Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6024/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 cavabdeh “Azərbaycan Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutu” X4rşı (X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü, apellyasiya şikayətinə dair tələblər Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Azərbaycan Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutu” X4rşı əmrin və sərəncamın ləğv edilməsi, ə vvəlki vəzifəsinə bərpa olunması və s. tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6998/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 28 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) “Azərbaycan Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutu” X5 (bundan sonra – cavabdeh) əmrin və sərəncamın ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa olunması və s. tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 avqust 2022-il ta rixli, e-2(006)-2904/2022 nömrəli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia tələbi təmin edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-F.F.Babayev (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və R.Ə.Eyvazov) 28 sentyabr 2022-ci il tarixli, 2(103)6998/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya şikayəti forma və məzmun tələbinə uyğun tərtib edilməmişdir. Yəni cavabdeh məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhkəmə aktının düzgün hesab etmədiyi k onkret əsasları göstərməmiş, sadəcə maddi hüquq normalarını qrafalara köçürməklə kifayətlənmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 361.1.4, 361.1.5 və 361.1.6-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
7. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəflərə münasibətdə müstəqil olmamış, cavabdeh tərəfə qərəzli yanaşmış və ədalətli araşdırma aparmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətini geri qaytarm aqla, cavabdehin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnu pozmuşdur. Mübahisəli qərardadda cavabdehin apellyasiya şikayətinin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olmadığı sübut edilməmişdir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunsuzluq aşkar etməmişdir. Lakin apellyasiya şikayətinin geri qaytarılması barədə mübahisəli qərardad cavabdehin qətnamədən apellyasiya şikayəti vermə müddəti bitdikdən sonra qəbul edilmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi tərəflərə eyni cür yanaşmamış və iddiaçı tərəfə üstünlük tanımış, mübahisəli qərardadında gəldiyi nəticələrin səbəblərini göstərməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli qərardadı qəbul etməklə, birinci instansiya məhkəməsinin qətnamə sinin apellyasiya qaydasında yoxlanılmasına mane olmağa səy göstərmişdir. Cavabdehin verdiyi apellyasiya şikayətinin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun gəlir. Apellyasiya instansiyası məhkəməsi mübahisəli qərardadında sübutlara obyektiv, qərərsiz, hərtərəfli və tam baxmamış və həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 361.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir.
11. Maddə 361.1.5. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir.
12. Maddə 361.1.6. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir.
13. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.
14. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olma masına istinad etməyə yol verilmir.
15. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
16. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki h alları araşdırması kimi qiymətləndirilməməlidir.
17. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən forma və məzmun tələbinə uyğun tərtib edilmədiyinə, cavabdehin məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhkəmə aktının düzgün hesab etmədiyi konkret əsasları göstərmədiyinə, şikayət sadəcə maddi hüquq normalarının mətninə istinad edilməklə əsaslandırıldığına görə qeyri-mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi apellyasiya şikayətinin forma tələblərinə dair prosessual qanunvericilik normalarına uyğundur.
21. Bu halda şikayətin qeyri-mümkün hesab edilməsi məhkəməyə müraciət hüququn qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Çünki MPM-in 363.4-cü maddəsinə əsasən həmin hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən ümumi qaydada apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququna malikdir..
22. Məhkəmə kollegiyası qeyd oluna nları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “Azərbaycan Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutu” X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6998/2022 nömrəli mülki iş üzrə 28 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.