Məhkəmə qərarları › İş №2(102)-6058/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6058/2021

02.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6058/2021 02.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və cavabdeh X3 qarşı, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ilk iddia-mənzildən çıxarılma, qarşılıqlı iddia-mənzilə istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimov a Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh1 və cavabdehin vəkili X1 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4360/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər küçəsi, ev 7, mənzil 1 27.08.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüquq üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Biri nci instansiya məhkəməsində icraat İddiaçı - cavabdehlər Cavabdeh1 və X3 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onun uşağı X2 ünvan 1 ünvanından çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1-i iddiaçının anası bağışlama müqaviləsi ilə iddiaçıya bağışlamışdır və hazırda iddiaçı həmin mənzilin mülkiyyətçisidir. Həmin mənzildə iddiaçının anası və iddiaçının bacısı və bacısı uşaqları ilə birlikdə yaşayır. ünvan 2 ünvanında iddiaçının anasının adına xüsusi mülkiyyət var idi. İddiaçının atası ilə anası ayrılmışdırlar. İddiaçının atası ünvan 3 ünvanında yaşayır. İddiaçı Ukrayna Respublikasında olarkən id diaçının anası Bakı şəhəri, Naxçıvani küçəsində yerləşən 5 saylı evin 103 nömrəli mənzilini satmışdır. İddiaçı və bacısı vərəsə olduqları üçün iddiaçının anası həmin evdən onlara düşən payı iddiaçıya və bacısına ayrı-ayrılıqda vermək qərarına gəlmişdir. Bu səbəbdən iddiaçının anası iddiaçının bacısına Bakı şəhəri, İnqilab küçəsində iddiaçının ünvanını tam bilmədiyi mənzil almış, ünvan 1-i isə iddiaçıya bağışlamışdır. İddiaçının bacısına çatası pay verildikdən sonra o, ünvan 1-dən çıxmaqdan imtina etmişdir. Cavabdeh hal-hazıradək həmin mənzildən çıxmamışdır. Cavabdeh1 qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, qeyd olunan mənzild ə Natəvan öz uşaqları ilə birlikdə 2007-ci ildən yaşayır. Həmin mənzilə köçməzdən qabaq o, anası və digər ailə üzvləri ünvan 2 ünvanında yaşamışlar. 2007-ci ildə həmin mənzili satıb sözügedən mənzili almışlar. Ev anasının adına rəsmiləşmişdir. Sonradan anası sözügedən mənzili onun qardaşı Rəşadın adına rəsmiləşdirmək istədiyini bildirdikdə Natəvan buna heç bir etiraz etməmişdir. Bundan başqa ünvan 2 ünvanında yerləşən mənzil satıldıqdan sonra həmin pul ilə yalnız sözügedən mənzil alınmışdır və Rəşadın iddia ərizəsində qeyd etdiyinin əksinə olaraq Natəvana heç bir mənzil alınmamışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İ.Rüstəmli, iş № 2(009)-319/2021) ilkin iddianın təmin edilməsi, Cavabdeh1, X4 və X2 ünvan 1 ünvanından çıxa rılmaları və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə ilkin iddia üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmək istəyi qanunidir. İlkin iddia üzrə iddiaçının xüsusi mülkiyyətində olan mənzilə dair hüququ cavabdeh tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Bundan başqa Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzilə dair 22.08.2020-ci il tarixdə bağışlanma müqaviləsi bağlanarkən yaşayış sahəsindən istifadə hüququndan imtina etməklə həmin yaşayış sahəs inə olan istifadə hüququnu itirmişdir. Odur ki, ilkin iddia üzrə iddiaçının cavabdehin ona məxsus mənzilin boşaldılmasını və həmin mənzilə köçürülməsini tələb etməkdə haqlıdır, buna görə də ilkin iddia tələbi əsaslı olduğundan təmin edilərək, ilkin iddia üzrə cavabdehlər mübahisəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq ilkin iddia üzrə iddiaçıya təhvil verilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Z.Şirinov, iş № 2(103)-4360/2021) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail rayon Məhkəməsi nin 19.02.2021-ci il tarixli 2(009)-319/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh1 ünvan 1 ünvanına istifadə hüququnun tanınması qət edilmişdir. Apelyasiya instansiya məhkəməsi ilk iddia tələbi üzrə belə nəticəyə gəlir ki, ilk iddia üzrə cavabdehlər ilk iddiaçıya məxsus yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olduqlarından, həmin mənzildən çıxarılmalarına dair ilk iddia onların yaşadıqları mənzildən qanunsuz məhrum etmə xarakteri daşıyır və təmin edilə bilməz. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə belə hesab edir ki, qarşılıqlı iddiaçı ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi anası tərəfindən satın alındığı vaxtdan köçüb orada yaşamaq la yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ əldə etdiyindən onun həmin mənzildən istifadə hüququ tanınmalı, qarşılıqlı iddia təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4360/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli 2(009)-319/2021 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul e dilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 (vəkil X5) kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4360/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsinə dəyişiklik edilməməsi və kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh1, vəkili X 5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Digər tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hall arı araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə kassasiya şikayəti ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verilmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunması xahiş edilmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddia üzrə iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyy ətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə ü zvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq n ormalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən digər sübutlarla qarşılıqlı olaraq qiymətləndirilmişdir. Hazırki kassasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, «…ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi anası tərəfindən satın alındığı andan başlayaraq, onun mülkiyyətində olduğu dövr ərzində ilk iddia üzrə Cavabdeh1 övladları ilə birgə həmin mənzildə yaşamaqla ondan istifadə hüququ əldə etmişdir. Mənzilə mülkiyyət hüququ ilk iddiaçıya keçənədək, o cümlədən bağışlama müqaviləsi bağlanarkən isə o, yaşayış sahəsindən imtina barəsində notariat qaydasında təsdiqlənmiş öhdəlik vermədiyindən mənzilin iddiaçının mülkiyyətinə keçməsi onun və övladlarının həmin mənzildən istifadə hüququna xitam verilməsi üçün əsas olmamışdır. Cavabdeh1 Bakı şəhəri, İnqilab küçəsində yaşayış sahəsinə malik olmasının təsdiq edilməsi halı belə ilk iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, ilk iddia üzrə cavabdehlərin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqları əmələ gəlsə də, ilk iddiaçı bu hüquqa Cavabdeh1 Bakı şəhəri, İnqilab küçəsində yaşayış sahəsinə malik olması əsası ilə xitam verilməsini tələb etməmiş, ümumiyyətlə bu halı mübahisələndirməmişdir. İlk iddia üzrə cavabdehlər ilk iddiaçıya məxsus yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olduqlarından, həmin mənzildən çıxarılmalarına dair ilk iddia onların yaşadıqları mənz ildən qanunsuz məhrum etmə xarakteri daşıyır və təmin edilə bilməz.» Bununla yanaşı qeyd edilməlidir ki, ilk iddiaçı cavabdehin Bakı şəhəri İnqilab küçəsində özünə məxsus evinin olmasını qeyd etsə də bununla bağlı heç bir sübuta istinad etməmiş və məhkəmələr tərəfindən belə sübutun mövcud olması müəyyən edilməmişdir. Bu baxımdan hazırkı kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İ lk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4360/2021 nömrəli iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar