Məhkəmə qərarları › İş №2(102)-601/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-601/2022

18.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-601/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X3” MMC-yə və iddiaçı “X3” MMC-nin cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərər, işgüzar nüfuza vurulmuş zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “X3” MMC-nin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6813/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “X3” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kasasiya şikayətləri üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh MMC-yə qarşı “pozulmuş əmək hüquqların ilə bağlı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən pozulmuş əmək hüquqların ilə bağlı vurulmuş maddi ziyanın əvəzi olaraq 50.000 manat və mənəvi zərərin əvəzi olaraq 20.000 manat olmaqla, cəmi 70.000 manat pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilmə si barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh MMC-nin barəsində həqiqətə uyğun olmayan, böhtan dolu və rüsvayedici məlumatları yayması nəticəsində işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 50.000 manat pulun İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İlk İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu ildən Dövlət Neft Şirkətində, 2012-ci ildən "xxxx" MMC-də, 2017-ci ildən Cavabdeh MMC-də sanitar işləmişdir. Onun xidməti vəzifəsi dezinfeksiya etməkdən ibarətdir. Ne ft daşlarında tibb məntəqəsinə müraciət edən xəstələrin tibbi qeydiyyatını aparırır, xəstəyə yemək və paltar verir. Çünki ondan başqa şəxs olmadığına görə bu işləri də böyük tibb qardaşının və həkimlərin göstərişi ilə yerinə yetirir. O, böyük tibb qardaşına və həkimə tabedir, onların tapşırıqlarını yerinə yetirməyə borcludur. Əmək müqaviləsinə əsasən onun əsas işi dezinfeksiya etməkdən və böyük tibb qardaşının göstərişlərini yerinə yetirməkdən ibarətdir. Tibbi qeydiyyatçı, təsərrüfat bacısı olmadığına görə, həmin işləri də o, yerinə yetirir. İşlədiyi müddət ərzində əmək haqqını kəsiblər, əmək haqqı düzgün ödənilməyib. Neft daşlarında işdə olarkən 2015-ci ildə və 2020-ci ildə hamiləliyi pozulmuş, uşağı tələf olmuşdur. 28.11.2020-ci ildə Neft Daşlarında işdə olarkən saat 15:00 radələrində ha lı pisləşmiş, hamiləliyi pozulmuşdur. Onu 29.11.2020-ci ildə vertalyotla təxliyə etmişlər. Vertalyotda oturaq vəziyyətdə sahilə gəlmişdir. Çünki, uzanıqlı vəziyyətdə olanda vertalyota minməyə icazə yoxdur. 29.11.2020-ci il tarixdə Pirallahıdakı xəstəxanaya getmiş və 03.12.2020-ci ilə kimi xəstəxanada qalmışdır. 03.12.2020-ci il tarixdə şəhərdəki poliklinikada qeydiyyata alınmışdır. Cavabdeh onu 28.11.2020-ci il tarixdə sahilə təxliyə etməli idi. Əgər 28.11.2020-ci il tarixdə təxliyə edilsə idi, uşağını saxlamaq mümkün olardı. O, Neft Daşlarında olarkən Covid-19 xəstələrinə qulluq etmişdir. Lakin ona buna görə əlavə vəsait ödənilməmişdir. Məzuniyyət hüququ pozulub, vaxtında məzuniyyətə buraxılmayıb. 2017, 2018, 2019-cu illərdə məzuniyyətdə olmuşdur. O, 25.04.2017-ci il tarixli əmək müqavilə sinə əsasən sanitar işinə qəbul edilsə də, sonradan razılığı olmadan 29.04.2017-ci il tarixdən xadimə işinə keçirilmişdir. Əmək müqaviləsindəki imzalar və xadimə işinə keçirilməsinə dair 28.04.2017-ci il tarixli ərizədəki imza ona məxsusdur. Lakin ərizənin mətnini o, yazmamış və xadimə işinə keçirilməsinə razılıq verməmişdir. Cavabdehin tibbi xidmət göstərməyə icazəsi yoxdur. Onun xidməti vəsiqəsində sanitar yazılsa da, sonradan xadimə vəzifəsinə keçirilmişdir. Onun əmək haqqı əvvəlcə 167 manat, sonra 253 manat müəyyən edilsə də, artıq işlədiyinə görə hər ay 600700 manat əmək haqqı almışdır. Əvvəllər ona 20% əlavə əmək haqqı əlbəəl ödənilmiş, sonradan isə bu kəsilmişdir. O, evdə olduğu müddətdə 22.07.2020-ci ildən 08.09.2020-ci ilə kimi Totimed MMC-də Covid-19 xəstələrinə qulluq etmiş və ə lavə əmək haqqı almışdır. Sonradan qrip olmuş və oradan işdən çıxmışdır. Onun tibbi təhsili yoxdur, sanitar kimi xəstələrə qulluq etmişdir. Neft Daşlarında işdə olarkən hər gün üçün 15 manat əvəzinə ona 10 manat əlavə pul verilmişdir. 2018ci ildə dörd dəfə məzuniyyətə çıxmışdır. Əmək haqqı, şənbə və bazar günlərinin pulu düzgün hesablanmayıb, DSMF yığılmaları düzgün ayrılmayıb. Ondan 1,83 manat, 80,14 manat artıq pul tutulub. 2020-ci ilin dekabr ayında 160 manat pul ödənilib, fevral ayında 639 manat pul tutulub. 2018-ci ilin aprel, may, iyun və iyul aylarında məzuniyyətə olmuşdur, ona sanitar kimi 30 gün məzuniyyət verilmişdir. Onun bir günü 11 saat hesablanır, 16 gün işdə olanda ona hər gün üçün 11 saat hesabı ilə əmək haqqı verilməlidir. Ona 1211 manat əmək haqqı yazılıb, bir aya 160 man at olmalı idi, ödəniş əmsalı düzgün hesablanmayıb. Bayram günləri 2 qat olmaqla, günə 22 saat hesablanmalı idi. Onun işə gediş-gəliş saatları düzgün yazılmayıb. İşdə olanda tibbi maska ilə təmin edilməyib, o, cavabdehdən hədə-qorxu ilə pul tələb etməmişdir. Pozulmuş əmək hüquqlarının müdafiəsi üçün 11.11.2019-cu ildən başlayaraq dövlət orqanlarına şikayətlər etmişdir. İddiaçı Cavabdeh MMC qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2012-2017ci illərdə işləmiş olduğu "xxxx" MMC tərəfindən bütün əmək hüquqlarının pozulduğunu, həmin pozulmuş hüquqlarla bağlı qeydlərin bir başa Cavabdeh MMC-yə aidiyyatının olduğunu qeyd edir. Daha sonra "xxxx" MMC-də pozulmuş hüquqlarına dair qeydləri sadalamağa başlayır. 2012-ci ildən 2017-ci ilədək "xxxx"MMC qanunsuz olaraq onunla əmək mü qaviləsi bağlamadan işə qəbul etmişdir. Bunu onunla əsaslandırır ki, əmək müqaviləsinin surəti ona təqdim edilməmişdir və o, əmək müqaviləsini imzalamamışdır. Həmin dönəmdə əmək haqqı ona və digər işçilərə əlbəəl verilib. Həmin dönəmdə onun pensiya hüququ ilə bağlı sosial sığorta ödənişləri həyata keçirilməmişdir. Həmin dönəmdə ezamiyyət pulu, məzuniyyət pulu və digər əlavə ödənişlər "xxxx" MMC tərəfindən ödənilmirdi. Bununla əlaqədar bildirir ki, iddiaçı, heç olmasa onun nümayəndəsi və vəkili bilməli idi ki, "xxxx" MMC hüquqi şəxsdir. Ona qarşı iddialara cavab verməsi üçün məhkəmədə tərəf (cavabdeh) olaraq müəyyən edilməli idi. "xxxx" MMC ona qarşı iddia və ittihamlara özü, təmsil olunduğu orqanlar və nümayəndələri vasitəsi ilə cavab verməlidir. Bir şeyi də iddiaçıya, onun nümayəndəsi və vəkilinə xatırlatmaq istəyir ki, 2012-2017-ci illər arası, yəni iddiaçının "xxxx" MMC-də işlədiyi dönəmə dair pozulmuş hüquqları ilə əlaqədar (əgər belə pozuntular varsa) qanunvericiliyin müəyyən etdiyi müddət ərzində, yəni Əmək Məcəlləsinin 296-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq, pul və digər əmlak tələbləri, həmçinin ziyan vurmaqla bağlı tələblər üçün müəyyən edilmiş 1 illik iddia müddətini ötürmədən və ən əsası bu tələblərə cavabdeh kimi "xxxx" MMCyə qarşı iddia qaldırmalı idilər. Cavabdeh MMC-yə münasibətdə əmək müqaviləsinin bir nüsxəsinin iddiaçıya verilməməsi, həmin müqavilə ilə tanış ola bilməməsi kimi iddiaya gəldikdə bildirir ki, tərəflər arasında bağlanmış 25.04.2017-ci il tarixli əmək müqaviləsinin 10.2 bəndinə əsasən müqavilənin bir surəti işçidə saxlanılır və işçi həmin m üqavilə və onun şərtləri ilə razılaşaraq imzalamış, işə başlamış və illərlə buna görə maaş almışdır. 2017-ci il tarixli əmək müqaviləsi ilə tanış olmadığı, bir surətinin ona verilmədiyi 2021-ci ildə iddiaçının yadına düşdü?! Necə ola bilər ki, işçi imzalayıb işə başladığı əmək müqaviləsindən xəbərsiz olsun. İddiaçı xüsusi rejimli, strateji obyektdə hər an təhlükə olan iş şəraitində işlədiyini, lakin işəgötürən tərəfindən sığorta olunmadığını, hər hansı hadisə baş versəydi, müalicəsini öz hesabına məcbur olaraq ödəyəcəyini qeyd edir. İddiaçi əsaslandırmır ki, qanunvericiliyin hansı müddəasına əsasən Cavabdeh MMC qeyd olunan tibb personalını sığortalamalıdır? Belə bir qanuni göstəriş yoxdur. Amma belə bir qanuni məcburiyyət olmadığı halda, işəgötürən bütün işçiləri, o cümlədən iddiaçını "xxx x" ASC-də öz vəsaiti hesabına sığortalamış və iddiaçı ilin əvvəlində sığortadan külli miqdarda vəsait almışdır. İddiaçı işəgötürən tərəfindən iş vaxtının kobud şəkildə pozulduğunu, əlavə işə cəlb edilərək ödənişini almadığını, digər işçilərin əmək funksiyasını həyata keçirdiyini, 24 saatdan bir sutkalıq işə çıxmağa məcbur edildiyini qeyd edir. Həmçinin təcili tibbi yardım fəaliyyəti olmasına baxmayaraq, buna görə maaşa əlavə olunan faizlərin verilmədiyini qeyd edir. Əlbəttə ki, bu iddiaçının boş, əsassız, təsdiq edilməyən iddiasıdır. Qeyd edilən məsələlər yəni, işçinin əlavə iş saatlarına cəlb edilməsi, başqa işçinin işlərini görməsi halları işəgötürənin əmri ilə əsaslandırıldığı halda tətbiq edilə bilər. İşəgötürənin müvafiq əmrləri olmamış, yerlərdə əlavə işlərə və saatlara cəlb olunması üçün əsas olmamışdır. İş münasibətləri davam etdiyi bir dönəmdə, durmadan yalan və uydurmalarla, dəfələrlə əsassız ittihamlarla işəgötürənindən şikayətlər edən birinin - “maaşımı kartdan deyil, əlbəəl alıram” deyib işlədiyi yeri şikayət edən birini əlavə iş saatına cəlb edilməsi və başqa işçinin işlərini görməsi inandırıcı deyildir. Maraqlıdır ki, iddiaçı hansı əsasla, əmək müqaviləsinin hansı bəndi ilə təcili tibbi yardım fəaliyyəti göstərdiyini iddia edir və hansı qanuni əsasa görə faizlər tələb edir. Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 09 yanvar 2004-cü il tarixli qərarını nəzərdə tutursa, həmin qərar büdcədən maliyyələşən səhiyyə işçilərini nəzərdə tutur. Həmçinin həmin qərarın 2.2.2 maddəsinin (Sağlamlığı üçün xüsusi ilə təhlükəli və xüsusi ilə ağır olan əmək şəraitinə görə əlavə) ğ) bəndinə əsasən təcili tibbi yardım stansiyalarının (bölmələrinin) psixi xəstələrə tibbi yardım göstərən və onları daşıyan ixtisaslaşmış briqadalarında həkim, orta və kiçik tibb heyəti vəzifələrində çalışan işçilər, eləcə də avtomobil sürücülərinə vəzifə maaşının 20 faiz miqdarında əlavə haqq ödənilir. İddiaçı büdcədən maliyyələşən səhiyyə işçisi olmadığı kimi, həm də təcili tibbi yardım stansiyasının tibb heyəti olmayıb, psixi xəstələrə tibbi yardım göstərilməsi sahəsində işləməyib. Yəni bu hissədə də iddiaçının tələbi əsassız və məntiqsizdir. İddiaçı əmək məcəlləsində müəyyən edilən əmək haqqına əlavə olunan artımları nağd şəkildə aldığını qeyd edir. Deməli iddiaçı bu vaxta qədər özəl sektorda işləməklə, əmək müqaviləsi ilə müəyyən edilən əmək haqqından əlavə olaraq işəgötürənin lütfu olan əlavəyə təşəkkür əvəzinə, əlbəəl aldığına etiraz edir. Və həmin əlavənin təyinatını belə bilmir. Bildirir ki, Nazirlər Kabinetinin 09 yanvar 2004-cü il tarixli qərarının 2.2.2 maddəsində (Sağlamlığ üçün xüsusi ilə təhlükəli və xüsusi ilə ağır olan əmək şəraitinə görə əlavə) vəzifə maaşının 20 faizi hissəsində əlavə almalı olan səhiyyə işçilərinin siyahısı verilmişdir. Bir daha bildirir ki, iddiaçı ilk olaraq büdcədən maliyyələşdirilən səhiyyə işçisi deyil, həmçinin siyahıda göstərilən şərtləri (misal taun, QİCS, psixatriya və s. xəstələrə xidmət) şərtlərini daşımır. İddia bu hissədə də əsassızdır. İddiaçı məzuniyyət hüququ şəklində, yəni məzuniyyət hüquqlarımız pozulur, əlavə 2-4-6 məzuniyyət günlərinin bizə verilmədiyini qeyd edir. Anlamaq mümkün deyil ki, iddiaçı nə səbəbə hər kəsin adından danışmaq haqqını özündə görür. Konkret olaraq hansı məzuniyyəti əksik verilib. Yəni, ümumi deyil, konkret halları göstərməklə, faktlarla, hər kəsin adından deyil, izahlı iddiasına bu hissədə aydınlıq gətirməlidir. “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 05 iyul 2004-cü il tarixli 92 saylı qərarının 170-ci bəndinə əsasən Neft çıxarılmasının süni adalarındakı ambulatoriyalarda və sağlamlıq bölmələrində həkim, orta və kiçik tibbi heyətinə 6 gün əlavə məzuniyyət verilir. Əmək Məcəlləsinin 136-ci maddəsinin 2ci bəndinə əsasən işçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir. Bildirir ki, iddiaçı əmək fəaliyyətində olduğu 2017-2018 iş ili üzrə 21 təqvim günü əsas məzuniyyət olmalı olduğu halda 30 təqvim günü; 2018-2019 iş ili üzrə 21 təqvim günü bir, 2 təqvim günü də bir, 2019-2020 iş ili üzrə 23 təqvim günü, 2020-2021 iş ili üzrə 25 təqvim günü məzuniyyətdə olub. İddiaçı tibbi heyət üçün ona Nazirlər Kabinetinin 05 iyul 2004-cü il tarixli 92 saylı qərarının 170-ci bəndi şamil edilməmişdir. İddia bu hissədə də əsassızdır. İddiaçı dəfələrlə müraciət etməsinə baxmayaraq maaş haqda haqq-hesab sənədinin ona təqdim edilmədiyini qeyd edir. Nə vaxt, hansı rəsmi müraciətlə, kimə müracit etdiyini təsdiq etməlidir. Davamında bu səbəbdən maddi ziyanın dəqiq hesablanmasının mümkün olmadığını qeyd edir. İddiaçı açıq şəkildə etiraf edir ki, tələb olunan 50.000 manat dəqiq hesab deyildir. Absurd iddia tələbi azmış kimi, həm də utanmadan etiraf edilir ki, tələb olunan maddi ziyan dəqiq deyildir. Həmçinin iddiaçı özü nə istədiyini bilmir. Maaş haqqında haqq-hesab sənədi nədir? İşçinin əmək müqaviləsi ilə maaşı özünə məlumdur. Kartına köçürülmüş əmək haqqı özünə məlumdur. Digər ödənişlər özünə məlumdur. Davamında gecə vaxtı, bayramda, təcili tibbi yardım, covidlə bağlı əlavələrin dəqiq hesablanı tələb edir. Axı bu gülüncdür. Hansı covidlə bağlı, hansı təcili tibbi yardım, hansı bayram və gecə işindən söhbət gedir? Prezidentin 18 mart 20 20-ci il tarixli 1947 saylı sərəncamına istinad edərək iddiaçı dövlət tibb müəssələrində maaşların 3-5 mislində əlavə müəyyən edildiyini, özlərinin də maaşlarının bu sərəncama görə artırılmalı olduğunu qeyd edir. İşin maraqlı tərəfi odur ki, sərəncamı özləri qeyd edir və sərəncamın başlığı da belədir ki, koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam. Sərəncamın başlığı belə izah verir ki, koronavirusla mübarizə tədbirlərində iştirak etmək üçün, bunun üçün ayrılan xüsusi hospitallarda fəaliyyət göstərilməli və 3-5 mislində maaşı da həmin xüsusi xəstəxanalarda ala bilərdilər. Yəni, Cavabdeh MMC koronoviruslu xəstələr üçün ayrılmış xəstəxana deyildir. Burada viruslu xəstələr müalicə olunmur. Bunu anlamaq o qədərmi çətin idi?! Həmin sərəncamın icrası ilə bağlı Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 saylı qərarının 1-ci bəndinə əsasən Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilsin: Göründüyü kimi əlavələr infeksiya ilə əlaqəli dövlət tibb müəssisələrində çalışan işçilərə şamil edilib. İddiaçı sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçmədiyini, bu halın işəgötürən tərəfindən ciddi qanun pozuntusu olduğunu qeyd edir. Ardınca Əmək Məcəlləsinin 67-1 maddəsinə istinad edir. Əhalinin sağlamlığı haqqında qanunun 46 və 49-1 maddələrinə əsasən fasiləsiz olaraq 5 il ixtisası üzrə işləmiş həkimlər həmçinin praktiki tibblə məşğul olan şəxs lər dövri olaraq 5 ildə bir müvafiq icra hakimiyyəti tərəfindən sertifikasiyaya cəlb edilirlər. Həmin müvafiq icra hakimiyyəti, işlədikləri tibb müəssəsi deyil, işəgötürən deyil, Səhiyyə Nazirliyidir. Həmçinin Cavabdeh MMC-də iddiaçı 2017-ci ildən işləyir. Yəni 5 il belə tamam olmayıb. İddiaçı ona əmək funksiyalarının icrası ilə bağlı maneələrin törədildiyini qeyd edir. Həmin bu iddiaçı dəfələrlə əmək funksiyasının icrasından yayınıb, sonuncu dəfə izahatında uşağıyı yanında qoyacaq dayə tapa bilmirəm deyə işə çıxmıram yazıb. Maaşım azdı dayənin pulunu verə bilmirəm deyə işə çıxmıram yazıb. Bu işçi işə dəvət olunur, işə çıxmır. Axı ona hansı əmək funksiyasının icrasına maneələr torədilir onu desin. İddiaçı işdə, adada olarkən 5-ci ay hamiləliyinin pozulduğunu, uşağı itirdiyini və buna səbəb dən xəstəxanaya yerləşdirilmədiyini qeyd edir. Yəni həmin sancıların baş verdiyi anda kimə müraciət edib, hadisə nə vaxt baş verib, uşağın itirilməsində şirkətin günahı nədir, anlam vermək çətindir. Niyə bununla bağlı şirkətə rəsmi müraciətini etməyib, niyə mübahisələndirməyib başa düşmək olmur. Belə bir hadisənin 2015-ci ildə də olduğunu qeyd edir. O, vaxt da onu xəstəxanaya yerləşdirmədiklərini və uşağın düşdüyünü qeyd edir. Anlam vermək çətindir. İddiaçının ezamiyyə xərcləri ilə əlaqədar qeyd etdikləri ilə əlaqədar bildirir ki, işçi növbədə olduğu bütün müddət və günlər üzrə ezamiyyə əvəzi məbləğlər kart hesabına köçürülmüşdür. Belə ki, Nazirlər Kabinetinin Ezamiyyə xərclərinin normaları haqqında qərarının 6-ci bəndinə əsasən Daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15,0 manat əlavə vəsait verilir. Həmin məbləğ 01 iyul 2018-ci ilə qədər 10 manat təşkil edirdi. Məlumat üçün bildirir ki, Cavabdeh MMC ilə müddətli əmək müqaviləsi bağlamış iddiaçı və özü kimi 3 nəfər də (həmin 3 nəfərdən biri iddiaçının həyat yoldaşıdır) eyni iddia ilə məhkəməyə müraciət ediblər. Məhkəməyə müraciət edənə qədər iddia ərizəsi ilə eyni məzmunlu bir çox şikayətlər ediblər. Rəsmi qaydada məktubla şirkətə müraciət edərək, hədə qorxu gələrək həmin bu 4 nəfər şirkətdən milyon manatdan çox pul tələb ediblər. Adını da qoyublar ki, biz zərərə uğramışıq. Bu 4 nəfərin bir hədəfi var. Şirkətdən necə pul alaq? Tələbləri də iddia ərizəsində qeyd edildiyi kimi əsassız, heç bir hüquqi tutarı olmayan tələblərdir. Son olaraq bildirir ki, iddiaçı iddia tələbində haqlı, qanuni və əsaslı olmadığı kimi, məhkəməyə müraciəti də qanunvericiliyin tələblərindən uzaqdır. İddia ərizəsindən də anlaşılır ki, iddiaçı haqlı olmayan iddiasının əsası kimi keçmiş dönəmlərə, illər öncəsinə və ümumi hallara əsaslanır. Lakin iddiaçı bilməli idi ki, Əmək Məcəlləsinin 296-ci maddəsi ilə müəyyən edilmiş 1 aylıq, pul və digər əmlak tələbləri, həmçinin ziyan vurmaqla bağlı tələblər üçün müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Yəni, həmin müddətlər ötürüldükdən sonra məhkəməyə müraciət edə bilməzdi. Belə ki, Əmək Məcəlləsinin 296cı mad dəsi ilə həmin müddətlər məhkəməyə müraciət edə bilmə müddətləri kimi müəyyən edilib. Hesab edir ki, iddiaçının iddiası tamamilə əsassızdır. İddiaçının əmək müqaviləsində əmək haqqı 253 manat qeyd olunsa da, hər ay ona 700-800 manat, bəzi hallar da isə 1200 manat əmək haqqı ödənilib. Bu isə onu itəsdiq edir ki, iddiaçıya qanunla hesablanmalı olan bütüen əlavələr tam şəkildə artıqlaması ilə hesablanaraq ödənilib. İddiaçı 25.04.2017-ci il tarixli əmək müqaviləsinə əsasən bir il müddətinə sanitar işinə qəbul edilib, 28.04.2017-ci il tarixli ərizəsinə əsasən əmək müqaviləsinə dəyişiklik edilib və 29.04.2017-ci il tarixli əmrlə 29.04.2017-ci il tarixdən xadimə vəzifəsinə keçirilmişdir. Hər il üçün əmək məzuniyyəti tam olaraq verilmişdir. Bütün ödənişləri hesablanaraq iddiaçının kartına köçürülm üşdür. İddiaçının işə girdiyi vaxtdan hazırkı vaxta kimi bütün ödənişlərini özündə əks etdirən mühasibatlıqdan verilmiş çıxarışları məhkəməyə və iddiaçıya təqdim etmişdir. Cavabdeh iddiaçıya hər hansı bir maddi və ya mənəvi zərər vurmamışdır. İddiaçının hərəkətləri nəticəsində cavabdehə birbaşa maddi zərər dəyməyib və əldən çıxmış faydası yoxdur. Lakin iddiaçı əsassız şikayətlər yazmaqla cavabdehin işgüzar nüfuzuna xələl gətirir. Cavabdeh həmin şikayətlərin araşdırılmasına və eyni məzmunlu cavablar yazmağa məcbur olur. Cavabdeh tibbi fəaliyyətlə məşğul olmur, cavabdeh tibbi koordinasiya xidmətini həyata keçirir. İddiaçı 29.11.2020-ci il tarixdə vertalyotla sahilə təxliyə edilib. Sığorta məbləği 100 manat təşkil edir, 14 manatını cavabdeh ödəyib, 86 manatı isə iddiaçıdan tutulub. İlin sonun da iddiaçıya 3.600 manat sığorta ödənişi edilmişdir. Səhiyyə Nazirliyi, ƏƏSMN və Prezidentin Administrasiyası tərəfindən iddiaçının şikayətləri tam və hərtərəfli araşdırılıb, şikayətdə göstərilənlər öz əksini tapmamyıb, iddiaçının əmək hüquqlarının pozulmadığı müəyyən edilmişdir. Həmin inzibati orqanların qərarları qüvvədədir. İddiaçı bu qərarları məhkəmədə mübahisələndirməyib. İddiaçı gözəllik salonunda dırnaq boyaçısı işləyir. İddiaçı cavabdehə əsas iş yerinə məlumat vermədən 22.07.2020-08.09.2020-ci ilə kimi Totimed şirkətində işləmiş və korona xəstələrinə qulluq etmişdir. Bu səbəbdən 11.08.2020-ci ildən işə gəlməmişdir. Bütün bunlara baxmayaraq cavabdeh iddiaçının hər hansı bir hüququnu pozmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 26 aprel 2021-ci il tarixli 2(004)-1902/2021 nömrəli qətnaməsi ilə (hakim Vahid Hacıyev) ilk və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulması sübuta yetirilməmişdir. Eyni zamanda İddiaçı özünün pozulduğunu güman etdiyi əmək hüquqlarının müdafiə edilməsi ilə bağlı dövlət orqanlarına şikayət ərizələri göndərməsi və bunun nəticəsində Cavabdeh MMC-də araşdırma aparılması və şikayətdə göstərilən hallarının, yəni İddiaçı əmək hüquqlarının pozulmasının öz təsdiqini tapmaması, cavabdehin işgüzar nüfuzuna xələl gətirilməsi kimi qiymətləndirilə bilməz. Bu hal cavabdehə işgüzar nüfuzuna xələl gətirildiyini güman etm əklə, iddiaçıdan 50.000 manat pul tələb etməsinə əsas verə bilməz. Beləiklə, iddiaçı və cavabdeh öz sübutetmə vəzifələrini yerinə yetirməmişlər. Odur ki, ilk və qarşılıqlı iddia tələbləri təmin edilə bilməz. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “X3” MMC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, qarşılıqlı iddia tələbinin təmin edilməməsi h issəsində ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Azad İmanov- sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vahid Sadıqov) 2(103)-6813/2021 saylı, 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli 2(004)-1902/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış 25.04.2017-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən İddiaçı 25.04.2017-ci il tarixdən 8 ay müddətinə 31.12.2017-ci il tarixə kimi Cavabdeh MMC-yə sanitar vəzifəsinə işə qəbul edilmişdir. İşçiyə hər ay 167 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş 15 günlük növbəli iş qrafikinə uyğun növbəlidir. Əsas məzuniyyətinin müddəti 21 gün, əlavə məzuniyyəti staja görə 2 gün müəyyən edilmişdir. 04.01.2018-ci il tarixdən əmək haqqı 248,97 manat müəyyən edilmişdir. 29.04.2017-ci tarixdən vəzifəsi xadiməyə dəyişdirilmişdir. Əmək haqqı 03.01.2019-cu il tarixdən 253,96 manat müəyyən edilmiş dir. Əmək müqaviləsinə edilmiş dəyişiklik işçi İddiaçı və işəgötürənin əmək müqaviləsinə etdikləri imzaları ilə təsdiq edilmişdir. İddiaçı məhkəmə iclasında əvvəlcə imzanın ona məxsus olmadığını bildirsə də, sonradan əmək müqaviləsindəki dəyişiklikdəki və xadimə vəzifəsinə keçirilməsinə dair 28.04.2017-ci il tarixli ərizədəki imzaların ona məxsus olduğunu təsdiq etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən imzalanmış 28.04.2017-ci il tarixli ərizədən müəyyən edilir ki, İddiaçı ərizə ilə Cavabdeh MMC-nin direktoru Nümayəndə müraciət edərək, onu 29.04.2017-ci il tarixdən Cavabdeh MMC-yə xadimə vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni imzalamış və öz xətti ilə soyadını, adını və atasının adını yazmışdır. İş materiallarında olan, Cavabdeh MMC-nin direktoru Nümayəndə 29.04.2017-ci il tarixli 281K nömrəli “vəzifə dəyişikliyi haqqında” əmri ilə İddiaçı 29.04.2017-ci il tarixdən Cavabdeh MMCyə xadimə vəzifəsinə keçirilmişdir. Vəzifə maaşı ştat cədvəlinə uyğun olaraq təyin edilmişdir. Əmrin verilməsinə əsas ərizəsi olmuşdur. İş materiallarından görünür ki, İddiaçı əmək müqaviləsində və 30.12.2016-cı il tarixdə və 01.04.2017-ci il tarixdə təsdiq edilmiş (sanitar, xadimə) vəzifə təlimatında nəzərdə tutulmuş işlərdən başqa əlavə işlərin görülməsinə cəlb edilməmişdir. İş materiallarından görünür ki, Cavabdeh MMC-nin 21.05.2018ci, 20.08.2018-ci, 01.07.2019cu, 08.01.2021-ci il tarixli əmrləri ilə İddiaçı öz ərizələrinə əsasən əmək növbəti məzuniyyətləri verilmişdir. Əmək məzuniyyəti günləri hesablanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Cavabdeh MMC tərəfindən təqdim edilmiş mühasibat sənədlərindən müəyyən edilir ki, 2017ci ilin may ayından 2021-ci ilin fevral ayına kimi olan dövr ərzində İddiaçı aylıq əmək haqları güzət, vəzifə maaşı, faktiki iş günləri, faktiki iş saatları, əlavə iş saatları, gecə növbəsi üzrə satları, yola sərf olunan vaxt, vaxtamuzd ödəniş, 75% dəniz əmsalı, əlavə saatlar, məzuniyyət, məzuniyyətin kompensasiyası, gündəlik (maya dəyəri), gediş haqqı, karantin, gecə növbəsi 40%, xəstəlik kağızı, cəmi hesablanıb, gəlir vergisi, DSMF 10%, DSMF işsizlik sığortası 0,5%, 3 illik həyatın yığım sığotası, avans, cəmi tutulub, yekun məbləğ qrafalarından ibarət olan izahlı cədvəl-hesabatlarda öz əksini tapmaqla, tam şəkildə Cavabdeh MMC tərəfindən hər ay İddiaçı bank kartı hesabına köçürülmüşdür. Bunu “ABB” tərəfindən 15.04. 2021-ci il tarixdə İddiaçı verilmiş bank hesabından çıxarış bir daha təsdiq edir. Cavabdeh MMC-nin İddiaçı ödənilməmiş əmək haqqı və digər ödənişlər üzrə borcu yoxdur. İddiaçı 28.11.2020-ci il tarixdə qarnının aşağı hissəsində ağrıların baş verməsi və hamiləliyinin pozulması ilə nəticələnməsində Cavabdeh MMC-nin təqsirli olmasını təsdiq edən sübutları iddiaçı məhkəməyə təqdim etməmişdir. Cavabdeh MMC məlumatı əldə etdikdən dərhal sonra 29.11.2020-ci il tarixdə vertalyot vasitəsilə İddiaçı sahilə təxliyə etmiş və vəzifə borcunu yerinə yetirmişdir. Cavabdeh MMC ilə "xxxx" ASC arasında 13.11.2017-ci il tarixdə bağlanmış 1126-17 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” əsasən Cavabdeh M MC-nin işçiləri "xxxx" ASC-də sığotalanmışlar. Sığorta müqaviləsinə 1 nömrəli əlavədəki siyahıda İddiaçı adı sığortalananlar sırasında 26-cıdır. "xxxx" ASC tərəfindən İddiaçı 31.01.201831.01.2021-ci il tarixə kimi qüvvədə olan HYS00677/18 nömrəli həyat yaşam sığortası şəhadətnaməsi verilmişdir. Cavabdeh MMC İddiaçı sığorta olunması üçün "xxxx" ASC-yə 3.600 manat sığorta haqqı ödəmişdir. Cavabdeh MMC ilə "xxxx" ASC arasında 27.03.2017-ci il tarixdə PMA-M/17/01 nömrəli, 29.12.2017-ci il tarixdə M-PMA-025 nömrəli, 28.12.2018-ci il tarixdə MPMA-046 nömrəli və 30.12.2020-ci il tarixdə M-PMA-102 nömrəli “tibbi sığorta müqavilələri üzrə assistans xidmətlərinin göstərilməsi haqqında” müqavilələri bağlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsi zliyi nəticəsində əmək hüquqlarının pozulmasını, ona maddi və mənəvi zərər vurulmasını təsdiq edən sübutları, həmçinin cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində işgüzar nüfuzuna xələl gətirildiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər. Yəni, iddiaçı və cavabdeh öz sübutetmə vəzifələrini yerinə yetirməmişlər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və mənəvi zərər vurulması sübuta yetirilməmişdir. Eyni zamanda İddiaçı özünün pozulduğunu güman etdiyi əmək hüquqlarının müdafiə edilməsi ilə bağlı dövlət orqanlarına şikayət ərizələri göndərməsi və bunun nəticəsində Cavabdeh MMC-də araşdırma aparılması və şikayətdə göstərilən halların, yəni İddiaçı əmək hüquqlarının pozulmasının öz təsdiqini tapmaması, cavabdehin işgüzar nüfuzuna xələl gətirilməsi kimi qiymətləndirilə bilməz. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, hər iki iddia tələbi əsassızdır və təmin edilə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərinin dəlilləri İlk iddia üzrə İddiaçı (nümayəndəsi və vəkili X1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə gönd ərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə uyğun işi araşdırmamış, zəruri və obyektiv araşdırma aparmamış, faktlara və sübutlara düzgün qiymət verməmiş, əsassız və qanunsuz məhkəmə aktı qəbul etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddiaçının i lkin cavabdeh şirkət haqqında dəfələrlə, dövlət orqanlarından cavab aldığı halda eyni məzmunda təkrarən, müəyyən maddi mənfəət xatirinə bilə-bilə yalan və böhtan dolu məlumatlar yayması konstitusiyon hüquq hesab edilə bilməzdi. Həmçinin həmin yalan və böhtan dolu məlumatların KİV-də yayınlanmaması, həmin məlumatların yayılmadığı anlamına gəlmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu ul tarixli "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Qərarının 3-cü bəndində qeyd edilmişdir: Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlu matların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri- müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilmək lə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Göründüyü kimi, apelyasiya instansiya məhkəməsi vətəndaşın müraciət etmə hüququ ilə, bilərək böhtan və yalan dolu məlumatları yaymasını bir birinə qarışdırmış, maddi hüquq normalarının düzgün tətbiq etməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə İddiaçı və onun nümayəndəsi və vəkili X1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin vəkili Vəkil2 qarşılıqlı iddiaçının kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini, ilk iddia üzrə iddiaçının kasasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydı nlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mə nəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.» Eyni zamanda həmin qərarda məhkəmələrə izah edilmişdir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsində bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. K asasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətləri üzrə ümumi götürüldükdə qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası ilk olaraq ilk iddiaçının kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, ilk iddiaçı kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki, ilk iddiaçı kasasiya şikayətində apelyasiya kollegiyasının obyektiv araşdırma aparmaması, işdə olan fakt və sübutlara düzgün qiymət verəməmsi ilə əsaslandırmağa çalışsa da, apelyasiya kollegiyası tərəfindən hə r hansı hüquq normasının pozuntusuna yol verilməsini, araşdırılmalı olan hansı halların araşdırılmadığını, hansı sübutlara qiymət verilməməsini kasasiya şikayətində göstərə bilməmişdir. Odur ki, ilk iddiaçının kasasiya şikayəti apelyasiya kollegiyasının ilk iddia üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsasl hesab edilə bilməz. Digər tərəfdən qarşılıqlı iddiaçının kasasiya şikayətinin dəlilləri üzrə isə qeyd edilməlidir ki, qarşılıqlı iddiaçının özünün də kasasiya şikayətində istinad etmiş olduğu Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı ayd ınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Bu qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu aydınlaşdırılmalı olan üç hala məcmu halında qiymət verilməli olduğunu da göstərmişdir ki, kasasiya yoxlaması nəticəsində də ilk iddiaçının müxtəlif orqanlara müraciətlərinin qarşılıqlı iddiaçının şərəf, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələməsi barədə hər hansı sübutun mövcudluğu iş materiallarında müəyyən edilməmişdir. Nəticə olaraq Plenum Qərarında göstərilən yuxarıda qeyd edilmiş üç hal məcmu halında öz təsdiqini tapmamışdır. Beləliklə qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişd ir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr qarşılıqlı iddia tələbini təmin etməməklə düzgün hüquqi mövqeydə olmuş və bu zaman hər hansı hüquq normasının pozuntusuna yol verməmişlər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “X3” MMC tərəfindən ayrı-ayrılıqd a verilmiş kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6813/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar