Məhkəmə qərarları › İş №2(102)-603/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-603/2022

01.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-603/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürən üçüncü şəxs XXXnın cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-603/22 (Açar sözlər: evə köçürülmə) Bakı şəhəri, 01 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı vəkili Nümayəndə, Cavabdeh və müstəqil tələb irəli sürən XXXnın iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə”, müstəqil tələb irəli sürən üçüncü şəxs XXXnın cavabdeh İddiaçı qarşı “əşyaların məcburi qaydada evdən çıxarılması” tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)6102/2021 saylı, 02.07.2021-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürən XXX tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(008)1988/2020 nömrəli qətnaməsinə əsasən, Cavabdeh ilə Babayeva (Məstanova) Lalə Füzuli qızı arasında 05 dekabr 2012-ci il tarixdə Ağsu rayonu Kalva kənd ərazi dairəsi üzrə icra nümayəndəliyində bağlanmış 19 nömrəli akt qeydli nikah pozulmuş, birgə nikahdan doğulmuş 18 may 2011-ci il təvəllüdlü X1 və 22 oktyabr 2012-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılmışlar. Tərəflər birgə nikahda oland a Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən bir mərtəbəli üç otaqlı sənədsiz evdə (özbaşına tikiliyə) yaşamışlar. Nikah pozulduqdan sonra Babayeva (Məstanova) Lalə Füzuli qızı evdən çıxarılmasını əsas gətirərək həmin evə ökçürülməsini tələb etməyə başlamışdır. Onun keçmiş qayıanası XXX müraqlı şəxs kimi prosesə qoşularaq həmin evin ona məxsus olmasına əsaslanaraq İddiaçı əşalarının evdən çıxarılmasını tələb etməyə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun, uşaqları 18.05.2011-ci il təvəllüdlü Ləman və 22.10.2012-ci il təvəllüdlü Aydan ilə birlikdə Cavabdeh ilə birgə nikah dövründə və birgə vəsaitləri hesabına t ikdikləri Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən bir mərtəbəli üç otaqlı sənədsiz evə (özbaşına tikiliyə) köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Müstəqil tələb irəli sürən M.Rəsulova iddiaçıya qarşı müstəqil tələb irəli sürərək, iddiaçının iddiasının rədd edilməsi və iddiaçıya məxsus əşyaların mübahisəli evdən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(001)1020/2021 nömrəli qətnaməsi ilə (hakim F.Hətəmzadə) İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbi barədə iddiası təmin edilmiş, İddiaçı yetkinlik yaşına çatmayan övladları -18 may 2011-ci il təvəllüdlü X1 və 22 oktyabr 2012-ci il təvəllüdlü X2 ilə bi rlikdə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən (Sulutəpə) qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən bir mərtəbəli üç otaqlı özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi, XXXnın İddiaçı qarşı “əşyaların məcburi qaydada evdən çıxarılması” müstəqil tələbinin təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə araşdırması zamanı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən (Sulutəpə) qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən yaşayış evinin reyestrdə qeydə alınmamış əmlak (özbaşına tikili) olduğu müəyyən edilmişdir. İş materiallarından və tərəflərin izahatlarından, iddiaçının evə birlikdə köçürülməsini tələb etdiyi övladları ilə birlikdə 2016-2019-cu illərdə həmin evdə yaşadığı (işin qeyd edilən halını cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs də etiraf etmişdir. İddiaçının əşyanın hazırda h əmin evdə olması da onun həmin evdə yaşamış olduğunu təsdiq etməkdədir), yalnız cavabdehlə münasibətləri pozulduqdan sonra mübahisəli evi tərk etmiş olduğu aydın olmuşdur. Bütün bunlar isə, iddiaçının sözügedən evi öz sərbəst iradəsi ilə tərk etmədiyi, əksinə cavabdehin təzyiqi ilə məcburən tərk etdiyi qənaətinə gəlinmişdir.

6. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında q anun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.

7. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdehin təzyiqləri nəticəsində evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsə də cavabdeh buna imkan verməmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüq uqu, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi ev ə köçürülməlidir.

8. Bu baxımdan məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Sonuncu mübahisəli evdə normal şərtlər daxilind ə yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının azyaşlı övladları 18 may 2011-ci il təvəllüdlü X1 və 22 oktyabr 2012-ci il təvəllüdlü X2 ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır.

9. Gəldiyi qənaətə uyğun olaraq məhkəmə, müstəqil tələb irəli sürən üçüncü şəxs XXXnın iddia tələbi üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulamışdır. Çünkü İddiaçı iddiasının əsaslı hesab edilməsi, nəticə etibari ilə XXXnın müstəqil tələbinin dispozitiv şərtlərini istisna edir.

10. Müstəqil tələb irəli sürən XXX qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və V.İbayev) 02.07.2021-ci il tarixli, 2(103)-6102/2021 n ömrəli qətnaməsi ilə müstəqil tələb irəli sürən XXX tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(001)1020/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə bildirmişdir ki, müstəqil tələb irəli sürən M.Rəsulovanın mübahisəli tikilinin ona məxsus olması barədə dəlili öz təsdiqini tapmır. O, bununla bağlı sübutları (ona məxsus olmasını təsdiq edəcək hər hansı bir hüquqmüəyyən edəcək sənədləri) məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Apellyasi yanın nəticələri ilə müəyyən edilmişdir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

14. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni birinci instansiya məhkəməsinin istinad etdiyi hüquq normalarını təkrarlamaqla əsaslandırmışdır.

15. Müstəqil tələb irəli sürən XXX qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri

16. Müstəqil tələb irəli sürən XXX kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qə bul edilməsini xahiş etmiş, kassasiya şikayətini işin faktiki halları və əlavə olaraq onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsində işə baxılarkən onun iştirakı təmin olunmamış, məhkəmə prosesinin vaxtı barədə məlumat verilməmişdir. Mübahisəli evi özü inşa etmişdir və ona məxsusdur. Evin inşa edəndə oğlu və gəlini bu barədə məlumatlı olmamışlar. Onlar 2015-ci ildə evin mövcudluğunu bilmiş və onların yaşayış yeri olmadığı üçün onları evə yaşamaq üçün buraxmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçı vəkili Nümayəndə kassasiya şikayətini əsassız hesab edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

19. Cavabdeh və müstəqil təl əb irəli sürən XXX məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdikləri üçün məhkəmə iclasında izahatları alınmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası:

20. Maddə 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

21. Maddə 43.İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

22. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

23. Maddə 1 80.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

24. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

25. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hak imiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

32. Məhkəmələr Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən (Sulutəpə) qəsəbəsi, R.Allahverd iyev küçəsində yerləşən yaşayış evinin reyestrdə qeydə alınmamış əmlak (özbaşına tikili) olduğunu müəyyən etmişlər. Həmin evin kimin tərəfindən inşa edilməsini müəyyən etmək mümkün olmamışdır.

33. Məhkəmələr evin mövcudluğunu, tərəflərin həmin evdən yaşayış yeri kimi İstifadə olunmasını nəzərə alaraq ilk iddianı təmin etmişdir. Cavabdeh keçmiş arvadının evə ökçürülməsinə etiraz etməmişdir.

34. Materiallardan və tərəflərin izahatlarından, iddiaçının evə birlikdə köçürülməsini tələb etdiyi övladları ilə birlikdə 2016-2019-cu illərdə həmin evdə yaşadığı, yalnız cavabdehlə münasibətləri pozulduqdan sonra mübahisəli evi tərk etdiyi aydın olmuşdur.

35. Müstəqil tələb irəli sürən Mədinə Rəsulovanın mübahisəli tikilinin ona məxsus olması barədə dəlili öz təsdiqini tapmamış, o, bununla bağlı sübutl arı (ona məxsus olmasını təsdiq edəcək hər hansı bir hüquqmüəyyən edəcək sənədləri) məhkəmələrə təqdim etməmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikiliyə köçürmə tələbi ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edən apellyasiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

37. Belə ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının həmin evdə uşaqları ilə yaşamaq hüququ yaranmışdır. İddiaçının uşağı ilə birgə həmin evdə yaşayanlarla eyni əsasla yaşaması hər hansı şəxsin, o cümlə dən müstəqil tələb irəli sürən şəxsin və cavabdehin hansısa bir hüququnu pozmur. Əksinə iddiaçının bu tələbinin təmin edilməməsi onun hüquqlarının pozulmasına səbəb ola bilər.

38. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM 88-ci maddə)

39. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd olunan dəlillər işin faktiki halları ilə bağlıdır ki, kassasiya instansiyasında həmin məsələlərə baxılmır. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz.

40. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmiş dir ki, iddiaçının və onun uşaqlarının mübahisəli özbaşına tikiliyə köçürülməsi barədə qətnamənin qəbul olunması onların həmin tikilidən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının və onun uşaqların həmin tikilidən məhrum edilməsinə və ya tikilinin özbaşına tikili kimi sökülməsinə mane olmur. Tikiliyə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir.

41. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəy yən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, nəticə etibarı ilə düzgün qərar qəbul etdiyindən qətnamə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır.

43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürən XXXnın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6102/2021 nömrəli, 02.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvv əyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Aqil Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar