Məhkəmə qərarları › İş №2(102)-6024/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6024/2019

03.09.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6024/2019 03.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Nümayəndə iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5024/2019 nömrəli iş üzrə 17 aprel 2019cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Nizami Rayon Məhkəməsinin (hakim M.Q.Sadqıov) 2(007)-3878/2018 nömrəli, 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddian ın qismən təmin edilməsi, Cavabdeh İddiaçı məxsus ünvan1 küçəsi, 28 nömrəli binada yerləşən yaşayış sahəsi 31,22 kv.m, ümumi sahəsi 44,60 kv.m-dən ibarət olan 2 otaqlı, 119 nömrəli mənzildən çıxarılması, mənzil Cavabdeh qeyri-qanuni sahibliyindən götürülərək İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzilə köçürülməsi, iddia qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 30,0 manat dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim A.N.İmanov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və V.N.Sadıqov) 2(103)-5024/2019 nömrəli, 17 aprel 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3878/2018 saylı iş üzrə 20 dekabr 2018-ci il tarixli qətnaməsi mübahisəl əndirilən hissədə Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma, mənzilin qeyri-qanuni sahiblikdən götürülərək təhvil verilməsi, mənzilə köçürülmə və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 29.11.1987-ci il tarixdə nikaha daxil olmuşdur. 1992-ci ilin may ayının 9-da Laçın rayonundan qaçqın düşmüşlər. ünvan2 kəndində yerləşən fermanın sağıcılar evində məskunlaşdırılmışlar. 01.12.1992-ci il tarixində nikahları pozulmuşdur. Birgə nikahdan övladları olmamışdır. AN-İ Seriyalı, ******* nömrəli, 23.10.2007-ci il tarixli mənzil alqı-satqı müqaviləsinə əsasən ünvan1 küçəsi, 28 nömrəli binada yerləşən yaşayış sahəsi 31,22 kv.m, ümumi sahəsi 44,60 kv.m ibarət olan 2 otaqlı, 119 nömrəli mənzili almışdır. AR ƏMDK DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş MH Seriyalı, ******* nömrəli, 28.11.2007-ci il tarixli çıxarışa əsasən həmin mənzil onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sabiq həyat yoldaşı olan Cavabdeh bir müddət bundan əvvəl onunla münasibət quraraq müvəqqəti və qeydiyyatsız olaraq ona məxsus qeyd olunan mənzildə yaşamışdır. Bundan sonra səhhətində ciddi problemlər yaranmış və əməliyyat olunmuşdur. Bir sözlə başı müalicə və müayinəyə qarışmış, cavabdeh isə bundan faydalanaraq ona məxsus mənzili faktiki olaraq mənimsəmiş, hazırda onu öz mülkiyyətindən məhrum edərək mənzilə buraxmır. Buna görə də pozulmuş mülkiyyət hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət e tmək məcburiyyətində qalmışdır. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə verərək göstərmişdir ki, o, Cavabdeh ilə 29.11.1987-ci il tarixdə nikaha daxil olmuş və 01.12.1992-ci il tarixində nikahları pozulmuşdur. Birgə nikahdan övladları olmamışdır. Ondan sonra Cavabdeh X6 ilə nikaha daxil olmuş və onların nikahı 11.12.2002-ci il tarixində pozulmuşdur. O, cavabdehlə sonradan rəsmi nikaha daxil olmamışdır, bütün sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqəsində subay kimi qeyd olunmuşdur. Lakin onda olan məlumata görə cavabdeh hazırkı iş üzrə baş tutmuş məhkəmə proseslərində guya hazırda onunla birgə nikahda olmaları ilə bağlı əsassız fikirlər səsləndirməkdədir. Cavabdehin iddiaları tamamilə uydurmadır və heç bir əsası yoxdur. Bundan əlavə “ASAN xidmət ” mərkəzindən əldə etdiyi “Elektorn notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışın əslindən görünür ki, ünvan1 küçəsi, 28 nömrəli binada yerləşən yaşayış sahəsi 31,22 kv.m, ümumi sahəsi 44,60 kv.m ibarət olan 2 otaqlı, 119 nömrəli mənzildə qeydiyyatda heç bir şəxs yoxdur. AR DİN-in BPQMİ-nın MAPS şöbəsinin 12.09.2018-ci il tarixli arayışından və cavabdehə məxsus Seriya AZE 00****** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Bütün göstərilən sənədlər ola-ola cavabdeh məhkəməyə Bakı şəhər İcra Hakimiyyəti MKTD Nizami rayon MKTB-nin 26 saylı Mənzil Kommunal İstismar Sahəsinin 24.10.2018-ci il tarixli xxx saylı arayışını təqdim etmişdir. Həmin arayışdan görünür ki, guya Cavabdeh ona məxsus olan ünvan1 küçəsi, 28 nömrəli binada 2 otaqlı, 119 nömrəli mənzildə Laçın rayonundan köçkün kimi 2007-ci ildən müvəqqəti qeydiyyata alınmışdır. Belə olan halda vəkili tərəfindən sorğu ilə göstərilən Mənzil Kommunal İstismar Sahəsinə müraciət olunmaqla, cavabdehin ona məxsus mənzilə məcburi köçkün kimi qeydiyyata alınmasına əsas olmuş sənədlərin (mülkiyyətçi kimi onun ərizəsinin və s.) surətini tələb etsə də, hazıradək həmin sorğuya heç bir münasibət bildirilməmişdir. Sorğunun cavabı ilə bağlı MKİS-ə müraciət edərkən həmin sahənin əməkdaşı tərəfindən ona bildirilmişdir ki, göstərilən sənədlər yoxdur, buna görə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsin. Belə olan halda o, həmin əməkdaşdan cavabdehə hansı əsasa görə qeyd olunan arayışın verilməsini soruşduqda ona bildirilmişdir ki, cavabdeh özü arayış üç ün MKİS-ə müraciət edərkən guya onunla evli olmasını və həmin mənzilə köçkün kimi qeydiyyatda olmasını bildirib, buna görə də onlar cavabdehə, öz bildirdiklərinə əsasən onun 2007-ci ildən həmin mənzildə köçkün kimi qeydiyyata alınması barədə arayış vermişlər. O, bunun qanunsuz olmasını və arayış verilərkən hansısa bir hüquqmüəyyənedici sənədlərə baxış keçirilməklə verilməli olmasını bildirsə də, bunun heç bir nəticəsi olmamışdır. Bundan sonra vəkili tərəfindən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Nizami rayon nümayəndəliyinə müraciət olunaraq cavabdehin ona məxsus mənzilə məcburi köçkün kimi qeydiyyata alınmasına əsas olmuş sənədlərin (mülkiyyətçi kimi onun ərizəsinin və s.) surətini tələb etmişdir. Lakin hazıradək həmin qurumdan vəkil sorğusuna cavab verilməmişdir. Təqdim etdikləri digər sübutlarla müəyyən edilir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti MKTD Nizami rayon MKTBnin 26 saylı Mənzil Kommunal İstismar Sahəsinin 24.10.2018-ci il tarixli xxx saylı arayış saxtadır və həqiqəti əks etdirmir. Ona görə ki, həmin şəxsin onun mülkiyyətində olan mənzilə daimi və müvəqqəti qeydiyyata alınması və həmin məzilə istifadə hüququnun yaranması üçün onun notarial qaydada təsdiq olunmuş ərizəsinin olması vacib idi. Lakin bir daha bildirir ki, o, heç bir quruma belə bir ərizə verməmişdir. Cavabdehin ona məxsus mənzildə yaşaması ilə bağlı bildirir ki, iddiasına əlavə etdiyi AN-İ Seriyalı, ******* nömrəli, 23.10.2007-ci il tarixli mənzil alqı-satqı müqaviləsinə əsasən o, həmin mənzili almışdır. AR ƏMDK DƏDRX-nin Bakı şəhəri Ə razi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, 28.11.2007-ci il tarixli çıxarışa əsasən mənzil onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sabiq həyat yoldaşı olan Cavabdeh başqa yerdə yaşamaq imkanının olmamasını bəhanə edərək və onu aldadaraq ondan təkidlə xahiş etmişdir müvəqqəti və qeydiyyatsız olaraq ona məxsus mənzildə yaşamasına icazə versin. O, həmin şəxsə inanaraq acıdığı üçün cavabdehin müvəqqəti, qeydiyyatsız və ödənişsiz (heç bir haqq tələb etmədən) olaraq ona məxsus mənzildə yaşamasına icazə vermişdir. Lakin bir müddət keçəndən sonra aralarında olan anlaşılmazlıq və münasibətlərin kəskin pozulması nəticəsində cavabdehdən mülkiyyəti olan mənzili tərk etməsini tələb etdikdə, cavabdeh onun bu yaxşılığının müqabilində qanuni tələbinə əməl etməm əsi ilə yanaşı qanunsuz olaraq guya mənzilin ikisinə məxsus olmasını bildirərək onu həmin mənzildən qovmuşdur. Buna görə ciddi mənəvi sarsıntılar keçirərək və utanc hissləri keçirərək, kirayədə və qohumlarına məxsus evlərdə gecələmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh bununla ona ciddi mənəvi zərər vurmuşdur ki, məhkəmə buna görə cavabdehdən onun xeyrinə mənəvi zərərin kompensasiyası kimi 10.000 manat məbləğində vəsait tutmalıdır. Bundan əlavə cavabdeh məhkəmə proseslərində Ölkə Başçısının məcburi köçkün və qaçqınlarla bağlı sərəncamlarının olmasını, bu səbəbdən də ona məxsus mənzildən çıxarılmasının qeyrimümkün olmasını bildirməkdədir. Cavabdehin göstərilən mülahizəsi ilə bağlı bildirir ki, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının t əsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17.09.1998-ci il tarixli xxx saylı və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01.07.2004-cü il tarixli xxxx saylı Sərəncamları hazırkı münasibətlərə tətbiq oluna bilməz. Çünki cavabdeh də təsdiq edər ki, 1992-ci ilin may ayının 9-da Laçın rayonundan qaçqın düşmüşlər və həmin zaman ünvan1 kəndində yerləşən fermanın sağıcılar evində qaçqın kimi məskunlaşdırılmışlar. Yəni nə cavabdeh, nə də o, hazırda ona məxsus olan mənzildə qaçqın kimi məskunlaşmamışlar. Həmçinin işin mübahisələndirilməyən hallarından görünür ki, o, sözügedən mənzili 2007-ci il tarixində əldə etmişdir. Təbii ki, y alnız bundan sonra cavabdeh müvəqqəti həmin mənzildə yaşamışdır. Yuxarıda istinad olunan sərəncamlar isə 1992-1998-ci illərdə müvəqqəti məskunlaşan məcburi köçkünlər barədədir. Eyni zamanda cavabdehin ona məxsus olan mənzilə müvəqqəti qeydiyyata alınması barədə razılığı olmamışdır. Bundan əlavə həmin razılığı olsaydı da belə məcburi köçkün kimi şəxsin qeydiyyata alınması cavabdehə onun mülkiyyətində olan mənzilə istifadə hüququnu vermir. Qanunun tələbinə əsasən cavabdeh o halda ona məxsus olan mənzilə istifadə hüququ əldə edərdi ki, mülkiyyətçi kimi onunla cavabdeh arasında istifadə hüququnun əmələ gəlməsi və həyata keçirilməsi şərtlərini tənzimləyən notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud olardı və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınardı. Lakin şadla nan şərtlərdən heç birinin mövcud olmaması onu deməyə əsas verir ki, cavabdehin onun mülkiyyəti olan mənzildə hazırda yaşaması qanunsuzdur və onun iradəsinə ziddir. Buna görə iddia ərizəsində həm də mülkiyyətçi kimi cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmişdir. Eyni əsaslarla hesab edir ki, məhkəmə digər tələbləri ilə yanaşı onun sözügedən mənzilə köçürülməsi barədə qətnamə qəbul etməlidir. Göstərilənlərə əsasən, Cavabdeh ona məxsus ünvan1 küçəsi, 28 nömrəli binada yerləşən yaşayış sahəsi 31,22 kv.m, ümumi sahəsi 44,60 kv.m-dən ibarət olan 2 otaqlı, 119 nömrəli mənzildən çıxarılmaqla həmin mənzilin cavabdehin qeyri-qanuni sahibliyindən götürülərək ona təhvil verilməsi, həmin mənzilə köçürülməsi və cavabdehdən onun xeyrinə mənəvi zərərin əvəzi kimi 10.000 manat məbləğin də kompensasiya məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5024/2019 nömrəli iş üzrə 17 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı vəkili Nümayənd ə kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-5024/2019 nömrəli iş üzrə 17 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instan siyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırı lması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 03 dekabr 2018-ci il tarixli xxxxxx nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 31.10.2018-ci ilədək olan dövrə aid daxil edilmiş məlumatlara baxış keçirilərkən Cavabdeh 23.11.1986-cı il tarixdə Laçın rayon qeydiyyat şöbəsində xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ilə nikahının qeydə alındığı müəyyən edilmişdir. Həmin akt qeydinin kserosurəti məktuba əlavə edilmişdir; Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən 26 avqust 2016-cı il tarixdə verilmiş AZ-İ Seriyalı, xxxxxxxx nömrəli nikahın pozulması haqqında şəhadətn amənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 01 dekabr 1992-ci il tarixdə 69 nömrə ilə qeyd edilmişdir; X9 (Satıcı) ilə İddiaçı (Alıcı) arasında 23 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda bağlanaraq reyestrdə 4Ə/3-287 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ ******* nömrəli müqavilənin surətindən görünür ki, X9 ünvan1 küçəsindəki 28 nömrəli evin 119 nömrəli mənzilini İddiaçı sataraq, onun mülkiyyətinə vermişdir; Müqavilənin 4-cü bəndinə əsasən satıcı mənzili 45.889 manata satmış, alıcı isə həmin qiymətə almışdır; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqq ında daşınmaz əmlakın Dövlət reyestrindən MH Seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan1 küçəsindəki 28 nömrəli evin 119 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə X5 adına 28 noyabr 2007-ci il tarixdə qeydiyyata alınmışdır; “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən 05 sentyabr 2018-ci il tarixə olan çıxarışdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda heç bir şəxs aşkar edilməmişdir; ünvan 3br 2018-ci il tarixli xxx nömrəli və 22 noyabr 2018-ci il tarixli 160 nömrəli arayışlarından görünür ki, X4 28 nömrəli evin 119 nömrəli mənzilində yaşayır, Laçın rayon məcburi köçkünü kimi 2007-ci ildən müvəqqəti qeydiyyatdadır; Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 12 sentyabr 2018-ci il tarixli arayışından və AZE Seriyalı, 00****** nömrəli ş əxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1-də qeydiyyatdadır; ƏSMM yanında DSMF Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən 29 avqust 2018- ci il tarixdə verilmiş 012697 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müddətsiz ikinci qrup əlildir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh 23 noyabr 1986-cı il tarixdə Laçın rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeyd etdirmişlər. Onlar arasında olan nikah ləğv edilmiş, nikahın ləğv edilməsi 01 dekabr 1992-ci il tarixdə qeydə alınmışdır. İddiaçı 23 oktyabr 2007-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda X9 ilə bağladığı daşınmaz əmlakın alqı-satqısına dair AN-İ ******* nömrəli müqaviləyə əsasən X7 məxsus ünvan1 küçəsindəki 28 nömrəli evin 119 nömrəli mənzilini 45.889 manata almışdır. Aldı-satqı dan sonra mənzil tam mülkiyyət hüququ üzrə X5 adına 28 noyabr 2007-ci il tarixdə qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarış verilmişdir. “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemində olan məlumata görə mənzildə qeydiyyatda heç bir şəxs yoxdur. ünvan 3br 2018-ci il tarixli xxxnömrəli və 22 noyabr 2018-ci il tarixli 160 nömrəli arayışlarına əsasən isə Cavabdeh həmin mənzildə yaşayır, Laçın rayon məcburi köçkünü kimi 2007-ci ildən müvəqqəti qeydiyyatdadır. Hazırda iddiaçı cavabdehin ona məxsus mənzildən çıxarılmaqla mənzilin cavabdehin qeyri-qanuni sahibliyindən götürülərək ona təhvil verilməsi, özünün mənzilə köçürülməsi və cavabdehdən onun xeyrinə mənəvi zərərin əvəzi kimi kompensasiya məbləğinin tutulması tələblərlə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikas ı Mənzil Məcəlləsinin: 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz; 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyə ti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülki yyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən bax ılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik ol anlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “LOİZİDU” (Lazidou) Türkiyəyə qarşı iş üzrə 18 dekabr 1996-cı il tarixli qərarında qeyd etmişdir ki, mülkiyyət hüququna müdaxilə şikayəti mülkiyyətə daxil olmaq hüququndan məhrum edilmə ilə məhdudlaşmayaraq, yaranmış situasiyanı daha geniş konteksdə əhatə edir. Məsələ bundan ibarətdir ki, xanım Loizidu öz mülkiyyətinə daxil olmaq hüququnu davamlı olaraq həyata keçirə bilmədiyinə görə, faktiki olaraq onun üzərində hər cür nəzarəti, o cümlədən ondan istifadə etmək, onu satmaq, miras qoymaq, öz torpağını yaxşılaşdırmaq və sadəcə onun üzərində sevinc hissi ilə yaşamaq hüququnu itirib. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəx s öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından bi ri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında ər -arvad olaraq hüquq münasibətləri 29 noyabr 1987-ci il tarixdə yaranmış, 01 dekabr 1992-ci il tarixdə nikahın pozulmasının qeydə alınması ilə bu münasibətlərə son qoyulmuşdur. Həmin vaxtdan sonra hazırkı tələb üzrə mübahisə yarananadək tərəflər arasında rəsmi nikah qeydə alınmamışdır. İddiaçı 2007-ci ildə notariat qaydada alqı-satqı müqaviləsinin bağlanması yolu ilə daşınmaz əmlak olan mənzil əldə etmiş, mənzil üzərində onun tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu baxımdan, cavabdeh iddiaçının ailə üzvü hesab edilmir, tərəflər arasında digər qohumluq münasibətləri yoxdur, cavabdeh iddiaçının himayəsində də deyildir, iddiaçı tərəfindən müvəqqəti olaraq yaşayış sahəsi olan mənzilə köçürülmüş, birlikdə yaşamışlar. Hazırda isə cavabdeh iddiaçıya məxsus yaş ayış sahəsini qanunsuz olaraq tərk etmir, orada yaşamaqda davam edir, cavabdehin qanunsuz hərəkətləri, maneələri nəticəsində iddiaçı öz əmlakından məhrum olmuş, orada yaşaya, ondan istifadə edə, üzərində sərəncam verə bilmir. Cavabdehin məhkəmədə verdiyi izahatdan və iddiaçıya göndərdiyi SMS məlumatın mətnindən də görünür ki, iddiaçı özünə məxsus mənzili tərk edərək getmişdir, mənzildə cavabdeh tək yaşayır. Cavabdeh göndərdiyi SMS məlumatında faktiki olaraq iddianı etiraf da etmişdir. İddiaçının mənzilə köçərək onunla birlikdə yaşamasına razılıq verməsi ilə cavabdehin mənzilə daxil olması qanuni olsa da, cavabdehin qeyd edilən sonrakı hərəkətləri artıq iddiaçının mülkiyyətindən məhrum olması ilə nəticələnmişdir, hansı ki, mülkiyyətçi qeyri-qanuni qəsdlərdən mühafizə olunmalıdır, iddiaçının mülkiyyətçisi olduğu mənzildən sərbəst istifadə, sahiblik və onun üzərində sərəncam verməsi üçün cavabdehin həmin mənzildən çıxarılması tələbi yolverilən olmaqla iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü madd əsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5024/2019 nömrəli iş üzrə 17 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədə n saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5024/2019 nömrəli iş üzrə 17 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar