Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-602/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər:pul tələbi 28.02.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgüloğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-876/2022 nömrəli, 15 sentyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx. 2018-ci il tarixli qərara əsasən, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar üzrə Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı ona evin təmiri üçün cəmi 5500 manat pul vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən ona dəymiş ziyana görə 14.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında öz iddiasını müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri Pirallahı rayonu K.Rzayev küçəsində yerləşən özünə məxsus 25 P saylı evini təmir etmək üçün 2017-ci ilin aprel ayı nda Cavabdeh usta kimi evə dəvət etmiş, Cavabdeh evə baxmış və evin təmirini öz üzərinə götürmüşdür. Evin təmirinə 24.000 manat xərci çıxmışdır. Cavabdeh evdə taxta döşəmə və tavan, 120 kv.m suvaq, üzləmə vurmuş, elektrik çəkmiş, alçipan vurmuş, kombi çəkmişdir. Cavabdeh gördüyü işlərdən elektrik çəkilişindən və tavandan narazı deyildir. Qalan gördüyü işlərdə problemlər yaranmışdır. Kombinin çəkilişinə görə Cavabdeh 750 manat pul vermişdir. Bir otağın suvağını başqa adama gördürmüşdür. Cavabdeh paduqaları əyri vurmuş, tavanda alçipandan başqa nə varsa sökülməlidir. Otağın biri 16 kv.m-dir, 230 kv.m döşəmə olmuş, 20 kv.m-lik dəhlizin 1/3 hissəsi xarabdır. Cavabdeh gördüyü işlərin keyfiyyəti zəif olduğundan evi təkrar təmir etdirməlidir. Ekspertizanın rəyi ilə razıdır. Odur ki, öz iddiasının təmin, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş edir. Cavabdeh pul vermək istəmədiyindən ona qarşı gördüyü işlərin müqabilində pul istəyir. Hansıki, onun gördüyü işlər tam yararsızdır. Eyni zamanda Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək İddiaçı 2.200 manat məbləğdə pulun alınaraq ona verilməsi, ilkin iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh öz iddiasını müdafiə etmiş, ilk iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı x oğluna məxsus Bakı şəhəri Pirallahı rayonu K.Rzayev küçəsində yerləşən 25 P saylı evdə usta işləmişdir. x evində döşəmə vurmuş, divarı suvamış, elektrik işləri görmüş, tavan yığmış, kombi sistemini çəkmiş, 150 kv.m suvaq işləri görmüş, hamamda beton tökmüş və santexnik işləri görmüş dür. Ev 500-600 kv.mdən ibarətdir, 150 kv.m-ni o, təmir etmişdir. 30kv.m döşəmədə, otağın birində paduqanın altında, taxta üzlükdə və lak yerində problem olmuşdur. X evin təmiri ilə əlaqədar ona 6600 manat pul vermiş, 2200 manat borcu qalmışdır. Sonra onun gördüyü işləri hesablamış, onun zəhmət haqqı 8800 manat təşkil etmişdir. X ona işi pis gördüyünü deyib pulunu geri istəmiş, yenidən düzəltdirəcəyini bildirmişdir. Onun gördüyü işlər keyfiyyətsiz deyil, sadəcə X bəyənməmişdir. Tikinti işləri qurtardıqdan sonra X evdə doğum günü qeyd etmiş, evin təmirindən razı qaldığından ona üstəlik köynək də hədiyyə etmişdir. Lakin sonra onun əmək haqqını verən zaman problem yaranmışdır. Odur ki, öz iddiasının təmin, ilk iddianın isə rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazi rliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 24563 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlə, o cümlədən baxışda iştirak edən tərəflərin birgə ifadələrinə əsasən, Bakı şəhəri Pirallahı rayonu K.Rzayev küçəsində yerləşən 25 P saylı yaşayış evinin birinci mərtəbəsindəki tikililərin döşəmələrinin taxta ilə üzlənməsi, divarların şpaklyovka ilə üzlənməsi, tavanın taxta və alçipan materialı ilə üzlənməsi, tavanda lepka bəzək işlərinin görülməsi və istilik sisteminin çəkilməsi kimi işlərin görüldüyü müəyyən olunmuşdur. Həmin yaşayış evinin təmirində sərf olunmuş tikinti materiallarının dəyərinin bazar qiymətlərinə uyğun olaraq 6542,0 manat təşkil etdiyi müəyyən edilmişdir. Sözügedən fərdi yaşayış evinin tikililərinə baxış keçirilən zaman, evin birin ci mərtəbəsində yerləşən tikililərin divarlarının künc hissəsində şpaklyovka qatının qabarması, tökülməsi, nahamar olması, döşəmənin künc hissələrinin plintusla bağlanmaması, tavandakı lepkapaduqaların simmetrik vurulmadığı, pəncərə boşluqlarının kənarlarının tam olaraq bağlanmadığı və beton məhlulundan quraşdırılmış pilləkənin çatladığını nəzərə alaraq təmir işlərinin qüsurlu aparıldığı müəyyən edilir. Həmin yaşayış evinin təmirində sərf olunmuş əmək haqqının dəyəri bazar qiymətlərinə uyğun olaraq 5.873,0 manat təşkil etdiyi müəyyən olunmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)-78/2019 saylı qətnaməsi ilə (hakim Nemət Musayev) ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh 3.000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, ilkin iddi anın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh iddiaçıya məxsus evdə vurduğu 230 kv.m döşəmə polun 150 kv.m (150kv.m x 8m=1200) metrində, 558 kv.m şpaklyovka ilə üzlənmiş divarın 408 kv.m (408kv.m x 4m=1632m) hissəsində qüsurlar olmuşdur. Bundan əlavə tavana vurulmuş 115 metr lepka paduqanın 64 metri (64m x 2m=128m) simmetrik olmamış, sement məhlulundan quraşdırılmış pilləkən (2 ədəd x 20m=40m) düzgün quraşdırılmamışdır. Bu səbəbdən də X 3.000 manat ziyan dəymişdir. Ona görə də həmin məbləğdə pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə Cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddiaya qiymət verərək hesab etmişdir ki, qarşı lıqlı iddia təmin edilməməlidir. Belə ki, cavabdeh iddiaçıya məxsus evi təmir etməsi üçün gördüyü işlərin müqabilində əmək haqqı almışdır. Cavabdeh evi təmir etdikdən sonra evdə yaranmış qüsurlara görə iddiaçıya ziyan dəymişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 329.3, 385, 427, 442, 448.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 77.1, 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı apelyasiya şikayəti verərək, iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh apelyasiya şikayəti verərək, iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il ta rixli qətnaməsinin ilkin iddia tələbinin qismən təmin edildiyi və qarşılıqlı iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qətnamədən verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspert rəyi ilə onun evinin təmirinə istifadə olunan tikinti materiallarının hazırki bazar qiyməti 6.542 manat, əmək haqqının dəyəri isə 5873 manat müəyyən edilmişdir. Ekspertin verdiyi rəydən də göründüyü kimi ona 12.415 manat maddi zərər dəymişdir. Lakin məhkəmə hansısa anlaşılmayan səbəbdən ona 3.000 manat maddi zərər dəyməsi nəticəsinə gəlmişdir. Halbuki məhkəmə qətnaməsində həqiqətən ona zərər dəyməsi mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspert rəyində ci ddi nöqsanlara yol verilmişdir. Rəydə sərf olunan əmək haqqı hissəsində hesablama düzgün aparılmamışdır. Həmçinin elektrik xətti onun tərəfindən çəkilmiş olsa da, həmin iş üzrə işçilik haqqı cədvələ salınmamışdır. Ekspert rəyi üzrə düzgün hesablandıqda işçilik haqqı 7346 manat, elektrik işləri üzrə isə 400 manat olmaqla, cəmi işçilik haqqı 7746 manat edir. İddiaçı isə onun ümumi 5500 manat vermişdir. Bu zaman iddiaçının ona 2246 manat işçilik haqqı borcu qalmış olur. Bundan başqa, görülmüş işin keyfiyyət standartına uyğun olmaması həm işçinin təqsiri ucbatından, həm də materialların keyfiyyət meyarından asılı ola bilər. Lakin məhkəmə tərəfindən bunlar nəzərə alınmamışdır. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə əlavə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbayc an Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/944 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Pirallahı rayonu K.Rzayev küçəsində yerləşən 25 P saylı yaşayış evi 1 və 2 saylı tikililərin tavanı və döşəmələri taxta ilə vurulmuş, divarları divar kağızı ilə üzlənmişdir. 3,4,5,6 və 7 saylı tikililərin tavanı alçipan materialı ilə üzlənmiş, divarları divar kağızı ilə üzlənmiş, döşəməsi isə taxta materialı ilə üzlənmişdir. Hamam ayaqyolu tikilisinin döşəməsi metlax divarları kafellə üzlənmiş, tavanı isə lambri materialı ilə üzlənmişdir. Qeyd olunur ki, tədqiq olunan yaşayış evində su, istilik, qaz və elektrik xətləri çəkilmişdir. Yaşayış evinin 2-ci mərtəbə (mansard) səviyyəsində yerləşən tikililər təmirsiz vəziyyətdə olduğu müəyyən edilmişdir. Ba kı şəhəri Pirallahı rayonu K.Rzayev küçəsində yerləşən 25 P saylı yaşayış evinin daxilində müxtəlif növ və eləcə də gizli təmir işləri aparıldığından, habelə evin təmirinə dair mülki iş materialında layihə və smeta sənədləri olmadığından yaşayış evinin təmirinə sərf olunan materialların növlərini, hədlərini, dəyərini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də, evin təmirinin (sərf olunan material və əmək haqqı) mövcud olan bazar qiymətləri ilə dəyərini müəyyən etmək mümkün olmadı. Bakı şəhəri Pirallahı rayonu K.Rzayev küçəsində yerləşən 25 P saylı yaşayış evinin orta təmirli (təmiri tam başa çatmamış) vəziyyətdə olduğundan görülən işlərin keyfiyyəti standarta uyğun olub-olmaması ilə bağlı tədqiqat aparılmadı. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Rəşad Mame dovsədrlik edən və məruzəçi, Azər Bayramov və Fikrət Mehtiyev) 2(104)-166/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilkin iddiaya aid hissədə ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla ilkin iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 11.842 manat məbləğdə pul alınaraq İddiaçı verilməsi müəyyən edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında razılaşmaya əsa sən cavabdeh ilkin iddiaçıya məxsus Bakı şəhəri, Pirallahı rayonu, K.Rzayev küçəsində yerləşən 25P saylı yaşayış evini təmir etməli, əvəzində isə gördüyü işə uyğun muzd almalı idi. Cavabdeh tərəfindən evdə təmir işləri görülmüş, lakin həmin işlərin keyfiyyətsiz görülməsi nəticəsində ilkin iddiaçı ilə onun arasında mübahisə yaranmışdır. Bu barədə onlar arasında polisdə də araşdırma olmuşdur. İlkin iddiaçı tərəfindən cavabdehə əl haqqı kimi 5500 manat pul verilmiş, habelə cavabdeh tərəfindən təmir zamanı 6342 manat dəyərində material yararsız hala salınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri podrat hüquq münasibətləri ilə bağlı yaranan mübahisədir və işin hallarına podrat hüquq münasibətlərini tənzimləyən normalar əsasında qiymət verilməli dir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflərin arasında yaranmış mübahisənin yaranmasına əsas cavabdehin öz öhdəliklərini vicdanla yerinə yetirməməsi olmuşdur. İddiaçı ona məxsus fərdi yaşayış evinin təmiri zamanı cavabdeh tərəfindən aparılan işlərin yararsız olduğunu bildirmişdir. Bunun müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki ekspertiza keçirilmiş və ekspertin xx.xx.2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, evin birinci mərtəbəsində yerləşən tikililərin divarlarının künc hissəsində şpaklyovka qatının qabarması, tökülməsi, nahamar olması, döşəmənin künc hissələrinin plintusla bağlanmaması, tavandakı lepkapaduqaların simmetrik vurulmadığı, pəncərə boşluqlarının kənarlarının tam olaraq bağlanmadığı və beton məhl ulundan quraşdırılmış pilləkanınçatladığını nəzərə alaraq təmir işləri qüsurlu aparılmışdır. Həmin işlər üzrə alınmış materialın dəyəri 6342 manat məbləğdə müəyyən edilmişdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab etmişdir ki, xx.xx.2019-cu il tarixli ekspert rəyi əsaslıdır. Çünki həmin rəyin sərf olunan materiallara aid hissədə dəqiq və müfəssəl tərtib edilmiş, rəy üzrə tərəflərin hər ikisinin birgə izahatları qiymətləndirilmiş, sərf edilmiş materiallar dəqiqliklə və bazar dəyərinə uyğun göstərilmişdir. Ekspert rəyində materialların dəyəri 6542 manat qeyd olunmuş və buraya 200 manat nəqliyyat xərcləri də daxil edilmişdir. Məhkəmə kollegiyası nəqliyyat xərcinin ilkin iddia üzrə cavabdehdən tutulmasını əsaslı hesab etmədiyindən yalnız sərf edilmiş materialların dəyərinin alınmasını qanuni və ədalətli hesab etmişdir. Cavabdeh iddiaçıdan əmək haqqı kimi aldığı 5500 manat pulu da iddiaçıya qaytarmalıdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Cavabdeh izahatında İddiaçı ona evin təmiri üçün cəmi 5500 manat pul verilməsini etiraf etmişdir. Hansı ki, ilkin iddia üzrə cavabdehin iddiaçıya məxsus evin təmirini qüsurlu etməsi və nəticədə həmin təmirə sərf edilmiş materialların yararsız hala düşməsi iş materialları ilə təsdiqini tapır. Yəni ilkin iddia üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və ilkin iddiaçıya maddi ziyan vurmuşdur. Belə olan halda həmin əmək haqqı kimi verilmiş həmin pulun ilkin iddi a üzrə cavabdehdə qalmasının hüquqi əsası yoxdur. Cavabdeh materialların keyfiyyətsiz olduğunu dəlil kimi göstərsə də, bu barədə sübutlar təqdim etməmiş, həmçinin ekspert rəyində materialların keyfiyyətsiz olması qeyd olunmamışdır. Eyni zamanda ilkin iddia üzrə cavabdeh təmir işləri görən zaman bu barədə sifarişçiyə, yəni iddiaçıya məlumat verməmişdir. Qarşılıqlı iddia tələbi üzrə İddiaçı görülən işin müqabilində 2200 manat məbləğdə pulun alınaraq verilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olmuşdur. Belə ki, müəyyən edildiyi kimi Cavabdeh fərdi yaşayış evində təmir işlərini qüsurlu aparmış, nəticədə onlar arasında olan işlərin görülməsi barədə müqavilə münasibətlərinə xitam verilmişdir. Hazırda isə bu hal tərəflər arasında məhkəmə mübahisəsi y aratmışdır. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab etmişdir ki, qarşılıqlı iddia üzrə pulun tələb edilməsi yolverilməzdir. Hazırda isə ilkin iddiaçının görünən işlərə hər hansı marağı yoxdur. Əksinə ev yenidən təmir etdirilmişdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən keçirilmiş ekspertiza zamanı müəyyən olmuşdur ki, Bakı şəhəri Pirallahı rayonu K.Rzayev küçəsində yerləşən 25 R saylı yaşayış evinin daxilində müxtəlif növ və eləcə də gizli təmir işləri aparılmışdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 386.1, 329.3, 752.1, 753.1, 762.1-762.3, 1091.1, 1091.2, 1096.1, 1097.1, 1129.2, 21.2, 767.2, 768.1, 768.1.1-768.1.3, 759.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2, 103, 384.0.2 və 119.1- ci maddələrinə istinadla əsasl andırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-166/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-5692/2021 nömrəli mülki iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər Elşanə Vəliyeva sədrlik edən, məruzəçi, Elşad Şamayev və Aqil Abbasov) Cavabdeh kassasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-166/2021 nömrəli iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi qismən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi hissəsi ndə ləğv edilmiş, mülki iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prossesual hüquq normalarının tələbləri pozulduğuna görə qətnamə ləğv edilməlidir. Belə ki, işdən görünür ki, tərəflər arasında iddiaçıya məxsus evin təmiri ilə bağlı şifahi podrat müqaviləsi bağlanmış, iddiaçı tərəf görülmüş işlərin keyfiyyətsiz və qüsurlu olduğunu, cavabdeh tərəf isə bunun əksini göstərdiyindən bu dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmalı, görülmüş işin istifadə üçün yararlı olub-olmaması, qüsurlar varsa, onların aradan qaldırılması üçün tələb edilən vəsaitin miqdarı müəyyən edilməli, bu xüsusi bilik tələb edərsə, iş üzrə müvafiq ekspertiza təyin edilməklə həll edilməli idi. Azərbayca n Respublikası Mülki Məcəlləsinin podrat münasibətlərini tənzimləyən 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Məhkəmənin istinad etdiyi ekspert rəyində Bakı şəhəri Pirallahı rayonu K.Rzayev küçəsində yerləşən 25 P saylı yaşayış evinin birinci mərtəbəsindəki tikililərin döşəmələrinin taxta ilə üzlənməsi, divarların şpaklyovka ilə üzlənməsi, tavanın taxta və alçipan materialı ilə üzlənməsi, tavanda lepka bəzək işlərinin görülməsi və istilik sisteminin çəkilməsi kimi işlərin görüldüyü müəyyən olunmuşdur. Sözügedən fərdi yaşayış evinin tikililərinə baxış keçirilən zaman, evin birin ci mərtəbəsində yerləşən tikililərin divarlarının künc hissəsində şpaklyovka qatının qabarması, tökülməsi, nahamar olması, döşəmənin künc hissələrinin plintusla bağlanmaması, tavandakı lepkapaduqaların simmetrik vurulmadığı, pəncərə boşluqlarının kənarlarının tam olaraq bağlanmadığı və beton məhlulundan quraşdırılmış pilləkənin çatladığını nəzərə alaraq təmir işlərinin qüsurlu aparıldığı müəyyən edilmişdir. Lakin həmin qüsurların aradan qaldırılması üçün podratçıya vaxt verilməsi, onun bu işləri görməkdən imtina etməsi, həmin işlərin sifarişçinin özü tərəfindən aradan qaldırılması və bunun üçün nə qədər xərc tələb olunması barədə məsələ məhkəmə tərəfindən araşdırılmamışdır. Halbuki Mülki Məcəllənin podrat müqaviləsindən irəli gələn münasibətləri tənzimləyən maddələrinə əsasən əgər məmulatı n qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə,müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədi kdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər (Mülki Məcəllənin 763.1, 764.1, 765, 766-cı maddələri). Göründüyü kimi, qanunverici icranın qüsurlu olmasına görə sifarişçinin hüquqi müdafiə vasitələrini dəqiq müəyyən etmişdir. Apellyasiya məhkəməsi isə mübahisəyə həmin məsələni tənzimləyən hüquq normalarını tətbiq etməmişdir. Apellyasiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 759.2-ci maddəsini tətbiq etsə də, sifarışçinin həmin işlərə marağının olmaması, onun evi yenidən təmir etdirməsi, ikinci ekspertiza zamanı evin daxilində müxtəlif növ və eləcə də gizli təmir işlərinin aparıldığının müəyyən olunduğuna istinad edərək, həm sərf olunmuş materialın dəyərini, həm də podratçıya ödənilmiş muzdu tam məbləğdə sifarişçiyə qaytarılması qənaətinə gəlmişdir. Lakin bu zaman apellyasiya məhkəməsi həmin təmir işinin bir qisminin keyfiyyətinin iddiaçı tərəfindən mübahisələndirilmədiyini, ekspertiza ilə bütün işlərin deyil, bir qisim işlərdə qüsur aşkar olunduğunu nəzərə almamış, yeni görüldüyü iddia edilən işlərin cavabdehin göründüyü işin davamı kimi, qüsurların aradan qaldırılması kimi deyil, evin tamamilə yenidən təmir edilməsindən ibarət olmasını təsdiq edən hər hansı mötəbər sübuta istinad etməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlərin mövcud olmasına istinad edən apellyasiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin əsassız varlanmaya və mülki hüquq pozuntularına(deliktlər) aid normalarını düzgün tətbiq etməmiş, mübahisənin qanuni əsasını düzgün müəyyən etməmişdir. Azərbayca n Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icra sı onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməl idir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında podrat müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində və qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun dəyərləndirilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının əsası, cavabdehin isə iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallara düzgün və müfəssəl hüququ qiymət verməyərək, qeyd edilən maddi hüquq normalarını işin hallarını tam araşdırmadan hazırki mübahisəyə tətbiq etmiş, tətbiq edilməli olan normaları isə tətbiq etməmişdir. Belə liklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, hazırkı mübahisənin həlli üçün işin görülməsinə dair yetərli mötəbər sübutlar olmamasına əhəmiyyət verməmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozaraq cavabdehin ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşmış və onları əsaslı hesab edərək qeyd etmişdir ki, bu dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv edilməsi və işin həmin hissədə yeni apellya siya baxışına göndərilməsi üçün əsasdır. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə, mübahisənin düzgün həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-876/2022 nömrəli mülki iş üzrə 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov sədrlik edən, məruzəçi, Afiq Hüseynzadə, İslam Həsənov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)-78/2019 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmişdir. İddiaçı Cavabdeh qarşı dəymiş ziyana görə 14.000 manat pul tələbinə dair ilkin iddiası, habelə iddiaçı Cavabdeh İddiaçı qarşı 2.200 manat məbləğdə pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Kollegiya ilkin iddiaya münasibətdə qeyd etmişdir ki, əvvəla iddiaçı cavabdehdən 14.000 manat məbləğində dəymiş ziyan tələb etsə də, həmin məbləğin özündə hansı ziyanı ehtiva etdiyini əsaslandırmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində 14.000 manatlıq material aldığını, Cavabdeh həmin materialları korladığını, yenidən material aldığını, Cavabdeh 6.500 pul verdiyini göstərmiş (abzasın sonunda isə 5.500 manat verdiyini qeyd etmişdir). Yəni, iddiaçı cavabdehdən tələb etdiyi məbləğə cavabdehin korladığı materialın pulu və ya ona ödənilmiş zəhmət haqqı, yaxud işi keyfiyyətsiz görməsinə görə evə dəymiş ziyan (qüsurun aradan qaldırılması üçün) old uğunu öz tələbində göstərməmişdir. İşə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 329.3, 385, 427, 442, 448.1-ci maddələrinə istinad edərək, cavabdehin iddiaçıya məxsus evdə vurduğu 230 kv.m döşəmə polun 150 kv.m (150 kv.mx8m=1.200) metrində, 558 kv.mşpaklyovka ilə üzlənmiş divarın 408 kv.m (408 kv.m x 4m=1.632 m) hissəsində qüsurlar olduğunu, tavana vurulmuş 115 metr lepka paduqanın 64 metri (64 m x 2m =128 m) simmetrik olmadığını, sement məhlulundan quraşdırılmış pilləkən (2 ədəd x 20 m=40 m) düzgün quraşdırılmadığını əsas gətirməklə, İddiaçı 3.000 manat ziyan dəyməsi qənaətinə gəlmişdir. Halbuki, tərəflər arasındakı münasibətlər podrat müqaviləsinin şifahi qaydada bağlanması ilə yarandığından hazırkı mübahisəyə Mülki Məcəllənin podrat münasibətl ərini tənzimləyən normaları tətbiq edilməli və sübutlara həmin normaların tələbləri baxımdan qiymət verilməli idi. Kollegiya qeyd etmişdir ki, podratçı olan cavabdehin pulunun verilməməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciətindən sonra sifarişçi olan iddiaçının ona 1.800 manat pul ödəməsi hər iki tərəfin izahatı ilə müəyyən olunmaqla, işin mübahisəsiz halıdır. Bu zaman iddiaçı görülmüş işlərdə qüsurların olduğunu iddia etdiyi halda, həmin pulu cavabdehə ödəməsi, daha sonra isə hazırkı iddianı qaldırması absurd görünür. Kollegiya həmçinin qeyd etmişdir ki, əvvəlcə cavabdeh iddiaçının onun gördüyü işlərin pulunu verməməsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmiş, bundan sonra iddiaçı cavabdehə 1.800 manat pul vermişdir. Daha sonra isə iddiaçı cavabdehin barəsində şikayət e dərək, iki ərizə təqdim etmiş, birində təmir alətlərinin ondan alınmasına köməklik göstərilməsini xahiş etmiş, digərində isə cavabdehin onun pulunu verməyəcəyi halda onu və arvadını ölümlə hədələyəcəyini bildirərək, köməklik edilməsini xahiş etmişdir. Buna görə də kollegiya, cavabdehin iddiaçının ona 2.200 manat borcunu ödəməməsi üçün hazırkı iddianı qaldırması barədə dəlillərini haqlı sayır. Həmin dəlillər həm də ona görə əsaslı sayıla bilər ki, qanunvericilikdə podratçının (cavabdehin) gördüyü işlərdə qüsur olacağı halda, sifarişçinin (iddiaçının) hansı hüquqi müdafiə vasitələrindən istifadə edə biləcəyi tənzimlənərək, təsbit edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə həmin qüsurları aradan qaldırmaq üçün vaxt verilməsi, onun bu işləri görməkdən imtina etməsi mülki iş materialları ilə m üəyyən edilmir. Cavabdeh kollegiyanın iclası zamanı göstərmişdir ki, cavabdeh iddiaçının vermədiyi 2.200 manat pulu ona verməsini və qüsurları aradan qaldırmağı təklif etsə də, iddiaçı pulu verməmişdir. Göründüyü kimi, podratçının özü qüsurları aradan qaldırmağı təklif etmiş, lakin iddiaçı bununla razılaşmamışdır. Bundan başqa, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 24563 saylı ekspert rəyi ilə Bakı şəhəri, Pirallahı rayonu, K.Rzayev küçəsində yerləşən 25P saylı yaşayış evinin birinci mərtəbəsində yerləşən tikililərin divarlarının künc hissəsində şpaklyovka qatının qabarması, tökülməsi, nahamar olması, döşəmənin künc hissələrinin plintusla bağlanmaması, tavandakı lepkapaduqaların simmetrik vurulmadığı, pəncərə boşluqlarının kənarlarının tam olaraq bağlanmadığı və beton mə hlulundan quraşdırılmış pilləkənin çatladığını nəzərə alaraq təmir işlərinin qüsurlu aparıldığı müəyyən edilmişdir. Bundan sonra iki dəfə yenidən tikinti-texniki ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/944 saylı ekspert rəyi ilə Bakı şəhəri, Pirallahı rayonu, K.Rzayev küçəsində yerləşən 25P saylı yaşayış evinin daxilində müxtəlif növ və eləcə də gizli təmir işləri aparıldığından, habelə evin təmirinə dair mülki iş materialında layihə və smeta sənədləri olmadığından yaşayış evinin təmirinə sərf olunan materialların növlərini, hədlərini, dəyərini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1900 saylı ekspert rəyi ilə isə mübahisəli evə baxış keçirilən zaman fərdi yaşayış evinin tam təmirli vəziyyətdə olduğu və aparılan təmir-tikinti işlərində qüsurların olmadığı müəyyən edilmişdir. İddiaçının bildirməsinə görə, cavabdeh tərəfindən qüsurlu aparılmış təmir işlərindən sonra digər ustalar tərəfindən əlavə işlər görülməklə təmir işləri başa çatdırılmışdır. Göründüyü kimi, ilkin rəylə Cavabdeh təmir etdiyi ümumi işlərdə bəzi nöqsanların olduğu qeyd olunsa da, həmin rəy verildikdən sonra iddiaçı evin təmirini davam etdirmişdir. Ona görə də, sonrakı rəylərdə Cavabdeh mübahisəli evi qüsurlarla təmir etməsi müəyyən edilməmişdir. Hazırkı halda sonradan təmir ilə başqa ustalar tərəfindən görülmüş işlərin Cavabdeh gördüyü işlərin davamı kimi, yaxud onun gördüyü işlərdəki qüsurların aradan qaldırılması ilə bağlı olması mülki iş materialları ilə sübut olunmur. Halbuki, mülki prosessual qa nunvericiliyin başlıca prinsiplərindən olan çəkişmə prinsipi hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını isə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Ona görə də, kollegiya hesab etmişdir ki, İddiaçı Cavabdeh dəymiş ziyana görə 14.000 manat pul tələbinə dair ilkin iddiası təmin edilməməlidir. Məhkəmə Kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 753.1, 759.2, 762.1, 762.2, 763.1, 764.1, 766-cı maddələrin ə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 218.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya şikayətinin, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək (Vəkil2) iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 329.3, 752.1, 762.1-ci maddələrinin tələbləri pozulmuşdur. İddiaçı onun üzərinə düşən öhdəliyi tamamilə icra etmiş cavabdehlə danışdığı muzdu tam ödəmişdir. Lakin iş üzrə top lanmış sübutlardan da müəyyən edilir ki, cavabdeh öz üzərinə düşən öhdəlikləri tamamilə və vicdanla icra etməmiş, işi qüsurlu görmüş və onun qüsurlu gördüyü işlərin bir çoxu sonradan üzə çıxmışdır. Bu hal Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə də təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 58, 77.1, 97.1, 102-ci madddələrinin tələbləri pozmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş ekspert rəyinə düzgün hüquqi qiymət verməmişdir. Sonuncu dəfə keçirilən məhkəmə texniki-tikinti ekspertizası ilə bağlı da iddiaçı tərəf məhkəmədə vəsatət verərək təkrar ekspertiza təyin edilməsini xahiş etmişdir. Həmin vəsatətdə qeyd edilmişdir ki, ekspert qarşısına qoyulan sual ondan ibarət olmuşdur ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə yerində baxış keçirilməklə həmin mənzilin təmiri üçün görülmüş işlərin istifadə üçün yararlı olub-olmaması əgər qüsurlar varsa onların aradan qaldırılması üçün tələb edilən vəsaitin məbləği müəyyən edilsin. Ekspertizanın 15 iyul 2022-ci il tarixli rəyində qeyd edilmişdi ki, həmin evə baxış keçirilən zaman, ev tam təmirli vəziyyətdə olmuş və aparılan təmir işlərində qüsurların olmadığı müəyyən edilmişdir. Həmçinin ekspert qeyd etmişdir ki, baxış keçirilərkən iddiaçı bildirmişdir ki, cavabdeh tərəfindən qüsurlu aparılmış təmir işlərindən sonra digər ustalar tərəfindən əlavə işlər görülməklə təmir işləri başa çatdırılmışdır. Bu baxımdan, ekspert tərəfindən qoyulan suallar üzrə tam araşdırma aparılmadan rəy verilmişdir. Belə ki, eskpert özü də qeyd etmişdir ki, cavabdeh tərəfindən qüsurlu aparılmış təmir işlərindən sonra iddiaçı digər ustalara əlavə işlər gördürməklə təmir işlərini başa çatdırmışdır. Yəni, həqiqətən iddiaçı sonradan məcbur olub göstərilən qüsurları aradan qaldırılması üçün yeni ustaları cəlb edib bu işləri aparmışdı. İddiaçı tərəfindən sonrakı təmir işləri aparılmazdan əvvəl evdə özü də adı çəkilən qüsurları əks etdirən videoçəkilişlər aparmış, fotoşəkillər çəkmiş və həmin sübutlar mülki işə əlavə edilmişdir. Həmçinin ekspert tərəfindən birinci rəy verilərkən həmin qüsurlara baxılmışdır. Bu sonuncu ekspert rəyi tam olmadığı üçün əlavə ekspertiza təyin edilməli idi. Əlavə ekspertiza təyin edilərkən, ekspertin qarşısında əvvəlki suallarla bərabər, həmçinin əvvəlki ekspert rəyinə əsasən cavabdeh tərəfindən aparı lmış qüsurlu təmir işlərinin hal-hazırda bərpasına iddiaçı tərəfindən sərf edilən vəsaitin dəyəri müəyyən edilməsi barədə sual qoyulmalı idi. Lakin, məhkəmə heç bir səbəb göstərmədən vəsatəti təmin etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə k i, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, s ifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Maddə
766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü mad dəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən ilk iddiaya aid hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisləndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, tərəflər arasında iddiaçıya məxsus evin təmiri ilə bağlı şifahi podrat müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə görə, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şə raitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Hazırda iddiaçı, işlərin keyfiyyətsiz və qüsurlu gördüyünü əsas tutub cavabdehdən dəymiş ziyana görə 14.000 manat pul iddia edir. Cavabdeh isə bunun əksini göstərməklə iddiaçının ona ödənilməmiş 2.200 manat əmək haqqı borcunun olduğunu iddia edir. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, əvvəla iddiaçı cavabdehdən 14.000 m anat dəymiş ziyan tələb etsə də, həmin məbləğin özündə hansı ziyanı ehtiva etdiyini əsaslandırmamışdır. Belə ki, iddiaçı, iddia ərizəsində 14.000 manatlıq material aldığını, cavabdehin həmin materialları korladığını, yenidən material aldığını, cavabdehə 6.500 pul verdiyini göstərmişdir (abzasın sonunda isə 5.500 manat verdiyini qeyd etmişdir). Yəni, iddiaçı cavabdehdən tələb etdiyi məbləğə cavabdehin korladığı materialın pulu və ya ona ödənilmiş zəhmət haqqı, yaxud işi keyfiyyətsiz görməsinə görə evə dəymiş ziyan (qüsurun aradan qaldırılması üçün) olduğunu öz tələbində göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, podratçı olan cavabdehin pulunun verilməməsi ilə bağlı onun hüquq-mühafizə orqanlarına müraciətin dən sonra sifarişçi olan iddiaçının ona 1.800 manat pul ödəməsi hər iki tərəfin izahatı ilə müəyyən olunmaqla, işin mübahisəsiz halıdır. Bu zaman iddiaçı görülmüş işlərdə qüsurların olduğunu iddia etdiyi halda, həmin pulu cavabdehə ödəməsi, daha sonra isə hazırkı iddianı qaldırması absurd görünür. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, əvvəlcə cavabdeh iddiaçının onun gördüyü işlərin pulunu verməməsi ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmiş, bundan sonra iddiaçı cavabdehə 1.800 manat pul vermişdir. Daha sonra isə iddiaçı cavabdehin barəsində şikayət edərək, iki ərizə təqdim etmiş, birində təmir alətlərinin ondan alınmasına köməklik göstərilməsini xahiş etmiş, digərində isə cavabdehin onun pulunu verməyəcəyi halda onu və arvadını ölümlə hədələyəcəyini bildir ərək, köməklik edilməsini xahiş etmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsi, cavabdehin iddiaçının ona 2.200 manat borcunu ödəməməsi üçün hazırkı iddianı qaldırması barədə dəlillərini haqlı sayır. Həmin dəlillər həm də ona görə əsaslı sayıla bilər ki, qanunvericilikdə podratçının (cavabdehin) gördüyü işlərdə qüsur olacağı halda, sifarişçinin (iddiaçının) hansı hüquqi müdafiə vasitələrindən istifadə edə biləcəyi tənzimlənərək, təsbit edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə həmin qüsurları aradan qaldırmaq üçün vaxt verilməsi, onun bu işləri görməkdən imtina etməsi mülki iş materialları ilə müəyyən edilmir. Halbuki, Mülki Məcəllənin 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldır a bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 764.1-ci maddəsinə görə, əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 766-ci maddəsinə əsasən, Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin iclası zamanı da göstərmişdir ki, iddiaçının vermədiyi 2.200 manat pulu ona verməsini və qüsurları aradan qaldırmağı təklif etsə də, iddia çı pulu verməmişdir. Göründüyü kimi, podratçının özü qüsurları aradan qaldırmağı təklif etmiş, lakin iddiaçı bununla razılaşmamışdır. Bundan başqa, ilkin rəylə cavabdehin təmir etdiyi ümumi işlərdə bəzi nöqsanların olduğu qeyd olunsa da, həmin rəy verildikdən sonra iddiaçı evin təmirini davam etdirmişdir. Ona görə də, sonrakı rəydə cavabdehin mübahisəli evi qüsurlarla təmir etməsi müəyyən edilməmişdir. Hazırkı halda sonradan təmir ilə başqa ustalar tərəfindən görülmüş işlərin cavabdehin gördüyü işlərin davamı kimi, yaxud onun gördüyü işlərdəki qüsurların aradan qaldırılması ilə bağlı olması mülki iş materialları ilə sübut olunmur. Halbuki, mülki prosessual qanunvericiliyin başlıca prinsiplərindən olan çəkişmə prinsipi hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy i halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını isə Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Ona görə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı dəymiş ziyana görə 14.000 manat pul tələbinə dair ilk iddiası əsassız olduğundan rədd edilməlidir. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instan siyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2(104)-876/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.