Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6035/2022 14.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin qanunsuz istifadədən azad olunması, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın, qanunsuz tikilmiş tikililərin sökülməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin məzmununun prosessual normalara uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərki bdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2022-ci il tarixli, 2(106)1813/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Astara Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(018)-58/2022 nömrəli qətnaməsi ilə (hakim M.İ.Məmmədov) iddia qismən təmin edilərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 18 iyun 2021-ci il tarixli, **********5 qeydiyyat nömrəli Çıxarışla İddiaçı və ailə üzvlərinə Astara rayonu, Siyəkü kəndində verilmiş 0,2661 ha torpaq sahəsinin 284 kv.m hissəsinin Cavabdeh qanunsuz sahi bliyindən azad edilməsi və İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.
3. Şirvan Apellyasiya Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(106)-1813/2022 nömrəli qərardadı ilə (hakim N.F.Mirzəyevin sədrliyi və məruzəsi ilə, hakimlər İ.Q.Əsədovdan və Z.M.Allahyarovdan ibarət tərkibdə) Astara Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(018)-58/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 360-364-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
4. İddiaçı kassasiya ş ikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(106)-1813/2022 nömrəli qərardadının ləğv edilməsi və apellyasiya şikayətini mümkünlüyü barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 361-ci maddəsi pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən apellyasiya şikayətinin formasına tam əməl edilmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin hansı hissədə mübahisələndirdiyini tam aydın formada bildirmiş, məhkəmədən ekspertiza təyin olunmasını xahiş etmişdir.
6. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qayda sında baxılmışdır.
7. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Apellyasiya şikayətini qeyri-mümkün hesab edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən Azər baycan Respublikası MPMin 361.1-ci maddəsi ilə müəyyən edilmiş apellyasiya şikayətinin verilməsi formasına dair tələblərə əməl edilməmişdir. Apellyasiya şikayətindən görünür ki, iddia tələbinin hüquqi əsası kimi hansı maddi və prosessual hüquq normasının tətbiq edilməli olduğu halda tətbiq edilməməsi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilməmişdir. Halbuki, apellyasiya şikayəti verən şəxs qəbul edilmiş qətnamənin həm maddi, həm də prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyini şikayətin dəlillərində göstərməli, eyni zamanda iddiaçı məhkəmə tərəfindən iş üçün mühüm əhəmiyyəti olan halların sübut edilməsini, məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun olmamasını apellyasiya şikayətinin dəlillərində göstərməlidir. İddiaçı apellyas iya şikayətində məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, habelə onları təsdiq edən sübutları göstərmədən, iddia tələbinin tam təmin edilməli olduğunu göstərmişdir.
10. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır.
11. Belə ki, iş materiallarında olan iddiaçının apellyasiya şikayətindən müəyyən olunur ki, şikayət Mülki Prosessual Məcəlləsinin 2 saylı Əlavəsi olan apellyasiya şikayətinin formasına uyğun tərtib edilmişdir. Apellyasiya şikayətində pozulması iddia olunan maddi hüquq normaları kimi Mülki Məcəllənin 152.1-ci, Torpaq Məcəlləsinin 84-cü maddələrinə istinad edilmiş və hesab olunmuşdur ki, onun mülkiyyətindən sərbəst istifadə etmək hüququ pozulmuşdur. Həmçinin, prosessual hüquq norm alarının pozuntusu kimi Mülki Prosessual Məcəllənin 9.3, 77.1-ci maddələrinə istinad olunmaqla qeyd olunmuşdur ki, cavabdeh mübahisəli torpaq sahəsinin ona məxsus olması barədə məhkəməyə hər-hansı sübut təqdim etməmiş, məhkəmə əsassız olaraq mütəxəssis rəyini sübut kimi qiymətləndirmişdir. Həmçinin iddiaçı məhkəmənin mütəxəssis rəyini ekspertizaya göndərilmədiyini və mübahisə predmeti olan torpaq sahəsinə tərəflərin iştirakı ilə baxış keçirilmədiyini qeyd etməklə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına əsaslandırmışdır.
12. Göründüyü kimi apellyator apellyasiya şikayətini prosessual hüquq normalarına uyğun tərtib etmişdir.
13. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Horronsbi Yunanıstana qarşı” 19 mart 1997ci il tarixli qərarında g östərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi müəyyən edir ki, hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Razılığa gələn Tərəflərin hüquqi sistemi qəti, məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmağa imkan verdiyi halda, bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanin 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimləyən kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu “Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə” 23 aprel 2004-cü il tarixli X1 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərm işdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir.
15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2022-ci il tarixli, 2(106)-1813/2022 nömrəli qərardadı ləğv edilsin və iş materialları iddiaçının apellyasiyasının mümkünlüyü məsələsinə yenidən hüquqi qiymət verilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.