Məhkəmə qərarları › İş №2(102)-6004/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6004/2019

23.09.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6004/2019 23.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(005)2597/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edi lərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Sumqayıt Qaz İstismar Sahəsi, Xidmət rəisi (Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidməti, Sumqayıt şəhəri) vakansiyası üzrə 10.04.2018-ci il tarixdə saat 15:00-da keçirilən müsahibənin nəticələrinin ləğv edilməsi, Sumqayıt Qaz İstismar Sahəsi, Xidmət rəisi (Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidməti, Sumqayıt şəhəri) vakansiyası üzrə müsahibənin İddiaçı iştirakı ilə yenidən keçirilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov sədrlik edən və məruzəçi, E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)-5629/19) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti t əmin edilməyərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2597/2018 saylı mülki iş üzrə qəbul etdiyi 05 dekabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işə qəbul olunmaq üçün müsabiqədə iştirak etdiyi vakansiyalar üzrə müsahibə nəticələrinin ləğv olunaraq, müsahibənin yenidən keçirilməsinin və müsahibədə iştirakının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayət i onunla əsaslandırmışlar ki, maddi və prosessual hüquq normaları pozulmuş, işin halları tam və hərtərəfli araşdırılmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlinmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməməsini, cavabdehin vəkili Vəkil isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə laz ımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərb aycan Respublikasının Əmək Məcəlləsinin 50-ci maddəsinin 1-7-ci hissələrinə istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, «Azəriqaz» İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ağsu rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsinə və Sumqayıt qaz İstismarı Sahəsinin Təbii qazın qəbulu və satışı şöbəsinin rəis müavini vəzifəsinə artıq təyinatlar aparılmış və onlar vakant deyildir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırda mübahisələndirilən müsabiqə nəticələrinin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki əks yanaşma qanuni əsaslarla həmin müsabiqədən uğurla keçmiş və artıq işə qəbul olmuş üçüncü şəxslərin hüquqlarını pozmuş olur. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, İddiaçı 02.07.2007-ci il tarixdən 19.02.2015-ci il tarixə kimi Şamaxı qaz istismar sahəsində müxtəlif vazifələrdə, 19.02.2015-ci il tarixdən 06.05.2015-ci il tarixə kimi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Azəriqaz İstehsalat Birliyi Ağsu Regional Qaz İstismarı İdarəsinin Şamaxı rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətində xidmət rəisi vəzifəsində işləmişdir. 06.05.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən oz təşəbbüsü ilə tutduğu vəz ifədən azad edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı Azəriqaz İstehsalat Birliyi Ağsu Regional qaz İstismarı İdarəsi, Xidmət rəisi (Təbii qazın qəbulu və satışı xidməti, Ağsu rayonu), Sumqayıt Qaz İstismar Sahəsi, rəis müavini (Təbii qazın qəbulu və satışı şöbəsi, Sumqayış şəhəri) və Sumqayıt Qaz İstismar Sahəsi, Xidmət rəisi (Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidməti, Sumqayış şəhəri) vakansiyaları üzrə elan edilmiş müsabiqələrdə iştirak etmək üçün müraciətləri qəbul edilmiş,ə təqdim etdiyi məlumatlar vakansiyaların tələblərinə cavab verdiyi üçün işə qəbul prosesinin növbəti mərhələsinə buraxılması barədə məlumatlandırılmışdır. Bu vakansiyalar üzrə 09.03.2018ci il və 28.03.2018-ci il tarixlərdə keçirilmiş test imtahanlarında iştirak etmiş və nət icədə Azəriqaz İstehsalat Birliyi Ağsu Regional qaz İstismarı İdarəsi, Xidmət rəisi (Təbii qazın qəbulu və satışı xidməti, Ağsu rayonu) vakansiyası üzrə 29 bal, Sumqayıt Qaz İstismar Sahəsi, rəis müavini (Təbii qazın qəbulu və satışı şöbəsi, Sumqayıt şəhəri) vakansiyası üzrə 14 bal və Sumqayıt Qaz İstismar Sahəsi, Xidmət rəisi (Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidməti, Sumqayıt şəhəri) vakansiyası üzrə 15 bal toplayaraq, test mərhələsindən keçmiş və növbəti mərhələyə buraxılmışdır. Azəriqaz İstehsalat Birliyi Ağsu Regional qaz İstismarı İdarəsi, Xidmət rəisi (Təbii qazın qəbulu və satışı xidməti, Ağsu rayonu) vakansiyası üzrə 29.03.2018-ci il tarixdə saat 12:00-da, Sumqayıt Qaz İstismar Sahəsi, rəis müavini (Təbii qazın qəbulu və satışı şöbəsi, Sumqayıt şə həri) vakansiyası üzrə 10.04.2018-ci il tarixdə saat 15:00-da və Sumqayıt Qaz İstismar Sahəsi, Xidmət rəisi (Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidməti, Sumqayıt şəhəri) vakansiyası üzrə 10.04.2018-ci il tarixdə saat 15:00-da müsahibənin keçirilməsi qərara alınmış və bu barədə İddiaçı elektron qaydada məlumat verilmişdir. Lakin bundan sonra İddiaçı yenidən elektron qaydada müraciət edilərək, sənədlərində uyğunsuzluq aşkar edildiyindən namizədliyinin qəbul edilmədiyi bildirilmiş və nəticədə o, qeyd edilən vakansiyalar üzrə 29.03.2018-ci il tarixdə və 10.04.2018-ci il tarixdə keçirilmiş, ümumilikdə 3 müsahibəyə buraxılmamışdır. İddiaçıya verilmiş xasiyyətnamədə İddiaçı xidmət rəisi kimi fəaliyyət göstərdiyi müddətdə Şamaxı Xidmət Sahəsi üzrə debitor borcların həcminin əhali sektorunda artdığı, həmin dövrdə Şamaxı Xidmət Sahəsi üzrə qaz itkilərinin həcminin 19-22 faiz arasında dəyişdiyi, bu sahədə də heç bir irəliləyişin əldə edilmədiyi, qeyd edilənlərin İddiaçı tərəfindən işlərin düzgün qurulmamasının göstəricisi olması göstərilmişdir. Həmçinin, bildirilmişdir ki, Zaidovun işlədiyi kollektivdə nüfuzunun araşdırılması zamanı da onun kollektivdə xüsusi nüfuzu ilə seçilməsi müəyyən edilməmişdir. Həmin vəzifələrdən “Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı idarəsinin Ağsu rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsi və “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt qaz İstismarı Sahəsinin Təbii qazın qəbulu və satışı şöbəsinin rəis müavini vəzifəsi artıq vakant deyil. Həmin vəzifələrə artıq təyinatlar aparılmışdı r. İddiaçının tələblərinə əsasən «Azəriqaz» İB-i tərəfindən 28.03.2018-ci il tarixli xasiyyətnamədə əmək fəaliyyətinə başladığı tarixin 19.02.2015-ci ildə olduğu göstərilsə də, debitor borcun və qaz itkilərinin hesablanması 01.02.2015-ci il tarixindən aparılmış və həqiqətə uyğun olmayan rəqəmlər yazılaraq, hesabatın hansı zaman intervalında aparıldığı da qeyd olunmamışdır. Amma faktiki olaraq həmin təşkilatda 02.07.200706.05.2015-ci il tarixləri arasında işlədiyi səkkiz illik iş müddəti ərzində, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının icrasına ciddi yanaşaraq, xidmət etdiyi vəzifədə üzərinə düşən vəzifə təlimatına uyğun öhdəlikləri yerinə yetirdiyi üçün heç bir intizam tənbehi olmamışdır. Bundan əlavə 16 iyun 2016-cı il tarixində, ARDNŞ-nin, “Azəriqaz” İBnin, Ağsu RQİİ-i t ərəfindən verilən xasiyyətnamədə şəxsi və peşəkarlıq keyfiyyətlərimin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatların qeyd olunması səbəbindən, həmin dövrdə İnsan Resursları Departamenti tərəfindən elan olunan vakansiyalar üzrə işə qəbul olunmaq üçün keçirilən müsabiqələrdən uğurla keçsə də nəticə olaraq işə qəbul olunmamışdır. Həmçinin, ARDNŞ-nin, “Azəriqaz” İB-i tərəfindən verilən 29.11.2017-ci i tarixli xasiyyətnamədə şəxsi və peşəkarlıq keyfiyyətlərimin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatların qeyd olunması səbəbindən Ağsu RQİİ-də, Şamaxı xidmət sahəsi üzrə, Təbii qazın qəbulu və satışı xidmətinin rəisi vakansiyası üzrə müsabiqənin test mərhələsindən yüksək nəticə toplayaraq keçsə də, 29.11.2017-ci il ta rixində keçirilən müsahibədən xaric olunmuşdur. Yuxarıda qeyd olunan faktlardan da görünür ki, ARDNŞ-nin İnsan Resursları Departamenti tərəfindən elan olunan vakansiyalara işə qəbul olunmaq üçün keçirilən müsabiqələrin test mərhələsindən yüksək nəticə toplayaraq keçsə də, ARDNŞ-nin, “Azəriqaz” İB-i tərəfindən verilən xasiyyətnamədə şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatların qeyd olunması səbəbindən işə qəbul olunmayaraq hazıra qədər işsiz qalmışdır. Cavabdeh iddiaya etirazının dəlilləri kimi iddiaçının mənfi xarakterli xidməti xasiyyətnamə təqdim etdiyi üçün onun müsahibə olunması məqsədəmüvafiq hesab olunmamasını, bu barədə müsahibə zamanı ona ətraflı məlumat verilməsini, müsahibənin nəticələri ilə bağlı göndər ilən yekun bildirişlərdə (elektron poçt və sms) müsahibə olunmasının səbəbi kimi sənədlərində uyğunsuzluğunun olması”nın qeyd olunması, onun əvvəllərdə də iştirak etdiyi müsahibədə mənfi xasiyyətnamə təqdim etməsi və həmin səbəbdən müsahibə olunmaması, iddiaçıya daha əvvəl SOCAR-da işləyən və şirkətdəki son iş yerindən mənfi xasiyyətnamə təqdim edən vətəndaşların müsahibədə iştirakının məqsədəuyğun hesab edilməməsi barədə ətraflı məlumat verilsə də, onun müsabiqələrdə iştirak etməyə davam etməsini göstərmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 50-ci maddəsinin 1-ci hissəsinə əsasən yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər; Həmin Məcəllənin 50-ci maddəsinin 2-ci hissəsinə əsasən müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir; Həmin Məcəllənin 50-ci maddəsinin 3-cü hissəsinə əsasən müsabiqə işçinin (müvafiq vəzifəni tutmaq iddiasında olan şəxsin) sənədləri, elmi işləri, kadr-uçot məlumatları üzrə və ya müsahibə, test üsulu ilə və yaxud bu üsulların hər ikisindən istifadə olunmaqla qarışıq üsulla keçirilə bilər; Həmin Məcəllənin 50-ci maddəsinin 7-ci hissəsinə əsasən keçirilmiş müsabiqənin nəticələri ilə razılaşmayan iddi açı müsabiqə komissiyasının qərarı qəbul edildiyi gündən bir ay müddətində məhkəməyə müraciət edə bilər. Məhkəmə, müsabiqənin qanunvericiliyin tələblərini pozmaqla və ya qeyri-obyektiv keçirildiyini müəyyən etdikdə onun nəticələrini ləğv edir. Bu halda qətnamədə göstərilən hallar aradan qaldırılmaq şərti ilə müsabiqə yenidən keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən maddi hüquq normasının tələbləri baxımından düzgün olaraq bu qənaətə gəlmişdir ki, cavabdeh şirkət tərəfindən işə qəbul üzrə müsabiqə keçirilərkən iddiaçıya münasibətdə həmin qaydaların tələbləri pozulmuşdur. Belə ki, İddiaçı Azəriqaz İstehsalat Birliyi Ağsu Regional qaz İstismarı İdarəsi, Xidmət rəisi (Təbii qazın qəbulu və satışı xidməti, Ağsu rayonu), Sumqayıt Qaz İstismar S ahəsi, rəis müavini (Təbii qazın qəbulu və satışı şöbəsi, Sumqayıt şəhəri) və Sumqayıt Qaz İstismar Sahəsi, Xidmət rəisi (Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidməti, Sumqayıt şəhəri) vakansiyaları üzrə elan edilmiş müsabiqənin test mərhələsində iştirak edərək, bu mərhələni keçmiş, növbəti mərhələ olan müsahibəyə dəvət edilsə də, Ağsu Regional qaz İstismarı İdarəsi, Xidmət rəisi (Təbii qazın qəbulu və satışı xidməti, Ağsu rayonu) vakansiyası üzrə 29.03.2018-ci il tarixdə saat 12:00-da, Sumqayıt Qaz İstismar Sahəsi, rəis müavini (Təbii qazın qəbulu və satışı şöbəsi, Sumqayıt şəhəri) vakansiyası üzrə 10.04.2018-ci il tarixdə saat 15:00-da və Sumqayıt Qaz İstismar Sahəsi, Xidmət rəisi (Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidməti, S umqayıt şəhəri) vakansiyası üzrə 10.04.2018-ci il tarixdə saat 15:00-da keçirilən müsahibəyə sənədlərində uyğunsuzluq aşkar edildiyindən buraxılmamışdır. Lakin ona göndərilmiş elektron məktubda bu uyğunsuzluğun nədən ibarət olduğu barədə hər hansı məlumat verilməmişdir. Qeyd edilən qurumda işlədiyi zaman, intizam məsuliyyətinə cəlb edilməsi, habelə barəsində intizam tənbehinin tətbiq edilməsi barədə hər hansı məlumat mövcud deyil. Onun barəsində verilmiş xasiyyətnamələrdə isə onun xidmət rəisi kimi fəaliyyət göstərdiyi müddətdə borclarının həcminin əhali sektorunda artdığı və kollektivdə xüsusi nüfuzu ilə seçilməsinin müəyyən edilməməsigöstərilmişdir ki, bu da öz növbəsində onun müsahibəyə buraxılmamasına əsas ola bilməz. Hər bir halda bütün vakansiyalar xidmət rəisi vəzifəsi üzrə elan e dilməmiş, Sumqayıt Qaz İstismar Sahəsi, rəis müavini (Təbii qazın qəbulu və satışı şöbəsi, Sumqayıt şəhəri) vəzifəsi üzrə də vakansiya mövcud olmuşdur. Məhkəmə kollegiyası hsab edir ki, iddiaçının Ağsu Regional qaz İstismarı İdarəsi, Xidmət rəisi (Təbii qazın qəbulu və satışı xidməti, Ağsu rayonu) vakansiyası üzrə 29.03.2018-ci il tarixdə saat 12:00-da, Sumqayıt Qaz İstismar Sahəsi, rəis müavini (Təbii qazın qəbulu və satışı şöbəsi, Sumqayıt şəhəri) vakansiyası üzrə 10.04.2018-ci il tarixdə saat 15:00-da və Sumqayıt Qaz İstismar Sahəsi, Xidmət rəisi (Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidməti, Sumqayıt şəhəri) vakansiyası üzrə 10.04.2018-ci il tarixdə saat 15:00-da keçirilən müsahibəyə hər hansı əsas olmadan buraxılmamasına dair apellyasiya instansiyası məhk əməsinin nəticələri işin araşdırılmış hallarına uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, Azəriqaz” İstehsalat Birliyinin Ağsu Regional Qas İstismarı idarəsinin Ağsu rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsinə və “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt qaz İstismarı Sahəsinin Təbii qazın qəbulu və satışı şöbəsinin rəis müavini vəzifəsinə artıq təyinatlar aparılmış və onlar vakant deyildir. İşin materiallarından görünür ki, iddia qismən təmin edilərək iddiaçının mübahisələndirdiyi üç müsahibədən birinin, 10.04.2018-ci il tarixdə saat 15:00-da və Sumqayıt Qaz İstismar Sahəsi, Xidmət rəisi (Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidməti, Sumqayıt şəhəri) vakansiyası üzrə keçirilmiş müsahibənin nəticə lərinin ləğv edilməklə həmin müsahibənin İddiaçı iştirakı ilə yenidən keçirilməli olmasına dair nəticəsindən apellyasiya şikayəti verərək şikayətin dəlillərinə əsasən həmin bir müsahibənin deyil, mübahisələndirdyi hər üç müsahibənin nəticələrini ləğv olunmalı olmasını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlili kimi məhkəmə tərəfindən göstərilən qətnamənin qəbul edilməsi ilə hüquqlarının pozulmasını göstərsə də, məhkəmə kollegiyası bu dəlili əsassız sayır. Belə ki, kollegiyanın qənaətinə görə apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə düzgün o laraq apellyasiya şikayətinin mübahisələndirilən hissələrdə, yəni, iddianın təmin olunmamış hissələri üzrə dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir. Ona görə ki, iddiaçı apellyasiya şikayətində faktiki olaraq iddiasının təmin olunan hissəsi üzrə deyil, təmin olunmayan Ağsu Regional qaz İstismarı İdarəsi, Xidmət rəisi (Təbii qazın qəbulu və satışı xidməti, Ağsu rayonu) vakansiyası üzrə 29.03.2018-ci il tarixdə saat 12:00-da, Sumqayıt Qaz İstismar Sahəsi, rəis müavini (Təbii qazın qəbulu və satışı şöbəsi, Sumqayıt şəhəri) vakansiyası üzrə 10.04.2018-ci il tarixdə saat 15:00-da keçirilən müsahibənin nəticələrinin ləğv edilməməsinə dair hissələri üzrə məhkəmənin gəldiyi nəticələri mübahisələndirmiş, təmin edilən hissə ilə razılaşmamasının əsaslarını isə nə apellyasiya, nə də kassasiya şikayətinin dəlillərində göstərməmiş, nə də əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən müsahibə nəticələrinin ləğv edilməsi üçün heç bir əsas olmaması, əks yanaşmanın isə qanuni əsaslarla həmin müsabiqədən uğurla keçmiş və artıq işə qəbul olmuş üçüncü şəxslərin hüquqlarını pozmuş olmasına dair nəticələri işin araşdırılmış hallarına uyğun olmaqla qanuni və əsaslıdır. İşin materiallarından görünür ki, iddianın qismən təmin olunaraq, iddianın Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Sumqayıt Qaz İstismar Sahəsi, Xidmət rəisi (Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidməti, Sumqayıt şəhəri) vakansiyası üzr ə 10.04.2018-ci il tarixdə saat 15:00-da keçirilən müsahibənin nəticələri ləğv edilməsi hissəsindən cavabdeh tərəf apellyasiya şikayəti verməmişdir. Kollegiya qeyd edir ki, cavabehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamasına baxmayaraq özünün apellyasiya şikayəti ilə müraciət etməməsi onun məhkəmənin nəticəsi ilə razılaşmasının təsdiqidir və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldikdən sonra 10.04.2018-ci il tarixdə saat 15:00-da Sumqayıt Qaz İstismar Sahəsi, Xidmət rəisi (Yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidməti, Sumqayıt şəhəri) vakansiyası üzrə qanun pozuntusu ilə keçirilmiş müsahibənin nəticələri ləğv edilərək həmin müsahibənin İddiaçı iştirakı ilə yenidən keçirilməsi baş verəcək ki, müsahibənin nəticələrinə əsasən də onun pozulmuş hü quqlarının bərpası mümkün ola bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və i ddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin q ətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərək mahiyyəti üzrə düzgün qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar