Məhkəmə qərarları › İş №2(102)-6003/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6003/2022

19.12.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6003/2022 19.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1447/2022 nömrəli, 01 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı Nöhbala oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 19 dekabr 2 022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş JN 102; kod 30329068 Dövlət Aktında qeyd edilmiş 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 və onun digər ailə üzvlərinə əmlak payı kimi xüsusi mülkiyyətə verilmişdir.

2. Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş JN 0032; KOD 30329068 Dövlət Aktında qeyd edilmiş 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 və onun digər ailə üzvlərinə əmlak payı kimi xüsusi mülkiyyətə verilmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********3 qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Quba rayon Təngəalt ı kəndində yerləşən 0.54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0.36 ha hissəsi İddiaçı, 0,18 ha hissəsi X4 xüsusi mülkiyyətinə verilmişdir. 4. 29.03.2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu, Çiçi kəndində yaşayan X7 ilə İddiaçı arasında bağlanmış JN 0032; kod 30329068 Dövlət Aktına əsasən X7 özünə məxsus 12416,91 olan 943,98 kv metr bağ, 2602,33 kv metr dəmyə sahəsinin 1/3 hissəsini İddiaçı satmışdır.

5. X7 xx.xx.2011-ci il tarixində vəfat etmişdir.

6. Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-2061/2019 saylı qətnaməsinə əsasən Torpağa mülkiyyət hüququna dair JN 0032; KOD 30329068 Dövlət X1 və X5 münasibətdə onlara məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsi qət olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məh kəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kəndlərində İİ dəfə keçirilmiş torpaq islahatı ilə xx.xx.2000-ci il tarixində X2 adına verilmiş № 0032 KOD 30329068 nömrəli 'Torpağın Mülkiyyət hüququna’' dair Dövlət aktının əsasında X4 adına verilmiş bütöv sahənin 1/3 hissəsi olan torpaq payının ona satılması barəsində 29 mart 2000-ci il tarixində bağladığı alqı-satqı müqaviləsinin yenidən bağlanılmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 2006-cı ildə Quba Rayon Məhkəməsinə alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi tələbinə dair qətnamə çıxarılması xahişi ilə iddia ərizəsi təqdim etmişdir. İddia ərizəsinə Quba Rayon Məhkəməsində xx.xx.2006-cı il tarixində açıq məhkəmə i clasında baxılmışdır. Məhkəmə hər tərəfli araşdırma apardıqdan sonra ərizənin təmin edərək 2-176 №-li qətnamə çıxarmışdır. Ancaq hal-hazırda xüsusi mülkiyyət hüququna dair qeydiyyat şəhadətnaməsi almaq istəyərkən əmlak komitəsinin işçiləri ona izah ediblər ki, həmin qətnamənin "qət" hissəsində qətnamə çıxarılmış torpağa mülkiyyət hüququna dair dövlət aktının № 0032 nömrəsi KOD 30329068 nömrələri göstərilməyib. Yəni pay torpağının 1/3 hissəsinin Z.D.Ağakişiyevaya aid hissəsinin alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsinə dair dəqiq qeyd olunmayıb, həmin qətnamənin qət hissəsində zəruri düzəlişə ehtiyacı olan yanlışlıq vardır. Həmin yanlışlığın düzəldilməsi xahişi ilə xx.xx.2021-ci il tarixində Quba Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Quba Rayon Məhkəməsi iş № 02(027)176/200 6 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizəni təmin etməmişdir. Belə ki, Quba Rayon Məhkəməsinin 01 may 2006-cı il tarixli, 2-176/2006 saylı qətnaməsindən xx.xx.2007-ci il tarixində cavabdeh Z.D.Ağakişiyeva apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 mart 2007-ci il tarixli, 1MK-2537/2007 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 01 may 2006-cı il tarixli, 2- 176/2006 saylı qətnaməsi ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 mart 2007-ci il tarixli, 1MK-2537/2007 saylı qətnaməsindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 avqust 2007-ci il tarixli, 6k-1697/07 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 mart 2007-ci il tarixli, 1MK-2537/2007 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda vəziyyət dəyişmiş, yeni hallar yaranmışdır. X8 öz pay torpağını ona satmaqla, həmin vaxt keçmişdən ona qaytarası olduğu 1000 ABŞ dolları məbləğində olan köhnə borcunu bağlamış və daha 1000 manat pul almışdır. O torpağı ona görə satmışdır ki, borcu olmuş, pula ehtiyacı olmuş, yaşlı olduğuna görə torpağı becərmək imkanı olmamışdır. Bir nəfər (makler) torpaq dəllalı ortaya düşmüş, Z.D.Ağakişiyevanı hədələyirdi ki, müqaviləni pozsun, vəziyyəti həmin dəllalın xeyrinə dəyişsin. Ancaq Z.D.Ağakişiyeva nə köhnə borcunu, nə də nağd aldığı pulu geri qaytara bilməmişdir. Ona görə də həmin torpaq o vaxtdan (1998-ci ildən) indiyə kimi onun sahibliyində və istifadəsçindədir, dənli bitkilər əkir. Həmin № 0032 KOD 30329068 "Torpağa mülki yyət hüququna" dair Dövlət Aktının digər iki payının sahibləri dəyişilmişdir. Payçılar birisi B.Ağakişiyeva ailə qurub başqa rayona köçmüşdür, ərinin evindədir, soyadı Mahmudova olub. Bahar atası Nöhbalanın payını vərəsəlik qaydası ilə almış, hər iki payını ona satmışdır. Cavabdeh öz analığı Z.D.Ağakişiyevanın payını heç vaxt özününkü saymamışdır, ona görə ki, Z.D.Ağakişiyeva öz payını sağ ikən satmışdır. Bahar Zenfiranın vərəsəsi deyildir. N.Ağakişiyev 1999-cu ildə, Zənfira 2011-ci ildə vəfat etmişlər. İstər Sumqayıt Apellyasiya Məhkəməsinin, istərsə də Ali Məhkəmənin onun əleyhinə qərar çıxararkən istifadə etdikləri MM-nin 218-ci maddəsi hal-hazırda öz təsirini onun xeyrinə dəyişmişdir

9. Quba Rayon Məhkəməsinin (hakim İ.Məmmədov) 04 fevral 2022-ci il tarixli, 2(027)-163/2022 nömrəli qət naməsi ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir.

11. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152-ci, Mülki Prosessual Məcəllənin 14, 77 və 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayətinin əsaslandırılması kimi qeyd olunmuşdur ki, məhkəmə tərəfindən bir çox maddi və prosessual normaların tələbl əri pozulmuşdur. Torpaq sahəsi uzun illərdir ki, onun faktiki sahibliyindədir və o bu torpaq sahəsindən qanuni əsaslarla istifadə edir. Lakin məhkəmə onun sahiblik hüquqlarına da təminat verməmişdir, onun ödədiyi pul hesabına faktiki mülkiyyətində olan torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsini bağlanmış hesab etməmişdir. Halbuki, hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335-ci maddəsinə istinad etməklə bu müqavilənin bağlanmış hesab edilməsi mümkün bir haldır. Hal-hazırda həmin üç paydan qalan ikisini də o satın almışdır. Ancaq hələ 21 il qabaq aldığı birinci payın ona məxsus olması qeydiyyat şəhadətnaməsində qeydə alınmır.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər G.F.Tağızadə sədrlik edən və məruzəçi, L.M.Məmm ədova və T.O.Quliyev) 2(103)-1447/2022 nömrəli, 1 avqust 2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birini instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanunu və əsaslıdır, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur.

16. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152 və 647-ci, Torpaq Məcəlləsinin 55-ci, Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəl illəri

17. İddiaçı (Vəkil ) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsi uzun illərdir ki, iddiaçının faktiki sahibliyindədir və iddiaçı bu torpaq sahəsindən qanuni əsaslarla istifadə edir, lakin məhkəmə onun sahiblik hüquqlarına da təminat verməmiş, ödədiyi pul hesabına faktiki mülkiyyətində olan torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsini bağlanmış hesab etməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərlə mübahisə predmeti olan torpaq sahəsinin onun mülkiyyətçisi olan Z.Ağakişiyevadan dəyəri ödənilməklə alınmasının və paylı mülkiyyətdə olan digər torpaq payçılarının öz paylarını iddiaçıya satmalarının təsdiq olunmasına və bununla da Mülki Məcəllənin 218-ci maddəsində nəzərdə tutulan əsasların yaranmasına baxmayaraq məhkəmə hazırki mübahisənin həlli ilə bağlı tətbiq edilməli olan bu normanı tətbiq etməmiş və əsaslı iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. İşdə olan məhkəmə aktlarından da göründüyü kimi Quba Rayon Məhkəməsinin 01 may 2006-cı il tarixli, 2-176/2006 saylı qətnaməsi ilə iddiaçının cavabdeh Z.Ağakişiyevaya qarşı alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddiası təmin edilmiş, 1/3 hissədə olan torpaq payının iddiaçıya satılması barədə alqı-satqı müqaviləsi bağlanmış hesab edilmişdir. Cavabdeh Z.Ağakişiyeva apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 mart 2007-ci il tarixli, 1 MK-2537/2007 saylı qətnaməsi ilə apellyasiya şikayəti t əmin edilmiş, Quba Rayon Məhkəməsinin 01 may 2006-cı il tarixli, 2-176/2006 saylı qətnaməsi ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 mart 2007-ci il tarixli, 1 MK2537/2007 saylı qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 avqust 2007-ci il tarixli, 6k-1697/07 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 13 mart 2007-ci il tarixli, 1 MK-2537/2007 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin keçən bu müddət ərzində vəziyyət dəyişmiş, yeni hallar yaranmışdır: Belə ki, Z.Ağakişiyeva öz pay torpağını iddiaçıya satmaqla, həmin vaxt keçmişdən mənə qaytarası olduğu 1000 ABŞ dolları məbləğində olan köhnə borcunu bağlamış və daha 1000 manat pul almışdı. Artıq müqavilə tərəfləri arasında müqavil ənin bütün şərtləri barəsində razılaşma olduğu üçün bu illər ərzində torpaq sahəsinin keçmiş sahibi torpağı iddiaçıdan tələb etməmiş və hal-hazırki vaxtadək torpaq sahəsi iddiaçının istifadəsindədir. Torpaq sahəsi uzun illərdir ki, iddiaçının faktiki sahibliyindədir və iddiaçı bu torpaq sahəsindən qanuni əsaslarla istifadə edir, lakin məhkəmə onun sahiblik hüquqlarına da təminat verməmiş, ödədiyi pul hesabına faktiki mülkiyyətində olan torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsini bağlanmış hesab etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kasasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

20. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 647.1. Əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təstiqləndikdə etibarlı sayılır. Torpaq Məcəlləsi

22. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Mülki Prosessual Məcəllə

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar ın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan iddiaçının kassasiya şikayəti əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. İddiaçının kassasiya şikayətinin dəlillərində göstərilən dəlillər həm iddia ərizəsində, həm də apellyasiya şikayətində irəli sürülən dəlillərlə eyni məzmunludur. Həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır, təkrar qiymət verilməsinə zərurəit görm ür.

32. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlardan hansınn mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə koll egiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1447/2022 nömrəli, 01 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar