Məhkəmə qərarları › İş №2(102)-6035/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6035/2021

06.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6035/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna (X7 və X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “qeyri-yaşayış sahəsindən çıxarılması ” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Ba kı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2583/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat İddiaçı, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbədə, qeyri-yaşayış sahəsini başlandığı sağ hissəsində (cənubda) əsas küçəyə paralel olan küçə boyu, ümumi sahəsi 195 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 90 kv.metr hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, X12 12.03.2001-ci il tarixdən fərdi sahibkar kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin 1 saylı filiallında qeydiyyatdan keçməklə yaşayış binaları inşa edib, mənzil və qeyri-yaşayış sahələrini satmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Onunla iddiaçının əri X11 arasında 26.03.2007-ci il tarixli müqavilə bağlanmış, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, Z mərtəbəsində ümumi sahəsi 90 kv.m. olan qeyri-yaşayış sahəsi (pay), qeyri-yaşayış sahəsinin hər bir kv.m 1800 ABŞ dolları olmaqla cəmi 162.000 ABŞ dolları məbləğində pula mərhum ərinə satılmışdır. Bundan sonra obyektin dəyəri tam ödənilmiş, laki n X12 binanı tikib təhvil verə bilməmiş, eləcə də digər ciddi maliyyə-vergi problemləri olduğundan barəsində cinayət işi başlanılmış, o vaxtki Ağır Cinayətlərə Dair İşlər üzrə AzərbaycanRespublikası Məhkəməsinin 25.06.2009-cu il tarixli, 1(101)-76/09 saylı hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məhkum edilmişdir. İddiaçının əri X11 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, məhkəmənin hökmü ilə X5 üzərinə obyektin Z.Zülfüqarova təhvil verilməsi vəzifəsi qoyulmuşdur. X11 01.06.2010-cu il tarixdə vəfat etmiş, X12 da onunla təxminən eyni vaxtda və ya bir neçə il sonra vəfat etmişdir. Binanın tikintisi tam yekunlaşmamış, istismara qəbul edilməmişdir. Halhazırda binada tikinti işləri yekunlaşmaq üzrədir. Bu yaxınlarda iddiaçıya məlum olm uşdur ki, Cavabdeh tərəfindən onlara məxsus qeyri-yaşayış sahəsi zəbt edilmiş, təmir işləri aparılır. Dərhal bununla bağlı cavabdehə müraciət edilsə də heç bir nəticəsi olmamışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi Vəkil1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh fərdi sahibkar Şakir Hüseynovla 21.02.2007-ci il tarixli müqavilə bağlanmış, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 1-ci mərtəbəsində ümumi sahəsi 200 kv.m. olan qeyriyaşayış sahəsi, qeyri-yaşayış sahəsinin hər bir kv.m-i 600 manat olmaqla cəmi 120.000 manat məbləğində pula satın almışdır. Bundan sonra obyektin plan ölçüsü möhürlənmiş qaydada X12 tər əfindən cavabdehə təhvil verilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evi “icraçı” tərəfindən tikilib qurtarmış, 2019-cu ilin dekabr ayının axırlarında obyekt 2007-ci ildə razılaşdırılmış plan əsasında Cavabdeh təhvil verilmişdir. Beləliklə, həmin obyekt Cavabdeh tərəfindən özbaşına, qanunsuz olaraq tutulmamış, obyekt təhvil alındıqdan sonra 2020-ci ilin yanvar ayından təmirə başlanılmış, mart ayında təmir işləri başa çatdırılmış, 01 iyun 2020-ci il tarixdən obyekt icarəyə verilmişdir. İddiaçının qeyd edilən mübahisə ilə əlaqədar cavabdehə qarşı iddia qaldırmaqda subyektiv hüququ yoxdur. Əslində iddiaçının iddiası müqavilə bağladığı şəxsə, yəni Şakir Hüseynova və ya onun hüquqi varislərinə yönəlməlidir. İddiaçı ilə cavab deh arasında yalnız qonşuluq münasibətləri ola bilər, bu isə İddiaçı tərəfindən əmlak təhvil alındıqdan sonra yaranmış olacaqdır. Müqavilə ilə razılaşdırılmış əmlak isə iddiaçıya təhvil verilməmişdir. Həmçinin məhkəmənin 25.06.2009-cu il tarixli hökmü ilə müəyyən edilmiş halda da iddia Şakir Hüseynova və ya hüquqi varisinə yönəlməlidir. Digər tərəfdən məhkəmənin hökmündən aydın olur ki, Zahid Zülfiqarov tərəfindən 162.000 ABŞ dolları ödənməli olduğu halda, cəmi 110.000 ABŞ dolları pul ödənilmişdir. Həmin hökmdən görünür ki, Zahid Zülfiqarov pulu 3 dəfəyə ödəmişdir. Beləliklə, Zahid Zülfiqarov müqavilə tələblərini tam icra etməmiş, müqavilədəki 30.09.2007-ci il tarixli 52.000 ABŞ dolları pulun ödənilməsi üzrə sübut saxtalaşdırılmışdır. Buna görə də xüsusi qərardad çıxarılmalıdır. Sonda cava bdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil2 iştirak etdiyi məhkəmə prosesindən izahat verərək bildirmişdir ki, Cavabdeh qeyd edilən qeyri-yaşayış sahəsinin dəyərini ödəmiş və oranı almışdır. Həmin sahənin dəyərindən ucuz satılmasında qeyriadi heç nə yoxdur, bu tələb və təklif qaydasında satılıb, Babək oranı təməlindən alıb. Həmin binada iddiaçının payı kimi qeyri-yaşayış sahəsi vardır, lakin, T.Hüseynov iddiaçının yerinin binanın hansı tərəfdə yerləşməsini bilmir. Eyni zamanda, müqavilədən görünür ki, Zahid Zülfiqarov tərəfindən pul tam ödənilməmişdir, bu hal hökmlə öz təsdiqini tapır. Həmçinin Cavabdeh tərəfindən pulun manatla deyil, ABŞ dolları ilə ödənilməsinin səbəbi də onlara məlum de yildir. Binəqədi Rayon Məhkəməsinin (hakim Etibar Mustafayev) 16 noyabr 2020-ci il tarixli 2(001)-4567/2020 nömrəli qətnaməsi ilə X1 Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbədə, qeyri-yaşayış sahəsini başlandığı sağ hissəsində (cənubda) əsas küçəyə paralel olan küçəboyu, ümumi sahəsi 195 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 90 kv.metr hissəsindən çıxarılması qət edilmişdir. Məhkəmə iş materialları, tərəflərin izahatları və şahid ifadələrinə əsasən müəyyən etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, qeyri-yaşayış obyktlərinin yerləşdiyi mərtəbəsində ümumi sahəsi 90 kv.m. olan qeyri-yaşayış sahəsi (pay) X14 Zülfiqarovun birgə nikahları zamanı əldə edilmiş, Zahid Zülfiqarov hazırda vəfat etdiyindən, İddiaçı həm birgə nikah dövründə əldə edilmiş əmlak kimi, həm də Zahid Zülfiqarovun vərəsəsi kimi hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. Məhkəmə, mübahisəli qeyri-yaşayış sahəsinin tərəflərin iştirakı yerində müayinəsini həyata keçirmiş və müəyyən etmişdir ki, cavabdeh tərəfindən istifadə edilən mübahisəli qeyri-yaşayış sahəsi 195 kv.m-dir. Həmin sahə market kimi fəaliyyət göstərir və icarəyə verilib. Qeyri-yaşayış sahəsi giriş hissə ilə üzbəüz dayandıqda küçəboyu və soldan məhəllə daxili yolboyu şüşə pəncərələrlə (vitrin) örtülüb. İddiaçı tərəf onlara məxsusluğunu iddia etdikləri hissə küçəboyu təxminən 8-9 metr uzunluğunda, 10 metr e nindədir və bütünlükdə cavabdeh tərəfindən istifadə edilən sahə ilə üst-üstə düşür. Qeyri-yaşayış sahəsinə vizual baxışla həmin sahənin düzbucaqlı və ya kvadrat formada olmadığı, girintili-çıxıntılı formada olduğu, qonşu sahələrə (obyektlərə) maneə yaratmamaq üçün mülahizəyə uyğun formada bölündüyü aydın sezilir. Məhkəmə qeyd etmişdir ki, X12 ilə X11 arasında 26.03.2007-ci il tarixli müqavilənin bağlanılması, Zahid Zülfiqarova 90 kv.m. qeyri-yaşayış sahəsinin verilməsi, qeyri-yaşayış sahəsinin dəyərinin ödənilməsi, qeyri-yaşayış sahəsinin əsas küçə boyu yerləşməsi mübahisəsizdir. Nəzərə alınmalıdır ki, iş materiallarına həmçinin X4 X12 və qeyriləri barəsindəki cinayət işi üzrə şahid qismində dindirilməsi ilə bağlı protokol, zərərçəkmiş şəxs kimi tanınması haqqında qərar, eləcə də əmlak pay ına görə borcun olmaması haqqında maliyyə arayışı da əlavə edilmiş, yuxarıda qeyd edilənlər həmin sübutlar əsasında da öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab etmişdir ki, həm iddiaçı, həm də cavabdeh tərəfindən təqdim edilmiş müqavilələr özü-özlüyündə qüsurlu tərtib edilmişdir. Belə ki, həmin müqavilələrdə alğı-satqı predmeti kimi mənzillər qeyd edilmiş, mənzillərin yerləşdiyi mərtəbə kimi 1, Z, hətta 1Z (şahid Elşən İmanovun təqdim etdiyi müqavilədə) göstərilmiş, mənzilin (qeyriyaşayış sahəsinin) nömrəsi, yerləşmə hissəsi dəqiq müəyyən edilməmişdir. Bununla belə, digər müqavilələrə hüquqi münasibət bildirmədən, Zahid Zülfiqarova münasibətdə 26.03.2007-ci il tarixli müqavilənin həqiqiliyi, tərəflərə öhdəlik yaratması, qanuni qüvvəyə minmiş məhkəmə hökmü il ə müəyyən edilmiş preyudisiyallıq baxımından şübhə altına alına bilməz. Birinci instansiya məhkəməsinin qənaətinə görə, cavabdeh tərəfin Zahid Zülfiqarov tərəfindən müqavilə üzrə pulun tam ödənilməməsi ilə bağlı əks arqumenti hazırki iddianın əsaslılığına təsir göstərə bilməz. Belə ki, əvvəla, iş materiallarına əlavə edilmiş sənədlərdən (müqavilə, maliyyə arayışı) Zahid Zülfiqarov tərəfindən paya görə müəyyən edilmiş haqqın tam ödənildiyi aydın olur. İkincisi, fərz edilsə ki, Zahid Zülfiqarov tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmişdir, bu zaman həmin müqavilənin ləğvi qaydasında mübahisələndirmə hüququ müqavilə tərəflərinə mənsub idi ki, belə bir mübahisələndirmə olmamışdır. Üçüncüsü, qeyd edilən arqumentlə çıxış etmək, yəni hansısa payın dəyərinin ödənilib-ödənilməməsi ni mübahisələndirmək yalnız müqavilə tərəflərinin subyektiv hüququdur, cavabdeh tərəf qeyd edilən subyektivlikdən məhrumdur. Dördüncüsü, iş materiallarına əlavə edilmiş 21.02.2007-ci il tarixli müqavilənin surətindən görünür ki, cavabdeh özü də müqavilə öhdəliklərini tam icra etməmiş, 120.000 manat əvəzinə, 120.000 ABŞ dolları pul ödəmişdir ki, bu da 2007-ci il üçün əhəmiyyətli məzənnə fərqi yaradır. Başqa sözlə, digər bir müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi, yalnız müqavilə tərəflərinin maraqları daxilində mübahisələndirilə və həll oluna bilər, bu həmin müqavilənin yaratdığı hüquqi nəticəyə münasibətdə üçüncü şəxslərə öz mülahizəsinə uyğun hərəkət etmək səlahiyyəti vermir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı qeyd etmişdir ki, cavabdehin nümayəndəsi məhkəmədən ümumi, y oxsa xüsusi iddia müddətinin tətbiqini tələb etməsini ərizədə qeyd etməmişdir, ikincisi nəzərə alınmalıdır ki, tərəflər arasındakı mübahisə 2019-cu ilin sonu, 2020-ci ilin əvvəllərinə yaranmışdır, hər bir halda mübahisələndirmə müddəti ötməmişdir, ən nəhayət, hazırki iddia tələbi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələb olduğundan, ona iddia müddəti şamil edilmir. Məhkəmə nəticəyə gəlmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmiş, yəni, cavabdeh tərəfindən öz mülahizəsinə uyğun qaydada və arzu etdiyi formada ona məxsus qeyri-yaşayış sahəsini də öz payına əlavə etdiyini, ona məxsus əmlak barədə (həmçinin təyinatına dair) sərəncamverici hərəkətlər etməklə iddiaçının mülkiyyət hüququnun komp onentlərini, sahiblik və istifadə hüququnu pozmuşdur, cavabdeh tərəf isə əksinə, iddianın əsassızlığı ilə bağlı heç bir dəlil gətirə bilməmişdir. Ona görə də iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbədə, qeyri-yaşayış sahəsini başlandığı sağ hissəsində (cənubda) əsas küçəyə paralel olan küçəboyu, ümumi sahəsi 195 kv.m. olan qeyri-yaşayış sahəsinin İddiaçı məxsus 90 kv.m. hissəsindən çıxarılmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 157.8, 178.8, 225.1 MPM-nin 14.2, 62.1, 76.2, 80, 82.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4567/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ziya Şirinov - sədrlik edən və məruzəçi, Fuad Talışınski və Rafael Eyvazov) 05 may 2021-ci il tarixli 2(103)-2583/2021 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4567/2020 saylı iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh oğluna (X7 və X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi, S.Bəhlulzadə küçəsində inşa edilən çoxmərtə bəli yaşayış evinin 1-ci blok, qeyriyaşayış sahələrinin yerləşdiyi mərtəbədə, qeyri-yaşayış sahəsini başlandığı sağ hissəsində (cənubda) əsas küçəyə paralel olan küçəboyu, ümumi sahəsi 195 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus 90 kv.metr hissəsindən çıxarılması” tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, həm iddiaçının əri Zahid Zülfiqarov, həm də cavabdehin adına tərtiblənmiş müqavilələrdə payın dəyəri manatla ifadə olunsa da, işin faktiki hallarından aydın şəkildə görünür ki, tərəflər arasındakı həqiqi razılaşma ABŞ dolları ilə olmuşdur. Belə ki, müqavilələr üzrə ödənişlər ABŞ dolları ilə icra edilmiş və Şakir Hüseynov tərəfindən imza edilməklə qəbul edilmişdir. Eyni zamanda, iş materiallarına nümunə kimi əlavə edilmiş Şakir Hüseynovla digər payçı Elşən İmanov arasında bağlanmış 2006-cı il tarixli müqavilədə payın dəyəri birbaşa ABŞ dolları ilə ifadə olunmuş və ödənişlər də həmin valyuta ilə edilmişdir. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, Şakir Hüseynov tərəfindən sözügedən yaşayış binasından payın ayrılması barədə müqavilələr bir qayda olaraq payın dəyəri ABŞ dolları ilə müəyyən edilməklə bağlanılmışdır. İddiaçının iddia etdiyi sahə üzərində mülkiyyəti hüququnun mövcudluğunun əsası kimi istinad etdiyi 26.03.2007-ci il tarixli payın ayrılmasına dair (üzvlük) müqavilənin bağlandığı vaxt qüvvədə olan (09.02.2018-ci il tarixədək) Mülki Məcəllənin 178.8-ci maddəsinin redaksiyasına əsasən, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əri X15 Hüseynov arasında bağlanmış 26.03.2007-ci il tarixli müqaviləyə əsasən, Z.Zülfiqarova pay kimi ayrılmış 90 kv.metr sahənin hər bir kv.metri 1800 ABŞ dolları olmaqla, cəmi 162.000 ABŞ dolları müəyyən edilmişdir. Qeyd olunan məbləğin 110.000 ABŞ dolları hissəsinin ödənilməsi iş materialları ilə mübahisəsiz qaydada təsdiq olunsa da, qalan 52.000 ABŞ dollarının Z.Zülfiqarov və ya onun ölümündən sonra isə iddiaçı tərəfindən ödənilməsi təsdiq olunmur. Əvvəla ona görə ki, həmin ödənişin edilməsi bağlı müqavilənin tərəflərdə olan nüsxələri arasında ziddiyyət vardır. Belə ki, müqavilənin İddiaçı tərəfindən təqdim edilmiş nüsxəsi ndən görünür ki, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində 27.03.2007-ci il tarixdə 10.000, 30.04.2007-ci il tarixdə 40.000, 29.07.2007-ci il tarixdə 60.000 və 30.09.2007-ci il tarixdə 52.000 ödəniş edildiyi göstərilmişdir. X2 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Tural Hüseynov tərəfindən təqdim edilmiş nüsxəsindən isə görünür ki, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində 27.03.2007-ci il tarixdə 10.000, 30.04.2007-ci il tarixdə 40.000 və 29.07.2007-ci il tarixdə 60.000 ödəniş edildiyi göstərilmişdir. Göründüyü kimi, iddiaçı tərəfdə olan nüsxədə 30.09.2007-ci il tarixdə 52.000 ödəniş edildiyi qeyd olunsa da, bu ödəniş müqavilənin ödənişi qəbul edən tərəfində olan nüsxədə əks olunmamışdır. Belə olan da, Kollegiya hesab edir ki, sübutetmə yükü baxımından sözügedən məbləğin ö dənildiyi sübuta yetirmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçının təqdim etdiyi nüsxədə sonuncu 52.000 ABŞ dolları məbləğində ödənişin edildiyi tarix kimi 30.09.2007-ci il göstərilmişdir. Lakin iş materiallarında olan Zahid Zülfiqarovun 07.12.2007-ci il tarixli dindirilməsi protokolundan və Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25.06.2009-cu il tarixli hökmündə qeyd olunmuş onun nümayəndəsi İlqar Abbasov verdiyi izahatdan görünür ki, hər ikisi ona ayrılmış payın dəyərinin 110.000 ABŞ dollarının ödənildiyini və 52.000 ABŞ dolları borcun qaldığını bildirmişlər. Göründüyü kimi, müqavilədə ödənişin edildiyi qeyd olunan 30.09.2007-ci il tarixdən sonra Zahid Zülfiqarov tərəfindən verilən 07.12.2007-ci il və 25.06.2009-cu il tarixli ifadələrdə h əmin məbləğdə borcunun qaldığı bildirilmişdir. Bu hal isə, ona dəlalət edir ki, müqavilənin iddiaçı tərəfdə olan nüsxəsində müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində 52.000 ABŞ dollarının ödənilməsi barədə qeyd sonradan əvvəlki tarixlə qeyd olunmaqla mötəbər hesab edilə bilməz. Eyni zamanda, iddiaçının istinad etdiyi "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışı da, bu halın sübuta yetirilməsi üçün mötəbər sübut sayılmır. Ona görə ki, həmin sənəd yalnız MTK-nın sədri (bu barədə də sübut yoxdur) tərəfindən imzalanmaqla, hüquqi şəxsin möhürü ilə təsdiq olunmamış, eyni zamanda kserosurət olmaqla, əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti iş materiallarına əlavə edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsd iq olunmuş surəti təqdim edilir. Bundan başqa, həmin MTK-nın bu məzmunda arayışı vermək səlahiyyətinə malik olması, tələbin hüquqi əsasını təşkil edən müqavilənin tərəfi olan fiziki şəxs Şakir Hüseynovla hüquqi əlaqəsi də işdən görünmür. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə iddiaçının iddia etdiyi sahə üzərində mülkiyyət hüququnun (və ya mülkiyyət hüququna qanuni gözləntisinin) olması sübuta yetirilmədiyindən, onun hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. İddiaçının bu iddianı qaldırmaq hüququna malik olduğu fərz olunduğu halda belə, iddiasının əsaslarını sübuta yetirə bilmədiyindən iddia tələbi təmin oluna bilməz. Belə ki, iddiaçı məhkəməyə iddia etdiyi 90 kv.metrlik sahənin yerini, onun cavabdehə təhvil verilmiş 200 kv.metrlik sahənin tərkibinə daxi l edilməsini təsdiqləyən kifayətedici sübutları məhkəməyə təqdim edə bilməmişdir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıx ış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yi yələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Çünki, borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyektiv səbəbdən mümkün deyil. Baxılan işdə isə sahələr üst-üstə düşsə belə cavabdehlə bağlanmış müqavilə üzrə ona ayrılması nəzərdə tutulmuş payın faktiki olaraq təhvil verilməsi işin mübahisəsiz halı olmaqla, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerində müayinənin protokolu ilə də təsdiqlənir. Eyni zamanda, cavabdehlə bağlanmış müqavilələr (2004-cü il və 27.02.2007-ci il tarixli) iddiaçının əri ilə bağlanmış müqavilədən (26.03.2007-ci il tarixli) əvvəlki tarixə aid olduğundan onun hüququ daha əvvəl yaranmış olur ki, bu da həmi n sahənin qanunla ona aid olması deməkdir. Bu hal Şakir Hüseynovun möhürü ilə təsdiq edilmiş 21.02.2007-ci il tarixli yaşayış binasının 1-ci mərtəbəsinin planında B.Məmmədova binanın birinci mərtəbəsindən verilməli olan 200 kv.metr sahənin sxemi və yerləşdiyi yerin onun adı ilə işarələnməsilə təsdiqlənir. Beləliklə, Kollegiya, qeyd olunanlara əsasən, bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması barədə gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına və qanunvericiliyə uyğun deyil. Ona görə də qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 05.05.2021-ci il tarixli 2(103)-2583/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişd ir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış obyekti, hansı ki, hazırda cavabdehin istifadəsindədir, heç vaxt ona təhvil verilməyib, həmin obyekt orada yaşayan və ya Şakir Hüseynovla müqavilələri olan sakinlərin mülahizələri əsasında, öz istəklərinə uyğun formada bölünmüşdür. Bu fakt həmçinin birinci instansiya məhkəməsində cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsindən də təsdiq olunur. Belə ki, həmin ifadədən görünür ki, "Cavabdeh obyektinin hazırda yerləşdiyi yer 200 kv.m. deyil. Ora cəmi 160 kv.m boş sahə olub, Babək binanın layihəsində balkon kimi nəzərdə tutulmuş sahəni də öz yerinə qataraq 190-195 kv.m. sahə yaradı b. Hətta bölgü zamanı Babəkin (Habilin) yerləşmək istədiyi yerdə digər bir şəxslə mübahisə yaranmış, orada 50 kv.m. sahə Nəsrullayeva soyadlı başqa bir qadına məxsus olduğundan ona verilmişdir." Beləliklə, apelyasiya instansiyası məhkəməsinin guya ki, mübahisəli qeyri-yaşayış sahəsinin Şakir Hüseynov tərəfindən Cavabdeh təhvil verilməsi ilə bağlı əsaslandırması tam təkzib olunur. Apelyasiya instansiyası məhkəməsinin iddia tələbini rədd edərkən toxunduğu digər bir məsələ iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinin dəyərini guya ki, tam ödəmədiyindən onun bu iddia ilə çıxış etməkdə subyektiv hüququnun olmamasıdır. Hazırki mülki işə müstəqil tələb irəli sürməyən 3-cü şəxsin qoşulması isə tam abssurdur (nəzərə alınmalıdır ki, həmin şəxs cavabdehin vəsatəti əsasında könüllü olaraq işə qoşul ub). Əvvəla, həmin şəxsə münasibətdə, onun hər hansı bir marağına toxunan, onun üçün vəzifə müəyyən edən heç bir hal hazırki mülki iş üzrə tələbdə yoxdur. Onun qətnamədən şikayət verməsi və həmin şikayətin təmin edilməsi isə prosessual pozuntudur. Qətnamədən şikayət çıxarılmış qətnamə onun maraqlarına toxunduğu, onun üçün hüquq və ya vəzifə müəyyən edildiyi hallarda mümkündür. Hazırki halda 3cü şəxsə münasibətdə qeyd edilən halların heç bir yoxdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etirazı və ya izahatları məhkəməyə daxil olmamışdır. İddiaçı 02.11.2021-ci il tarixdə vəfat etdiyindən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 58-ci maddəsinə əsasən qızı X10 iddiaçının prossesual hüquq varisi kimi tanınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının prossesual hüquq varisi X3 nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil2 oğlu şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını m ümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməli dir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin yoxlanılan hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hal larını tam və hərtərəfli tədqiq etmiş, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmiş, gəldiyi nıəticələri əsaslandırmış, nəticədə düzgün qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müqavilə üzrə onun satılmış 90 kv.metrlik sahənin yerinin məhz cavabdehə təhvil verilmiş 200 kv.metrlik sahənin tərkibinə daxil edilməsini təsdiqləyən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Tərəflər arasında bağlanmış müqavilədə satılan sahənin məhz binanın qeyri-yaşayış mərtəbəsində sağ hissədə (cənubda) əsas küçəyə paralel olan küçəboyu yerləşməsinə dair heç bir şey qeyd edilməmişdir. Belə olan, halda, iddiaçının cavabdehin həmin sahədən çıxaılmasını tələb etmək hüququ mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən e dilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bi lər. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi iddiaçının şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə mahiyyəti üzrə düzgün olduğu üçün həmin hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apell yasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2583/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar