Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6051/2022 15.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-yə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6415/2022 nömrəli iş üzrə 21 sentyabr 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasi ya şikayətinə 15 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-yə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliyi lazımi qaydada icra etmədiyi üçün, cavabdehdən iddiaçıların xeyrinə çatışmayan hər 1 kv.m üçün 3000 manat kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 4 fevral 2022-ci il tarixli, 2(005)-19 3/2022 nömrəli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. İddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(005)193/2022 nömrəli iş üzrə 4 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması ilə bağlı yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3183/2022 nömrəli iş üzrə 17 mart 2022-ci il tarixli qərardadı ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Rafael Eyvazov) apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və şikayətin geri qaytarılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınm ışdır.
5. İddiaçılar Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(103)3183/2022 nömrəli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyasına qaytarılmasını xahiş etmişlər.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)3097/2022 saylı qərarı ilə (hakimlər Aqil Abbasov (məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) kassasiya şikayəti icraata qəbul edilməmişdir.
7. Apellyasiya instansiya məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(103)-3183/2022 nömrəli qərardadı ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova və Rafael Eyvazov) apellyasiya instansiya məhkəməsinin 28 aprel 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
8. B akı Şəhər Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) ( 2(005)-193/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2(005)193/2022 saylı, 4 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçıların vəkili tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.
9. İddiaçıların birinci instansiya məhkəməsinin 2(005)-193/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə təqdim edərək, apelyasiya şikayəti vermək üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 2(005)-193/2022 nömrəli iş üzrə 13 iyun 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, birinci instansiya məhkəməsinin 2(005)-193/2022 sa ylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçıların vəkili tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmişdir.
11. Cavabdeh nümayəndəsi Nümayəndə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-193/2022 nömrəli qərardadından apellyasiya şikayətini məhkəməyə təqdim edərək, qərardadın ləğv edilməsini və iddiaçıların vəkili Vəkil ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin (hakim Mehriban Əfəndizadə) 2(005)-193/2022 saylı, 18 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
13. Apellyasiya instansiya məhkəməsinin (hakimlər – Aza d İmanov (sədrlik edən və məruzəçi), Qüdrət Əsgərov və Fuad Talışınski ) 2(103)-6415/2022 nömrəli, 1 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayətə baxılması qeyri-mümkün hesab edilmiş, cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Həmin qərardaddan Cavabdeh nümayəndəsi Nümayəndə kassasiya şikayəti vermişdir.
15. Apellyasiya instansiya məhkəməsinin (hakimlər – Azad İmanov (sədrlik edən və məruzəçi), Qüdrət Əsgərov və Fuad Talışınski) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6415/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qərardadından Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin nüma yəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 3-də göstərilən formada verilmədiyindən, bu hal Mülki Prosessual Məcəllənin 407.1-ci maddəsinin tələbinin pozulması kimi qiymətləndirilməlidir.
17. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini, Mülki Prosessual Məcəllənin 405.0.2, 407.1, 407.3, 407.4, 408.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini və xx.xx.2021-ci il tarixli qərardadından verilmiş şikayətin icraata qəbul edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi şikayəti geri qaytararkən heç bir konkret dəlilə istinad etməmiş, qərardadını əsaslandırmamışdır. Halbuki, həm şikayətin özündən, həm də elektron məhkəmə sistemindən görünür ki, şikayət elektron qaydada və MPM tələblərinə, o cümlədən 3 saylı əlavədə göstərilmiş formaya uyğun şəkildə verilmişdir. Cavabdeh vəsətət təqdim edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2(102)-6051/2022 saylı mülki iş üzrə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə cavabdeh tərəfindən verilmiş şikayətlərə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
20. Daha sonra cavabdehin vəkili-nümayəndəsi Nümayəndə vəsatət verərək, şikayətə məhkəmə iclasında bax ılmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyası vəsatətdə irəli sürülmüş dəlillərin hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli olması üçün əsasları müəyyən etməmiş və kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin aktlarından qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
24. Maddə 407.1. Kassasiya şikayəti bu Məcəllə ilə qəbul ed ilmiş qaydada verilməlidir.
25. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
26. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
27. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədlər i
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq ol unmuşdur. İş üzrə düzgün qərardadın qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qan unsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
32. Lakin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlər mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilən maddələrində öz əksini tapmışdır.
33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən qərardaddan verilmiş kassasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab verməmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsinin 1 sentyabr 2022-ci il tarixli qərardadından verilmiş kassasiya şikayətində Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən MPM-in 3 saylı Əlavəsində nəzərdə tutulmuş forma və qaydaya riayət edilməmişdir. MPM-nin 407.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur).
35. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir.
36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6415/2022 nömrəli iş üzrə 21 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.