Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6009/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü məsələləri. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “cavabdehin torpaq sahəsindən istifadəsinə xitam verilməsi və həmin torpaq sahəsindən məcburi çıxarılması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-919/2022 nömrəli mülki iş üzrə 26 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş k assasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “cavabdehin torpaq sahəsinə istifadə hüququna xitam verilməsi və həmin torpaqdan məcburi qaydada çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus ünvan ərazisində olan 0.02 ha torpaq sahəsinə istifadə hüququna xitam verilməsi və həmin torpaqdan məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia qismən təmin edilərək, Cavabdeh ünvan ərazisində olan 0.02 ha torpaq sahəsinə istifadə hüquq una xitam verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. İddiaçı və cavabdeh ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişlər.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli 2(105)-919/2022 nömrəli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh ünvan ərazisində olan 0.02 ha torpaq sahəsinə istifadə hüququna xitam verilməsi hissəsində ləğv edilməsi, Cavabdeh ünvan ərazisində olan 0.02 ha torpaq sahəsinə istifadə hüququna xitam verilməsinə dair iddi asının təmin edilməməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(105)919/2022 nömrəli qərardadı ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), Lətifə Məmmədova və Telman Quliyev) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
7. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməli olduğu halda, iddiaçı tərəfindən verilmiiş kassasiya şikayəti bu qaydaya riayət olunmadan verilmişdir.
8. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası MPM-in 10-1.3, 408.1, 408.1.7, 408.3-cü maddələrinə istinad edər ək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilərək, kassasiya şikayətinin icraata qəbul edilməsini, işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassator şikayətini əsaslandırarkən qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı əsaslandırılmamışdır. Belə ki, kassasiya şikayətinin hansı əsasla geri qaytarıldığı aydın deyildir.
11. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129, 408.3-cü ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmam ışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:
14. Maddə 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;
15. Maddə 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;
16. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;
17. Maddə 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;
18. Maddə 408.1.6. kassasiya şikayəti işlə birlikdə kassasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa;
19. Maddə 408.1.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə.
20. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
21. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddəl ərinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
24. Mad də 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir.
26. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin qərardadı qanuni və əsaslı hesab oluna bilməz.
28. Apellyasiya məhkəməsi kassasiya şikayətini geri qaytarmış və bu zaman şikayətin onun forma və məzmununa riayət edilməməsini əsas kimi göstərmişdir.
29. Prosessual qanunvericilik kassasiya şikayətinin apellyasiya məhkəməsi tərəfindən geri qaytarılması əsaslarını müəyyən etmişdir. Həmin əsaslar MPM-in 408-ci maddəsində sadalanmışdır.
30. Məhkəmənin qərardad çıxararkən məhz hansı əsaslarla şikayəti geri qaytarmasını əsaslandırmamışdır. Məhkəmə ümumi ifadələrdən istifadə etməklə prosessual qanunve riciliyin 408.3-cü maddəsinə istinad etməklə şikayəti geri qaytarmışdır. Hansıki, həmin norma kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılmasını nizama salır. Apellyasiya məhkəməsinə lazım gəlirdi ki, MPM-in 408.1 maddəsinə istinad etsin, həmin normada nəzərdə tutulan hansı əsasın aşkar edilməsini əsaslandırsın və normada nəzərdə tutulan konkret əsasa istinad edərək şikayətin geri qaytarılmasını əsaslandırsın.
31. Təqdim edilmiş kassasiya MPM-in 408.1. maddəsində nəzərdə tutulan hansı əsasın mövcudluğu aydın deyil.
32. Nəzərə almaq lazımdır ki, şikayətin forma və məzmunu dedikdə bir sıra əsaslar nəzərdə tutulur. Kassasiya şikayəti həmin əsasla geri qaytarıldıqda məhz həmin əsaslardan hansının aşkar edildiyini öz qərardadında göstərməlidir.
33. Məhkəmə kollegiyası qeyd olunanl arı nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ləğv olunaraq kassasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmadır.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 sentyabr 2022-ci il tarixli, 2(105)-919/2022 nömrəli qərardadı ləğv edilsin. Mülki iş kassasiyanın mümkünlüyü məsələsinə yenidən baxılması üçün qaytarılsın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.