Məhkəmə qərarları › İş №2(102)-6050/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6050/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6050/2022 26.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı ilk, Cavabdeh1 İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı qarşılıqlı tələblərinə iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı, əqdin mübahisələndirilməsi, aldatma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əşyanın qaytarılması barədə ilk, Cavabdeh1 İddiaçı, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən çıxarılmasına qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3147/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh1 (bundan sonra – cavabdeh) arasında Sumqayıt şəhəri 4 saylı notariat ofisində tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Qax rayonu Güllük kəndində yerləşən 0,25 ha torpaq sahəsinin 10000 manat və həmin sahədə yerləşən ümumi sahəsi 178,9 kv metr olan fərdi yaşayış evinin (bundan sonra – mübahisəli əmlak) 20000 manat qarşılığında alqı-satqısına dair xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi b ağlanmışdır. İddiaçının adından müqaviləni etibarnamə üzrə nümayəndəsi - arvadı X1 (bundan sonra – iddiaçının arvadı) imzalamışdır.

2. Cavabdehlə iddiaçının oğlu X2 (bundan sonra – iddiaçının oğlu) arasında xx.xx.2018-ci il tarixdə 15000 ABŞ dolları məbləğində, iddiaçının arvadı arasında isə xx.xx.2018-ci il tarixdə 2000 ABŞ dolları məbləğində borc verilməsi barədə kredit müqavilələri bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında xx.xx.2019-cu il tarixdə bağlanmış, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv olunması, mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin qanuni mülkiyyətçi kimi ona qaytarılması b arədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçının oğlu Fəqan arasında restoran biznesinin yaradılması məqsədi ilə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh müqavilədə göstərilməsə də, oğluna restoran biznesinin şərikli aparılması üçün 25800 manat (kursla 15000 ABŞ dolları) borc vermiş, həmin tarixdən 6-7 ay ərzində onlar restoranı birlikdə işlədərək gəlir götürmüşlər. Sonradan qazanılan məbləğlə razılaşmayan cavabdeh oğlundan borcun 15000 manatdan artıq hissəsini qaytarmasına rəğmən, birgə restoran işlədilməsi məqsədilə verdiyi borcun faizlərlə qaytarılmasını tələb etmiş, bununla da, cavabdeh aralarında olan işgüzar razılaşmaya əməl etməmiş, oğlunu çətin vəziyyətdə qoymuşdur. Mübahisəni həll etmək üçün belə razılığa gəlmişlər ki, cavabdeh iddiaçının ailəsinə onların İsmayıl adlı şəxsə olan borclarının ödənilməsi üçün 15000 manat pul verməyi və oğlu ilə arasındakı xx.xx.2018-ci il tarixli kredit müqaviləsini ləğv etməklə borcu silməyi öhdəsinə götürür, bunun qarşılığında oğlunun ailəsinə məxsus mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin alqı-satqı müqaviləsi təminat olaraq bağlanır. Bu məqsədlə, ilk öncə iddiaçının arvadı ilə cavabdeh arasında 3400 manat məbləğində kredit müqaviləsi, daha sonra isə iddiaçı ilə cavabdeh arasında mübahisəli əmlakın alqı-satqısına dair xx.xx.2019cu il tarixli müqavilə bağlanmışdır. İddiaçı aralarındakı razılaşmaya əməl edərək, banka qoyulmuş pulu götürərək, cavabdehə qaytarmış, cavabdeh isə iddiaçını və ailəsini aldadaraq verdiyi sözə əməl etməmişdir. Belə ki, cavabdeh oğlu ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsini ləğv etməmiş, İsmayıl adlı şəxsə olan borcun bağlanması üçün vəd etdiyi 15000 manatı verməmiş, bununla da aldatma yolu ilə onlara məxsus mübahisəli əmlakı əvəzsiz şəkildə ələ keçirmişdir. Bu hallar məhkəməyə təqdim olunmuş cavabdehin səs yazılarında özü tərəfindən də etiraf olunmuşdur. Digər tərəfdən, cavabdehlə arasında mübahisəli əmlakın alqı-satqısına dair müqavilə bağlanarkən notarius tərəfindən həmin vaxt fərdi yaşayış evində qeydiyyatda olan iddiaçının bacısı Cavabdeh2 və onun oğlu Cavabdeh3 evin satılmasına dair yazılı razılıqları alınmamışdır.

5. Cavabdeh öz növbəsində qarşılıqlı iddia verərək, iddiaçının, Cavabdeh2 və Cavabdeh3 şəxsi əşyaları ilə birlikdə alqı-satqı müqaviləsin ə əsasən ona məxsus mübahisəli fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, iddiaçının oğlu ilə aralarında heç vaxt şərikli biznes münasibətləri olmamışdır. İddiaçı ilə mübahisəli evin və həyətyanı torpaq sahəsinin alıq-satqısına dair aralarında razılaşma olmuş və bu barədə müqavilə notariat kontorunda təsdiqlənmişdir. İddiaçının oğlu xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə ondan aldığı 15000 ABŞ dollarını (kursla-25800 manat) bu günədək qaytarmamışdır. Bundan sonra iddiaçı və arvadı borcluların pullarını tələb etdiyini bildirərək, ondan 2000 ABŞ dolları borc verməsini xahiş etmişlər, o da xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən həmin pulu kursla 3400 manat olaraq borc vermişdir. Həmin borc da hal-hazıradək qaytarılmamışdır. Bir neçə ay sonra 2019-cu ilin yayında iddiaçı və arvadı yenidən ona müraciət edərək, faizə pul götürüb qaytara bilmədiklərini, borcluların onları hədələdiyini, buna görə də, 30000 manat borc lazım olduğunu bildirmişlər. Həmin vaxtadək ondan aldıqları pulları qaytarmadıqlarından borc verməkdən imtina etmiş, bundan sonra iddiaçı Qax rayonun Güllük kəndindəki evlərini satışa qoyduqlarını bildirərək, həmin evi ona təklif etmişlər. Ev səfalı yerdə yerləşdiyindən təklifi qəbul edərək, evin 30000 manata alqısatqısı barədə iddiaçının etibarnamə üzrə numayəndəsi kimi arvadı ilə müqavilə bağlamışdır.

7. Cəlilabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(073)-1580/2020 nömrəli, 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Elxan Əmirəliyev) ilk iddia rədd, qarşılıqlı iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilə bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568, 646 və 647-ci maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsinə və cavabdehə izah olunmuşdur. Göründüyü kimi, sözügedən əmlakın satılması və alınması alqı-satqı müqaviləsində açıq-aydın ifadə olunmuşdur. İddiaçı isə bu halın əksini təsdiq edə biləcək sübutları təqdim etməmişdir.

9. İş materiallarına görə iddiaçı mülkiyyətində olan fə rdi yaşayış evini satmaq qərarına gəlmiş və müqavilə azadlığı prinsipinə əsaslanaraq həmin evə və torpaq sahəsinə dair cavabdehlə alqı-satqı müqaviləsi bağlamışdır. Tərəflərin hüquq və vəzifələri müqavilədə əks olunmuş, həm satıcı, həm də alıcı bu şərtlər, hüquq və vəzifələr ilə razılaşaraq müqaviləni imzalamış, müqavilə notariatda təsdiqlənmişdir. Müqavilə bağlanan zaman qanun pozuntusuna yol verməmişdir.

10. İddiaçının iddia ərizəsində göstərdiyi digər xüsusatlar, yəni oğlu ilə xx.xx.2018-ci il tarixli, arvadı ilə 3400 manat məbləğində kredit müqavilələrinin bağlanması, İsmayıl adlı şəxsə 15000 manat borcunu verəcəyi və nəticə etibarı ilə Mülki Məcəllənin 339.2-ci maddəsi ilə nəzərdə tutulmuş şəxsin əqd bağlanması məqsədilə aldadıldığına dair iddiaları isə iş materialları və cavabdehin i zahatları ilə öz təsdiqini tapmamışdır.

11. Məhkəmə daha sonra hesab etmişdir ki, mübahisənin predmeti olan yaşayış evi qarşılıqlı iddiaçının mülkiyyətindədir, cavabdehlərin həmin evdə qalmaları, əmlaklarını orada saxlamaları iddiaçının mülkiyyət hüququnu pozur, mülkiyyətində olan əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək imkanlarından məhrum edir.

12. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 26, 29 və 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 152.1, 157.2, 324, 329.1, 334.2, 390.1, 394 və 567-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsin i, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Şikayət belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçının oğlunun və arvadının ona olan 29200 manat borcunu tələb etmədən iddiaçıya mübahisəli əmlakın əvəzində 30000 manat verməsinin inandırıcı olmasını, hansı səbəbdən bu günədək oğluna və arvadına verdiyi borcları tələb etməməsini, heç bir turistik potensialı olmayan, strateji bölgədə yerləşməyən evi almaq qərarına gəldiyini araşdırmamış, həmçinin, cavabdehi əsl cavabdehlə əvəz etmədiyi üçün məhkəmə aidiyyətini pozmuşdur. Belə ki, hazırkı iddia üzrə əsl cavabdeh Sumqayıt şəhər 4 saylı notariat ofisi olduğu üçün iddiaya notariat ofisinin qeydiyyatda olduğu yer üzrə baxılmalı idi. Eyni zamanda, məhk əmə iş materiallarına əlavə edilmiş elektron daşıyıcılardakı iddiaçı, onun ailə üzvləri və cavabdeh arasındakı səs yazılarına ümumiyyətlə münasibət bildirməmişdir.

15. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, qarşılıqlı iddia ərizəsi ilə eyni dəlillərdən çıxış etmişdir.

16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-3147/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və İ.Əhmədov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, ilk iddia təmin, qarşılıqlı iddia rədd olunmuşdur.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişd ir ki, məhkəmə iddiaçının arqumentləri ilə bağlı heç bir araşdırma aparmamış, yalnız müqavilənin mövcudluğuna və həmin müqavilə ilə bağlı maddi hüquq normalarına istinad edərək iddianı rədd etmişdir. Halbuki, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin mövcudluğu onun etibarsız hesab edilə bilməməsi kimi qiymətləndirilə bilməz. Ona görə də, məhkəmə mütləq şəkildə iddiaçının mübahisə edilən müqavilənin yaranma səbəbləri ilə bağlı arqumentlərini araşdırmalı, bunun üçün iddiaçı ilə cavabdeh arasında yaranmış hüquq münasibətlərinin ardıcıllığını izləməli və sübutları hüquqi cəhətdən qiymətləndirməli idi.

18. Bundan başqa, məhkəmə mübahisəli alq-satqı müqaviləsinin etibarsızlığı əsaslarının mövcud olmadığı qənaətinə gəlsə də, hansı dəlillər və hüquqi faktlar əsasında bu nəticəyə gəldiyini əsaslan dırmamış, tərəflər arasında alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqləndiyini, evdə qeydiyyatda olanların notarial qaydada evin satılmasına razılıqlarını bildirdiklərini və mənzildən çıxmaq öhdəliyini üzərlərinə götürdüklərini göstərməklə həmin müqavilənin etibarlı olduğu qənaətinə gəlmişdir. Halbuki, tərəflərin müqaviləni imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti olmamış, iddia tələbinin məhz həmin müqavilənin sırf görünüş üçün bağlandığı, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi səbəbindən etibarsız sayılması ilə bağlı olması nəzərə alınmamış, əqd iştirakçılarının iradə ifadələrinin həqiqi məzmununa hüquqi qiymət verilməmişdir. Nəzərə alınmamışdır ki, müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar ə sasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir.

19. Məhkəmə kollegiyası işin faktiki halları kimi müəyyən etmişdir ki, cavabdehlə iddiaçının arvadı və oğlu arasında həqiqətən də borc münasibətləri yaranmış, cavabdeh borcun qarantiyası kimi iddiaçıya məxsus evin alqı-satqı müqaviləsini əldə etmiş, lakin mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata aldırmadan, yalnız alqı-satqı müqaviləsi ilə əmlakı əldə etməklə kifayətlənməyərək iddiaçının oğlu ilə aralarında olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsi xitam etməmiş və həmin müqavilə üzrə pulu tələb etməklə iddiaçının mülkiyyətində olan torpaq sahəsi və evə dair alqı-satqı müqaviləsi bağlamaqla onu al datmışdır. İşin bu faktiki halı tərəflərin mübahisələndirmədiyi hal olmaqla həm iddiaçı həm də, cavabdeh tərəfindən verilmiş ilk və qarşılıqlı iddia ərizələri və məhkəmə iclaslarında verdikləri izahatları, həmçinin aralarında olan telefon (iş materiallarına əlavə edilmiş iddiaçının oğlu ilə cavabdeh arasında olan telefon danışıqları tərəflərin razılığı ilə tədqiq olunmuşdur) danışıqları ilə də təsdiq olunur.

20. Cavabdeh mübahisəli evin alqı-satqı müqaviləsinin yaranmasına səbəb kimi evə olan ehtiyacının təmin olunmasını, bunun müqabilində iddiaçıya notariat qaydada depozitə ödəməklə 30000 manat verdiyini və iddiaçının oğlu və arvadı ilə aralarında bağlanmış kredit müqaviləsi ilə bağlı olmadığını göstərsə də, apellyasiya məhkəməsi bu dəlili inandırıcı hesab etməmişdir, ona görə ki, cavab deh evə olan ehtiyacını ödəmək məqsədilə məlum evin alqı-satqısı ilə bağlı iddiaçı ilə razılaşmış olsaydı, ən azından iddiaçının oğlu və arvadının ona ümumilikdə 25800 manat və 2000 ABŞ dolları borcu olduğu halda yenidən 30000 manat pul ödəməzdi. Çünki satılması müəyyən olunan evin qiyməti həddində onların cavabdehə borcu olmuşdur. Belə olan halda, alqı-satqısı üzrə ödənilməli olan 30000 manat ən azından borc məbləği ilə əvəzləşdrilə bilərdi.

21. Məhkəmə onu da qeyd etmişdir ki, məhkəmə çəkişməsi zamanı tərəflər dəfələrlə barışığa dəvət edilmiş, bu zaman cavabdehin təklifi belə olmuşdur ki, ona 45000 manat qarşılığında evi geri qaytarmaqla mübahisəyə son qoyulsun. Bu halın özü və ümumi məhkəmə prosesi gedişində məhkəmə kollegiyasının yekdil daxili inamı və qərarıdır ki, iddiaçı ilə cavabde h arasında evin alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmamışdır. Tərəflərin xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə qarşılıqlı razılığa gəlməsi, iddiaçının oğlu və arvadı ilə cavabdeh arasında borcla bağlı yaranmış mübahisəni pərdələmək məqsədi daşımışdır.

22. Göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisəli evin alqı-satqı müqaviləsinin yalan əqd olması, iddiaçının (satıcı) mübahisəli müqavilənin bağlanmasından sonra iki ilə yaxın müddət ərzində əvəzsiz olaraq həmin evdə yaşaması, alıcının yalnız ona qarşı alqı-satqı müqaviləsinin etibarsızlığı tələbi irəli sürüldükdən sonra satıcının mübahisəli evdən çıxarılmasını tələb etməsi, həmçinin müqavilə bağlamalarına baxmayaraq, mənzilin satıcının mülkiyyətində qalması, cavabdehlə iddiaçının o ğlu və arvadı arasında borc müqaviləsinin bağlanması, mənzilin alqı-satqı müqaviləsinin görünüş məqsədilə olması, əslində məhz borc öhdəliyinin icrasının təminatı olaraq bağlanmasına dair ifadələrini nəzərə almadan, yalnız forma tələblərinə riayət olunduğuna əsaslanmaqla müqavilənin etibarlı olduğu qənaətinə gəlməklə qanunsuz və əsasız qətnamə qəbul etmişdir.

23. Məhkəmə kollegiyası mübahisənin hüquqi həlli ilə bağlı Mülki Məcəllənin 324, 337.1-337.3, 404.1.2, 404.2.2, 339.2, 340.1, 340.2, 390.1, 394 və 567-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytraılmasını xa hiş etmişdir.

25. Şikayət belə əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair bağlanmış alqı-satqı müqaviləsi tam qanuni əsaslarla bağlanmışdır. Alqı-satqı zamanı notarius tərəflərə müqavilənin hüquqi nəticələri barədə Mülki Məcəllənin 568, 646 və 647-ci maddələrinin məzmunu barədə izah vermişdir. Müqavilənin etibarosız sayılması üçün heç öir əsas müəyyən olunmamışdır. Belə olan halda, apellyasiya məhkəməsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə

324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsin ə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (1, 2 və 4-cü bəndlər).

28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərə fli əqd həmin şəxsə qarşı mübahisə edilirə

30. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

31. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

32. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu göz ləsin.

33. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

34. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

35. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

36. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bi r sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hə dlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kassasiya şikayətində irəli sürülmüş dəlillər ikl iddiaya etirazda və qarşılıqlı idd ia ərizəsində göstərilən dəlillərlə eyni məzmunludur, apellyasiya instansiyası məhkəməsi bu dəlillərə tam, hərtərərfli, obyektiv və qərəzsiz baxdıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır, təkrar qiymətləndirməyə zərurət görmür.

48. Məhkəmə kollegiyası həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

49. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3147/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar