Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-605/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-605/2019 Bakı şəhəri 04 fevral 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh və vəkili Vəkiliştirakları ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-cı il tarixli, 2(103)8184/2018 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkə məsinin (hakim T.Xəlilova) 27.04.2018-ci il tarixli, 2(004)-2798/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh Bakı şəhəri, **************************** nömrəli evdən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Sarıyev, M.Məmmədov, Ə.Qasımov) 05.09.2018-cı il tarixli qətnaməsi ilə Cavabdeh nın apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.04.2018-ci il tarixli, 2(004)-2798/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İddiaçı və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-cı il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 15.02.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh nın Bakı şəhəri, **************** nömrəli evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi qətnamədə göstərmişdir ki, 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin mənasina görə cavabdeh iddiaçının ailə üzvü hesab olunur və evin faktiki sahibi olmuş i ddiaçı ilə eyni hüquq və vəzifələrə malikdirlər. Lakin qeyd edilən maddədə dövlət və ictimai mənzil fondun daxil olan mənzillər üzrə icarədarın ailə üzvlərindən bəhs olunur, hazırki mübahisə predmeti olan ev isə özbaşına inşa edilmişdir. Odur ki, göstərilən maddənin mübahisənin həllinə aidiyyəti yoxdur. Qeyd etdikləri xüsusatlara əsasən apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi Mənzil Məcəlləsinin 54-cü maddəsinin də mübahisənin həllinə aidiyyəti yoxdur. Həmçinin məhkəmə qeyd etmişdir ki, mübahisəli evi tərəflər birgə yaşadıqları dövrdə inşa etmişlər. Lakin həmin evi iddiaçı inşa etmişdir. Qeyd edilən ev özbaşına tikinti obyekti olsa da, həmin tikintinin iddiaçının mülkiyyəti olması gözləntisi vardır. Bu baxımdan iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Hesab edirl ər ki, hazırki mübahisəyə analogiya üzrə 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsi deyil, Mülki Məcəllənin 152.5-ci maddəsi tətbiq edilməli idi. Birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmaqla qərar qəbul edilsə də, apelyasiya instansiyası məhkəməsi heç bir əsas olmadan və sübut təqdim edilmədən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, iddiaçının mənzil toxunulmazlığı hüququnu pozmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-cı il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasi ya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil kassasiya şikayətinin dəlilləri və iddiaçı tərəfin izahatları ilə razılaşmayaraq, məhkəmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi05.09.2018-cı il tarixli qətnaməsi ilə Cavabdeh nın apellyasiya şikayətinin təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.04.2018-ci il tarixli, 2(004)-2798/2018 nömrəli q ətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ilə cavabdeh X1 2000-ci ildə tanış olmaqla, nikah qeyd etdirmədən ailə kimi birgə yaşamışlar. Onların 11 yanvar 2002-ci ildə X3, 28 iyul 2005-ci ildə X2 adlı iki uşaqları olmuşdur. Məhkəmə qətnaməsi əsasında uşaqların saxlanılmaları üçün iddiaçıdan alimentin tutulması qət olunmuşdur. Birgə yaşadıqları dövrdə, yəni 2005-ci ildə onlar hazırkı mübahisəli Bakı şəhəri, **************** saylı evi tikmişlər. İddiaçı həmin özbaşın a tikilidə qeydiyyatda olmaqla, cavabdeh iki uşağı ilə məcburi köçkün kimi orada yaşamış, birgə təsərrüfat idarə etmişlər. 2018-ci ilin iyun ayının əvvəllərində iddiaçının evin kilidini dəyişməsi nəticəsində cavabdeh orada yaşamır. Həmçinin apelyasiya insitansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli ev özbaşına tikili olsa da, cavabdeh həmin özbaşına tikilidə 2005-ci ildən iddiaçının ailə üzvü kimi birlikdə yaşamış, iddiaçı tərəfindən cavabdehin həmin evdən çıxarılması tələbinin irəli sürülməsi ədalətsizlikdir. Apelyasiya insitansiyası məhkəməsi qeyd etdiyi xüsusatlara istinad etməklə qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11 və 27-ci, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respubli kası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.04.2018-ci il tarixli, 2(004)-2798/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi qənaətinə gələrkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını d üzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tarixli qərarı; “X6rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhk əməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05.09.2018-cı il tarixli, 2(103)-8184/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-605/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-605/2019
04.02.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver