Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6033/2019 14.08.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Mirzəliyev Əsəd Abdulla oğlu və Şadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Quliyev Samir Rahib oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli 2(103)4040/2019 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva, iş № 2(006)-5302/2018) İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətin müdafiəsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə eyni zamanda Cavabdeh İddiaçı qarşı eyni məzmunlu qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.F.Babayev, X.A.Mərdanova və E.M.Həsənov) tərəflərin apellyasiya şikayətləri qismən təmin edilərək Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qətnaməsi qismən – iddia və qarşılıqlı iddia tələblərinin şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi və üzr istənilməsinin rədd olunmasına dair hissələrdə ləğv edilməsi, həmin hissədə ilkin və qarşılıqlı iddialar təmin edilərək ilkin iddia tələbi üzrə Cavabdeh tərəfindən Azərbaycan Respublikası Tibb Universitetinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə 20 iyul 2017-ci il tarixdə ünvanlanmış ərizədə İddiaçı barəsində verilən məlumatlar həqiqətə uyğun olmayan məlumatlar hesab olunmaqla onun üzərinə Azərbaycan Respublikası Tibb Universitetinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təkzib və üzr istəməsi ilə bağlı məktubun göndərilməsi vəzifəsi qoyulmuşdur. Həmin qətnamə ilə qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə 11 mart 2017-ci il və 11 may 2017-ci il tarixlərdə ünvanlanmış ərizələrdə Cavabdeh barəsində verilən məlumatlar həqiqətə uyğun olmayan məlumatlar hesab olunmaqla onun üzərinə Azərbaycan Respublikası Vergilər Nazirliyinə təkzib və üzr istəməsi ilə bağlı məktubun göndərilməsi vəzifəsi qoyulmuşdur. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılm ışdır. İşin halları: 2018-ci ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək şərikli biznes fəaliyyəti ilə məşğul olduğu Cavabdeh onun işlədiyi Tibb Universitetinə və Səhiyyə Nazirliyinə böhtan xarakterli ərizələr yazıb həmin ərizələrdə onu “peşəkar oğru”, “dələduz”, “saxtakar” və s. adlandırmaqla, eləcə də onun işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymaqla ona maddi və mənəvi zərər vurmasını əsas göstərməklə ərizələrin göndərildiyi orqanlara həmin məlumatları təkzib edən ərizələrin yazılması, ərizələrdə ondan üzr istəməsi barədə onun üzərinə vəzifə qoyulması, Cavabdeh onun xeyrinə maddi ziyana görə 50.000 manat, mənəvi ziyana görə 50.000 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia tələbi ilə mə hkəməyə müraciət edərək İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinə yazdığı ərizələrdə onun barəsində saxtakar, özgənin vəsaitini mənimsəyən, klinikanın (“Nigar”) əmlakını talayan, cinayətkar və s. ifadələr işlətməklə onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymasını və bununla ona 60.000 manat məbləğində maddi, 60.000 manat məbləğində isə mənəvi zərər vurmasını əsas göstərməklə həmin məlumatları Vergilər Nazirliyinə məktub yazmaqla təkzib etməsi və ondan üzr istəməsi barədə İddiaçı üzərinə vəzifə qoyulmasını, ona dəymiş maddi və mənəvi ziyanın ondan tutulmasını xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə işə baxan məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Qətnamədən hər iki tərəf kassasiya şikayəti verərək iddia tələblərinin rədd olunmasına dair hissədə qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin həmin hissədə ləğv edilməsi, iddia tələblərinin tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdi rilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ilkin İddiaçı Vergilər Nazirliyinə yazdığı ərizələrdə, qarşılıqlı iddiaçı Cavabdeh isə Tibb Universitetinə və Səhiyyə Nazirliyinə yazdığı ərizələrdə bir-birilərinin şərəf və ləyaqətlərini, işgüzar nüfuzlarını ləkələyən ifadələr işlətmiş və məlumatlar vermişlər. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li qərarının 3-cü bəndi nə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflərin bir-birilərinin ünvanlarına işlətdikləri ifadələr və yazdıqları məlumatlar onların şərəf və ləyaqətlərini ləkələmiş, onların doğru olması sübuta yetirilməmiş və bu məlumatlar yayılmışdır. Həmin qərara görə başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir. Lakin müəyyən olunduğu kimi, tərəflərdən heç biri digər tərəfin barəsində yaydıqları şərəf və ləyaqəti ləkələyən məlumatların doğruluğunu sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. İddia və qarşılıqlı iddia tələbləri həmin hissədə əsaslı olduğundan, məhkəmə kollegiyası hər iki tələbin qismən əsaslı olması barədə nəticəyə gəlmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarına görə zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalması sübuta yetirildikdə məhkəmə əks tərəfin üzərinə mənəvi zərərin ödənilməsi vəzifəsini qoya bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər mənəvi sarsıntı və iztiraba məruz qalmalarını sübuta yetirə bilməmişlər. Hərəkətləri nəticəsində tərəflərə maddi ziyan dəyməsi barədə işdə sübutlar olmadığından kollegiya həmin hissədə də iddianın rədd olunmasını əsa slı saymışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılması müəyyən olunmadığından, kollegiya apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qanuni və əsaslı, kassasiya şikayətlərini isə əsassız sayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 18 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6033/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6033/2019
14.08.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Mənəvi zərərin öd
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver