabdehlərə məxsus tikililərlə üst-üstə düşdüyü müəyyən edilir. Mövcud vəziyyətdə sərhəddə alınmış torpaq sahəsi ilə iddiaçı təşkilata ayrılmış torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilir. Cavabdeh yaşadığı tikilinin 35,8 kv.metr hissəsi və cavabdehlər xxx və xxxnın yaşadığı tikilinin 70 kv.metr hissəsinin ayrıc Aktına əsasən istifadə (icarə) hüququ ilə iddiaçı t əşkilata məxsus olan Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Cavabdeh yaşadığı tikilinin 35,8 kv.metr hissəsi və cavabdehlər xxx və xxxnın yaşadıqları tikilinin 70 kv.metr hissəsinin ayrıc Aktına əsasən istifadə (icarə) hüququ ilə iddiaçı təşkilata məxsus olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Cavabdehlər Cavabdeh, xxx və xxxnın inşa etdikləri tikililərin iddiaçı təşkilata məxsus olan torpaq sahəsinə düşən hissəsinin ümumi sahəsinin 105,8 kv.metr təşkil etdiyi müəyyən edilir. Cavabdeh mülkiyyət hüququndan kənarda inşa etdiyi tikilinin iddiaçı təşkilata məxsus olan əraziyə aid olmadığı müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun tərtib edilib, ekspert qarşısında qoyulmuş suallar üzrə tam, hərtərəfli tədqiqat aparılıb və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsini, təhsilini və ekspertiza sahəsində iş təcrübəsini nəzərə alınaraq, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iş üzrə verilmiş məhkəmə ekspertizasının rəylərini mötəbər sübut kimi qəbul etmək olar. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan ekspert rəylərini işə əl avə edilmiş digər sübutlarla, o cümlədən işdə iştirak edən şəxslərin izahatları ilə müqayisəli şəkildə yoxlayıb, həmin sübutlara obyektiv hüquqi qiymət verib müəyyən etmişdir ki, Cavabdeh mülkiyyətində olan yaşayış evi ilə iddiaçı təşkilatın istifadəsinə verilmiş torpaq sahəsinin üstüstə düşdüyü müəyyən edilir. Həmçinin Cavabdeh mülkiyyət hüququndan kənarda inşa etdiyi tikilinin iddiaçı təşkilata məxsus olan əraziyə aid olmadığı müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanun la qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmi n Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin “daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası” adlanan 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri- dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Kassasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, Cavabdeh mülkiyyətində olan yaşayış evi ilə iddiaçı təşkilatın istifadəsinə verilmiş torpaq sahəsi üst-üstə düşsədə, həmin ev cavabdeh Xalidə Baramovanın mülkiyyətində olduğundan, həmçinin Cavabdeh mülkiyyət hüququndan kənarda inşa etdiyi tikililər isə iddiaçı təşkilata məxsus olan əraziyə aid olmadığından, iddia tələblərini Cavabdeh və onun ailə üzvlərinə münasibətdə rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdir ilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, mübahisələndirilən hissədə işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, ekspertin rəylərinə düzgün hüquqi qiymət verməməsini, Cavabdeh mülkiyyətindən kənarda inşa etdiyi 35,8 kv.metr hissənin faktiki olaraq iddiaçı təşkilata məxsus əraziyə düşməsini və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməmişdir.Halbuki, MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflə rin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya in stansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, mübahisələndirilən hissədə apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı MMC kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2019-cu il tarixli, 2(103)-420/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə İddiaçı MMC kassasiya şikayətinə əsasən əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5989/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-5989/2019
04.10.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver