Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6023/2019 20.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və X4 ibarət tərkibdə, X26 oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh və onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılması” barədə ilk, Cavabdehlər İddiaçı və 3-cü şəxs YYYnə qarşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras payının müəyyən edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 2 fevral 2019-cu il tarixli 2(103)-3608/2019 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh özünə məxsus olan əşyaları ilə birlikdə onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı və 3-cü şəxs YYYnə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanı üzərində uşaqları X19, X15 ilə birgə onun istifadə hüququnun tanınması, həmin evlə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən İddiaçı verilmiş ******* saylı 05.07.2018-ci il tarixli çıxarışın ləğv edilməsi, mərhumun həyat yoldaşı X12 vərəsəliklə atasından miras qalmış payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, LLL üzərində uşaqları-X19, X15 ilə birgə onun istifadə hüququnun tanınması, həmin evlə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş ******* saylı, 05.07.2018-ci il tarixli çıxarışın və çıxarışın verilməsinə əsas olan 10 saylı Notariat Kontorunun 15.03.2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi və qeyd edilən əmlakdan mərhum həyat yoldaşı X12 düşən paya uyğun, yəni Həbib Mehdiyevin əmlakının 3/12 hissəsi üzər ində onun və övladlarının paylarının müəyyən edilməsi və buna uyğun qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən Gülsarə İmanova) 17 dekabr 2018-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, LLL nömrəli evə münasibətdə Cavabdeh 1/10 (onda bir) hissədə mirasda payının müəyyən edilməsi, miras qoyanın həyat yoldaşı X2 isə 4/10 payının müəyyən edilməsi, Cavabdeh özünə məxsus olan əşyaları ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən 1/10 (onda bir) hissədə payının əvəzi olaraq 5000(beş min) manat məbləğində mirasdan pay ödənilməklə çıxarılması və evin boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Ko llegiyasının (hakimlər İsmayıl Xəlilov - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova və İlham Kərimli) 22 aprel 2019-cu il tarixli 2(103)-3608/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı Cavabdeh qarşı “cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılması” tələbinə dair ilk iddiası, Cavabdehlər İddiaçı, X5, X3, 10 saylı Notariat kontoruna və 3-cü şəxs 111nə qarşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.04.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə yen i qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.04.2019-cu il tarixli qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən mənzil xüsusi mülkiyyət kimi ona məxsusdur. Hal-hazırda xüsusi mülkiyyətində olan əmlakdan tam və sərbəst istifadə edə bilmir. Cavabdehin ona məxsus evdən çıxmaması onun mülkiyyət hüququnu məhdudlaşdırır. Cavabdehin daimi yaşamağa mənzili vardır. Cavabdeh ünvan 2 ünvanında yerləşən və sahəsi 78 kv.metr olan mənzildə qeydiyyatdadır və həmin mənzil ona məxsusdur. Həmin mənzili ki rayə verib gəlir əldə edir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İ.Quliyev küçəsi, 14 ünvanda yerləşən miras əmlak YYYə məxsus olmuşdur. YYY 24.11.2000-ci il tarixində vəfat etmiş, həmin vaxtda onun 5 vərəsəsi qalmış, həyat yoldaşı, 2 oğlu və 2 qızı. Miras qoyan öləndən sonra vərəsələr mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətdə Notariat Kontoruna müraciət etməmişlər. X16 29.11.2009-cu il tarixində vəfat etmişdir. Ataları vəfat etdikdən sonra anaları X10 30.03.2018-ci il tarixində 10 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək evə dair vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Həmin vaxt vərəsələrdən X6 və İddiaçı ərizə yazaraq vərəsəlik paylarını qəbul etməyərək Lumuxanımın xeyrinə vərəsəlikdən imtina etmişlər. Notariat kontoru tərəfindən 15.03.201 8-ci il tarixində mirasa dair X10 və X1 bərabər paylara malik olmasına dair vərəsəlik şəhadətnaməsi verilmişdir. Eyni tarixli vərəsəlik payının bağışlama müqaviləsinə əsasən qardaşı X9 öz payını anası X5 bağışlamışdır. Miras evə 13.04.2018-ci il tarixində X2 adına mülkiyyət hüququna dair çıxarış verilmiş və o, 17.05.2018-ci il tarixində həmin evi İddiaçı bağışlamış, 05.07.2018-ci il tarixində sonuncunun adına mülkiyyət hüququna dair çıxarış verilmişdir. Cavabdeh miras əmlakdan 1/10 hissədə payının əvəzi kimi 5000 manat məbləğində kompensasiya ödəməyə razıdır. Məhkəmə qətnamədə Azərbaycan Respublikası MPM-in 1243.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, "vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə başladıqd a bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Cavabdeh və uşaqları mirasdan X12 çatacaq payı qəbul etdikləri üçün onlar həmin hissəyə mülkiyyətçidirlər." Cavabdeh məhkəmənin bu fikri ilə razılaşmayaraq qeyd etmişdir ki, Cavabdeh və övladları mirası qəbul etməmişlər. Onların Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 14-də sahəsi 78 kv.metr olan 27 saylı mənzilləri vardır, həmin mənzildə yaşamışlar. Onlar mübahisəli evdə yaşamamışlar və miras əmlakı qəbul etmək barədə mirasın açıldığı yer üzrə notariat orqanına müraciət etməmişlər. Əmlaka sahiblik etməmiş və onu idarə etməmişlər. Bu yaxınlarda onlar məcburi evə daxil olmuş və evdən çıxmamışlar. Bu illər ərzində cavabdeh miras əmlak olan evdə yaşamış olsay dı vərəsəlik şəhadətnaməsi almaq məqsədilə notariat orqanına müraciət edərdi. Məhkəmə qətnamədə qeyd etmişdir ki, "Azərbaycan Respublikası MPM-in 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir." Miras yüklü vəziyyətdə olmamış, 2018-ci ildə qonaq adı ilə evə gələn cavabdeh mənzili tərk etməmiş və məhkəməyə iddia ilə müraciət etmişdir. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Qarabağ müharibəsi iştirakçısı və əlili həyat yoldaşı X16 29.11.2009-cu il tarixdə vəfat etmişdir. ünvan 3ünvan əvvəlki qaydalara əsasən ünvan 4 sayılırdı) yerləşən fərdi yaşayış evinin sahibi Həbib Mehdiyev o, gəlin gəlməzdən əvvəl 2000-ci ildə vəfat etmişdir. Həyat yoldaşı X16 anadan olduğu 1972-ci ildən vəfa t etdiyi günə kimi atası evində Bakı şəhəri Suraxanı rayonu, İsrafil Quliyev küçəsi ev 18 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 10 saylı Notariat Kontorunun vərəsəlik işində YYYin övladları FFF, LLLvə V.V.Vmirasdan analarının xeyrinə deyil, kimin xeyrinə imtina etmələrini göstərmədən imtina etmişlər. Bu isə MM-nin 1262-ci maddəsinə əsasən həmin payların digər vərəsələrə keçməsi anlamına gəlir. 1-ci instansiya məhkəməsində işə baxan X25 isə onların paydan imtina etmələri barədə ərizələrini belə yozmağa çalışmışdır ki, guya FFF, LLLvə V.V.V analarının xeyrinə imtina etmişlər. Hələ bu azmış kimi hakim gülünc bir vəziyyət yaratmış, həmin şəxsləri şahid kimi məhkəməyə dəvət edərək onlardan kimin xeyrinə imtina etmələrini soruşmuş və ərizə yazdırmışdır ki, guya onlar vaxtilə miras əmlakdan analarının xeyrinə imtina ediblərmiş. Apelyasiya instansiyası məhkəməsi də bu məsələyə dəqiq qiymət verməmiş, daha doğrusu kimin xeyrinə imtina etmələrinin müəyyən edilmədiyini göstərmişdir. Digər tərəfdən isə bildirirəm ki, LLLvə VVVə mirasdan ümumiyyətlə pay düşə bilməzdi. Çünki onlar ataları vəfat etdikdən sonra mirası faktiki qəbul etməmiş və müəyyən edilmiş müddət ərzində notariusa müraciət etməmiş və bu hüquqlarından məhrum olmuşlar. VVVə verilmiş Çıxarışın ləğv edilməsi qarşılıqlı iddia ərizəsində göstərilməsə də, əsas mübahisə mirasın düzgün bölünməməsi və bununla bağlı cavabdehlər tərəfindən miras haqqında qanunsuz şəhadətnamənin alınmasıdır. Bütün digər məsələlər, o cümlədən cavabdehlərə verilmiş çıxarışlar, müqavilələr həmin qanunsuz bölgü, şəhadətnamədən yaranmışdır. Sonrakı ç ıxarış, müqavilələrin kökü həmin şəhadətnamə olduğundan həmin sənədlər də etibarsızdır. Bu halda qeyd edilən mübahisəyə baxıb, şəhadətnaməni ləğv etməklə düzgün bölgünü aparmaq mümkün idi ki, məhkəmə bunu etməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iclasında İddiaçı və vəkili Vəkil2 tərəflərindən verilmiş kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasında Cavabdeh və vəkili Vəkil1 tərəflərindən verilmiş kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilm işlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, ünvan 5 ünvanda yerləşən miras əmlak X3 məxsus olmuşdur. X9 24.11.2000-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtda onun beş vərəsəsi qalmışdır-Arvadı, iki oğlu, iki qızı. Miras qoyan öləndən sonra vərəsələr mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etməmişlər. X8 29.11.2009-cu il tarixdə vəfat etmişdir. Həmin tarixədək X16 həyat yoldaşı Cavabdeh və uşaqları ilə birlikdə həmin evdə yaşamışlar. 1-ci dəfə mərhumun arvadı X10 vəfat etmiş ərinin Əmanət bankında olan vəsaitini götürmək üçün 31.08.2012-ci il tarixdə 10 saylı notariat kontoruna ərizə ilə müraciət edərək vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Həmin vaxt vərəsələrdən ancaq 1-i, mərhumun oğlu X9 ərizə yazaraq həmin əmanətdən imtina etdiyini, əmanəti qəbul etmədiyini və gələcəkdə də qəbul etməyəcəyini bildirmişdir. 2-ci dəfə mərhumun arvadı X10 10.03.2018-ci il tarixdə ərizə ilə 10 saylı notariat kontoruna müraciət edərək mübahisəli evə dair vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Ərizəsində vərəsələrin iki nəfər, özü və oğlu X9 olduğunu qeyd etmişdir. Həmin vaxt vərəsələrdən X7 və İddiaçı ərizə yazaraq vərəsəlik paylarını qəbul etmədiklərini, qəbul etmək də istəmədiklərini və gələcəkdə məhkəməyə müraciət etməyəcəklərini b ildirmişlər. Notariat kontoru tərəfindən 15 mart 2018-ci il tarixdə miras evə dair X10 və X1 bərabər paylara malik olmasına dair vərəsəlik şəhadətnaməsi verilmişdir. Eyni tarixli vərəsəlik payının bağışlama müqaviləsinə əsasən X9 öz payını anası X5 bağışlamışdır. Miras evə 13.04.2018-ci il tarixdə X2 adına mülkiyyət hüququna dair Çıxarış verilmiş və o, 17 may 2018-ci il tarixdə həmin evi qızı İddiaçı bağışlamış, 05.07.2018-ci il tarixdə onun adına mülkiyyət hüququna dair Çıxarış verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur, buna görə də, qətnaməni ləğv edərək hər iki iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, miras evə vərəsəlik şəhadətnaməsi verilməsi üçün müraciət edərkən X10 və X9 mərhum X12 məxsus payın onun vərəsələrinə çatmaması üçün bilərəkdən vərəsələrin siyahısında onların adlarını göstərməmişlər. Ona görə həmin vərəsəlik şəhadətnaməsi etibarlı deyil. Miras qoyanın bankda olan depozit hesabına dair vərəsəlik şəhadətnaməsi verilərkən X9 mirasdan imtina etmiş, evə dair vərəsəlik şəhadətnamə verilərkən X7 və İddiaçı vərəsəlik paylarını qəbul etmədiklərini, qəbul etmək də istəmədiklərini bildirmişlər. Həmin şəxslərin mirası faktiki qəbul edib-etməmələri, mirasdan həqiqətən imtina edib-etməmələrini müəyyən etmək mümkün deyil. Çünki həmin məsələləri hazırkı iş üzrə irəli sürülmüş tələblər əsasında yoxlanılması mümkün deyil. Belə ki, Cavabdeh vərəsəlik şəhadətnaməsinin l əğvi barədə iddia irəli sürmüş, X10 ilə İddiaçı arasında 17 may 2018-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin etibarsızlığını irəli sürməmişdir. Belə olan halda VVVin adına verilmiş Çıxarışın ləğv olunması məsələsini həll etmək, bundan sonra mirasın bölüşdürülməsinə dair vərəsəlik şəhadətnaməsinin qanuniliyini yoxlayaraq mirasda payları müəyyən etmək, bu zaman mirasın kimlər və hansı payda, həcmdə qəbul etmələrini müəyyən etmək mümkün deyil. Vərəsəlik şəhadətnaməsinin qanunsuz rəsmiləşməsinə istinad edən şəxs onun etibarsızlığını tələb etməlidir. Çünki şəhadətnamənin etibarsızlığına dəlalət edən hallar onun verilməsindən əvvəl mövcud olur. Hazırkı işdə iddiaçılar istinad etdikləri halların məhz şəhadətnamə verilməmişdən əvvəl mövcud olduğunu qeyd edirlər. Belə ki, onlar vərəsələrin sayı, onların mirası şəhadətnamə verilənədək qəbul etmələri, cavabdehlərin digər vərəsələri gizlətmələrinə istinad edirlər. Amma, vərəsəlik şəhadətnamələrinin ləğvi, belə anlama gəlməyə əsas verir ki, həmin şəhadətnamələr verilərkən qanunun tələblərinə riayət edilmiş, lakin sonradan ortaya çıxan hallar həmin şəhadətnamələrin ləğv olunmasını şərtləndirir. İddiaçıların öz tələblərində istinad etdikləri hallar ikinci hala aid deyil. Şəhadətnamələrin etibarsız hesab olunması ilə ləğv olunması fərqli hüquqi nəticələrə səbəb olur. Etibarsız hesab olunma halında şəhadətnamələr bağlandığı andan etibarsız hesab olunmaqla hüquqi nəticələri etibarsız hesab olunur, lakin, ləğv olunanda, həmin vaxtdan sonra öhdəliklərə xitam verilir. İddiaçıların əldə etmək istədikləri nəticəəmlakın əvvəlki vəziyyətə g ətirilməsi və yenidən mirasın bölüşdürülməsi, şəhadətnamələrin etibarsız hesab olunmasından sonra baş verən hallardır və eyni zamanda məhz onun hüquqi nəticəsi olaraq Çıxarış da ləğv oluna bilər. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh iddiası həmin əsasla təmin oluna bilməz. O, vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin etibarsızlığı tələbini irəli sürməklə yanaşı Çıxarışların ləğv olunması və miras əmlakda payların müəyyən edilməsi barədə yenidən məhkəməyə müraciət etməlidir. Belə bir iddia irəli sürüləcəyi təqdirdə işə baxan məhkəmənin mirası neçə vərəsənin, hansı paylarda qəbul etmələri məsələsini aydınlaşdırmaq mümkün olacaq. Cavabdeh miras evə istifadə hüququnun tanınması tələbinin təmin olunmasına zərurət yoxdur. Yuxarıda qeyd olu nan qiymətləndirmə ona dəlalət edir ki, Cavabdeh və uşaqları mirası qəbul etdikləri vaxtdan onların mülkiyyətçisidirlər və istifadə hüququ mülkiyyət hüququnun tərkib ünsürü olduğu üçün onun məhkəmə qaydasında tanınmasına lüzum yoxdur. Əslində İddiaçı özü də iddiasında miras əmlakı mərhum qardaşı X11 qəbul etməsini etiraf etmiş və onun payına uyğun olaraq ailəsinə 5000 manat kompensasiya təklif etmişdir. Belə bir iddianın mövcudluğu bir daha vərəsəlik şəhadətnaməsinin etibarlı olmadığını, vərəsələrin sayının düzgün qeyd olunmamasının etirafıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, maddi və prosessual hüquq normalarının tələblərinə riay ət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Cavabdehin əri X16 atasından qalmış mirası faktiki qəbul etmiş, onun arvadı Cavabdeh və uşaqları isə mirasdan X12 çatan payı qəbul etdikləri üçün onlar həmin hissənin mülkiyətçiləri hesab olunurlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Miras evə vərəsəlik şəhadətnaməsi verilməsi üçün müraciət edərkən X10 və X9 mərhum X12 ç atan payın onun vərəsələrinə çatmaması üçün bilərəkdən vərəsələrin siyahısında onların adını göstərməmişlər. Halbuki cavabdehin notariat orqanına verilən ərizədə digər vərəsələr kimi adının qeyd edilməsi müəyyən hüquqi nəticələrə səbəb olacaqdı. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Həmin Qanunun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Həmin maddənin 2-ci hissəsinə əsasən mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Göründüyü kimi, miras əmlaka X10 və X1 adına vərəsəlik şəhadətnaməsi verilərkən qanunvericiliyin tələbləri və cavabdehin qanunla qorunan maraqları pozulduğundan həmin şəhadətnamə etibarlı sənəd olmamışdır. Lakin cavabdeh qarşılıqlı iddia ərizəsində vərəsəlik şəhadətnaməsi etibarsızlığını deyil, ləğvini tələb etmiş, həmçinin hazırki mülkiyyətçi İddiaçı adına verilmiş çıxarışın ləğvini tələb etsə də, bu çıxarışın verilməsinə əsas olan bağışlama müqaviləsini mübahisələndirməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, vərəsəlik şəhadətnaməsinin qanunsuz rəsmiləşməsinə istinad edən şəxs onun etibarsızlığını tələb etməlidir. Şəhadətnamələrin etibarsız hesab olunması ilə ləğv olunması fərqli hüquqi nəticələrə səbəb olur. Etibarsız hesab olunma halında şəhadətnamələr bağlandığı andan etibarsız hesab olunmaqla hüquqi nəticələri etibarsız hesab olunur, lakin, ləğv olunanda, həmin vaxtdan sonra öhdəliklərə xitam verilir. İddiaçıların əldə etmək istədikləri nəticə-əmlakın əvvəlki vəziyyətə gətirilməsi və yenidən mirasın bölüşdürülməsi, şəhadətnamələrin etibarsız hesab olunmasından sonra baş verən hallardır və eyni zamanda məhz onun hüquqi nəticəsi olaraq Çıxarış da ləğv oluna bilər. Ona görə də apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh iddiası həmin əsasla təmin oluna bilməz. O, vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin etibarsızlığı tələbini irəli sürməklə yanaşı Çıxarışların ləğv olunması və miras əmlakda payların müəyyən edilməsi barədə yenidən məhkəməyə müraciət etməlidir. Belə bir iddia irəli sürüləcəyi təqdirdə işə baxan məhkəmənin mirası neçə vərəsənin, hansı paylarda qəbul etmələri məsələsini aydı nlaşdırmaq mümkün olacaq. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mübahisəli evi yüklü vəziyyətdə, Cavabdeh ailəsinin hüquqlarının olması vəziyyətində qəbul etdiyindən qanuni əsaslar olmadan onların mənzildən çıxarılmasını tələb edə bilməz. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsi, yəni cavabdehin miras əmlakı qəbul etməməsi, həmin evdə yaşamaması, 2018-ci ildə qonaq adı ilə evə girib, sonra oranı tərk etməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPMnin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası həmçinin cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prossesual hüquq normalarının tələblərini pozduğundan apellyasiya instansiya məhkəməsi haqlı olaraq MPMnin 372.7-ci maddənin tələblərinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlamış və bu zaman həmin maddənin tələblərini pozmamışdır. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanıl malıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3608/2019 nömrəli iş üzrə 22 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6023/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6023/2019
20.09.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver