Məhkəmə qərarları › İş №2(102)-6043/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6043/2021

06.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6043/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 qızı, İddiaçı4 qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğluna qarşı “ evdən çıxarılma” barədə iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı1 vəkili X1, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1786/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsin dən cavabdeh Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 189 saylı ev İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qızının paylı mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı1, İddiaçı2, İddiaçı3 qızı, İddiaçı4 qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, V.Əliyev küçəsi, 189 saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ə razi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli və 18.01.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəh., Yasamal rayonu, Vasif Əliyev küç. 189 saylı ev xüsusi mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur. Lakin uzun müddətdir Cavabdeh1 və onun övladları Cavabdeh2, Cavabdeh3 müvəqqəti olaraq qalacağlarını bildirmələrinə baxmayaraq, bu günədək evlərindən çıxmırlar. Cavabdehlər iddiaçılara məxsus evdə qalmaqla onların mülkiyyət hüquqlarının həyata keçirilməsinə ciddi maneələr yaradır. Dəfələrlə cavabdehlərdən qeyd olunan evdən çıxmalarını xahiş və tələb etsələr də, onlar, açıq şəkildə bundan imtina etmişdirlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Orxan Məmmədli) 08 oktyabr 2020-ci il tarixli, 2(004)-4590/2020 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlunun iddiaçıların mülkiyyətində olan Bakı şəhəri., Yasamal rayonu, Vasif Əliyev küç. 189 saylı evdən çıxarılmaları qət edilmişdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi, 189 saylı ev iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qızının adlarına qeydiyyatdan keçib və hazırda onların paylı mülkiyyətində olsa da, hazırda həmin mənzildə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlunun istifadəsindədir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışlarına əsasən də, cavabdehlərin qeyd olunan mübahisəli evdə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Cavabdehlərin mübahisəli evdə qanunsuz yaşamaları iddiaçıların bir mülkiyyətçi kimi hüquqlarını pozur və cavabdehlərin müvafiq evdə yaşamaları üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil iddiaçıların xüsusi mülkiyyətində olduğundan, cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə və digər qanuni əsas olmadığından, iddiaçılar haqlı olaraq, cavabdehlərin evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 228.1, 228.2 və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh1 qızı apellyasiya şikayəti verərək Ya samal Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Namiq Cəfərov - sədrlik edən və məruzəçi, Emin Mehdiyev və Elmira Nağıyeva) 05 fevral 2021-ci il tarixli 2(103)-1786/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 qızının apellyasiya şikayəti qismən təmin edilərək Yasamal Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2(049)-2007/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlunun Bakı şəhəri., Yasamal rayonu, Vasif Əliyev küç. 189 №-li evin texniki pasportunda göstərilən tikililərdən çıxarılmaları qət edilmişdir Apell yasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, ev iddiaçıların xüsusi mülkiyyətindədir. İddiaçılar evə aid olan tikililərin bir hissəsində yaşayırlar. Onlar bildirirlər ki, yaşadıqları hissəni 1996-cil ildə iddiaçıların qardaşı arvadı Mərifət adlı qadından 8.000 ABŞ dollarına alıblar, lakin bu barədə heç bir sənədləri yoxdur. Cavabdehlərin evin bir hissəsinə sahiblik etməsinin hüquqi əsası olmadığına görə bu sahiblik qanunsuz sahiblik hesab olunur. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ona görə də iddia əsaslıdır, lakin evin texniki pasportunda göstərilən tikililərə münasibətdə. Belə ki, həmin ünvanda əlavə tikililər inşa edilib. Əlavə tikil ilər qeydiyyatdan keçməyib və evin texniki pasportunda göstərilməyib. İddiaçıların mülkiyyət hüququ yalnız texniki pasportda göstərilən tikililərə şamil olunur. Mülkiyyət hüququnun obyekti olan daşınmaz əşyanın texniki göstəriciləri (əşyanın hansı tikililərdən ibarət olması, həmin tikililərin ölçüləri və s.) texniki pasportla müəyyən olunur. Mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması ilə həmin hüququn yaranması dövlət tərəfindən tanınır və təsdiq olunur, hüququn şamil olunduğu əşyanın göstəriciləri isə texniki pasportla müəyyən edilir. Yəni hüquq texniki pasportda göstərilən hüdudlarda dövlət tərəfindən tanınır və təsdiq olunur. Odur ki, iddiaçıların evə olan mülkiyyət hüququ məhkəmədə müdafiə olunarkən yalnız texniki pasportda göstərilən tikililərə münasibətdə müdafiə olunmalı, buna müvafiq olaraq cavabdehlərin evdən çıxarılması qət edilərkən evin texniki pasportunda göstərilən tikililərdən çıxarılması qət olunmalıdır. Hazırkı işə üzrə məhkəmə cavabdehlərin texniki pasportda göstərilməyən tikililərdən çıxarılmasını qət edə bilməz. Belə ki, Mülk-Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddia ərizəsində 189 nömrəli evdən çıxarılma tələb olunduğundan, iddianın predmetini həmin ev üzərindəki mülkiyyət hüququ, iddianın əsasını isə mülkiyyət hüququnun pozulması faktı təşkil edir. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1786/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmas ı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 1996-cı ilin dekabr ayında Əhmədli qəsəbəsi, Sarayev küçəsi, ev 22, mənzil 169 ünvanında yerləşən mənzilini satmış və əldə edilən pulla ünvan 1 ünvanında yerləşən mənzili Mərifət adlı qadından almışdır. ünvan 1 ünvanında yerləşən mənzilə dair çıxarış cavabdehdə olmasa belə, mənzilin faktiki mülkiyyətçisi Cavabdeh1dır. Belə ki, o satıcıya 8500 ABŞ dolları məbləğində pul ödəyərək əvəzli qaydada mənzili əldə etmişdir. Razılaşmaya əsasən, alqı-satqı müqaviləsi, rəsmiləşdirildikdən sonra o satıcıya 500 ABŞ dolları da pul verməli idi. Lakin, satıcı, alqı-satqı müqavil əsini notarial qaydada rəsmiləşdirməkdən boyun qaçırıb. Bu səbəbdən də Cavabdeh1 mənzil üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatından keçirə bilməmişdir. Bundan əlavə olaraq, ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair reyestrdən çıxarışı yoxdur. Başqa sözlə desək, faktiki olaraq həmin mənzil heç kimin mülkiyyətində deyil. Belə olan halda, iddiaçıların cavabdehləri həmin mənzildən çıxarılmağa dair iddia tələbi irəli sürməyə subyektiv hüquqları yoxdur. İddiaçılar ünvan 3 ünvanında yerləşən mənzilin mülkiyyətçiləridirlər. Cavabdehlərin həmin mənzillə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, cavabdehlərin mənzilinin 3 otağı həmin ailə ilə heç bir əlaqəsi olmayan şəxs tərəfindən, sonradan tikilmişdir. Odur ki, iddiaçılar 25 il cavabdehlərin faktiki olaraq istifadəsində olan əmlaka iddia tələbi irəli sürə bilməzlər. İddiaçı1 mənzili cavabdehə satan şəxsin keçmiş ərinin qardaşıdır. Həmin şəxsin evi cavabdehin evinin qonşuluğundadır. Evləri yaxın olsa belə, mənzillərin girişləri ayrıdır və bir-biriləri ilə əlaqəsi yoxdur. Onların mənzillərini bir-birinə yalnız bir divar birləşdirir. Qeyd etməliyik ki, iddiaçılar ünvan 3 ünvanında yerləşən mənzilin mülkiyyətçiləridirlər. Cavabdeh və onun ailəsi isə ünvan 2 ünvanında yaşayır. Hər iki instansiya məhkəməsi işə baxarkən bu faktı nəzərə almamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 vəkili Vəkil tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 vəkili X1 şika yətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə digər iddiaçılar və cavabdehlər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq gəlmədikləri üçün və bunun səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Maddə

157. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Res publikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiy a instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelly asiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən mübahisəli ev 1996-cil ildə iddiaçıların qardaşı arvadı Mərifət adlı qadından 8.000 ABŞ dollarına almaları barədə heç bir sənədləri yoxdur. Cavabdehlərin evin bir hissəsinə sahiblik etməsinin hüquqi əsası olmadığına görə bu sahiblik qanunsuz sahiblik hesab olunur. Cavabdeh etirazının əsası kimi istinad etdiyi halları, yəni mübahisəli evin iddiaçının qardaşı arvadından alması hallarını işə mahiyyəti üzrə baxan məhkəmələrdə müvafiq sübutlarla sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçının ev üzərində mülkiyyət hüququnun olmaması, bu səbəbdən də iddiaçının evə dair sərəncam vermək hüququnun olmaması barədə kassasiya şikayətinin dəlilini qətnamənin ləğvi üçün əsas hesab etmir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki ha lları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Kassasiya şikayətinin dəlilləri, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1786/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar