Məhkəmə qərarları › İş №2(102)-6010/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6010/2019

25.09.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6010/2019 25.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının nemayəndəsi Nümayəndə, vəkili Vəkil, cavabdehlərin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli, 2(001 )6245/2018 saylı qətnamə si ilə iddia təmin edilərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüquqlarının xitam verilməsi tələbinə dair” iddia ərizəsinin təmin olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşənmənzilə olan istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. (hakim A.Rzayev). Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.Sarıyev, E.Şamayev və Ş.Məhərrəmova) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilərək hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarix 2(001)-6245/2018 saylı qətnaməsi ləğv olunması, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbi təmin edilməyərək iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özün ə aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüquqlarının xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən mülkün sahibidir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 24.10.2017-ci il tarixli (seriya RX N° *********) çıxarışa əsasən həmin mənzilin ümumi sahəsi 64,87 kv.m-dir. Uzun müddətdir ki, oğlu Cavabdeh1 Azərbaycanı tərk edib və hal-hazırda ailəsi ilə birlikdə xaricdə yaşayır. Hər dəfə ailə tərkibi barədə arayış lazım olanda 2 saylı forma üzrə arayışa Cavabdeh1 və onun ailə üzvləri qeyd olunur, ondan əlavə olaraq hər dəfə seçkilər keçiriləndə də onların adına seçki bülletenl əri də göndərilir. Hətta qohum tanışlar da təsdiq edə bilərlər ki, uzun müddətdir ki, Cavabdeh1in ailəsi və özü Hollandiyada məskunlaşıblar və hətta oranın vətəndaşlığını da qəbul ediblər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş bu qərar maddi və prossesual hüquq normalarının pozulması ilə çıxarılmışdır, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Nəticədə iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması ilə nəticələnən əsassız məhkəmə aktı qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 0 8 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehlərin vəkili Vəkil isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin 08 may 2019cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX Seriyalı, ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, ünvan 2 üzər ində 1/4 hissədə Cavabdeh1, 1/4 hissədə İddiaçı, 1/4 hissədə X3, 1/4 hissədə X4 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 1740 nömrəli reyestr kitabının 159932 nömrəli səhifədə qeydiyyata alınmışdır. İşdə olan 07.05.2018-ci il tarixli akta əsasən ünvan 2-də qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 həmin ünvanda qeydiyyatdadırlar, lakin uzun illərdir ki, yaşamırlar. Məlumata görə onlar xaricdə yaşayırlar. İşdə olan Binəqədi rayon İcra Hakimiyyəti MKTB 72 saylı MKİS tərəfindən verilmiş 648 saylı, 07.05.2018-ci il tarixli arayışa əsasən ünvan 2 ünvanda X5 və Cavabdeh1 1988ci ildən, Cavabdeh2 və Cavabdeh3 1997-ci ildən daimi qeydiyyatdadırlar. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları əsasında belə nəticəyə gəlmişdir ki, cavabdeh paylı mülkiyyətçi olmaqla mülkiyyət hüququ üç elementi olan sahiblik, istifadə və sərəncam hüququna malik olduğundan, onunla eyni hüquqa malik iddiaçı cavabdehlərin daimi yaşaması üçün xaricə getmək əsası ilə cavabdehlərin istifadə hüququna xitam verilməsi tələbi qanunsuz və ədalətsiz olmaqla yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin maddi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 29, 43-cü maddələrinin, Avropa İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin, Mülki Məcəllənin 6, 8.2, 1482., 152.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. İddiaçı kassasiya şikayətində qətnamənin qanunsuz olmasını onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin uzun müddət mübahisəli mən zildə yaşamasını nəzərə almayaraq iddia tələbini təmin etməklə onun hüquqları pozulmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini formal mülahizələr kimi qiymətləndirir və həmin dəlilləri qətnamənin ləğvi üçün əsaslı hesab etmir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasında və ölkəmizin qoşulduğu beynəlxalq hüquqi aktlarda, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsində mülkiyyət hüququ fundamental insan hüquqlarının sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş elə insan dəyərləri özündə əks etdirərək demokratik cəmiyyətin, hüquqi dövlətin təməli hesab olunur. Mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətlərdən həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin qanu nla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İş materialları ilə müəyyən olunduğu kimi cavabdeh mübahisəli mülkün paylı mülkiyyətçisidir. Məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibartədir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən mülkiyyət hüququnu müdafiə edən maddi hüquq normalarının tələblərinə düzgün istinad edərək mülkiyyətçinin mülkiyyətində olan mənzildə yaşamaması əsasında onun istifadə hüququnun itirilməsi barədə iddia tələbinin əsassız olması barədə gəldiyi nəticə qanuni olmuşdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikay ətinin dəlilləri qətnamənin ləğvi üçün əsaslı hesab edilmir. Apelyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual qanun pozuntusuna yol verməmişdir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 08 may 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar