Məhkəmə qərarları › İş №2(102)-6047/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6047/2022

29.11.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6047/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri 3 saylı notariat ofisi və Bakı şəhəri 44 saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: icraata xitam verilməsi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, hüquqi müəyyənlik Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsə nov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (Bakı şəhəri 3 saylı notariat ofisi və Bakı şəhəri 44 saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “saxta etibarnamələr əsasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, qanuni mülkiyyətdə olan daşınmaz əmlakın qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6420/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən birgə verilmiş kassasiya şikayətinə 29 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerl əşən dövlət əmlakı - “Ekspress” kafesi start qiymətinin 15 %-i özəlləşdirmə çekləri ilə və 53.133.000 manat pul tam ödənilməklə xx.xx.1997-ci il tarixli alğı-satqı müqavilə əsasında İddiaçı1 oğluna və X1. Bu barədə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1997-ci il tarixli, 7575 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir.

2. A.Neymətulla küçəsi 45 ünvanda yerləşən “Ekspress” kafesi xx.xx.2005-ci il tarixli, AN-1 № ******* saylı alğı-satqı müqaviləsi əsasında 460.000.000 manata Cavabdeh1 satılmışdır. Alğısatqı müqaviləsini satıcıların adından etibarnamə əsasında Cavabdeh3 imzalamışdır. Həmin qeyriyaşayış sahəsinə Cavabdeh1 adına 18 noyabr 2005-ci il tarixli 006427 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir.

3. Cavabdeh1 18 mart 2011-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsi əsasında həmin qeyri-yaşayış sahəsinin 555100 manata Cavabdeh2 satıb. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 119B ünvanında 0,10275 ha torpaq sahəsi üzərindəki, ümumi sahəsi 330,6 kv.metr olan qeyri-yaşayış binasına Cavabdeh2 mülkiyyət hüququ qeydiyyata alınaraq, MA seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

4. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə isə, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 119B ünvanında 0,10275 ha torpaq sahəsi üzərindəki, ümumi sahəsi 330,6 kv.metr olan qeyri-yaşayış binası ümumi birgə mülkiyyət hüququ ilə İddiaçı1 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 3483 nömrəli vərəqində qeydiyyata alınmışdır.

5. Yuxarıda qeyd olunan alğı-satqı müqavilələri İddiaçı1 tərəfindən bundan əvvəl mübahisələndirilmişdir. İddiaçı1 cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı “qeyri-yaşayış sahəsinə dair cavabdehlər arasında bağlanmış 26 oktyabr 2005-ci il tarixli AN-İ ******* saylı alğı-satqı müqaviləsinin, onun əsasında Cavabdeh1 adına verilmiş şəhadətnamənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun bərpa edilməsi” tələbinə dair ilkin iddiası və Cavabdeh1 İddiaçı2 və Yaqub Müseyibova qarşı “mülkiyyətində olan sahədən çıxarılmaları” tələbinə dair qarşılıqlı iddiası üzrə iş

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı (İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin maraqlı şəxs qismində göstərildiyi) “ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair cavabdehlər arasında bağlanmış alğı-satqı müqaviləsinin, bu alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş şəhadətnamənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun bərpa edilməsi” barədə iddia tələbi rədd edilmiş, Cavabdeh1 İddiaçı2 və Yaqub Müseyibova qarşı “mülkiyyətində olan sahədən çıxarılmaları” tələbinə dair qarşılıqlı iddiası təmin edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin 13 mart 2008-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi dəyişdirilmə dən saxlanılmış, İddiaçı1 apellyasiya şikayəti təmin edilməmişdir

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 avqust 2008-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı1 aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 cavabdeh Bakı şəhəri 41 saylı Dövlət notariat kontoruna qarşı “alğı-satqı müqaviləsində təqdim olunmuş sənədlərin tam göstərilməsi” tələbinə dair mülki iş

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri 41 saylı Dövlət notariat kontoruna qarşı “alğı-satqı müqaviləsində təqdim olunmuş sənədlərin tam göstərilməsi”nə dair id diası təmin edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 may 2008-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

11. Ali Məhkəmənin Mülki kollegiyasının 26 avqust 2008-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 yanvar 2009-cu il tarixli qərardadı ilə hər iki mülki iş baxılması üçün bir icraatda birləşdirilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayətləri təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi İddiaçı1 aid hissə də, həmçinin Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Ali Məhkəmənin Mülki kollegiyasının 11 mart 2011-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəmələrinin qətnamələri dəyişdirilmədən saxlanılmışdır.

16. Ali Məhkəmənin Mülki Kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 avqust 2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmişdir. Həmin qərara əsasən İddiaçı1 iddia tələbi qi smən təmin edilmiş, 41 saylı DNK tərəfindən 4Ə/749 saylı reyestrlə təsdiq edilmiş 26 oktyabr 2005-ci il tarixli AN-İ ******* saylı alğı-satqı müqaviləsi və Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən Cavabdeh1 adına verilmiş 18 noyabr 2005-ci il tarixli 006427 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə İddiaçı1 aid hissədə ləğv edilməklə, onun mülkiyyət hüququ bərpa edilmiş, Cavabdeh1 41 saylı DNK-ya qarşı “26 oktyabr 2005-ci il tarixli alğı-satqı müqaviləsində notariat kontoruna təqdim edilmiş digər etibarnamələrlə yanaşı, Cavabdeh3 adına verilmiş etibarnamənin əks etdirilməsinin notariusa həvalə edilməsi” barədə iddia tələbi isə təmin edilməmişdir

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014cü il tarixli Qərarı ilə Azərba ycan Respublikası Ali Məhkəməsinin 06 fevral 2012-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı ilə isə Ali Məhkəmənin 06 fevral 2012-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 03 avqust 2011-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilmişdir.

18. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 dekabr 2007-ci il tarixli qətnaməsi İddiaçı1 aid hissədə, habelə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarıxli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 dekab r 2015-ci il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2015-ci il tarixli qətnaməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2007-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair hissədə ləğv olunaraq, Cavabdeh1 Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna qarşı “Bakı şəhəri, A.Neymətulla küçəsi 45-də yerləşən "Ekspress" kafesinin alğı-satqısına dair 26 oktyabr 2005-ci il tarixli müqavilədə İddiaçı1 tərəfindən X2 verilmiş 02 iyun 2004-cü il tarixli Rusiya Federasiyası İrkutsk vilayətinin Ust-İlimsk şəhər notariat kontorunda təsdiq edilmiş etibarnamənin əks etdirilməsinin Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna həvalə edilməsi” tələbinə dair iddiası rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmə dən saxlanılmışdır. 20. 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin 13 noyabr 2014-cü il tarixli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə və üçüncü şəxs İddiaçı1 qarşı “daşınmaz əmlaka hüququn rəsmiləşdirilməsinin qanunsuz sayılması və çıxarışın etibarsızlığının tanınması” tələbi təmin olunmuş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 3483 nömrəli vərəqində İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 119B ünvandakı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi qanunsuz sayılmış və həmin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr indən seriya RX ******* saylı çıxarış etibarsız hesab edilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 sentyabr 2017-ci il tarixli qərarı ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərardadına əsasən, İddiaçı1 X3, Cavabdeh1, DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə və Bakı şəhər Vergilər Departamentinə qarşı “Dövlət reyestrində ilkin olaraq ünvan 5 ünvanı ilə qeydə alınmış “Ekspress” kafesinin 2-ci ünvanı olan F.X.Xoyski 119B ünvan qeydiyyatının ləğv olunması, “Ekspress” kafesinin dövlət reyestrindəki əvvəlki ünvan 6 ünvanın bərpa edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı, onlar tərəfindən edilmiş ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin («Ekspress» kafesinin) üzərində ləğv edilməmiş Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərardadı ilə həbs olarkən və barəsində altı ilə yaxın məhkəmə mübahisəsi davam edərkən, eləcə də heç bir qanuni əsas olmadan həmin ünvanın F.X.Xoyski 119B ünvanına dəyişdirilməsi və əsassız ünvan adı altında qeyri-yaşayış sahəsinin özg əninkiləşdirilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh1 adına verilmiş Bakı şəhəri, X18 prospekti ilə Ağa Neymətulla küçəsinin kəsişməsi (A.Neymətulla küçəsi 45) ünvanında yerləşən 352.1 kv.m qeyri-yaşayış sahəsinə dair 001448 №-li, xx.xx.2009-cu il tarixli şəhadətnamənin və şəhadətnamənin verilməsinə əsas hesab edilən bütün sənədlərin ləğv olunması” tələbləri ayrıca icraata ayrılmış və baxılması üçün aidiyyət üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir.

24. Həmin məhkəmənin xx.xx.2013-cü il tarixli digər qərardadına əsasən “ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair (“Ekspress” kafesi) F.X.Xoyski 119B ünvanı adı altında Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış ******* saylı, xx.xx.2011-ci il tarixli al ğı-satqı müqaviləsinin etibarsız sayılması, həmin əmlak üzərində Cavabdeh2 mülkiyyət hüququna xitam verilməsi və dövlət reyestrindəki ********* saylı xx.xx.2011-ci il tarixli qeydiyyatın çıxarılması, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (“Ekspress” kafesinin) F.X.Xoyski 119B ünvanı adı altında Cavabdeh1 mülkiyyət hüququna xitam verilməsi və Dövlət reyestrindəki ********* saylı, xx.xx.2011-ci il tarixli qeydiyyatın çıxarılması, Cavabdeh2 dövlət reyestrindəki ********** saylı, xx.xx.2011-ci il tarixli qeydiyyatın çıxarılması və həmin qeydiyyatla əlaqədar hüquq verən bütün sənədlərin ləğv olunması, o cümlədən, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (“Ekspress” kafesinin) F.X.Xoyski 119B ünvanı adı altında əldə etmiş bütün hüquqlarına xitam verilməsi, “Ekspress” kafesi və Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti ilə A.Neymətulla küçəsinin kəsişməsində yerləşən “Samir” restoranı üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələr və müdaxilələrin Cavabdeh1 və Cavabdeh2 qadağan olunması, “Ekspress” kafesindən Cavabdeh2 çıxarılması, cavabdehlər tərəfindən ona dəymiş mənəvi ziyanın həcminin 50000 manat müəyyən edilməsi və ödənilməsi” tələbinə dair mülki iş üzrə icraatın 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmış tələblər üzrə yekun qərar qəbul edilənə qədər dayandırılması qərara alınmışdır.

25. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadına əsasən, İddiaçı1 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə, Dövlət Torpaq və Xəritəç əkmə Komitəsinə, Bakı şəhəri 3 saylı Notariat Kontoruna və X12 qarşı “Bakı şəhəri, F.X.Xoyski prospekti 119B (Ağa Neymətulla 45) ünvanında yerləşən qeyri yaşayış sahəsinə dair 18 mart 2011-ci ildə bağlanmış AN-İ ******* saylı alğı-satqı müqaviləsinin, həmin alğı-satqı müqaviləsi əsasında X11 adına xx.xx.2011-ci ildə verilmiş ******* saylı, MA seriyalı şəhadətnamənin ləğv edilməsi, onun xx.xx.2013-cü il tarixdə verilmiş seriya RX ******* saylı qeyri yaşayış sahəsinə və torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət şəhadətnaməsində paylı mülkiyyətinin ləğv edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüquqlarını bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş icraatı dayandırılan mülki işlə bir icraatda birləşdirilmişdir

26. Ayrı icraata ayrılaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş tələblər, İddiaçı1 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayınması səbəbilə həmin məhkəmənin 03 mart 2015-ci il tarixli qərarı əsasında geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

27. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə mülki işin icraatı təzələnmiş, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə işin icraatına xitam verilməsi qərara alınmışdır.

28. Həmin qərardaddan İddiaçı1 verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin 02 mart 2017-ci il tarixli qərardadı ilə təmin olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

29. İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh 3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 11 may 2005-ci il tarixdə Bakı şəhəri 44 saylı Dövlət notariat kontorunda bağlanmış 7E1866 nömrəli notariat işi üzrə adından saxta yolla verilmiş etibarnamənin, bunun əsasında 26 oktyabr 2005-ci il tarixdə Bakı şəhəri 41 saylı Dövlət notariat kontorunda bağlanmış 4Ə/749 saylı notariat işi üzrə 26 oktyabr 2005-ci il tarixli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin, həmin 7E-1866 nömrəli notariat işi üzrə verilmiş saxta etibarnamə əsasında 18 mart 2011-ci il tarixdə Bakı şəhəri 3 saylı Dövlət notariat kontorunda bağlanmış 4Ə-01/101 nömrəli notariat işi üzrə 18 mart 2011-ci il tarixli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, qanuni mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti 119 B ünvanında yerləşən daşınmaz əmlakın, qeyri-yaşayış sahəsinin tam şəkildə mülkiyyətinə verilməsi, mülkiyyətinin əldən çıxması nəticəsində vurulmuş maddi və mənəvi zərərin hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

30. İddiaçıların nümayəndələri daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim etmiş, 11 may 2005-ci il tarixli 7E-1866 nömrəli saxtalaşdırılmış, legitim olmayan etibarnamə əsasında, həmçinin 2 iyun 2004-cü il tarixli saxta etibarnamə əsasında, 13 oktyabr 2005-ci il tarixli saxta etibarnamə əsasında Bakı şəhəri 41 saylı Dövlət notariat kontorunda 4Ə/749 nömrə ilə İddiaçı1 qanuni mülkiyyətində olan qeyri-yaşayış sahəsi (əvvəlki ünvanı BYYY, əvvəlki adı “Ekspress” kafesi, hazırda həmin ünvanda yerləşən qeyri -yaşayış sahəsi) ilə bağlı bağlanmış ******* nömrəli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, həmçinin bundan sonra saxta yolla özgəninkiləşdiriməklə, Bakı şəhəri 3 saylı Dövlət Notariat Kontorunda ******* nömrə ilə bağlanmış, 18 mart 2011-ci il tarixli, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyətində olan daşınmaz əmlakın İddiaçı1 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

31. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti 119 B ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı1 mülkiyyətində olmuş, bununla bağlı xx.xx.2013-cü il tarixdə ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Ancaq cavabdehlər tərəfindən bir sıra etibarnamələrin sa xtalaşdırılması yolu ilə qeyriyaşayış sahəsinin bir hissəsi başqa şəxslərə satılmış və əmlak birgə mülkiyyətə çevrilmiş, bir müddət sonra isə cavabdehlər digər sənədləri də saxtalaşdıraraq əmlakın onda qalan hissəsini də mənimsəmişlər. Bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 178.4-cü, 308.2-ci və 313-cü maddələri ilə cinayət işi başlanılmışdır və hazırda cinayət işinin icraatı Bakı şəhəri Nərimanov rayon prokurorluğunda davam etdirilir. Cinayət işinin icraatı zamanı cavabdehlərin, müxtəlif etibarnamələri saxtalaşdıraraq əmlakı etibarsız əqdlər əsasında ələ keçirdikləri müəyyən olunmuşdur.

32. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndələri (vəkilləri) məhkəməyə vəsatət (ərizə) təqdim edərək bildirmişdir ki, mübahisəsi gedən əmlakla bağlı tərəflər arasında əvvəllər çoxsaylı məhkəmə çəkişmələri olmuşdur və qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur, buna görə də işin icraatına xitam verilməldir.

33. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndələri (vəkilləri) daha sonra ərizə də verərək qeyd etmişdir ki, iddiaçılar hazırda mübahisələndirdikləri müqavilə barədə 2006-cı ildən davam edən məhkəmə proseslərindən məlumatlı olmuş, belə olan halda iddia müddətini ötürmüşlər buna görə də iddia tələbləri rədd olunmalıdır.

34. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(005)1563/2022 saylı qərardadı ilə (hakim A.Novruzova) mülki iş üzrə icraata xitam verilmişdir.

35. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş müxtəlif illərdə baxılmış yekun məhkəmə aktlarından görünür ki, İddiaçı1 tərəfindən 18 mart 2011-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi mübahisələndirilmiş və hazırkı iddia tələbində göstərilmiş əsaslarla iddialara baxılmışdır.

36. Göründüyü kimi, İddiaçı1 və İddiaçı2 hazırki tələblə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı artıq müqavilənin ləğv edilməsi, bağlanmış əqdlər etibarsız hesab edilməklə, qanuni mülkiyyətdə olan daşınmaz əmlakın qaytarılması tələbinə dair iddia qaldırmış bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı bundan sonra qeyd edilən tələb ilə cavabdehə qarşı iddia irəli sürə bilməz.

37. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

38. Həmin qərardaddan iddiaçıların nümayəndələri (vəki lləri) şikayət verərək, qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, əvvəlki məhkəmə çəkişmələrində İddiaçı2 tərəf olmamış, İddiaçı1 iddia tələbləri üzrə çıxarılan məhkəmə aktlarında isə ona, etibarnamələrin legitimliyi ilə bağlı iddia qaldırmaq hüququnun olduğu izah edilmiş, iddiaçılar da məhz bu hüquqdan istifadə edərək hazırkı iddia tələblərini irəli sürmüşlər. Lakin birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, tərəfləri və predmeti eyni olmayan əvvəlki məhkəmə mübahisəsinə əsaslanmaqla işin icraatına xitam vermiş, iddiaçıların məhkəmə müdafiəsi hüquqlarını məhdudlaşdırmışdır.

39. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instan siyası məhkəməsi) 2(103)-6420/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

40. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasına görə, qanuni qüvvəyə minmiş məhkəmə aktları (§ 13, 15-24) ilə müəyyən olunmuşdur ki, ünvan 10 ünvanda yerləşən “Ekspress” kafesi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş Dövlət Əmlakının Hüquqi və X10 haqqında 01 oktyabr 1997-ci il tarıxlı Şəhadətnaməyə əsasən mülkiyyət hüququ əsasında İddiaçı1 və X2 məxsus olmuş, Rusiya Federasiyası, İrkutsk vilayəti, Ust-İlimsk şəhərində yaşayan İddiaçı1 Şükur qızı Bakı şəhərində yaşayan qa rdaşı X2 Bakı şəhərı, A.Nemətulla küçəsi 45- də yerləşən “Ekspress” kafesi və “Samir” restoranı uzərındə sərəncam hüququ verən 02 iyun 2004-cü il tarixli etibarnamə vermiş, həmin tarixdə eyni zamanda İddiaçı1 əri X8 etıbarnamədə göstərilən əmlakların satılması barədə razılıq imzalamış, həm etibarnamə, həm də razılıq Rusiya Federasiyası İrkutsk vilayətinin Ust-İlimsk şəhərinin notariusu S.İ.Frolova tərəfindən təsdiq olunmuş, 11 may 2005-ci il tarixdə İddiaçı1 qardaşı X5 Bakı şəhərində yaşayan Cavabdeh3 üç il müddətinə ona məxsus olan əmlak üzərində sərəncam hüququ verən etibarnamə vermiş, Cavabdeh3 Bəhram Məhərrəmovun verdiyi 11 may 2005-ci il tarixlı etıbarnamə və eləcə də İddiaçı1 tərəfindən Cavabdeh3 adına verılmış ona məxsus olan “Samir” restoranı və “Ekspress” kafesi üzərində sərəncam huququ verən və 13 oktyabr 2005-ci il tarixdə Rusiya Federasiyası Perm vilayətinin Perm şəhərınin notariusu tərəfindən təsdiq edilmiş etibarnamə əsasında “Ekspress” kafesinin 26 oktyabr 2005-ci il tarixdə Bakı şəhərinin 41 saylı notariat kontorunda təsdiq olunmuş alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 460 000 000 manata satmış, alğı-satqı müqaviləsinə əsasən İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti “Ekspress” kafesinə mülkiyyət hüququnu bildirən 18 noyabr 2005-ci il tarixli şəhadətnamə vermiş, 05 mart 2006-cı il tarixdə X6 vəfat etmiş, 2006-cı ilın sentyabr ayında İddiaçı1 Cavabdeh3, Cavabdeh1 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ekspress” kafesinin 80 faizinin ona, qardaşı Bəhram Məhərrəmova məxsus olmaql a onların mülkiyyətində olmasını, qardaşı İddiaçı2 iş üzrə Cavabdeh3 borcunun olması ilə əlaqədar borcun təminatı kimi kafenin sənədlərini və eləcə də əmlaklı üzərində sərəncam hüququ verən Bəhram Məhərrəmov tərəfindən imzalanmış etibarnaməni təqdim etməsini, İddiaçı2la Cavabdeh3 arasında olan razılaşmaya əsasən İddiaçı2 borcunu qaytardıqdan sonra Cavabdeh3 kafeyə aid olan sənədləri qardaşına qaytarmalı olmasına baxmayaraq Cavabdeh3 borcun təminatı məqsədi ilə ona müvəqqəti etibar edilmiş əmlakı Cavabdeh1 satmasını və bununla da onun mülkiyyətindən məhrum olunmasını əsas göstərməklə 26 oktyabr 2005-ci il tarixli alğı-satqı müqaviləsinin və Cavabdeh1 adına verilmiş 18 noyabr 2005-ci il tarixli şəhadətnamənin ləğv edilməsinə və "Ekspress" kafesinə onların mülkiyyət hüquqlarının bərpa edilməs inə dair qətnamə qəbul edilməsini xahiş etmiş, mübahisəli kafeni alğı-satqı müqaviləsi əsasında əldə etmiş Cavabdeh1 İddiaçı2, X4 qarşı cavabdehlərin kafedən çıxarılmaları barədə qarşılıqlı tələb irəli sürmüş, İddiaçı1 iddiasına və Cavabdeh1 qarşılıqlı iddiasına mahiyyəti üzrə məhkəmədə baxılana qədər Cavabdeh1 Bakı şəhəri 41 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla “Ekspress” kafesinin mülkiyyətçiləri İddiaçı1 və Bəhram Məhərrəmovun etibarnamə üzrə nümayəndəsi arasında kafenin alğı-satqısına dair 26 oktyabr 2005-ci il tarixli müqavilənin bağlanması zamanı notariat kontoruna İddiaçı1 Rusiya Federasiyası, Urkutsk vilayəti, Ust-İlimsk şəhərinin notariusu tərəfındən təsdiq olunmaqla Bəhram Məhərrəmova verilmiş 02 iyun 2004-cü i l tarixli etibarnamənin təqdim edilməsinə baxmayaraq, alğı-satqı müqaviləsində həmin etibarnamənin qeyd edilməməsini əsas göstərməklə alğı-satqı müqaviləsində həmin etibarnamənin əks etdirilməsinin 41 saylı Dövlət Notariat Kontorunun notariusuna həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, işə məhkəmə instansiyalarında baxılan ərəfədə mübahisəli “Ekspress” kafesi Cavabdeh1 tərəfindən 18 mart 2011-ci il tarixdə notariatda təsdiq olunmuş alğısatqı müqaviləsinə əsasən Cavabdeh2 satılmış və onun həmin əmlak üzərində mülkiyyət hüququ 25 avqust 2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır

41. Məhkəmələr hesab etmişlər ki, Cavabdeh1 mübahisəli əmlakı notariatda təsdiq olunmuş müqavilə əsasında dəyərini ödəməklə əldə etmiş və bu zaman təmsilçi Cavabdeh3 mülkiyyətçi İddiaçı1 ai d hissədə əmlakı özgəninkiləşdirməyə hüququnun olmamasını bilməmiş, eləcə də Cavabdeh1 əldə etdiyi əmlaka münasibətdə vicdansız sahib olması İddiaçı1 tərəfindən sübuta yetirilməmişdir. Məhkəmələr İddiaçı1 iddia tələblərinin rədd olunmasını həm də belə əsaslandırmışlar ki, mübahisəli əmlak Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmaqla həmin əmlak mülkiyyət hüququ əsasında hazırda sonuncuya məxsusdur.

42. İddiaçı1 əvvəlki iddiaları (o cümlədən ona qarşı irəli sürülmüş iddia tələbləri) hazırkı iddianın əsaslarını təşkil edən eyni əsaslar və eyni predmet üzrə, eyni tərəflərə qarşı irəli sürülmüş, həmin işlərə baxılarkən hazırkı iddiada mübahisələndirilən alğı-satqı müqaviləsinə və onun nəticələrinə faktiki olaraq hüquqi qiymət verilmiş, İddiaçı2 da həmin işlərin birində tərəf (cavabdeh) olmuş, onu n mübahisələndirilən əmlaka hüquqlarına dair məsələyə də aydınlıq gətirilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, İddiaçı2 hazırkı iddia tələbi üzrə iddiaçı kimi göstərilsə də, ona münasibətdə (ona aid hissədə) konkret tələb irəli sürülməmişdir.

43. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı1 (İddiaçı2) hazırkı iddia tələbləri ilə eyni predmetli və eyni əsaslı iddia tələbləri üzrə qanuni qüvvədə olan məhkəmə qərarları olduğundan, hazırkı tələblərə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyy ənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz

44. Məhkəmə kollegiyası mövqeyini MPM-in 217.2, 261.0.2, 233.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

45. İddiaçı1 və İddiaçı2 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işi yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti apelly asiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla, qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli, 2(102)5285/15 nömrəli qərarında göstərilən tərəflər Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1563/2022 nömrəli qərardadında göstərilən tərəflərlə eyni olmamaqla bərabər, iddianın predmeti və əsasları da ayrıdır.

47. Kassatorlar şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 57, 63-cü, Mülki Məcəllənin 337, 339-cu, Mülki Prosessual Məcəllənin 261-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

49. Maddə 60, 1-ci hissə. Hər kəsin hüquq və azadlı qlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

51. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir

52. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslə r, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

53. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

54. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsin dinləyib hesab edir ki, aşağıdakılar a əsasən İddiaçı1 kassasiya şikayəti təmin edilməməli, İddiaçı2 kassasiya şikayəti qismən təmin edilməklə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qərardadı, İddiaçı2 cavabdehlərə qarşı xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair işə xitam verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş yenidən baxılması üçün göndərilməli, qərardad İddiaçı1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

58. Belə ki, baxılan şikayət üzrə yaranmış fikir ayrılığı Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinin tətbiqi ilə bağlıdır. Həmin normada eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iş üzrə icraata xitam verilməsi nəzərdə tutulur.

59. Qeyd edilməlidir ki, i ş üzrə icraata xitam verilməsi şəxsin Konstitusiya ilə təminat verilmiş məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə, verilmiş iddia üzrə icraata MPM-nin 261.0.2-ci maddəsi əsasında xitam verilməsi zamanı bunun üçün müəyyən edilmiş qanuni əsasların olub-olmaması dəqiq araşdırılmalı, işin halları bu əsaslara tam uyğun olmadığı halda iddia üzrə icraat davam etdirilməlidir.

60. MPM-nin 261.0.2-ci maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, hazırki iddia tələbi ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd olunan qərarları ilə yekunlaşan işlərdə tərəflər, iddianın predmeti, habelə iddianın əsasları eyni olsun.

61. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur.

62. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.

63. İşdən göründüyü kimi baxılan iddianın İddiaçı1 münasibətdə subyektləri (tərəfləri), irəli sürülmüş iddianın predmeti və əsasları, əvvəl baxılmış iddia tələblərində mövcud olmuş işin tərəfləri, predmeti və əsasları ilə eynilik təşkil edir. İddiaçı1 iddiasının əsaslarını və tələbini bir qədər fərqli təqdim və izah etməsinə baxmayaraq, iddianın bütün e lementləri mahiyyəti etibarilə əvvəlki iddialarla eynidir.

64. Buna görə də məhkəmə kollegiyası İddiaçı1 münasibətdə mülki iş üzrə icraata xitam verilməsi ilə razılaşır.

65. Lakin digər İddiaçı2 münasibətdə, xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair hissədə Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsi ilə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Çünki əvvəl baxılmış mülki işlərdə İddiaçı2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Bakı şəhəri 3 saylı Dövlət Notariat Kontorunda ******* nömrə ilə bağlanmış, 18 mart 2011-ci il tarixli, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbi olmamışdır.

66. İddiaçı2 İddiaçı2 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «xx.xx.2005-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqa viləsinin etibarsız hesab edilməsi» hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə İddiaçı2 əvvəl baxılmış işdə tərəf olmuş, onun həmin qeyri-yaşayış sahəsində çıxarılması tələbi təmin edilmişdir.

67. Apellyasiya instansiyası məhkəməsinin “İddiaçı2 da həmin işlərin birində tərəf (cavabdeh) olmuş, onun mübahisələndirilən əmlaka hüquqlarına dair məsələyə də aydınlıq gətirilmişdir” əsaslandırılması iş üzrə icraata xitam verilməsi üçün kifayətedici əsas deyildir. Əvvəla, məhkəmənin özü də qeyd edir ki, İddiaçı2 işlərin birində tərəf olmuşdur. Bundan başqa, onun mübahisələndirilən əmlaka hüquqlarına dair məsələyə hansı aydınlıq gətirilməsi qeyd olunmamışdır.

68. Məhkəmənin “İddiaçı2 hazırkı iddia tələbi üzrə iddiaçı kimi göstərilsə də, ona münasibətdə (ona aid hissədə) konkre t tələb irəli sürülməmişdir” dəlili də işin hallarına uyğun deyildir. Çünki iddiaçılar birgə iddiaçılardır və həmin tələbi birgə irəli sürüblər. Əgər ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi və 18 mart 2011-ci il tarixli, daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, barədə iddianı irəli sürməyə iddiaçının subyektiv hüququnun olmaması nəzərdə tutulursa, bu hal iddia üzrə icraata xitam verilməsi üçün əsas deyil, iddianın rədd olunması üçün əsassdır.

69. İşə baxmış apelyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış, İddiaçı2 münasibətdə iş üzrə icraata xitam verilməsi barədə səhv nəticəyə gəlmişdir.

70. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədq iqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Xüsusilə İddiaçı2 iddia üzrə subyektiv hüquqlarının olması araşdırılmalıdır.

71. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. İddiaçı2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6420/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərardadı, İddiaçı2 cavabdehlərə qarşı xx.xx.2011-ci il tarixli müqavilənin etibarsız sayılması tələbinə dair işə xitam verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş yenidən baxılması üçün gön dərilsin. Qərardad İddiaçı1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar