Məhkəmə qərarları › İş №2(102)-6009/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6009/2019

24.09.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6009/2019 24.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Rüstəmov Əli Məhəmməd oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı, vəkili X3, cavabdehin nümayəndəsi X4 və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh ASC-nin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qətna məsi ilə (iş № 2(006)-6879/2018, hakim E.Ə.Mehdiyev) İddiaçı Cavabdeh ASC-yə qarşı iddiası qismən təmin edilmiş, cavabdeh ASC-nin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi barədə 15 oktyabr 2018-ci il tarixli, 92/k saylı əmrinin ləğv edilməsi, iddiaçının Cavabdeh ASC-nin “Şamaxı” filialına Nəzarət şöbəsinin müdiri vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı və 20 manat hüquqi xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli qətnaməsi il ə (hakimlər V.N.Sadıqov, A.Q.Hüseynov, A.N.İmanov, iş № 2(103)-4331/2019) İddiaçı və Cavabdeh ASC-nin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh ASC-nin iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə 15 oktyabr 2018-ci il tarixli, 92/k saylı əmrinin ləğv edilməsi, iddiaçının Cavabdeh ASC-nin “Şamaxı” filialına Nəzarət şöbəsinin müdiri vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı və 150 manat hüquqi yardım üçün ödənilmiş xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini, cavabdehin nümayəndəsi isə verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 05 yanvar 2016-cı il tarixli əmək müqaviləsinə əsasən sonuncu həmin tarixdən Cavabdeh ASC-nin “Şamaxı” filialının Nəzarət şöbəsinin müdiri vəzifəsinə qəbul edilmişdir. Cavabdeh ASC-nin 15 oktyabr 2018-ci il tarixli, 92/k saylı əmrinə əsasən ASC-nin “Şamaxı” filialına Nəzarət şöbəsinin müdiri İddiaçı 15 oktyabr 2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 30 oktyabr 2018-ci il tarixdə İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 15 oktyabr 2018-ci il tarixli, 92/k saylı əmrinin ləğv olunması, onun Cavabdeh ASC-nin “Şamaxı” filialına Nəzarət şöbəsinin müdiri vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının, vəkil xidməti üçün ödənilmiş məbləğin, həmçinin ona vurulmuş mənəvi zərərin əvəzi kimi 50.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətlərinə qarşı etirazlar və tərəflərin izahatları İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini mənəvi zərərin ödənilməsi tələbinin təmin edilməməsi hissəsində mübahisələndirmiş, apellyasiya məhkəməsi onun apellyasiya şikayətinin qismən təmin edilməsi barədə nəticəyə gəlsə də, gəldiyi nəticə əsaslandırılmamaqla, mənəvi zərər hissəsində iddiası təmin edilməmişdir. Cavabdehin nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən iddiaçının əmək fəlaiyyəti zamanı Bankın qanuni mənafeyinə cidd xələl gətirməsi ilə nəticələnən kobud pozuntulara yol verməsini, bu halın kifayət qədər mötəbər sübutlarla təsdiq edildiyini, əmək müqaviləsinin qeyd edilən əsasla ləğv edilməsinin zərurliyinin əmrdə bank tərəfindən kifayət qədər əsaslandırılması barədə nəticəyə gəlməklə, bankın apellyasiya şikayətinin əsaslı olmasını təsdiq etmişdir. Lakin apellyasiya məhkəməsi işçi ilə əmək müqaviləsinə müvəqqəti əmək qabiliyyətinin itirildiyi dövrdə xitam verilməsinin əsassız və qanunsuz olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili, eyni zamanda cavadehin nümayəndəsi və vəkili kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməklə iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəmə sinə göndərilməli, qətnamə qalan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı 05 yanvar 2016-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh ASC-nin “Şamaxı” filialının Nəzarət şöbəsinin müdiri vəzifəsinə qəbul edilmişdir. Cavabdeh ASC-nin “Şamaxı” filialının maliyyə-təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi zamanı 16 yanvar 2017-ci il və 13 aprel 2017-c i il tarixlərdə düzgün məbləğləri əks etdirməyən, verilməsinə görə xidmət haqqı tutulmayan və qeydiyyat kitabında qeydiyyata alınmayan arayışların verilməsi aşkar edilmişdir. Müəyyən edilmişdir ki, arayışlar filialın müdiri əvəzinə, Nəzarət şöbəsinin müdiri İddiaçı tərəfindən hazırlanaraq imzalanmışdır. İddiaçı aşkar edilmiş halları 05 oktyabr 2018-ci il tarixli izahatı ilə təsdiq edərək arayışları verdiyi şəxsin bankın daimi müştərisi olduğunu və sahibkar hesablarına müxtəlif valyutalarda pul vəsaitləri yerləşdirərək banka gəlir gətirdiyini, aktiv müştərini itirməmək üçün bu addımı atdığını və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. İddiaçı 04 oktyabr 2018-ci il tarixdən Şamaxı rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində “Stabil gərginlik stenokardiyası İV f.s infar ktdan sonrakı kardioskleroz” diaqnozu ilə qeydiyyata alınmış, xəstəxana tərəfindən verilmiş “əmək qabiliyyətli olmama” barədə vərəqələrə əsasən iddiaçı 04 oktyabr 2018-ci il tarixdən 18 oktyabr 2018-ci il tarixədək xəstəxananın poliklinikasında ambulator, 19 oktyabr 2018-ci il tarixdən 23 oktyabr 2018-ci il tarixədək isə xəstəxananın terapiya şöbəsində stasionar müalicədə olmuşdur. Cavabdeh ASC-nin “Şamaxı” filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə bankın müraciəti əsasında 17 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1, 313 və 320.2-ci maddələri üzrə cinayət işi başlanılmış və istintaqın aparılması Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə həvalə edilmişdir. İddiaçı hazı rda onun işdən azad edilməsi barədə əmrin qanuniliyini mübahisələndirir, tələbinin əsası kimi isə əmrin onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə verilməsi ilə əsaslandırır. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı 04 oktyabr 2018-ci il tarixdən 18 oktyabr 2018-ci il tarixədək müvəqqəti əmək qabiliyyətinin olmaması barədə banka heç bir məlumat verməmişdir, məqsədli şəkildə işdə olmama səbəbini açıqlamamışdır. Halbuki, iddiaçı bu barədə banka həmin vaxtdan məlumat verməli idi. Göründüyü kimi, 15 oktyabr 2018-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəli klərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, bu onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün əsasdır. İddiaçı yoxlama zamanı aşkar edilmiş saxta arayışlar verilməsi halları ilə bağlı hərəkətlərini özü də təsdiqləməklə, əksini mübahisələndirməmiş, verdiyi yazılı izahatında bunu bankın daimi müştərisi olan şəxs üçün etdiyini, onun banka sahibkar hesablarına müxtəlif valyutalarda pul vəsaitləri yerləşdirərək gəlir gətirdiyini, aktiv müştərini itirməmək üçün bu addımı atdığını və bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyətinin əsaslarını müəyyən edən Əmək Məcəlləsinin 186-cı maddəsini n tələblərinə görə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi ilə bərabər onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsi barədə verilmiş əmrin sonuncunun törətdiyi xətanın xarakterinə uyğun olması mübahisələndirilmir. Bununla bərabər, iddiaçının əmək qabiliyyətli olmama müddəti 04 oktyabr 2018-ci il tarixdən 18 oktyabr 2018-ci il tarixlərini əhatə etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsi ilə əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərin və halların dairəsi müəyyən edilmişdir. Həmin maddənin məzmunundan göründüyü kimi, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrini müəyyən edən 300-cü maddəsinin tələblərinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissə sinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Həmin maddənin məzmunundan göründüyü kimi, əmək münasibətlərinə işəgötürən tərəfindən xitam verilərkən, sonuncunun Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət verməməsi işçinin vəzifəsinə bərpa edilməsi üçün əsasdır. İddiaçı 04 oktyabr 2018-ci il tarixdən 18 oktyabr 2018-ci il tarixədək əmək qabiliyyətli olmamasını göstərmiş və bunu təsdiq etmək üçün xəstəlik vərəqəsini təqdim etmişdir. Bununla bərabər, iş materiallarından görünür ki, iddiaçı 05 oktyabr tarixində yol verdiyi qanun pozuntuları barədə cavabdeh banka yazılı izahat vermiş, 15 oktyabr tarixində isə saat 08:45-də işçilərin gündəlik işə davamiyyəti cədvəlində imza edərək, iş yerində olmuşdur. Göründüyü kimi, iddiaçın ın mübasələndirdiyi əmr də məhz onun iş yerində olduğu gün verilmişdir. Bununla bərabər işəgötürən işçinin əmək qabiliyyətli olmasını və ya xəstəlik, ya da zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirməsi hallarını yoxlamaq vəzifəsi daşımamaqla, özünün müvəqqəti əmək qabiliyyətli olmaması barədə işəgötürəni məlumatlandırmaq vəzifəsi məhz işçinin üzərinə düşür. Apellyasiya məhkəməsi işin qeyd edilən hallarına ümumiyyətlə düzgün hüquqi qiymət verməməklə və iddiaçı tərəfindən yol verilən xətanın xarakteri nəzərə alınmamaqla, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul etmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla iş üzrə gəlinən nəticə işin müəyyən edil miş həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətinə uyğun deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməklə iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Cavabdeh ASC-yə kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar