Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6006/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Əlİddiaçı İsrafil qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X13 oğlunun katibliyi, Cavabdeh1 vəkili İsmayılov İslam Abduləziz oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1027/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 14 deka br 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh2 ilə 22 noyabr 2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, toy mərasimindən sonra iddiaçı Cavabdeh2 mərhum atası Lətif İsgəndərovun xüsusi mülkiyyətində olan, Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin nikahdan 22 oktyabr 2013-cü il tarixdə X4 doğulmuşdur. İddiaçı gəlin köçdüyü fərdi yaşayış evində qeydiyyatdadır. Göyçay Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Xəyalə Ələkbərova ilə Cavabdeh2 arasında olan nikah pozulmuş, azyaşlı Şəhanə İsgəndərli iddiaçının himayəsində saxlanmışdır. X7 miras qalmış fərdi yaşayış evini miras əmlak kimi faktiki olaraq Cavabdeh1 və Cav abdeh2 qəbul etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı onun uşağı ilə birlikdə Göyçay rayonu, Qarabaqqal kəndində yerləşən cavabdehlərə məxsus olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Göyçay Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(046)-74/2020 saylı qətnaməsi ilə (hakim Z.Quliyev) iddiа təmin edilmiş, İddiaçı uşağı 03.10.2012-ci il təvəllüdlü X4 ilə birlikdə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
4. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli evin mülkiyyətçisi X3 iddiaçı oraya köçəndən əvvəl vəfat etmişdir. 29.06.2010-cu ildə vəfa t etmiş X1 vərəsələri Cavabdeh1, X5, X6, Cavabdeh2 və X2r və onlara mirası qəbul etmələri barədə ərizələrinə əsasən 25.11.2019-cu ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisəli evə köçərkən həmin ev artıq cavabdehlər olan iddiaçının əri Cavabdeh2 və qayınanası Cavabdeh1 mülkiyyətində olmuşdur. Çünki qəbul edilmiş miras onun açıldığı gündən vərəsələrin mülkiyyəti sayılır. Bu halda, iddiaçının mülkiyyətçisinin ailə üzvü kimi köçüb yaşadığı yaşayış sahəsinə istifadə hüququ yaranmışdır.
6. İddiaçının yaşayış sahəsi ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanının və vəsaitinin olmamasını, yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğunu, cavabdehlərin onun bu hüququnu həyata keçirməsini mümkünsüz etməsini n əzərə alan məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, iddiaçı uşağı 03.10.2012-ci il təvəllüdlü X4 ilə birlikdə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə köçürülməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248, 1255, 1321-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək Göyçay Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(046)-74/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Şəki Apelyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 11 iyun 2020-ci il tarixli, 2(107)- 979/2020 saylı qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) apellyasiya şikayəti təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2011-ci ildən sonra yaranmışdır. Ona görə də mübаhisə 01 оktyаbr 2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30-cu mаddəsinin və Mülki Məcəllənin tələbləri əsаsındа həll edilməlidir.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübаhisəli ev 03 mart 1981-ci ildə mülkiyyət hüququ əsаsındа cavabdehin atası X8 оğlunun аdınа mülkiyyət hüququ ilə qeydə аlınmışdır. Daha sonra Lətif İsgəndərov vəfat etmiş, həmin miras əmlakı cavabdehlər faktiki olaraq qəbul etmişdir. Sözügedən miras əmlakın cavabdehlər tərəfindən faktiki qəbul edilməsi, həmin əmlaka dair kommunal, eləcə də digər ödənişlərin ödənilməsi ilə təsdiq olunur. Аilə Məcəlləsinin 15-ci fəslinin müddəаlаrınа əsаsən iddiаçı mübаhisəli evin sаhibi cavabdehlərin ailə üzvləri sırаsınа dаxil deyildir. İddiаçı Cavabdeh1 оğlunun аrvаdı olmuşdur. Cavabdehlər iddiаçının оnunlа bir evdə yаşаmаsınа rаzı deyildir. İddiаçı mübаhisəli evin mülkiyyətçisinin аilə üzvü оlmаdığınа görə о, mülkiyyətçinin rаzılığı оlmаdаn həmin evə köçürülə bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni dən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(102)-195/2021 saylı qərarı ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və V.Həsənov) kasasiya şikayəti təmin edilmiş, Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının 11 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Şəki Apelyаsiyа Məhkəməsinə göndərilmişdir.
14. Kassasiya kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərini tam nəzərə almamışdır. Həmin maddəyə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa ra zılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsi iddiaçının fərdi yaşayış evinə müəyyən müddətə istifadə hüququnun saxlanılmalı olmasını göstərməklə iddia t ələbinə düzgün hüquqi qiymət verməli idi. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1027/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Hüseynov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və V.Məlikov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Göyçay Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, İddiaçı uşağı 03.10.2012-ci il təvəllüdlü X4 ilə birlikdə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə 2 il müddətinə köçürülməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli evə köçə rkən həmin ev artıq cavabdehlər olan iddiaçının əri Cavabdeh2 və qayınanası Cavabdeh1 mülkiyyətində olmuşdur. Çünki qəbul edilmiş miras onun açıldığı gündən vərəsələrin mülkiyyəti sayılır. Bu halda, iddiaçının evin mülkiyyətçisinin (Cavabdeh2) ailə üzvü kimi köçüb yaşadığı yaşayış sahəsinə istifadə hüququ yaranmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı uşağı 03.10.2012ci il təvəllüdlü X4 ilə birlikdə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə 2 il müddətinə köçürülməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatlar a) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərəzli olaraq cavabdehin xeyrinə qərar çıxarmaqla Mülki-Prosessual Məcəllənin ədalət prinsipini pozmuş, iddiaçının və azyaşlı övladının hal-hazırda hansı vəziyyətdə yaşamasını nəzərə almamış, işsiz omasını, mülkiyyətində heç bir daşınar və daşınmaz əmlak olmamasını nəzərə almamışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işə baxarkən işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili İsmayılov İslam Abduləziz oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
23. MPM-in 407.2-ci madd əsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
24. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Mə nzil Məcəlləsi Maddə
30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsin dən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bil ər.
28. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciə tinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 22 yanvar 2015-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər.
31. Kassasiya kollegiyası kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsinin İddiaçı uşağı 03.10.2012-ci il təvəllüdlü X4 ilə birlikdə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan fərdi yaşayış evinə 2 il müddətinə köçürülməli olması ilə bağlı gəldiyi qənaətlə razılaşır.
32. Kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir.
33. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur.
34. Yaşayış sahəsinə mülkiyyət hüququ yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil ol maqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir.
35. Nəzərə alınmalıdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ his səsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi) Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məh rum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı)
36. Bu baxımdan, apellyasi ya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticə, tərəflərin konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırmayan differensasiyalaşdırılmış yanaşmaya əsaslanır.
37. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1027/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.