Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-600/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6072/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfin dən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh1, İddiaçı qardaşı X3 arvadıdır. Cavabdeh1 Telman Xankişiyevlə xx.xx.1991-ci ildə evlənib və mübahisəli olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 8 saylı evin 15-ci mənzilinə gəlin köçüb.
2. Həmin mənzil əvvəllər iddiaçının atası X2 mülkiyyətində olub. Mirzə Xankişiyev xx.xx.2021-ci ildə vəfat edib və vərəsəlik şəhadətnaməsinə əsasən mənzil İddiaçı mülkiyyətinə keçmiş, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3059/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi ilə, iddiaçılar Cavabdeh2 və X1 cavabdehlər Bakı şəhər i 50 saylı Notariat ofisinə, İddiaçı və X5 qarşı “vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mülkiyyət hüququ haqqında verilmiş çıxarışın ləğv edilməsi və məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2406/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, habelə İddiaçı, X8, X10 və X6 həmin mənzildə qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Nizam i rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 8 saylı evin 15 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər cavabdehərlə eyni mənzildə yaşasa da, qardaşı X9 (Cavabdeh1 həyat yoldaşı, Cavabdeh2 atası) 27 fevral 2010-cu il tarixdə vəfat etdikdən sonra, cavabdehlər öz istəkləri ilə, özlərinə aid olan bütün əşyaları da çıxarıb aparmaqla, mülkiyyətində olan mənzildən daimi yaşamaq üçün Biləcəri qəsəbəsi ərazisində yerləşən və özlərinə məxsus olan fərdi yaşayış evinə köçmüşlər. Onlar hazırda da həmin ünvanda yaşamaqla, o vaxtdan bir daha mülkiyyətində olan mənzilə qayıtmamış və bir gün olsun belə onlarla birlikdə yaşamamışlar. Cavabdehlərin 15 ilə yaxın bir müddətdir ki, o nun mülkiyyətində olan mənzildən öz istəkləri ilə, özlərinə aid olan bütün əşyaları da aparmaqla köçüb gedərək başqa ünvanda, Biləcəri qəsəbəsi ərazisində yerləşən, özlərinə məxsus fərdi yaşayış evində daimi olaraq yaşamalarına və mülkiyyətində olan həmin mənzilə ümumiyyətlə ehtiyaclarının olmamasına baxmayaraq, onların yalnız formal olaraq onun mülkiyyətində olan mənzildə qeydiyyatda olması nəticə etibarı ilə öz mülkiyyəti üzərində onun konstitusion hüquqlarının kəskin pozulması ilə yanaşı, həmçinin, cavabdehlərin də əvəzinə hər gün artan mənzilin bəzi kommunal xərclərini ödəmək zərurətini də yaradıb ki, həmin səbəblərdən də hesab edir ki, mülkiyyət hüququ ilə ona məxsus olan həmin mənzildə cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməlidir.
7. Məhk əmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, 1990-cı ildən mübahisəli mənzildə qeydiyyatdadır. 2010-cu ildə əri vəfat edənə qədər mübahisəli mənzildə yaşayıblar. Ona işlədiyi müəssisədən Biləcəri qəsəbəsində torpaq sahəsi verilmişdir və valideynlərinin, bacı-qardaşlarının köməkliyi ilə orada ev tikiblər. Hazırda başqa ünvanda yaşayır, ev qanunsuz tikili olmuşdur, həmin ünvanda neft yataqları var, bir neçə dəfə evini sökmək istəyiblər. Ona görə qeydiyyata düşə bilməmişdir. Amma torpaq sahəsi ona məxsus olmuşdur. Artıq 7 ildir ki, mübahisəli mənzildə yaşayırlar.
8. Məhkəmə iclasında Cavabdeh2 Mehman oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, onların mübahisəli mənzildə yaşamamasının səbəbi onların mənzilə buraxılmamasıdır.
9. Məhkəmə iclas ında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, cavabdehlər 2010-cu ildən sonra mübahisəli mənzildən köçüblər. Cavabdeh1 mübahisəli mənzilə gəlin köçmüş, digər Cavabdeh2 isə həmin mənzildə dünyaya gəlmişdir. Hazırda cavabdehlər mübahisəli ünvanda qeydiyyatda qalmaq istəyirlər ki, gələcəkdə mənzil satılarsa kompensasiya ödənilməsini tələb edə bilsinlər. Hazırkı mübahisəyə köhnə Mənzil Məcəlləsi tətbiq edilməli deyil, münasibətlərin yaranma vaxtı cavabdehlərin mənzili tərk etmə vaxtından hesab edilməlidir.
10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-130/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia tələbi təmin edilmiş, cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilmiş, məhkəmə xərcləri İddiaç ı aid edilmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzil Cavabdeh1 qayınatası X2 mülkiyyətində olmuşdur. X7 16 mart 2021-ci il tarixdə vəfat etmişdir. 09 aprel 2014-cü il tarixdə Mirzə Xankişiyev Bakı şəhəri 50 saylı notariat kontorunda vəsiyyət yazmış, vəsiyyətə əsasən, özünə məxsus olan bütün daşınar və daşınmaz əmlakı oğlu İddiaçı vəsiyyət etmiş, 26 may 2022-ci il tarixdə Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən İddiaçı yuxarıda qeyd olunan mənzil üçün ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh1 iddiaçının qardaşı Telman Xankişiyevlə xx.xx.1991-ci ildə nikahda daxil olmuş və elə həmin ildə mübahisəli mənzilə qeydiyyatda alınmışdır. Onların birgə nikahlarından iş üzrə digər cavabdeh olan Cavabdeh2 doğulmuşdu r. Cavabdeh2 xx.xx.2008-ci il tarixdən, yəni şəxiyyət vəsiqəsi əldə edərkən valideynlərinin yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyata alınmışdır. Cavabdehlər Telman Xankişiyevin ölümündən sonra mübahisəli mənzildə köçmüşlər. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmaları onun əmlakı üzərində sərbəst şəkildə mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsini məhdudlaşdırır. Cavabdehlər mərhum Telman Xankişiyevin ölümündən sonra mübahisəli mənzili tərk etmişlər. Məhkəmənin icraatında olmuş və qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, Nizami MKTB-nin 28 saylı MKİS-in xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı mübahisəli mənzdə qeydiyyatda olmaqla yaşayır. Cavabdehlər qonşuların aktın a əsasən 2011-ci ilin mart ayından həmin mənzildən köçüb getmişlər və həmin mənzildə yaşamırlar.
12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2000-ci ilədək yaranmışdır və mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) normalarına uyğun həll edilməlidir. Cavabdehlər mərhum Telman Xankişiyevin ölümündən sonra mübahisəli mənzili tərk etmişlər. Məhkəmənin icraatında olmuş və qanuni qüvvəyə minmiş e-2(007)-3059/2024 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, Nizami MKTB-nin 28 saylı MKİS-in xx.xx.2023-cü il tarixli, 454 nömrəli arayışına əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, 8 saylı evin 15 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. X4 və onun oğlu Cavabdeh2 qonşuların aktına əsasən 2011-ci ilin mart ayından həmin mənzildən köçüb getmişlər və həmin mənzildə yaşamırlar. Cavabdehlər uzun illərdir mübahisəli mənzildə yaşamır və onların qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalmaları iddiaçıya mülkiyyətindən maneəsiz istifadə etməyə imkan vermir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir.
13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 60 və 87-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tar ixli qərarına, “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və onların hər birinə 10.000 manat kompensasiya ödənilməsi müqabilində istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, onlar öz xoşluqları ilə yox, Cavabdeh1 ərinin vəfatından sonra həmin evdə o nlara qarşı olan təzyiqlər nəticəsində məcbur olub çıxıb getmişlər.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6072/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin onların təzyiqlər nəticəsində mənzildən köçüb getmələri barədə dəlili üzrə qeyd etmişdir ki, cavabdehlər istinad etdikləri həmin halı sübut etməli olduğu halda, buna dair sübut təqdim edə bilməmişlər. Bundan başqa, cavabdehlər iradəsinə zidd olaraq mənzildən istifadə imkanlarından məhrum olunduqlarını bildirsələr də, keçən on ildən artıq müddət ərzində həmin hüquqlarının müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və ya məhkəməyə hər hansı bir müraciət etməmişlər. Demək ki, cavabdehlərin mənzildən iradələrinin ziddinə getmələri barədə bildirdikləri əsassız olmuşdur. Həmçinin 2011-ci ildən bəri cavabdehlərin iddiaçının mənzilində davamlı olaraq, həm də bu qədər uzun müddət yaşamamaları belə qənaətə gəlməyə əsas vermişdir ki, cavabdehlərin həmin mənzilə olan ehtiyacı aradan qalxmış və onlar mənzildən öz istəklərinə əsasən getmişlər.
18. Məhkəmə kollegiyası cavabdehlərin kompensasiya ödənilməsi tələbi ilə bağlı apelyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, cavabdehlər mənzilin mülkiyyətçisi olmamaqla yanaşı, eləcə də hazırkı işdə onların belə bir t ələbi olmamışdır. Həmçinin cavabdehlərin 2011-ci ildən həmin evdən öz istəklərinə əsasən köçüb getmələri, həmin yaşayış sahəsinə olan ehtiyaclarının aradan qalxması və həmin vaxtdan iddiaçıya məxsus evdə yaşamamaları səbəbindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
19. Cavabdehlər apellyasiya şikayətində qeyd etdikləri hallarla bağlı hər hansı sübutu apellyasiya şikayətinə əlavə etməmiş və apellyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişlər.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 228.1, 228.2, 228.3, 228.4, 228.5, 262.2-cü, xx.xx.2009cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 60 və 87-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci istinad etmişdir. K assasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdehlər (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə təcrübəsində analoji işlərlə bağlı məhkəmə qərarlarında istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinə baxmayaraq, hazırkı iş üzrə cavabdehlərə fəqli yanaşılmış, beləliklə də Azərbaycan Respublikası Konstitusiyanın 25 və 60-cı maddələrində nəzərdə tutulmuş bərabərlik prinsipi, hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı pozulmuşdur.
23. Apellyasiya instansiyası məhkəməsi ədalət mühakiməsini həyata ke çirərkən çəkişmə, tərəflərin bərabərliyini prinsiplərini pozmuşdur. Belə ki, apellyasiya məhkəməsinin 10 oktyabr 2024-cü il bildirişində cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması Bakı Apellyasiya Məhkəməsinin 15 saylı məhkəmə iclas zalında 26 noyabr 2024-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. Lakin elektron məhkəmə sistemində əlaqəli iclaslar bölməsində baxış iclasının 11.30 dəqiqədə keçirilməsi qeyd edilmişdir. Bu səbəbdən saat 12.27 dəqiqədə iş üzrə Cavabdeh1 apelyasiya məhkəməsinin binasında yerləşən 15 saylı zalın önündə olmuş, lakin həmin iş üzrə tərəflərin çağırılmasını eşitməmişdir. Həmin vaxt zalda proses getdiyindən cavabdeh apellyasiya məhkəməsinin 3-cü mərtəbəsində yerləşən oturacaqda əyləşib prosesin başlayacağını gözləmişdir. Təxmini yarım saatdan sonra 15 saylı zalda iclas bitmiş və cavabdeh zala daxil olmuşdur. Bu zaman ona bildirilmişdir ki, artıq şikayətə baxılmış və onun tərəfindən verilən apelyasiya şikayəti təmin olunmamışdır. Bundan sonra, xx.xx.2024-cü il tarixdə vəkil tərəfindən məhkəmə iclasının səs və video yazısı ilə tanış olmaq üçün ərizə verilsə də, video yazının silinməsi barədə məlumat alınmışdır. Göründüyü kimi məhkəmə kollegiyası “hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir” barədə istinad olunan maddənin tələblərini pozmuş, qərarını yalnız iddiaçının izahatları ilə əsaslandırmış, cavabdehləri dinləmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Apellyasiya instansiyasının qətnaməsi istinad olunan MPM-in 9-cu maddəsinin tələbinin pozulması ilə qəbul edilmiş dir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə
13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə
29. İİİ hissə. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlak ını geri tələb edə bilər.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
30. Maddə Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
31. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
32. Maddə
54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ: İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razı lığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
33. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçil ərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir..
34. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarı 35.... Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 36....mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisəli mənzillə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifa də hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
46. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmaları nı yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
47. Baxılan işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh həmin mənzilə 01 oktyabr 2009-cu il tarixədək olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən istifadə hüququ əldə etmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi eyni zamanda müəyyən etmişdir ki, cavabdehlər sözügedən mənzilin keçmiş sаkini olmuş, daimi yaşamaq üçün köçüb bаşqа yerə getmiş və getdiyi ünvanda daimi olaraq yaşamışdır. Cavabdehlərin yаşаyış sаhəsinə e htiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğunа görə iddiaçı, cavabdehlərin yаşаyış sаhəsinə оlаn ehtiyаclаrını onun mənzilindən istifаdə etməklə qаrşılаmаq məcburiyyətində deyildir.
48. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və əsaslandırması ilə məhkəmə kollegiyası razılaşır.
49. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsinə dair” 12 mart 1999-cu il tarixli qərarında vurğulamışdır ki,...Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
50. Həmin maddəyə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
51. Cavabdehlərin daimi yaşamaq üçün köçüb bаşqа yerə getməsi habelə yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğu apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir.
52. Bu hal onu göstərir ki, cavabdehlər uzun müddət və davamlı olaraq mənzildə yaşamaq ehtiyacını könüllü olaraq başqa yerdə qarşıladığı üçün onun mübahisə predmeti ol an mənzildə yaşamaqla bağlı qanuni mənafeyi aradan qalxmışdır.
53. Kollegiya, bu mövqe ilə razılaşaraq, həmçinin qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququ ailə münasibətləri çərçivəsində mənzil ehtiyacını qarşılamağı (başqa yaşayış sahəsi olmadığı üçün) təmin edən bir hüquqdur. Bu hüququn yaranmasına səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqdan və uzun müddət keçdikdən sonra ondan əvvəlki qaydada (ehtiyat hüquq kimi) istifadə edilməsi yolverilməzdir.
54. Məhkəmə kollegiyası cavabdeh tərəfin apelyasita instansiyası məhkəməsinin iclasında iştirakının təmin olunmaması barədə dəlillərini qətnamənin ləğvi üçün əsas hesab etmir. Əvvəla ona görə ki, kassator şikayətində cavabdeh özü də qeyd edir ki, apelyasiya m əhkəməsində işə baxılan gün apelyasiya məhkəməsinin binasında yerləşən 15 saylı zalın önündə olmuş, lakin həmin iş üzrə tərəflərin çağırılmasını eşitməmişdir. Yəni cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmuş, hətta işə baxılan vaxtı məhkəmənin binasında olmuşdur.
55. Bundan başqa, MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
56. Baxılan işdə cavabdehlərin məhkəmədə iştirak etməməsi ilə əlaqəli qətnamənin düzgün olmaması müəyyən edilmir.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfind ən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6072/2024 nömrəli, 26 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.