Məhkəmə qərarları › İş №2(102)-603/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-603/2020

31.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-603/2020 31.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı1 vəkili Muradov Hidayət Musa oğlunun, Cavabdeh və onun vəkili Daanov Ceyhun Rauf oğlunun iştirakları ilə, İddiaçı1 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019 -cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiаçılаr İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cаvаbdehə qаrşı Bаlаkən rаyоnu Meşəşаmbul kəndində yerləşən 0.90 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsindən cаvаbdehin çıxаrılmаsı, оnlаrın həmin tоrpаq sаhəsinə mülkiyyət hüquqlаrının bərpа edilməsitələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Balakən rayon məhkəməsinin 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən H.Səlimov, iş 2(019)985/2018)iddia təmin edilmiş, cavabdehin iddiaçılаr İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan Balakən rayonu Meşəşаmbul kəndində yerləşən 0.90 ha kən d təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması, iddiаçılаrın həmin tоrpаq sаhəsinə mülkiyyət hüquqlаrının bərpа edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Hüseynov (sədrlik edən və məruzəçi), A.Mahmudov və V.Məlikov, iş № 2(107)-109/2019) cavabdeh tərəfindən verilmiş apelyаsiyа şikayəti təmin edilmiş, Balakən rayon məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2(019)-985/2018 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, iddiаçılаr İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cаvаbdehə qаrşı Bаlаkən rаyоnu Meşəşаmbul kəndində yerləşən 0.90 hа kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsindən cаvаbdehin çıxаrılmаsı, оnlаrın həmin tоrpаq sаhəsinə mülkiyyət hüququqlаrının bərpа edilməs i tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun müştərək qaydada iddiаçılаr İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tutulması və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, eyni zamanda torpaq sahələrinin inventarladırılmasına dair ekspertiza xərcinin dəyəri olan 60 manat məbləğində pulun müştərək qaydada iddiаçılаr İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tutulması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı1 kassasiya şikayətini onunla ə saslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı1 vəkili Muradov Hidayət Musa oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli q ətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh vəkili Daanov Ceyhun Rauf oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu iltarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəmə si apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin f aktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə vətəndaşların faktiki istifadə vəziyyəti ilə Kompleks Yerquruluşu layihələrində göstərilən ölçülər arasında fərqlər olduğundan, həmin torpaq sahəsi onun hüquq müəyyənedici sənədinə uyğun olmadığından, İddiaçı1 və onun ailə üzvlərinə məxsus Torpağa Mülkiyyət hüququna dair JN-0228, KOD 40109018 olan Dövlət Aktında göstərilən 228 planşetdə olan 9024,23 kv/m pay torpaq sahəsinin naturada ölçülərini müəyyən etmək mümkün deyil, həmin Dövlət Aktında göstərilən 228 planşetdəki k oordinatlar ilə onların naturada faktiki istifadə etdiyi pay torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğundan, iddiaçıların mülkiyyətinə verilmiş pay torpaq sahəsinin faktiki yerində mövcud olub-olmamasını, həmin torpaq sahəsinin Cavabdeh və onun ailə üzvlərinə verilmiş Torpağa mülkiyyət hüququna dair JN 0057 KOD 40109018 Dövlət Aktında göstərilən koordinatlarla üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ilk növbədə tərəflərin mülkiyyətinə verilmiş onların faktiki istifadəsində olan torpaq sahələri ilə sənəd üzrə (müvafiq Dövlət aktları) olan torpaq sahələrinin ölçü və koordinatlarında mövcud olan uyğunsuzluqlar aradan qaldırılmalıdır ki, bu da hazırkı məhkəmə baxışının predmeti deyildir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.2, 385.1.1, 386-cı maddələrini tətbiq etmiş lakin heç bir maddi hüquq normasına istinad etmədən birinci instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək, iddia tələbini təmin etməmişdir. Məhkəmə kolegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə heç bir maddi hüquq normasını tətbiq etmədən iddia tələbini rədd etməklə Azərbaycan Respublikası MPM-nin 392.1.5-ci maddəsinin tələbini pozmuşdur. Həmin maddəyə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutd uğu qanunlar göstərilməlidir. Bundan əlavə iş materialları ilə müəyyən edilir ki, iddiaçı ailə üzvləri ilə birlikdə 2.41 ha torpaq sahəsi verilmiş və o, bu barədə JN0228; KОD ********* saylı “Tоrpаğа mülkiyyət hüququnа dаir” dövlət aktına malikdir. İddiaçı ona verilmiş 0.90 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini iddia etdiyi təqdirdə məhkəmənin vəzifəsi ona məxsus olan torpaq sahəsinin yerinin və həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmamasını müəyyən etmək olmuşdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş ekspertiza onun qarşısına qoyulan suallara tam və ətraflı cavab verməmiş, bu da mübahisənin həll edilməməsi ilə nəticələnmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kəndin ərazisində vətəndaşların onlara sənəd üzrə verilmiş torpaqlard an düzgün istifadə etməməsi iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilib iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsi nəzərdə tutur ki, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu tarixli q ətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar