Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6005/2019 04.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli, 2(103)4025/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 17 dekabr 2018-ci il tarixli, 2(004)8852/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim S.B.Mehrəliyev) İddiaçı C avabdeh ASC qarşı “əmrin qanunsuz hesab edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, 01 oktyabr 2018-ci ildən 05 oktyabr 2018-ci il tarixədək olan iş günlərinin əmək haqqının hesablanıb ödənilməsi və vəkilə ödənilmiş 300 manat xərcin tutulması” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli, 2(103)4025/2019 saylı qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, A.Q.Hüseynov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən g örünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı iddia qaldıraraq cavabdeh təşkilatın Müşahidə Şurasının 20 iyun 2018-ci il tarixli, 25/18 saylı protokolqərarının, onun əsasında verilmiş işəgötürənin 15 oktyabr 2018-ci il tarixli, 154 “K” saylı əmrinin qanunsuz hesab edilməsi, onun cavabdeh təşkilatda əvvəlki işinə, yəni X1 X4 aparıcı mütəxəssis vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, 01 oktyabr 2018-ci ildən 05 oktyabr 2018-ci il tarixədək olan iş günlərinin əmək haqqının hesablanaraq ödənilməsi və göstərilən hüquqi xidmətə görə 300 manat pulun tutulması” barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apelly asiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi və ya qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili XX kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçı, Cavabdeh ASC və üçüncü şəxs X6 Xidməti, 5 saylı region üzrə X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı vəkili XX un izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasi ya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, cavabdeh təşkilatın Müşahidə Şurasının 19 noyabr 2018-ci il tarixli, 25/18 saylı protokol-qərarı ilə cavabdeh təşkilatın ştat cədvəlində “kadr inzibatçıdlığı şöbəsi” bölməsində “kiçik mütəxəssis”, “aparıcı mütəxəssis” ştatlarının, eləcə də “İnsan resurslarının idarə edilməsi şöbəsi” bölməsində “kiçik mütəxəssis” və “aparıcı mütəxəssis” ştatlarının ixtisar edilməsinin təsdiq edilməsinə, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl iddiaçıya əmək stajına uyğun olaraq tutduğu vəzifənin, yəni “aparıcı mütəxəssis” ştatının ixtisar ediləcəyinə dair rəsmi bildiriş göndərilməsinə, işəgötürənin 15 oktyabr 2018-ci il tarixli, 154-K saylı əmri ilə o nunla bağlanmış əmək müqaviləsinə 15 oktyabr 2018-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatın ixtisar edilməsi əsasına görə xitam verilərək hər hansı qanun pozuntusuna yol verilməməsinə və beləliklə də iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinin, 78, 79-cu maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, iddiaçı, sonuncu dəfə cavabdeh təşkilatda İnsan Resursları Departamentinin X3 aparıcı mütəxəssis vəzifəsində işləyib. Cavabdeh təşkilatın Müşahidə Şurasının 20 iyun 2018-ci il tarixli, 25/18 saylı protokolqərarına əsasən, cavabdeh təşkilatın ştat cədvəlində “kadr inzibatçıdlığı şöbəsi” bölməsində “kiçik mütəxəssis”, “aparıcı mütəxəssis” ştatlarının, eləcə də “İnsan resurslarının idarə edilməsi şöbəsi” bölməsində “kiçik mütəxəssis” və “aparıcı mütəxəssis” ştatlarının ixtisar edilməsinin təsdiq edilməsi, həmçinin ixtisar edilən vəzifələrdə çalışan işçilərin sayının və ştatının ixtisar edilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə onların Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və müddətlərdə xəbərdarlıq edilməsi və əmək müqaviləs inə xitam verilməsi ilə bağlı təminatların həyata keçirilməsi üçün qanunla nəzərdə tutulan tədbirlərin görülməsi qərara alınıb. 06 iyul 2018-ci il tarixdə iddiaçı, işəgötürən tərəfindən işçilərin sayı və ştatın ixtisarı əsasına görə onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə rəsmi qaydada məlumatlandırılıb və bundan sonra işəgötürənin 11 sentyabr 2018-ci il tarixli, 122-K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə 11 sentyabr 2018-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatın ixtisar edilməsi əsasına görə xitam verilib. Daha sonra işəgötürənin 28 sentyabr 2018-ci il tarixli, 136-K saylı əmri ilə iddiaçının 11 sentyabr 2018-ci il tarixdən əmək qabiliyyətini müvəqqəti itirməsinə dair Bakı şəhəri, Yasamal rayon məhkəməsindən daxil olmuş məl umat əsas tutularaq, 11 sentyabr 2018-ci il tarixli, 122K saylı əmr ləğv edilib və işəgötürənin 15 oktyabr 2018-ci il tarixli, 154-K saylı digər əmri ilə isə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 15 oktyabr 2018-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatın ixtisar edilməsi əsasına görə xitam verilib. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 11-ci maddəsinin ə) bəndində göstərilir ki, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlar ında biridir. Sadalanan maddələrin mənasına görə, öz strukturunu və ştatını, yəni müəssisədə işçilərin sayını və ştat vahidini müəyyən etmək hüququ işəgötürənə məxsus olsa da, o, bu hüququnu Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə həyata keçirməyə borcludur. Əmək qanunvericiliyində işçilərin sayının və ya ştatlarının ixtisarının kokret anlayışı verilməsə də, işçilərin sayının və ya ştatının ixtisarı dedikdə- müəyyən olunmuş vəzifə üzrə işçilərin sayının və ya bir və yaxud bir neçə ştat vahidinin ləğvi, eləcə də işlərin həcminin azalması başa düşülür. Bir qayda olaraq, işçilərin sayının və ya ştatının ixtisarı müəssisədə istehsalın və idarəçilərin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədilə işəgötürənin və ya səlahiyyətli qurumun əmrinə (qərarına, sərəncamına) əsasən həyata keçirilir. İşçilərin sayının və ya ştatının ixtisarı iş həcmi faktiki surətdə azıldıqda mümkündür. Eləcə də işəgötürən tərəfindən işçilərin sayının və ya ştatının ixtisarı haqqında müvafiq qərar qəbul edildikdə, bir qayda olaraq, əvvəlcə müəssisədə boş vəzifələr ləğv olunur və yalnız bundan sonra işləyənlərin hesabına ixtisar həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə iddia tələbinin cavabdeh təşkilatın Müşahidə Şurasının 20 iyun 2018-ci il tarixli, 25/18 saylı protokol-qərarının əsaslılığı ilə bağlı hissəsi üzrə heç bir araşdırma aparmadan, cavabdeh təşkilatda işçilərin sayı və ya ştatın ixtisarı həyata keçirilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin və digər normativ hüquqi ak tların tələblərinə əməl edilib-edilməməsini yoxlamadan, həmçinin cavabdeh təşkilatda işlərin həcminin azalıb-azalmamasını, bir sözlə işçilərin sayını və ya ştatların ixtisarını zəruri edən halların olub-olmamasını tam, hərtərəfli və obyektiv araşdırmadan, cavabdeh təşkilatda iddiaçıya münasibətdə ştatın ixtisarının Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməklə aparılması qənaətinə gəlmişdir. Halbuki, iddia ərizəsindən, apellyasiya, kassasiya şikayətlərinin dəllilərindən, o cümlədən X6 Xidmətinin 22 noyabr 218-ci il tarixli mətubundan görünür ki, 2018-ci ilin əvvəllərindən 2018-ci ilin noyabr ayının 12-dək cavabdeh təşkilat tərəfindən 70 yaxın yeni işçi işə qəbul edilib və həmin işçilərin 66 nəfəri məhz cavabdeh təşkilatda iddiaçının tutduğu vəzifənin ixtisa ra salınmasına dair Müşahidə Şurasının 20 iyun 2018-ci il tarixli, 25/18 saylı protokol-qərarının qəbulundan sonra qəbul edilib. Digər tərəfdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinə yalnız işçinin öz razılığı ilə başqa işə keçirmək mümkün olmadıqda yol verilir. İşçi əmək müqaviləsini işəgötürənlə bağladığından, iş yalnız azad olunan işçinin işlədiyi struktur bölməsinin (filialın, nümayəndəliyin) çərçivəsində deyil, bütün müəssisə çərçivəsində təklif olunmalıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirləri görməyə borcludur. Maddənin mənasına görə, işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə adınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanları araşdırılmalı və yalnız işəgötürənin belə imkanları olmadıqda göstərilən əsasla əmək müqaviləsi ləğv edilməlidir. İşçiyə təklif edilən başqa iş dedikdə- işçiyə boş işin (vəzifənin) təklif edilməsi nəzərdə tutulur. Belə iş (vəzifə) kimi həm işçinin əmək müqaviləsinə xitam verilməsinədək tutduğu vəzifəyə uyğun iş, həm də işçinin təhsili, ixtisası, iş təcrübəsi və sağlamlıq vəziyyəti nəzərə alınmaqla yerinə yetirə biləcəyi daha aşağı boş vəzifə (əmək haqqı aşağı olan vəzifə) çıxış edə bilər. İşçiyə, əsasən boş olan bütün iş yerləri tə klif edilməlidir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini pozaraq, cavabdeh təşkilatda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, işəgötürən tərəfindən Əmək Məcəlləsi ilə müəyyən edilmiş hər hansı müvafiq tədbirlərin görülüb-görülməməsini, peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə adınmaqla iddiaçının müvafiq işə (vəzifəyə) keçirilməsi imkanlarının nəzərə alınıb-alınmamasını, həmçinin işəgötürənin belə imkanlarının olub-olmamasını aydınlaşdırmadan, eləcə də göstərilən əsasla əmək müqaviləsinin ləğv edilməsinin yolverilməz olmasını nəzərə almadan, yalnız cavabdeh tərəfin irəli sürdüyü arqumentlərləri əsas tutaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Əmək Məcəlləsinin 71-ci maddəs inin 3-cü bəndində göstərilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 78-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Maddənin mənasına görə, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən etsə də, bu zaman işəgötürən ilk növbədə işçinin əmək fəaliyyətini xarakterizə edən müxtəlif məlumatları, məsələn: təhsil haqqında sənədi; işin öhdəsindən gəlmə bac arığını; ixtisas üzrə iş stajını; xidməti tapşırığı yerinə yetirmə keyfiyyətlərini; peşə üzrə ixtisasını artırıbartırmamasını və sair halları nəzərə almalıdır. İşdən görünür ki, iddiaçı ali təhsilli olmaqla, ixtisası üzrə 7 illik iş stajına, təcrübəyə malikdir, öhdəsində 13 oktyabr 2014-cü il tarixdə doğulmuş 16 yaşınadək iki əkiz uşaqları vardır. Həmçinin, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə XX un ona qarşı “nikahın pozulması” barədə iddiası təmin edilərək, onlar arasında 06 sentyabr 2013-cü il tarixdə bağlanmış nikah pozularaq, hər iki uşağın onun yanında saxlanılması qət edilib və bu barədə akt qeydləri kitabında 12 oktyabr 2018-ci il tarixdə müvafiq qeydiyyat aparılıb. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndində göstərilir ki, işəg ötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan şəxslərin işdə saxlanılmasına üstünlük verir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələbləri baxımından heç bir araşdırma aparmadan, iddiaçının apellyasiya şikayətində onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra onun işlədiyi Şöbəyə digər işçilərin işə qəbul edilməsinə dair dəlilini kifayət qədər tam, hərtərəfli və obyektiv araşdırmadan, hansı dəlillərə əsasən apellyasiya şikayətini təmin etmədiyini qətnamədə göstərmədən MPM-nin 392.2-ci maddəsinin tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, həmin maddənin mənasına görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində hansı dəlillərə əsasən apellyas iya şikayətinnin təmin edilmədiyi göstərilməlidir. Bundan başqa işdən görünür ki, işəgötürən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndində nəzərdə tutulan əsasla xitam verərkən, həmkarlar ittifaqı təşkilatının qabaqcadan yazılı razılığını almamışdır. Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini pozaraq, iddiaçının çalışmış olduğu cavabdeh təşkilatda ümumiyyətlə həmkarlar ittifaqı təşkilatının fəaliyyət göstərib-göstərmə məsini, onun həmkarlar ittifaqının üzvü olub-olmamasını aydınlaşdırmadan, bu barədə heç bir araşdırma aparmadan, işəgötürəninin, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılıq alınmadan xitam verməsinin yolverilməz olmasına əhəmiyyət vermədən, iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. Halbuki, əmək qanunvericiliyi həmkarlar ittifaqı təşkilatından qabaqcadan razılıq alınmadan, işəgötürən tərəfindən işçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndləri üzrə xitam verilməsini istisna edir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 4 16-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı kassasiya şikayətitəmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 aprel 2019-cu il tarixli, 2(103)-4025/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6005/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6005/2019
04.10.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver