Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6027/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət, məhkəmə aktının rəsmi qaydada verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 sentyabr 2022-ci il tarixli, 2(103)1890/2018 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respubl ikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Bakı şəhəri Хəzər Rayon Məhkəməsinin 2(003)-2660/2016 saylı 22 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 300.000 (üç yüz min) manat məbləğində əsas borc, 78.319 (yetmiş səkkiz min üç yüz on doqquz) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 378.319 (üç yüz yetmiş səkkiz min üç yüz on doqquz) manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat rüsum məbl əğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında olan 0.02455 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, həmin ipoteka predmetlərinin 600000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitlərinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada qiymətləndirmə tədqiqatının dəyəri üzrə 200 manatın tutulub "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1890/2018 saylı, 20 fevral 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apel lyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2660/2016 saylı 22 dekabr 2016-cı il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə ödənilməli olan faiz borcunun məbləği 66803,07 manat müəyyən edilmiş və qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, Cavabdeh2 ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
3. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülk i kollegiyasının 07 iyun 2018-ci il tarixli, 2(102)-4150/2018 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, qətnamənin rəsmi qaydada əldə edilməsini xahiş etmiş, məhkəmənin qətnaməsi 09 iyun 2022-ci il tarixdə qəbzə imza edilməklə nümayəndəyə təqdim edilmişdir.
6. Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə kassasiya şikayəti ilə müraciət edərək, qətnamənin qismən ləğv edilməsi və işin Cavabdeh1 münasibətdə yeni kassasiya baxışına göndərilməsini xahiş etmişdir.
7. Nümayəndə eyni zamanda kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 06 sentyabr 2022-ci il tarixli, 2(103)-1890/2018 nömrəli qərardadı ilə (hakim X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) kassasiya şikayəti geri qaytarılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamə eyni ünvanda yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanına rəsmi qaydada göndərilmiş, qətnamə Cavabdeh2 tərəfindən 01 mart 2018-ci il tarixdə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
10. Cavabhdeh Cavabdeh1 kassasiya şikayəti verərək, qərardadının ləğv edilməsini və qətnamədən kassasiya şikayəti vermə k üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 134.1.5, 135.1, 135.2, 135.5-ci maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 oğlunun eyni ünvanda, yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhman Əşrəfov küçəsi ev 2, döngə 1 qeydiyyatda olmaları, qətnamənin Cavabdeh1 tərəfindən də alınmasını sübut etmir, bunun sübutu yalnız poçt qəbzi ola bilərdi, belə bir poçt qəbzi isə iş materiallarında yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 12.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
13. Mad də 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
14. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
15. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərin in çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
16. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, a dını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
17. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
18. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
19. Maddə 405.0.1. A pellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
20. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi hər iki cavabdehə (bir məktubla) göndərilmiş və xx.xx.2018-ci il tarixdə Cavabdeh2 tərəfindən xəbərnaməyə imza edilməklə qəbl edilmişdir. xx.xx.2022-ci il tarixdə qətnamənin surəti, həmçinin Cavabdeh1 nümayəndəsinə (vəkilinə) qəzə imza edilməklə təqdim olunmuşdur. Qətnamədən sonuncunun kassasiya şikayəti prosessual mü ddəti ötürməklə xx.xx.2022-ci il tarixdə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilməsi müddətini ötürülmüş hesab edərək kassasiya şikayətini geri qaytarmış və prosessual müddətin bərpası barədə ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, iş materiallarında məhkəmə sənədinin tərəfin rəsmi qeydiyyatda olmaqla yaşadığı ünvana rəsmi qaydada verilməsi barədə sübutların olduğu vəziyyətdə məhkəmə sənədini almaması barədə dəlili s übut etmək yükü bunu mübahisə edən tərəfin üzərinə düşür. Tərəfin həmin halı sübut etməməsi, yaxud bunu şübhə altına alan hər hansı ilkin sübutlara istinad etməməsi yalnız subyektiv mülahizələr əsasında məhkəmə sənədinin rəsmi qaydada verilməməsi barədə nəticəyə gəlməyə əsas verə bilməz. Çünki MPM-in 135.3 və 135.5-ci maddələri məhkəmə sənədinin tərəfin yaşadığı ünvanda onun özünə deyil, yetkinlik yaşına çatmış ailə üzvlərinə verilməsini də həmin sənədin rəsmi qaydada verilməsi hesab edir. Həmçinin tərəfə rəsmi qaydada verilmiş məhkəmə aktının sonradan həmin tərəfin nümayəndəsinin müraciəti ilə ona verilməsi buraxılmış prosessual müddətin təzələnməsi, yaxud yenidən hesablanması üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1890/2018 nömrəli mülki iş üzrə 06 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.