Məhkəmə qərarları › İş №2(102)-6046/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6046/2021

02.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6046/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6046/21 (Açar sözlər: mənzildən istifadə qaydalarının müəyyən olunması) Bakı şəhəri, 02 noyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı 1nın, vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi və vəkili Vnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4302/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 02 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda 3 (üç) otaqdan istifadə qaydalarının müəyyən edilməsi, həmin mənzildəki otaqlardan birinin, həmçinin mətbəxin onun istifadə verilməsi, digər iki otağın isə X1 və Cavabdeh2 istifadəsinə verilməsi, sanitar qovşağının isə ümumi istifadəyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı X6 iddia tələbini onunla əsasla ndırmışdır ki, o, 06.09.2014-cü ildə Cavabdeh2 ilə nikah münasibətlərinə daxil olmuş və birgə nikahdan 10 may 2015-ci il tarixində X7, 07.11.2016-cı il tarixində X8 anadan olmuşdur. Cavabdeh2 Ağdam rayonundan məcburi köçkün olduğundan uşaqları da məcburi köçkün hesab edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 04.09.2019-cu il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş, uşaqların himayəsinə verilməsi, Cavabdeh2 hər iki uşağın saxlanması üçün 23.04.2019-cu il tarixdən başlayaraq hər ay 140 manat miqdarında alimentin, həmçinin 07.11.2016-cı il təvəllüdlü X4 üç yaşına çatanadək saxlanılması üçün hər ay 40 manat, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsi ilə 07. 11.2016-cı il təvəllüdlü X4 üç yaşına çatanadək saxlanılması üçün hər ay 40 manat məbləğində tutulan aliment ləğv edilmişdir. Nəticədə 280 manat aliment alır. Qeyd edilən alimenti isə çoxsaylı şikayətlərdən sonra Cavabdeh2 ödəməyə başlamışdır, bununla belə uşaqlar da xəstədirlər, qeyd edilən aliment isə uşaqların tələbatının ödənilməsinə yetmir. Azərbaycan Respublikası Qaçıqınların və X5 üzrə Komitənin xətti ilə yoldaşının anası Cavabdeh1 E saylı ünvanda 3 (üç) otaqdan ibarət mənzil verilmişdir. Həmin mənzil qaynanası Cavabdeh1 verilmiş olsa da, ailə üzvü kimi o, keçmiş yoldaşı və uşaqları nəzərə alınmışdır. 14 aprel 2019-cu il tarixdə ev verilmiş, həmin günü o, saat 23 radələrində uşaqları ilə birlikdə küçəyə atılmışdır. Ondan sonra başa düşmüşdür ki, cavabdehlər say hesabını nəzərə alıb daha böyük ev almaq niyyəti ilə uyğun zaman gözləmiş, ev verildikdən sonra isə artıq o və uşaqları onlara lazım olmadığı üçün evdən çıxarılmışlar. Bundan sonra Sabunçu Rayon Məhkəməsinə müraciət edərək E saylı ünvana mənzilə köçürmə, yaşayış hüququnun təmin olunması və mənzildən istifadə hüquqlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmənin 2(008)-4222/2019 saylı, 30.07.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Məhkəmə qərarı icra edilməsi üçün icra şöbəsinə göndərilmiş və o qeyd edilən mənzilə köçürülmüşdür. 2020-ci ilin fevral ayının 20-dən faktiki olaraq yenidən həmin mənzildə yaşayır. Lakin buna baxmayaraq vəziyyət dözülməz həddədir. Çünki keçmiş qaynanası, yoldaşı və baldızı həmin evdə yaşamağına imkan verməyərək onu ölümlə hədələyi r, iki azyaşlı övladının gözü qarşısında ona qarşı ağzına ala bilməyəcəyi nalayiq ifadələr işlədirlər. Cavabdehlər evə 20 yaşlı cavan oğlanı-qaynanasının bacısı oğlunu gətirib, evdə alt paltarı ilə gəzməsinə şərait yaradırlar. Hətta qaynanası dəfələrlə ona “niyə bu evə geri gəldin” deyərək oğlunu evləndirəcəyini, artıq nişanlandırdığını bildirmiş, ona isə “uşaqlarını da götür, ərə get” demişdir. Övladlarının bu şəraitdə yaşamasını istəmir. Məhkəmənin qərarı ilə köçürüldüyü evdə əziyyət çəkir. Həmin evə köçməsinə baxmayaraq cavabdehlər onun yaşamağına imkan vermirlər. Özü də azyaşlı övladlarına baxdığından heç bir yerdə işləmir. Həmçinin bir halı da qeyd edir ki, mənzil 3 otaq, mətbəx, sanitar qovşağından ibarətdir. O və uşaqları faktiki olaraq ancaq bir otaqdan istifadə edə bilirlər, cavab dehlər isə 2 nəfər olduqları halda mətbəx ilə birlikdə 3 otaqdan istifadə edirlər. Qeyd edilən mənzilə heç birinin mülkiyyət hüququ olmasa da, ümumi istifadəyə verilmişdir. Köçürülməyə dair məhkəmə qərarı çıxarılmış olsa da, mənzildən istifadə qaydaları müəyyən edilməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 fevral 2021-ci il tarixli 2(008)-394/2021 nömrəli qətnaməsi ilə (hakim Anar Rzayev) iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri,E saylı mənzilin girişindən sağdan birinci otağın iddiaçı X6 və övladları X7 və X4 istifadəsinə, həmin mənzilin digər iki otağının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsinə, dəhliz, mətbəx və sanitar qovşaqdan (hamam otağı və tualet) yardımçı sahələrin tərəflərin ümumi istifadəsinə verilməklə isti fadə qaydasının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı mübahisə predmeti olanE saylı mənzilə baxış keçirilərkən mənzilin giriş qapısının dəhlizə açılması, dəhlizin sağ tərəfində iki yaşayış otağının, sol tərəfində isə bir yaşayış otağı və mətbəxin, dəhlizin sonunda isə sanitar qovşağın (ayrı-ayrılıqda hamam otağı və tualet) yerləşməsi, iddiaçı X2 azyaşlı uşaqları ilə birlikdə mənzilin giriş qapısından sağdan birinci otaqdan istifadə etməsi müəyyən edilmişdir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olanE saylı mənzil 10/38 saylı, 30 iyul 2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında Cavabdeh2, X6, X7 və X3 ibarət ailə üzvü olan Cavabdeh1 k irayə verilmişdir. Yəni iddiaçı X6 azyaşlı övladları ilə birlikdə mənzilin kirayəçisi olan Cavabdeh1 ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Bununla yanaşı iddiaçı hazırkı iddia tələbi ilə cavabdehlərin onun mətbəxdən istifadəsinə imkan verməməsi və onlarla arasında digər problemlərin yaranmaması ilə əlaqədar mənzilin bir otağının və mətbəxin onun istifadəsinə verilməsi və mənzilin dəhlizin ortasından yüngül konstruksiya ilə bağlanaraq faktiki mənzilin bölünməsini xahiş etmişdir ki, həmin tələbin tam təmin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, kirayə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsinin təyinatının dəyişdirilməsinə yol verilmir və yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək kirayəçinin və evdən istifadə edən digər şəxslərin vəzifəsidir, eləcə də ortaq olduğundan mətbəxin tərəflərdən birinin istifadəsinə verilməsi qeyri-mümkündür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-68.4, 99.1, 99.3-99.7-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şərafət Məmmədova - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıye v) 2(103)-4302/2021 nömrəli, 06 may 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(008)-394/2021 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddianın qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, həmin dəlillər iş materiallarında olan 10/38 saylı, 30 iyul 2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin tələblərinə ziddir. Belə həmin müqavilədən görünür ki,E saylı mənzil Cavabdeh1 Cavabdeh2, X6, X7 və X3 ibarət ailə üzvləri ilə birlikdə kirayə v erilmişdir. Kirayəçinin həmin müqaviləsinin 2.4.2 bəndinə əsasən kirayə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək, 2.4.3 bəndinə əsasən yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək, 2.4.4 bəndinə əsasən yaşayış sahəsinin saxlanılmasını və qorumasını təmin etmək və 2.4.5 bəndinə əsasən yaşayış sahəsinin yararlı vəziyyətdə saxlamaq vəzifələri vardır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansi ya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı 1 (vəkili Vəkil qızı) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilərək iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə birinci, nə də apelyasiya məhkəməsi mübahisəni mahiyəti üzrə həll etməmişdir. Ər-arvad, gəlin-qaynana kimi nikah dövründə biergə yaşamaqları mümkün olmayan şəxslərin mənzilə köçürülmə qaydasında birgəyaşayışı heç mümkün olmadığından iddiaçı iki münaqişəli ailənin bir mənzildə yaşamasının daha mütənasib variantının tapılması məqsə di ilə yenidən məhkəməyə müraciət etmişdir. Lakin hər iki məhkəmə instansiyası mənzilə köçürülmədən sonrakı vəziyyəti rəsmiləşdirməkdən başqa bir şey etməmişdir. Fikirlərincə apelyasiya məhkəməsini tətbiq etdiyi Mənzil Məcəlləsinin 99.3-99.7-ci maddələri yaşayış sahəsinin konfiqurasiyasını dəyişdirməmək kimi deyil, yaşayış sahəsini başqa yaşayış sahəsinə dəyişdirməmək vəzifəsini nəzərdə tutur. Mənzil Məcəlləsinin 23.2-ci maddəsi yaşayış sahəsinin yenidən planlaşdırılmasının mümkünlüyünü nəzərdə tutmuşdur. O, hətta yenidən planlaşdırmanı da xahiş etmir, yalnız dəhlizin yüngül konstruksiya ilə iki hissəyə ayrılmasını tələb etmişdir ki, bu da qənaətlərinə görə mümkündür və məhkəmənin istinad etdiyi normaya zidd deyildir. Məhkəmə bu məsələnin daha qanuni həlli üçün, yəni maddi hüquq normasın ın düzgün tətbiq edilməsindən ötrü ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Məhkəmə azyaşlı uşaqların mənafeyi ilə əlaqədar olan bu işin baxılması üçün “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının və “Uşaq hüquqları haqqında” Qanunun tələblərini pozmuş, uşaqların üstün mənafeyinin təmin edilməsi məqsədilə heç bir tədbir görməmişdir. Hər iki instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verərək iddianı tam təmin etməyib. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 68.1-68.4. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə o nun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Sosial kirayə müqaviləsi üzrə yaşay ış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərə fə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Maddə 99.3-99.7. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual M əcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hü quqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətlərində qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən və apelyasiya instansiy ası məhkəməsinin aktının həmin hissədə ləğvi xahiş edildiyindən məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətində də tələbinin tam təmin edilməli olmasına istinad etmişdir. Kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, iddiaçının tələbinin tam təmin edilməsi həm iddiaçının mənzilə köçürülməsinin əsasını təşkil edən sosial kirayə müqaviləsinin, həm də yuxarıda qeyd edilməmiş Mənzil Məcəlləsinin normalarının tələblərinə ziddir. Apelyasiya kollegiyası mübahisəni həll edərkən düzgün hüquqi mövqedə olmuş, qətnamə qəbul edərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda gö stərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X6 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4302/2021 nömrəli iş üzrə 06 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar