Məhkəmə qərarları › İş №2(102)-6025/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6025/2019

29.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6025/2019 29.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli, 2(103)5119/2019 nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASCtərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin (hakim G.Əsədova) 19.02.2019-cu il tarixli, 2(005)-127/2019 nömrəli qətnaməsi ilə İddia çı cavabdeh “xxxx” ASC-yə qarşı “mənzilin təmirinə çəkilmiş xərcin cavabdehdən tutulması” tələbinə dair iddiası qismən təmin edilərək, Bakı şəhəri, ***************************** nömrəli binanın 1-ci blokunun ümumi sahəsi 82.11 kv.m olan 2 otaqlı ********* nömrəli mənzil üzrə aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri kimi müəyyən olunmuş 29671 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh “xxxx” ASC-dən İddiaçı xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manatın cavabdeh “xxxx” ASC-dən tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, E.Şamayev, Ş.Məhərrəmova) 24.04.2019-cu il tarixli, 2(103)-5119/2019 nömrəli qətnaməsi ilə cavabd eh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 19.02.2019-cu il tarixli, 2(005)-127/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun onmun özünə aid edilməsi qət edilmişdir. Cavabdeh “xxxx” ASC iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “mənzilin təmirinə çəkilmiş xərcin cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi ilə 11.05.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ******************************* saylı binanın 1-ci blokunun ümumi sahəsi 82.11 kv.m olan 2 otaqlı ***** s aylı mənzilə onun tərəfindən 35000 manat məbləğində çəkilmiş təmir xərclərinin və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh “xxxx” ASC-nin vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün təfsir edilməməsi ilə qəbul edilmiş və qətnamədə göstərilən dəlillər işin hallarına uyğun deyildir. Apellyasiya məhkəməsi işi tam, hərtərəfli, obyektiv və qanuni normalar əsasında araşdırmamış, sübutları düzgün qiymətləndirməmişbu və ya digər sübutun qəbul edilib-edilməməsi səbə bləri əlaqəli olaraq düzgün və qanunun tələblərinə uyğun izah verməmişdir. İddiaçı mənzilin təmirini mənzilin pulunu ödəmədən və cavabdehlə hər hansı razılaşma bağlamadan həyata keçirdiyi üçün cavabdeh iddiaçı qarşısında hər hansı öhdəlik daşımır və iddiaçıya mənzilin təmirinə çəkilən vəsaitə görə pul ödəməyə borclu deyildir. Mənzilin təmirini iddiaçı öz riski ilə həyata keçirmişdir. İddiaçı mənzilin pulunu ödəmədiyi üçün nə mənzilin mülkiyyətçisi, nə də vicdanlı sahibi hesab oluna bilməz və hər hansı yaxşılaşdırmaların əvəzini tələb edə bilməz. Qüvvəyə minmiş məhkəmə qətnamələrindən göründüyü kimi müqavilənin ləğvinə səbəb iddiaçının müqavilə üzrə öhdəliklərini pozması səbəb olmuşdur. İddiaçı mənzili 2011-ci ildə almış, o zaman təmir etmiş və pulunu ödəmədən 8 il həmin mənzildə yaşamışdır. Mənzilin təmirə görə çəkilən xərc indiki qiymətlərlə və köhnəlmə, aşılanma nəzərə alınmadan tam şəkildə iddiaçıya verilərsə, müqavilənin ləğvində iddiaçı təqsirli tərəf olduğu halda o, əsassız olaraq varlanmış, cavabdeh isə zərərçəkmiş olur. Birinci instansiya məhkəməsi iş üzrə mühəndis-texniki ekspertizası təyin etmiş, ekspert rəyində ekspert qarşısında qoyulmuş suala düzgün qiymət verilməmişdir. Ekspert təmirə çəkilmiş şərcin qiymətini təmir olunan dövrdəki (2011-ci il) qiymətlərlə deyil, hazırki dövrün (2018-ci ilin) qiymətləri ilə hesablamışdır. Buna görə təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırılsa da, məhkəmə vəsatəti təmin etməmiş, təkrar ekspertiza keçirilməsini lazım bilməmiş, bununla da cavabdehin hüquqlarını pozmaqla ədalətsiz və əsassız qərar qəbul etmişdir. Birini ci instansiya məhkəməsində ekspert şahid kimi dindirilərkən onun yalan ifadə verməsinə məhəl qoyulmamış, apellyasiya instansiyası məhkəməsi də həmin şahidin ifadəsini əsas kimi qətnaməsində qeyd etməklə kifayətlənmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu isə qəbul edilmişdir. Ona görə də onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli, 2(103)-5119/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı və cavabdeh xxxx” ASC-nin vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlə r. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, 22 aprel 2011 -ci il tarixli alqı-satqı müqaviləsi ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, *********************** nömrəli yaşayış binasının 1-ci blokundakı ümumi sahəsi 82,11 kv.metr olan iki otaqdan ibarət **** nömrəli mənzilini İddiaçı satmağı, sonuncu isə həmin mənzili onun dəyərini ödəməklə almağı öhdəsinə göt ürmüşdür. Mənzilin dəyəri tərəflərin razılığı ilə 152.051,30 (bir yüz əlli iki min əlli bir manat otuz qəpik) manat olmaqla, 240 (iki yüz qırx) ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. Hər ay üçün 633,55 (altı yüz otuz üç manat əlli beş qəpik) manat aylıq ödəniş müəyyənləşdirilmişdir. 23 aprel 2011-ci il tarixli akt ilə Bakı şəhəri, *************************** nömrəli yaşayış binasının 1-ci blokundakı ümumi sahəsi 82,11 kv.metr olan iki otaqdan ibarət **** nömrəli mənzili “xxxx” Açıq Səhmdar Cəmiyyəti İddiaçı təhvil vermişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 06 oktyabr 2015-ci il tarixli, 2(008)-820/2015 nömrəli qətnaməsi ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin İddiaçı qarşı “mənzilin geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilərək, Bakı şəhəri, ********************** ***** nömrəli yaşayış binasının 1-ci blokundakı ümumi sahəsi 82,11 kv.metr (ekspert rəyinə görə 76,12 kv.metr) olan iki otaqdan ibarət 82 nömrəli mənzildən İddiaçı çıxarılmaqla mənzilin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qaytarılması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2016-cı il tarixli 2(103)-2426/2016 nömrəli qətnaməsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 06 oktyabr 2015-ci il tarixli 2(008)-820/2015 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qeyd edilən qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində Bakı şəhəri, ************************ nömrəli binanın 1 ci blokunun ümumi sahəsi 82,11 kv.metr olan 2 otaqlı 8******** nömrəli mənzili üzrə aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 29.671 (iyirmi doqquz min altı yüz yetmiş bir) manat məbləğində olduğu müəyyən edilmişdir. Kollegiya apellyatorun təmir xərcləri ilə bağlı amartizasiyanın nəzərə alınmaması, təkrar ekspertiza keçirilməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspert X2 şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, mənzilin təmir işlərinin aparıldığı dövrə bazar qiymətlərinə uyğun və bu günkü günə aşınma nəzərə alınmaqla müəyyən olunmuşdur. Göründüyü kimi, apellyatorun dəlilləri ekspertin rəyini şübhə altına almayan, formal xarakter daşımaqla, heç bir sübuta əsaslanmır. Azərbaycan R espublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir. Həmin Məcəllənin 1092.1.1ci maddəsinə əsasən bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, kassasiya şikayətinin apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş dəlilləri üzrə işin hallarına düzgün hüquqi qiymətini vermiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan mad di və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabde h “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.04.2019-cu il tarixli, 2(103)-5119/2019 nömrəli tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar