Məhkəmə qərarları › İş №2(102)-6001/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6001/2019

30.08.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6001/2019 30.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, X1, onun vəkili Əliyev Seyfəddin Sadıx oğlunun iştirakları ilə, İddiaçı və X1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsindən birgə verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı və X1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsindən kass asiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələblərinin təmin edilməsi, cavabdehin iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdilər. İşin halları: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair qarşılıqlı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdehə qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Quliyev, iş 2(005)-3872/2018) iddia tələbləri rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Əliyev, iş № 2(103)-3562/2019) İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 və Cavabdeh apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və X1 kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələblərinin təmin edilməsi, cav abdehin iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: X1 vəkili Əliyev Seyfəddin Sadıx oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələblərinin təmin edilməsi, cavabdehin iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxt ı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi m əsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında ev 14 payı nisbətən İddiaçı 14 nisbətən isə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 məxsusdur. Cavabdeh İddiaçı oğludur, 2013-cü ildə iddiaçının razılığı ilə mübahisə li mənzilə qeydiyyata düşmüşdür. Lakin, iddiaçının oğlu Cavabdeh heç vaxt mübahisəli mənzildə yaşamamışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; MM-in 27, 152-158, 228, 231, 233; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 6, 8, 29, 30; yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 1, 2; Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun 08.10.2013-cü il tarixli Qərarına istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.” İddiaçı və X1 tərəfindən birgə verilmiş kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, ap elyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...Cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda istifadə hüquqlarının itirilməsindən söhbət gedə bilməz. Cavabdeh mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Mövcud olmayan hüquq məhkəmə qaydasında itirilə bilməz. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair iddiası ilə bağlı X1 iddiası mahiyyətcə İddiaçı ilk iddiası ilə eyni mahiyyətli olduğu üçün təmin edilməməlidi r. Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olmasına gəlincə isə, qeydiyyat hər hansı bir əmlak hüququ yaratmamaqla, yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər ("Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi). Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmamışdır. Yaşayış yeri üzrə qeydiyyat təbiətinə görə texniki xarakter daşımaqla öz-özlüyündə qediyyatda olan şəxsə qeydiyyatda olduğu evə dair hər hansı əmlak hüququ vermir.”. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəb

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar