Məhkəmə qərarları › İş №2(102)-6028/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6028/2019

29.08.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6028/2019 29.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, Ərizəçi İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.04.2019-cu il tarixli, 2(103)4977/2019 nömrəli qətnaməsindən ərizəçi İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim A.Rzayev) 26.12.2018-ci il tarixli, 2(001) -9276/2018 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı “iş stajı faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Səmədov, İ.Şirinov, E.Kazımov) 18.04.2019-cu il tarixli, 2(103)-4977/2019 nömrəli qətnaməsi ilə ərizəçi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26.12.2018-ci il tarixli, 2(001)-9276/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Ərizəçi İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.04.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: Ərizəçi İddiaçı mara qlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı “iş stajı faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 29.10.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, onun əmək müqaviləsinin 29.12.2006-cı il tarixdə dayandırılması və 01.01.1999-29.12.2006-cı illər ərzindəki əmək fəaliyyətinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Ərizəçi İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə kollegiyası hesab etmişdir ki, ərizəçi mülki-hüquqi (podrat) müqavilə əsasında işlədiyinə görə həmin müddət əmək stajı sayıla bilməz. Lakin bu mövqe əsassızdır. Belə ki, mülki-hüquqi (podrat) müqaviləsinin şərtlərindən də göründüyü kimi ay ərzində görülən işlərə görə muzd əmək haqqı müəyyən edilir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə ödəmə mənbəyindən tutulmalı olan 14% dərəcəsində dəlir vergisi və 25% dərəcəsində məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlər tutulduqdan sonra podratçıya muzd haqqı ödənilir. Ərizəçiyə də qeyd edilən ödənişlər tutulduqdan sonra nağd qaydada əmək haqqı ödənilmişdir. Bununla da məhkəmə maddi hüquq normasının pozuntusuna yol vermişdir. Həmçinin işin hərtərəfli, ədalətli və obyektiv tədqiqi üçün ərizəçinin məhkəməyə şahid qismində dəvət etdiyi 1999-2006-cı illərdə Azərbaycan X1 mühasib işləmiş N8 normal ifadə verməyə şərait yaradılmamış, ərizəçinin şahidə sual ünvanlamasına imkan verilməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən əmək müqaviləsinin forması, şərtləri, vergilər və dövlət sosial sığorta haqlarının tutulması və ərizəçiyə ödənilən əmək haqqının ödənilmə qaydası, eyni zamanda sığorta haqlarının ödənilməsi barədə qeydlərin olması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bununla da Azərbaycan Respublikasının MPM-nin 14 və 88-ci maddələrinin tələbləri pozulmuşdur. Bundan başqa, 1999-2006-cı illərdə Azərbaycan X2 məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin dəqiqləşdirilməsi üçün ƏƏSMN yanında DSMF-nun Bakı şəhəri Hüquqi şəxslərlə İş İdarəsinə sorğu göndərilməsi barədə ərizəçinin vəsatətinə əhəmiyyət verilməmişdir. Halbuki, ərizəçi iş üçün əhəmiyyətli olan sənədi başqa cür əldə edə bilmədiyi halda məhkəmə sorğusu əsasında alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının 18.04.2019-cu il tarixli, 2(103)-4977/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra ərizəçi İddiaçı və vəkili Vəkil məhkəməyə kassasiya şikayətinə əlavə barədə ərizə ünvanlayaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.04.2019cu il tarixli, 2(103)-4977/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azə rbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş işin hallarına əsaslanaraq qeyd etmişdir ki, ərizəçi İddiaçı sifarişçi AZETETİ ilə bağladığı podrat müqavilələrinə əsasən 01.01.1999-cu ildən 29.12.2006-cı ilə qədər podrat müqaviləsinə əsasən işləyib, həmin müddət isə əmək stajı sayı la bilməz. Tərəflər arasında yalnız podrat müqaviləsi bağlanıb, yəni tərəflər arasındakı münasibətlər işçi və işəgötürən arasındakı münasibət deyil, yalnız mülki xarakterlidir. Belə ki, podrat müqaviləsinə əsasən ərizəçi müəyyən tapşırıqları yerinə yetirməyi öhdəsinə götürmüş, qarşı tərəf isə həmin işə görə xidmətə haqq ödəyir. Buna görə də, həmin müddət əmək stajı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1.-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci m addəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasnm Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası şə xsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının” 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqaladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənə dləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) social sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri formal xarakter daşımış, hər hansı sübuta əsaslanmamışdır. Apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas de yildir. Beləliklə kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kolleg iyası QƏRARA ALDİ: Ərizəçi İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının Kollegiyasının 18.04.2019cu il tarixli, 2(103)-4977/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar