Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6028/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borclunun pulun ödənilməsini gecikdirməsi nəticəsində vurulmuş zərərin bank uçot dərəcəsinə uyğun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış fayda” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3950/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən veril miş kassasiya şikayətinə 6 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Bank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 0141/15/PB-1 saylı müqavilə üzrə illik 17 faizlə, 24 ay müddətinə 100.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 0328/15/PB-l saylı müqavilə üzrə illik 22 faizlə, 24 ay müddətinə 1.061.500 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 0328/15/PB-2 saylı müqavilə üzrə illik 17 faizlə, 36 ay müddətinə 29.000 ABŞ dolları, xx.xx.2015-ci il tarixli, 0328/15/PB-3 saylı müqavilə üzrə illik 17 faizlə, 36 ay müddətinə 50.250 ABŞ dolları və xx.xx.2015-ci il tarixli, 0328/15/PB-4 saylı müqavilə üzrə illik 17 faizlə, 36 ay müddətinə 10.000 ABŞ dolları, xx.xx.2016-cı il tarixli, 01 89/16/PB saylı kredit müqaviləsi üzrə 24 ay müddətinə, illik 22 faiz, olmaqla 50.000 manat məbləğində kredit verilmişdir.
2. Verilmiş kredit borcunun təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 64 N°-li binada 193,5 kv.m ümumi, 116,5 kv.m yaşayış, 77,0 kv.m yardımçı sahədən ibarət 5 otaqlı, 14 N°-li mənzil və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan.03626 ha torpaq sahəsi və həmin sahədə yerləşən 363,95 kv.m ümumi, 133,82 kv.m yaşayış, 230,13 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı, 1201D №-li bağ evi, X2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1.03773 ha torpaq sahəsində yerləşən 7 №-li, 14 mərtəbəli binada 188,2 kv.m ümumi, 106,9 kv.m yaşayış sahəsindən ibarə t 4 otaqlı, 22 №-li mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Hazırkı icraatdan əvvəl tərəflər arasında məhkəmə mübahisəsi olmuş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) 27 oktyabr 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsi ilə İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 0189/16/PB saylı, xx.xx.2015-ci il tarixli, 0141/15/PB-1 saylı, xx.xx.2015-ci il tarixli, 0328/15/PB-1 saylı, xx.xx.2015-ci il tarixli, 0328/15/PB2 saylı, xx.xx.2015-ci il tarixli, 0328/15/PB-3 saylı, xx.xx.2015-ci il tarixli, 0328/15/PB-4 saylı kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, 0189/16/PB saylı kredit müqaviləsi üzrə 49.992,50 manat əsas borc, 29.814,04 manat faiz borcu, cəmi 79.806,54 manat; xx.xx.2015-ci il tarixli, 0141/15/PB-1 saylı kredit müqaviləsi üzrə 85.041,04 ABŞ dolları əsas borc, 38.390,93 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə borcu, cəmi 128.431,97 ABŞ dolları; xx.xx.2015-ci il tarixli, 0328/15/PB-1 saylı kredit müqaviləsi üzrə 1.004.772,32 ABŞ dolları əsas borc, 487.624,91 ABŞ dolları faiz borcu, 10.000 ABŞ dolları cərimə borcu, cəmi 1.502.397,23 ABŞ dolları; xx.xx.2015-ci il tarixli, 0328/15/PB-2 saylı kredit müqaviləsi üzrə 24.920,37 ABŞ dolları əsas borc, 11.250,31 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu, cəmi 36.670,68 ABŞ dolları; xx.xx.2015-ci il tarixli, 0328/15/PB-3 saylı kredit müqaviləsi üzrə 45.143,72 ABŞ dolları əsas borc, 20.379,98 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu, cəmi 66.523,7 ABŞ dolları; xx.xx.2015-ci il tarixli, 0328/15/PB-4 saylı kredit müqaviləsi üzrə 9.363,09 ABŞ dolları əsas borc, 4.227,04 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə, cəmi 14.090,13 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, cəmi bütün kredit müqavilələri üzrə 79.806,54 manat və 1.748.113,71 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun tutulması, tutmanın ipotekaya qoyulmuş X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1.03773 ha torpaq sahəsində yerləşən 7 №-li, 14 mərtəbəli binada 4 otaqlı, 188,2 kv.m ümumi, 106,9 kv.m yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilə yönəldilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində olan 0.137 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 4 mərtəbəli binanın birinci mərtəbəsində və zirzəmisində 124,7 kv.m ümumi, 65,4 kv.m əsas, 59,3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.3626 ha torpaq sahəsində yerləşən 363,95 kv.m ümumi, 133,82 kv.m yaşayış, 230,13 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı, 1201D №-li bağ evinə, habelə bağ evinin tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilm əsi, tutmanın ipotekaya qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 64 №-li binada 193,5 kv.m ümumi, 116,5 kv.m yaşayış, 77,0 kv.m yardımçı sahədən ibarət 5 otaqlı, 14 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmetləri-Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1.03773 ha torpaq sahəsində yerləşən 7 №-li, 14 mərtəbəli binada 4 otaqlı, 188,2 kv.m ümumi, 106,9 kv.m yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilin ilkin satış qiyməti 170.000 manat, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində olan 0.137 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 4 mərtəbəli binanın birinci mərtəbəsində və zirzəmisində 124,7 kv.m ümumi, 65,4 kv.m əsas, 59,3 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 650.000 manat, Bakı ş əhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadədə olan 0.3626 ha torpaq sahəsində yerləşən 363,95 kv.m ümumi, 133,82 kv.m yaşayış, 230,13 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli, 5 otaqlı, 1201D №-li bağ evinin, habelə bağ evinin tərkibindəki həyətyanı tikili və qurğuların ilkin satış qiymətinin 296.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsində yerləşən 64 №-li binada 193,5 kv.m ümumi, 116,5 kv.m yaşayış, 77,0 kv.m yardımçı sahədən ibarət 5 otaqlı, 14 nömrəli mənzilin ilkin satış qiymətinin 200.000 manat məbləğində müəyyən edilməklə, ümumi olaraq ilkin satış qiymətlərinin 1.316.000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh İddiaçı BOKT ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə olunan pul vəsai ti artıq olduqda isə qalan pul vəsaitinin müvafiq olaraq Cavabdeh və X3 qaytarılması, ipoteka predmetləri satıldıqdan sonra cavabdehlər Cavabdeh, X10, X4 və X1 həmin əmlaklardan çıxarılmaları və əmlakların boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1821/2018 nömrəli, 06 mart 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-4841/2018 saylı, 18 iyul 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Bundan sonra cava bdeh X4, Nəsimi rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev, Ş.A.Məmmədova) 2(103)-7919/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 2(006)7853/2017 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya – “tutmanın ipotekaya qoyulmuş X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində, 1.03773 ha torpaq sahəsində yerləşən 7 №-li, 14 mərtəbəli binada 4 otaqlı, 188.2 kv.metr ümumi, 106,9 kv.metr yaşayış sahəsindən ibarət 22 nömrəli mənzilə yönəldilməsi, X2 həmin mənzildən çıx arılması və həmin əmlakın boşaldılması və hesablanmış faiz, dəbbə pulunun tutulması” hissəsində qeyri-mümkün hesab edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsindən cavabdeh X2 nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş apellyasiya şikayətinin cavabdehə məxsus ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə mümkün hesab edilməsi qərara alınmışdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.G.Nurməmmədov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov, M,T.Əhmədova) 2(102)1408/2021 saylı, 01 fevral 2021-ci il tarixli qərarı ilə İddiaçı BOKT ASC və cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2020-ci il ta rixli, 2(103)-7919/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 711053.6 ABŞ dolları pulun və ödənilmiş 1109.60 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, davamlı olaraq əsas və faiz borclarını ödəməkdən bilərəkdən yayınaraq banka maddi ziyan vurmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tar ixli, 2(006)-7853/2017 saylı qətnaməsi ilə tələb etdiyi əsas, faiz və dəbbə pulunun tutulması qət edilsə də, borclu tərəfindən hazırkı günə kimi məhkəmə qətnaməsi tam olaraq icra edilməmişdir. Cavabdehin qətnamə üzrə BOKT-a cəmi 1.285.973 ABŞ dolları məbləğdə borcu mövcuddur. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında isə 2017-ci ilin 22 dekabrından başlamaqla borclunun BOKT-a olan borcları göstərilməklə həmin borclara görə Mərkəzi Bankın illər üzrə faiz dərəcəsinə görə əlavə faizlər hesablanmışdır. Cavabdehin məhkəmə qətnaməsini icra etməməsi nəticəsində ASC-yə maddi zərər dəymişdir. Belə ki, 2017-ci il tarixindən cavabdehin özündə saxladığı vəsaitlər üzrə hesablanmış faizləri və əsas borcdan ödəməli olduğu vəsaitləri ödmədiyi üçün ASC həmin vəsaitləri təkrar dövriyyəyə qaytara bi lməmiş və gəlir əldə etmək imkanından məhrum olmuşdur. Eyni zamanda həmin kreditə görə ödəniləcək faizləri də hesabladıqda bu məbləğ iki qat artır. Lakin cavabdehin hərəkətsizliyi nəticəsində ASC bu gəlirlərindən məhrum olmuşdur. Hazırda cavabdehin əsassız iddiaları əsasında məhkəmələrdə gedən proseslərə görə tələb ipoteka predmetlərinə yönləndirilə bilmir.
11. İddia tələbi hüquqi cəhətdən Mülki Məcəllənin 442, 399.3, 399.4, 445.7, 449.1-ci maddələrinə istinadla əsaslandırılıb.
12. Cavabdeh yazılı etiraz verərək göstərmişdir ki, mülki işə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-7853/2017 saylı qətnaməsini təhlil edən zaman görünür ki, 6 kredit müqaviləsi bağlanmışdır və həmin kredit müqavilələri üzrə İddiaçı BOKT ASC tərəfindən 49992,50 manat və ümumilikdə - 1.169.240,54 ABŞ dollarına 50 faizə yaxın yəni, manatla olan kredit müqaviləsi üzrə 29.814,04 manat və ABŞ dolları ilə olan kredit müqavilələri üzrə - 561.873,17 ABŞ dolları faiz borcu, 17.000 ABŞ dolları dəbbə pulu borcu hesablanıb. Halbuki, onunla "xxxx" ASC arasında kredit müqavilələri bağlanan zaman dolların məzənnəsi 1,05 manat idi, kredit müqavilələri bağlanandan sonra dolların məzənnəsi 1,05-də 1,90-a daha sonra isə 1,70 manat olmuşdur. Yəni, Para Bank ASC tərəfindən həm əsas borca 50 % əlavə faiz borcu hesablanmış, həm də 70%-dək ABŞ dollarının məzənnəsi artmışdır. Ümumilikdə aldığı kreditdən 120 % artıq pul ödəmək məcburiyyətində qalmış və maddi çətinliklə olsa da ödəməkdə davam edir. Onun bu vicdanlı davranışına baxmayaraq, İddiaçı BOKT ASC tərəfindən Mülki Məcəllənin 425-ci ma ddəsinin tələbi pozulmaqda davam edir. Eyni zamanda, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)- 7853/2017 saylı qətnaməsi ilə ümumilikdə 79.806,54 manat (49992,50 manat əsas, 29814,04 faiz) və 1748113,71 ABŞ dolları (561.873,17 ABŞ dolları faiz borcu, 17.000 ABŞ dolları dəbbə pulu borcu) tutulmasına və qanuni əsaslarla qətnamənin icraya yönəldilməməsinə baxmayaraq hər ay mütəmadi olaraq qətnamə üzrə borc hissə-hissə tərəfindən ödənilməyə davam etdirilir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 fevral 2022-ci il tarixli 2(005)- 513/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaç ının pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi, gecikdirməyə görə təqsirinin olması və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
15. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlmişdir ki, iddiaçı "xxxx" BOKT ASC-nin cavabdeh X8 qarşı “kredit borcu üzrə əldən çıxmış fayda” tələbinə dair iddia tələbi rədd edilməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.1, 425, 432.3, 440.1, 442, 443.1, 448.1, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə qəbul olunarkən maddi hüquq normalarının pozulması və məhkəmənin müəyyən edilmiş faktlarda n tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinməməsi ilə əsaslandırılmışdır.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3950/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X13 (sədrlik edən və məruzəçi), X9 və X6) iddiaçı "xxxx" BOKT ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(005)-513/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla mahiyyətcə düzgün olan qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, iddia ərizəsindən göründüyü kimi, Cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun bir hissəsini ödəmiş, hal-hazırda onun iddiaçıya 1.285.973 ABŞ dolları məbləğində borcu qalmışdır. Bundan əlavə, cavabdehin iddiaçı təşkilata olan kredit borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair qüvvədə olan məhkəmə qərarı vardır. İddiaçı təşkilat bu qərarın məcburi qaydada icrasını tələb etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi, gecikdirməyə görə təqsirinin olması və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tə rəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsi üzrə borcun hələ də öd ənilməməsi faktının cavabdehin nümayəndəsi tərəfindən etiraf edilməsini nəzərə almamışdır. Bundan başqa həmin vəsaitlərdən BOKT-un istifadə edərək fayda götürməsi halının sübut edilməsinə münasibətdə qeyd edilməlidir ki, İddiaçı BOKT ASC kredit təşkilatı olduğundan, həmin vəsaitlərdən yeni kreditlərin verilməsinə istifadə ediləcəyi sübuta ehtiyacı olmayan haldır. 2017-ci ildən bu günə kimi 5 il vaxt keçmiş və bu müddət ərzində cəmiyyət 1.000.000 manatdan çox olan vəsaitdən kifayət qədər faiz gəlirləri əldə edə bilərdi.
24. Həmçinin qeyd edilmişdir ki, iş materiallarında olan məhkəmə qətnaməsindən görünür ki, Cavabdeh icra edilməmiş öhdəliyi mövcuddur. Belə olan halda Mülki Məcəllənin 443-cü maddəsinə əsasən öhdəliyi icra etməyən borclu dəymiş zərəri ödəməli olduğundan iddia tələbi təmin ed ilməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi MM-nin 443-cü maddəsinə istinad etsə də iddianı rədd etməsini əsaslandırmamışdır.
25. Bundan başqa apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 445.7, 449.1, 449.3-cü maddələrinin tələblərini pozmuş, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarındakı hüquqi mövqeyə zidd qərar qəbul etmişdir.
26. Bununla yanaşı qeyd edilmişdir ki, iddiaçıya məhkəmə prosesinin vaxtı barədə məlumat verilməmiş və nəticədə prosesin çəkişmə prinsipi təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qa yda qüvvədə olmur.
31. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
32. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
33. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
34. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir.
35. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
36. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir.
37. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddə sinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. İddia ərizəsindən göründüyü kimi iddiaçı 2017-ci ilin 22 dekabrından başlamaqla borclunun BOKT-a olan borclara görə Mərkəzi Bankın illər üzrə faiz dərəcəsinə, yəni bank uçot dərəcəsinə görə əlavə faizləri tələb edir.
51. Bu iddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin normaya görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
52. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı m üəyyənləşdirir.
53. Mülki Məcəllənin istinad olunan bu normaları, pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyəti tənzimləyir. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabın a pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.
54. Həmin qərarda Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.
55. Göründüyü kimi bank uçot dərəcəsi ilə müəyyənləşdirilmiş faizlərin tələb olunması üçün cavabdehin hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur ki, işə baxmış məhkəmələr də bu cür faktik əsasların iddiaçı tərəfindən sübut olunmadığına istinadən ididianı rədd etmişdir.
56. Məhkəmə kollegiya sı hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğundur.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3950/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.