Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-600/2020 18.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X1, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 22 nömrəli X5 Məsuliyyətli Cəmiyyətinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən İdd iaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ucar rayon Məhkəməsinin (hakim T.Qubadov) xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 22 nömrəli X5 Məsuliyyətli Cəmiyyətinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilərək, Cavabdeh ASC 22 nömrəli Yol İstismarı MMC-nin xx.xx.2017-ci il tarixli əmrinin etibarsız hesab edilməsi, İddiaçı Cavabdeh ASC 22 nömrəli Yol İstismarı MMC-yə fəhlə işinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən M.Əsədli, hakimlər Ə.Məcidov, İ.Quliyev) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabde h ASC-nin 22 nömrəli Yol İstismarı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnаməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən Ə.Nurməmmədov, hakimlər M.Əhmədova və Ə.Rüstəmov) kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə(sədrlik edən G.Abbasov, hakimlər R.Rəfiyev, M.Hüseynov)Cavabdeh Açıq Səhmdar Cəmiyyə tinin 22 nömrəli X5 Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilərək, Ucar Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tаrixli qətnaməsi ləğv edilmiş, və mülki iş üzrə yeni qətnamə çıxarılaraq, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 22 nömrəli X5 Məsuliyyətli Cəmiyyətinə qarşı "Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 22 nömrəli X5 Məsuliyyətli Cəmiyyətinin xx xxxxx 2017-ci il tarixli 49/k saylı “işdən azad edilməsi barədə” əmrinin etibarsız sayılması, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” barədə iddia tələbi təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası mə hkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin 22 saylı Yol İstismarı MMC-yə qarşı iddia verərək sonuncunun verdiyi xx xxxxx 2017-ci il tarixli əmrinin etibarsız hesab edilməsini, işə bərpa edilməsini və məcburi iş buraxmaya görə əmək haqqının tutulmasını xahiş etmişdir. İşin mübahisə edilməyən hallarına görə iddiaçı cavabdeh təşkilatda fəhlə işləmişdir. xx xxxxx 2017-ci ild ən xx xxxxx 2017-ci ilə kimi 21 təqvim günü müddətində məzuniyyətdə olmuşdur. xx xxxxx 2017-ci ildə iddiaçı öz ərizəsinə əsasən tutuduğu vəzifədən azad edilmişdir. İddiaçı bildirir ki, latin dilində yazıb oxuya bilmir. xx xxxxx 2017-ci ildə məzuniyyət verilməsi üçün müdiriyyətə müraciət etmişdir. Bununla əlaqədar ona ağ kağıza imza etdirərək sənədləri hazırladıqlarını bildirdilər. Sonradan ona məlum olmuşdur ki, yazılmış ərizədə o, öz xahişi ilə işdən azad olunmasını xahiş etmişdir. Cavabdeh bildirir ki, iddiaçı xx.xx.2017-ci ildə məzuniyyət verilməsi üçün müdiriyyətə müraciət etmiş və ona həmin tarixdən 21 təqvim günü müddətində məzuniyyət verilmişdir. Bundan sonra xx.xx.2017-ci ildə iddiaçı öz xahişi ilə işdən azad olunması üçün müraciət etmişdir. Müraciətlə bağlı ona bildirdik ki, məzun iyyətdə olduğu üçün onu yalnız xx.xx.2017-cidə işdən azad edə bilərik. İddiaçı buna razılığını bildirdi və həmin gün ağ kağıza imza edərək idarəni tərk etdi. Həmin ərizə əsasında onu xx.xx.2017-ci ildə öz xahişi ilə işdən azad etdik. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 1,2 və 3-cü bəndlərin də göstərilir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İşin mübahisə edilməyən hallarından göründüyü kimi işdən azad edilmə barədə yazılmış ərizədəki imza iddiaçı tərəfindən icra e dilmişdir. Qeyd edilən ərizənin məzmunu ondan ibarətdir ki, iddiaçı öz xahişinə əsasən xx.xx.2017-ci ildə işdən azad edilməsini xahiş etmişdir. İddiaçı imzanın onun tərəfindən icra edildiyini göstərsə də həmin ərizəni məzuniyyətə çıxmaq məqsədilə yazdığını bildirmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlən əsaslara görə iddiaçının göstərdiyi dəlilləri əsaslı hesab etmir. Əvvəla işin haları ilə müəyyən edilir ki, hazırkı iş üzrə mübahisə baş verənə qədər tərəflər arasında etibarlı işçi-işəgötürən münasibətləri olmuş və bu zəmində iddiaçı ağ kağıza imza edərək onun adından ərizənin yazılmasını cavabdehə etibar etmişdir. Digər tərəfdən iddiaçı imzaladığı ərizənin məzmununun onun iradəsinə zidd olaraq cavabdeh tərəfindən hansı səbəbə görə başqa qaydada ifadə edilməsinə dair hər hansı bi r dəlil irəli sürməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ərizə şəxsin özü tərəfindən imzalandığı halda həmin ərizənin məznununa görə məsuliyyət onu imzalayan şəxsin, hazırkı halda isə iddiaçının üzərinə düşür. İşin göstərilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işdən azad olunması baərədə əmr Əmək Məcəlləsinin 68 və 69-cu maddəsinin tələblərinə uyğun verilmişdir, ona görə də həmin əmrin ləğv edilməsinə dair iddia rədd edilməlidir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıl malıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-600/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-600/2020
18.02.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver