Məhkəmə qərarları › İş №2(102)-6034/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6034/2021

13.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6034/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi və mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə və İddiaçı2 Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı “mülkiyyət hüququnun bərpası” tələbinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: əqdlərin etibarsızlığı, yeni inşa olunan binada mənzilin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlun dan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı2 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 may 2021-ci il tarixli, 2(103)939/2021 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Yaşayış binasında mənzil tikintisi haqqında 15 dekabr 2009-cu il tarixli 43 saylı müqavilə ilə icraçı Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində sifarişçilərin vəsaiti hesabına inşa ediləcək yaşayış binasında - 3-cü giriş, 4-cü mərtəbədə 170 saylı, 1 otaqlı, ümumi sahəsi 68,0 kv.metr, ümumi dəyəri 27200 manat məbləğində olan, - 4-cü giriş, 15-ci mərtəbədə 318 saylı, 1 otaqlı, ümumi sahəsi 73,0 kv.metr, ümumi dəyəri 29200 manat məbləğində olan və - 4-cü giriş, 6-cı mərtəbə, 267 saylı, 3 otaqlı, ümumi sahəsi 111,4 kv.metr, ümumi dəyəri 44560 manat məbləğində olan mənzilləri inşa edib İddiaçı1 verməyi, sonuncu isə mənzilləri qəbul etməyi və müəyyən olunmuş dəyərlərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MTK-nın 15 dekabr 2009-cu il tarixli arayışlarına əsasən İddiaçı1 qeyd olunan mənzillərin dəyərini tam ödəmişdir. Yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 07 yanvar 2011-ci il tarixli 03 saylı müqaviləyə və 29 dekabr 2011-ci il tarixli, 82 saylı arayışa əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və payçıların vəsaiti hesa bına inşa edilən yaşayış binasında X4 adına olan 3 otaqlı, 111,4 kv.metr sahəsi olan, 267 saylı mənzili X3 adına keçirmiş və həmin mənzilin dəyəri olan 55000 manat onun tərəfindən ödənilmişdir. Bakı şəhəri 52 saylı notariat kontorunda bağlanmış 15 aprel 2015-ci il tarixli İlkin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 MTK tərəfindən 11 iyul 2014-cü il tarixli, 93 nömrəli müqaviləyə əsasən X8 istifadəsinə verilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 3 otaqlı, 111,4 kv.m sahəsi olan, 267 saylı mənzilə dair İddiaçı2 ilə gələcəkdə alqı-satqı müqaviləsi bağlamağı öhdəsinə götürmüşlər. Bakı şəhəri 52 saylı notariat kontorunda bağlanmış 13 may 2015-ci il tarixli İlkin alqı-satqı müqaviləsinə əlavə razılaşmasina əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günə şli qəsəbəsi, "xxxx" yaşayış massivi, 3 otaqlı, 111,4 kv.m sahəsi olan, 267 saylı mənzilin satış qiyməti 50000 manat müəyyən edilərək, İddiaçı2 tərəfindən 40000 manat pul ödənilmiş, qalan 10000 manatı isə həmin müqavilənin 3.1-ci bəndində götürülmüş öhdəliklər tam yerinə yetirildikdən sonra əsas (alqı-satqı) müqavilə bağlanan zaman notariusun bankda açılan depozit hesabı vasitəsilə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində birinci icraat İddiaçı1 Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının 3-cü blok, 4-cü mərtəbəsində yerləşən sahəs i 68,0 kv.m olan, 1 otaqdan ibarət 170 saylı mənzilinə dair bağlanmış 15 dekabr 2009-cu il tarixli, 43 saylı, həmin yaşayış binasının 4-cü blok 15-ci mərtəbəsində yerləşən sahəsi 73 kv.m olan 1 otaqdan ibarət 318 saylı mənzilinə dair bağlanmış 15 dekabr 2009-cu il tarixli, 44 saylı və həmin yaşayış binasının 4-cü blok 6-cı mərtəbəsində yerləşən sahəsi 111,4 kv.m olan 3 otaqdan ibarət 267 saylı mənzilinə dair bağlanmış 15 dekabr 2009-cu il tarixli 45 saylı müqavilələrin ləğv edilməsi barədə 26 dekabr 2011-ci il tarixli 16 saylı əmrin etibarsız hesab edilərək nəticələrinin ləğv edilməsi, Cavabdeh1 MTK tərəfindən inşa edilən yaşayış binasında həmin mənzillərin üzərində iddiaçının sahiblik və istifadə hüququnun tanınması, mənzillərin cavabdeh tərəfindən ona təhvil verilməsi və mənzillərdən s ərbəst istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı aldığı mənzillərin dəyərini ödəyərək həmin mənzillərə dair cavabdehlə sözügedən müqavilələri bağlayarkən, 170 və 267 saylı mənzillərin karkası inşa edilmiş, 318 saylı mənzilin yerləşdiyi mərtəbə isə hələ inşa edilməmişdir. Cavabdeh MTK ilə müqavilə bağlanılarkən MTK rəhbərliyi tərəfindən mənzillərin tikintisinin 2 il müddətində başa çatdırılaraq ona təhvil veriləcəyi bildirilmişdir. Lakin Cavabdeh1 MTK-nın fəaliyyətində problemlər yarandığından göstərilən yaşayış binasının tikintisi uzun müddət dayandırılmışdır. Binanın tikintisi başa çatdıqdan sonra iddiaçı MTK-ya gedərək, mənzillərinin ona nə zaman təh vil veriləcəyi ilə maraqlandıqda, MTK rəhbərliyi tərəfindən binanın liftlərinin, qazının, işığının və suyunun olmaması səbəbindən mənzillərin təhvil verilmədiyi bildirilərək az vaxtdan sonra mənzillərin ona təhvil veriləcəyi bildirilmişdir. Binada yaşayışın olmasına baxmayaraq həmin mənzillərin ona verilməməsinin səbəbini soruşmaq üçün yenidən MTK-ya getdikdə isə bildirilmişdir ki, iddiaçı və cavabdeh MTK arasında bağlanmış müqavilələr Cavabdeh1 MTK-nın sədri X1 tərəfindən 26 dekabr 2011-ci il tarixli 16 saylı əmrlə guya iddiaçının mənzillərin dəyərini MTK-ya ödəməməsi səbəbdən ləğv edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(010)10733/2016 nömrəli qətnaməsi ilə (hakim E.Z.Ağayev) iddia təmin edilmişdir. b) Birinci instansiya məhkəməsində ikinci icr aat İddiaçı2 Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13M saylı binanın 267 saylı mənzilinə sahiblik, istifadə və mülkiyyət hüququnun tanınması, həmin mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin iddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 15 aprel 2015-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş İlkin alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13M saylı evdə ümumi sahəsi 11 1,4 kv.m olan 267 saylı mənzili əvvəlki sahibi X7 50000 manata almış, aldığı mənzil təmirsiz olmuş, giriş qapısı və pəncərələri qoyulmuşdur. Mənzili alandan sonra bir-iki dəfə mənzilə getmiş, sonradan atası ağır xəstələndiyindən mənzilə gedə bilməmişdir. Sonradan mənzilə gedərkən mənzilin yerləşdiyi meydançaya əlavə bir qapı qoyulduğundan içəri daxil ola bilməmiş, qonşularla söhbət əsnasında məlum olmuşdur ki, ona məxsus mənzil başqa şəxsə verilmiş və həmin şəxs mənzilin giriş qapısını dəyişdirmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(010)10171/2016 nömrəli qətnaməsi ilə (hakim E.Z.Ağayev) iddia tələbi qismən təmin edilmiş, İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində yerləşən 13 M saylı evin 3 otaqdan ibarət ümumi sahəsi 111,4 kv.m. olan 267 saylı mənzilə sahiblik və istifadə hüququnun tanıması və həmin mənzildən sərbəst istifadə etməsinə Cavabdeh1 MTK tərəfindən yaradılmış maneələr aradan qaldırılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(010)10733/2016 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunduğunu qeyd edən İddiaçı2, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(010)-10171/2016 nömrəli qətnaməsindən isə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunduğunu qeyd edən İddiaçı1 apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(103)-939/2021 nömrəli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 may 2021-ci il tarixli, 2(103)-939/2021 nömrəli qətnaməsi ilə (hakim E.Ə.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ş.A.Məmmədovadan və X.Ə.Sarıyevdan ibarət tərkibdə) İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(010)-10733/2016 nömrəli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının 4-cü blok 6-cı mərtəbəsində yerləşən sahəsi 111,4 kv.m olan 3 otaqdan ibarət 267 saylı mənzilinə dair hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin olunması, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının 4-cü blok 6-cı mərtəbəsində yerləşən sahəsi 111,4 kv.m olan 3 otaqdan ibarət 267 saylı mənzilinə dair bağlanmış 15 dekabr 2009-cu il tarixli, 45 saylı müqavilələrin ləğv edilməsi barədə verilmiş 26 dekabr 2011-ci il tarixli, 16 saylı əmrin etibarsız hesab edilməsi və əmrin nəticələrinin ləğv edilməsi, İddiaçı1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində yerləşən 13 M saylı yaşayış binasının 3 otaqdan ibarət ümumi sahəsi 111,4 kv.m olan 267 saylı mənzilinə sahiblik və istifadə hüququnun tanınması, Bakı şəhəri, Suraxanı rayonu, Y eni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində yerləşən 13 M saylı yaşayış binasının 3 otaqdan ibarət ümumi sahəsi 111.4 kv.m olan 267 saylı mənzilinin Cavabdeh1 MTK tərəfindən İddiaçı1 təhvil verilməsi və onun həmin mənzildən sərbəst istifadə etməsinə Cavabdeh1 MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(010)-10171/2016 nömrəli qətnaməsinin ləğv edilməsi, həmin iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı2 Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13M saylı binanın 267 saylı mənzilinə sahiblik, istifadə və mülkiyyət hüququnun tanınması, həmin mənzildən istifadəyə yaradılmış maneələr in aradan qaldırılması barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı1 müqavilə şərtlərinə uyğun olaraq pay haqqını tam ödəmiş, lakin icraçı müqavilə üzrə mənzilin təhvil verilməsini öhdəsinə götürsə də, öhdəliyinə əməl etməmişdir. Buna görə də, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 3 otaqlı, 111,4 kv.m, 267 saylı mənzil Cavabdeh1 MTK tərəfindən İddiaçı1 təhvil verilməlidir. Məhkəmə qeyd etmişdir ki, həmin müqavilə üzrə tərəflər arasında mahiyyət etibarı ilə podrat müqaviləsi bağlanmışdır. Məhkəmə Mülki Məcəllənin 752.1, 752.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, hazırkı işdə podratçı var, həmin podratçı əvvəlcə sifarişçi İddiaçı1 ilə podrat müqaviləsi bağlamışdır. Bu ndan xeyli müddət sonra İddiaçı2 ilə X10 etibarnamə əsasında təmsil edən X9 arasında həmin mənzilə dair ilkin alqı-satqı müqaviləsi və ona əlavə razılaşma bağlanmışdır. Beləliklə, mənzil İddiaçı1 sifarişi və maliyyəsi ilə onun üçün inşa olunmuş, iqtisadi mənada onun əmlakıdır. Mənzilin İddiaçı2 verilməsi İddiaçı1 əmlakının başqasına verilməsi kimi qiymətləndirilir. İddiaçı1 müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək mənzilin ümumi dəyərini Cavabdeh1 MTK-ya ödəmişdir. Belə olan halda isə, o, həmin mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır və ona görə də iddia həmin hissədə əsaslıdır. Göründüyü kimi Cavabdeh1 MTK-nın faktiki olaraq mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verilməklə, Mülki Məcəllədə müəyyənləşdiri lmiş şərtləri pozulmaqla İddiaçı2 ilə etibarsız, hazırkı halda isə əhəmiyyətsiz əqd bağlanmışdır. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı2 tərəfindən irəli sürülmüş mənzilə mülkiyyət hüququnun tanınması barədə iddiasının təmin edilməsinə zərurət yoxdur. Mübahisəli mənzilə Cavabdeh1 MTK və İddiaçı2 arasında bağlanmış müqavilə özü-özlüyündə əhəmiyyətsiz olmaqla etibarsız əqd olduğundan, İddiaçı2 həmin müqaviləyə əsaslanaraq mübahisəli mənzilə mülkiyyət hüququnun tanınmasını tələb etmək hüququ yoxdur. Kassasiya şikayətinin iştirakçılarının izahatları: və ona etirazın dəlilləri, məhkəmə icraatı a) Kassasiya şikayətinin dəlilləri İddiaçı2 kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası nın 04 may 2021-ci il tarixli, 2(103)-939/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və onun iddiasının təmin, İddiaçı1 iddiasının isə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki halları araşdırılmamışdır. Belə ki, Cavabdeh1 MTK-nın vəzifəli şəxsləri barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış cinayət işi üzrə kassatorun mənzili aldığı Əliabbas adlı şəxsə mənzili satmış Niyazi Hüseynov zərərçəkən qismində tanınmış, mənzil ona verilmişdir. Həmin işdə İddiaçı1 iştirak etməmişdir. Sonuncu mənzilin real sahibi deyil, o, kimsəsiz və faktiki xarabalıqda yaşayan bir vətəndaş olmaqla, mənzili ala bilməzdi. Bu hal “Meydan TV”-də “Sovetski” adlanan ərazidə söküntü işləri ilə bağlı süjetdən də məlum olur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı2 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı1 və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, vəkillərin iştiraklarını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azə rbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilə r. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.8-ci maddəsinə əsasən (01 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verd ikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar ə sasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında təd qiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur k i, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətlə ndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mahiyyəti üzrə düzgün nəticəyə gəlinsə də, maddi hüquq normalarının tətbiqində səhvə yol verildiyindən qətnamə ləğv edilməli və apellyasiya instansiyası mə hkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında İddiaçı1 iddiasının mübahisələndirilən hissədə təmin edilməsi, İddiaçı2 iddiasının rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. İlk olaraq kassatorun şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, onun hazırki tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Belə ki, birincisi olaraq, iş materiallarından mübahisələndirilən mənzillə bağlı İddiaçı2 və Cavabdeh1 MTK arasında hər hansı müqavilənin bağlanması müəyyən olunmur. İddiaçı tələbinin əsası kimi onunla X12 arasında bağlanmış ilkin müqaviləyə istinad etmişdir ki, həmin müqavilə üzrə kassatorun mənzilə hüquqların yaranması istisna olunur. Həmçinin ilkin müqavilə ilə satıcı qismində çıxış edən X8 mənzilə hüquqlarının olmasını təsdiq edən hər hansı sübut işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır. Digər tərəfdən iddiaçının göstərdiyi kimi mənzilin X7 əvvəlki sahibinin X2 olmasını qəbul etsək də (halbuki həmin şəxslə MTK arasında müqavilənin bağlanması, habelə onun hüquqlarının X11 ötürülməsinə dair sübutlar da iş materiallarında yoxdur), İddiaçı1 ilə müqavilə daha əvvəl bağlanılmışdır. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 hazırki maddi vəziyyəti onun mübahisələndirilən mənzillərlə bağlı müqavilə bağlanmasını və onların dəyərini MTK-ya ödəməsini istisna etmir. İş materiallarından müəyyən olunur ki, həmin iddiaçı apellyasiya instansiyası məhkəməsində vəkil olan, notarial qaydada rəsmiləşdirilmiş etibarnamə əsa sında nümayəndəsi ilə təmsil olunmuş və iddiasını, habelə apellyasiya şikayətini müdafiə etmişdir. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə kassasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər İddiaçı2 iddiasının təmin edilməsi üçün əsas ola bilməz. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin həlli üçün podrat müqaviləsinə dair müddəaları tətbiq edilməklə, maddi hüquq normalarını pozulmuşdur. Belə ki, müəyyən olunur ki, Cavabdeh1 MTK və İddiaçı1 arasında müqavilə 15 dekabr 2009-cu il tarixdə bağlanmışdır. Odur ki, yaşayış binasını inşa edən hüquqi şəxsin təşkilatı-hüquqi formasının kooperativ olması nəzərə alınmaqla, mübahisəyə həmin dövrdə qüvvədə olmuş MM-in 178.8-ci maddəsi tətbiq olunmalıdır. “Azərbayc an Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-ci il tarixli qərarına əsasən pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativ üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativin isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Kooperativ üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edir lər. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, İddiaçı1 iddiası üzrə qəbul edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsi icra olunmuş və mübahisələndirilən mənzil 26 dekabr 2016-cı il tarixdə iddiaçıya təhvil verilmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qəbulu zamanı maddi hüquq normasının tətbiqində səhvə yol verildiyindən həmin qətnamə ləğv edilməli və apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə, İddiaçı1 mübahisələndirilən mənzilə dair iddiası təmin edilməli, İddiaçı2 iddiasının təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 may 2021-ci il tarixli, 2(103)-939/2021 nömrəli qətnaməsi ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçı1 iddiası Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının 4-cü blok 6-cı mərtəbəsində yerləşən sahəsi 111,4 kv.m olan 3 otaqdan ibarət 267 saylı mənzilinə aid hissədə təmin edilsin. Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi 13 M ünvanında inşa edilən yaşayış binasının 4-cü blok 6-cı mərtəbəsində yerləşən sahəsi 111,4 kv.m olan 3 otaqdan ibarət 267 saylı mənzilinə dair bağlanmış 15 dekabr 2009-cu il tarixli, 45 saylı müqavilələrin ləğv edilməsi barədə verilmiş 26 dekabr 2011-ci il tarixli, 16 saylı əmri etibarsız hesab edilsin və həmin əmrin nəticələri ləğv edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində yerləşən 13 M saylı yaşayış binasının 3 otaqdan ibarət ümumi sahəsi 111,4 kv.m olan 267 saylı mənzilinə İddiaçı1 sahiblik və istifadə hüquqları tanınsın. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində yerləşən 13 M saylı yaşayış binasının 3 otaqdan ibarət ümumi sahəsi 111,4 kv.m olan 267 saylı mənzili Cavabdeh1 MTK tərəfindən İddiaçı1 təhvil verilsin və onun həmin mənzildən sərbəst istifadə etməsinə Cavabdeh1 MTK tərəfindən yaradılmış ma neələr aradan qaldırılsın. İddiaçı2 Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13M saylı binanın 267 saylı mənzilinə sahiblik, istifadə və mülkiyyət hüququnun tanınması, həmin mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar