Məhkəmə qərarları › İş №2(102)-601/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-601/2020

03.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-601/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququnun tanınması və həmi evə köçürülmə” barədə iddia tələblərinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2324/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, İzzət Həmidov küçəsində yerləşən 0.042 ha torpaq sahəsində olan 1 mərtəbəli,3 otaqlı,45.6 kv.m evə onun və uşaqları X5un istifadə hüququnun tanınması və qeyd olunan evə köçürülmə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) 2(075)-904/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən, Mahir Əsədli- məruzəçi, İnşallah Quliyev) xx.xx.2019-ci il tarixli 2(107)-2324/2019 nömrəli iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(075)-904/2019 saylı qətnaməsi ləğv edilmiş, iddi a tələbi təmin edilərək İddiaçı və uşaqları X5 Cavabdeh məxsus X5 yaşayış sahəsi olan evdən istifadə hüququnun tanınması və həmin evə köçürülmələri barədə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsində işə baxılan zaman bir sıra həqiqətə uyğun olmayan hallar həqiqət kimi qeyd olunmuşdur. Belə ki, X5 evdə qonşuluqda yaşayan sakinlərin tərtib və təsdiq etdikləri, notariat qaydasında təsdiqini tapmış xx xxxxxxx 2019-c u il tarixli aktdan görünür ki, iddiaçı ilə cavabdeh Bakı şəhərində tanış olmuşlar, onların nikahı Bakı şəhərində qeydiyyata alınmışdır, iddiaçı heç zaman cavabdehin mülkiyyətində olan X5 evə gəlin köçməmiş, heç bir əşyasını ora gətirməmiş və orada bir gün də olsun yaşamamışdır. Eyni zamanda, məhkəmə tərəflərin xx.xx.2015-ci il tarixdən boşandığını nəzərə almayaraq, mübahisəyə Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etməmiş, həmin maddəyə əsasən keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Şəki Apellyasiya Məhkəməsi hazırki qətnaməni qəbul edən zaman maddi hüquq normasını düzgün tətbiq etməmiş, bu səbəbdən də yanlış qətnamə qəbul etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı xx xxx 2009-cu il tarixdə Cavabdeh ilə ailə qurmuş və Cavabdeh mülkiyyətində olan X5yaşayış, sahəsindən ibarət 44A nömrəli fərdi yaşayış evinə gəlin köçmüş, bir müddət yaşadıqdan sonra İsrail dövlətinə köçmüşlər. İddiaçının cehiz əşyaları hazırda cavabdehə məxsus evdə yerləşir. Onların birgə nikahından xx xxxxxxx 2008-ci il tarixdə X1, xx xxxx 2010-cu il t arixdə X2 və xx xxxxxx 2017-ci il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. İddiaçı mübahisəli mənzili daimi olaraq tərk etməmiş, müvəqqəti olaraq qazanc məqsədi ilə ölkədən getmiş, sonradan geri qayıtmışdır. xx.xx.2015-cı ildə əri ilə boşanmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalarına əsasən iddia tələbi təmin edilməsi və iddiaçının və uşaqları X5 Cavabdeh məxsus X5 yaşayış sahəsi olan evdən istifadə hüququnun tanınması və həmin evə köçürülməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında münasibətlərin yaranması 2009-cu il may ayına təsadüf etdiyindən apellyasiya məhkəməsi haqlı olaraq hazırki mübahisəyə maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüquq u bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İşin iddiaçı tərəfindən bildirilmiş faktiki halları, yəni tərəflərin rəsmi nikahda sonra cavabdehin mülkiyyətində olan evə köçməsi, cehiz əşyalarını həmin evə yerləşdirməsi, bir müddət sonra İsrailə köçməsi və orada birlikdə yaşaması, yay aylarında iddiaçının uşaqları ilə bu evə gəlib yaşaması kimi hallar cavabdeh tərəfindən apellyasiya məhkəməsində işə baxılarkən mübahisələndirilməmişdir. Halbuki apellyasiya instansiya məhkəməsində cavabdeh vəkil vasitəsilə təmsil olunmuş, vəkil T.Əfəndizadə isə yalnız apellyasiya şikayətini qəbul etmədiklərini, işin faktiki hallarının lazımi qaydada araşdırıldığını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Belə olan halda, apellyasiya məhkəməsi iddiaçı tərəfindən bildirilmiş və cavabdeh tərəfindən mübahisələndirilməyən faktiki halları nəzərə alaraq, iddianı təmin etmişdir. Hal-hazırda cavabdeh kassasiya şikayətində yeni faktiki hala, yəni iddiaçının heç zaman cavabdehin mülkiyyətində olan X5 evə gəlin köçməməsi, heç bir əşyasını ora gətirməməsi və orada bir gün də olsun yaşamamasına istinad edərək, bu barədə qonşuların aktını təqdim edir. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətində iş üzrə faktiki halların düzgün müəyyən edilməməsinə istinad etməsi, yeni faktlar irəli sürməsi və yeni sübut əsassızdır. Eyni zamanda, tərəflər arasında olan nikahın 09.09. 2015-ci ildə pozulması səbəbi ilə hazırki mübahisəyə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə tətbiq edilməsi barədə kassasiya şikayətinin dəlillərini məhkəmə əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə MM-in 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasi bətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırki iş üzrə tərəflər arasında münasibətlər 2009-cu ilin may ayında yarandığından bu münasibətlərə yeni Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilə bilməz. Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-2324/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar