Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6058/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X13, X4, X16, X6, Maraqlı şəxs) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X15, X13, X4, X16, X6, Maraqlı şəxs) qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1657/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsindən Cavab deh tərəfindən verilmiş kassasiya şikayətinə 20 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Maraqlı şəxs ilə X7 12 avqust 1969-cu il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4271\2015 nömrəli 5 oktyabr 2015-ci il tarixli qərarına əsasən Bərdə rayon Məhkəməsinin 2(021)-1560\2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiaçılar Maraqlı şəxs və X17 Cavabdeh qarşı iddia qaldıraraq həmin evə köçürülmələrini və həyətyanı torpaq sahəsindən birgə istifadə qaydasının müəyyən edilməsini, Cavabdeh isə qarşılıqlı iddia verərək ilk iddianın rədd olunmasını, Bərdə şəhəri, Vaqif küçəsi, 5 ünvanda yerləşən evə mərhum əri X19 tərəfindən faktiki olaraq qəbul olunmuş miras əmlaka (evə və torpağa) hüquqi varis kimi mülkiyyət hüququnun tanınması, cavabdeh Maraqlı şəxs kompensasiya verilməklə paylı mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər, iddiaçılar Maraqlı şəxs və X8 ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətlərində olan evə köçürülmələri və evin həyətyanı torpaq sahəsi tərəflərin ümumi istifadəsində saxlanılması, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddiasının isə təmin edilməməsi qət olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-285\2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh tərəfindən Bərdə Rayon Məhkəməsinin 2(021)-1560\2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti təmin olunaraq B ərdə Rayon Məhkəməsinin 2(021)-1560\2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilmiş, iddiaçılar Maraqlı şəxs və X17 Cavabdeh qarşı iddia qaldıraraq həmin evə köçürülmələrini və həyətyanı torpaq sahəsindən birgə istifadə qaydasının müəyyən edilməsinə dair iddia tələbləri təmin olunmamış, Cavabdeh qarşılıqlı iddiası qismən təmin olunmuş, Maraqlı şəxs ünvan 1 ünvanda yerləşən evində olan 1\12 hissəsinə uyğun olaraq 1.083 manat kompensasiya verilməklə paylı mülkiyyət hüququna xitam verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-250\2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə Maraqlı şəxs və X17 tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-285\2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş və kassasiya şik ayəti təmin olunaraq, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-285\2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-856\2015 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən Bərdə Rayon Məhkəməsinin 2(021)-1560\2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti təmin olunmamış, Bərdə Rayon Məhkəməsinin 2(021)-1560\2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4271\2015 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-856\2015 xx.xx.2015-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şika yəti verilmiş və kassasiya şikayəti təmin olunmamışdır.
3. Gəncə Apellyasiya Məhkəməsi MK-nın 5 yanvar 2016-cı il tarixli qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin olunmuş, Bərdə Rayon Məhkəməsinin 30 noyabr 2015-ci il tarixli 648/15 saylı və 8 dekabr 2015-ci il tarixli 648/15 saylı qərardadları ləğv olunmuş, Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2013-cü il tarixli 1560 saylı qətnaməsinə aşağıdakı formada izah verilmiş: iddiaçılar Maraqlı şəxs və Yusif Əliyevin Cavabdeh məxsus Bərdə şəhəri, Vaqif küçəsi, 3/5 saylı evə köçmələri dedikdə, həmin evin hər yerindən istifadə hüquqları nəzərdə tutulur.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı Çıxarışa əsasən ün van 2 ünvanında yerləşən 0.0106 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 73.1 kv.m olan fərdi yaşayış evi Cavabdeh (8/12 hissə), Maraqlı şəxs (1/12 hissə), X5 (1/12 hissə), X1 (1/12 hissə) və X2 (1/12 hissə) birgə mülkiyyətində olmaqla 3 may 2017-ci il tarixdə adlarına qeydiyyata alınmışdır.
5. Bərdə Rayon Məhkəməsinin 2(021)-1074\2020 nömrəli 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər Maraqlı şəxs, X5 hüquqi varisləri-cavabdehlər X3, X10, digər cavabdeh X1 hüquqi varisləri-cavabdehlər X11 və X9 qarşı “əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına münasibətdə bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
6. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nü mayəndəliyi tərəfindən verilmiş 796 nömrəli 28 yanvar 2021-ci il tarixli arayışa əsasən İddiaçı Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 10 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs) qarşı iddia ərizəsi ilə və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə şəhəri, Vaqif küçəsində yerləşən 3\5 nömrəli fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh mərhum qaynı X12 həyat yoldaşı olmuşdur. O, Maraql ı şəxs ilə xx.xx.1969-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, birgə nikahlarından iki uşaqları anadan olmuş və onların hər ikisi yetkinlik yaşına çatmışdır. Hazırda yaşadığı evdə 7 nəfərlik ailə üzvləri ilə birlikdə yaşamışlar. Həmin ev 1946-cı ildə inşa edilmişdir və həyat yoldaşı Maraqlı şəxs ata mülkü olmuşdur. Həyat yoldaşı yaşlıdır, onun yaşını və səhhətini nəzərə alınsa həyat yoldaşının həmin evdə tək yaşaması qeyri-mümkün olmuşdur. Həmçinin hazırda yaşadıqları evdə öz övladları və nəvələri yaşadığından darısqal olmuşdur. Buna görə də həyat yoldaşı ilə birlikdə köçüb Bərdə şəhəri, Vaqif küçəsi, 3\5 saylı evdə yaşamaq istəmişdir. Lakin cavabdeh buna imkan verməmişdir.
9. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının ərinin mülkiyyətində olan 1/12 hissən i naturada ayırmaq mümkün deyil, iddiaçı köçürülməli olsa, belə olan halda, iddiaçı digər payçıların, yaxud da cavabdehin payından istifadə edəcəkdir ki bu da həm cavabdehin və digər payçıların hüququnu pozur.
10. Bərdə Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə X15, X13, X4, X16, X6 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər.
11. Üçüncü şəxs Maraqlı şəxs məhkəmədə bildirmişdir ki, iddiaçı onun həyat yoldaşıdır, onun həmin mənzilə mülkiyyət hüququ var, onun evə köçməsinə etiraz etməmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir.
12. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(021)-979/2021 nömrəli iş üzrə 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia təmin edilmişdir.
13. Bir inci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mənzilin mülkiyyətçilərindən olan Maraqlı şəxs öz həyat yoldaşı olan iddiaçının mənzilə köçməsinə etirazı olmadığından, eləcədə onun həmin mənzilin hər yerindən istifadə hüququnun olması Gəncə Apellyasiya Məhkəməsinin qərardadı ilə müəyyən olunduğundan iddia tələbi təmin olunmalıdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43.1ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-3676/2021 nömrəli mülki iş üzrə 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Şamil Rzaquliyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmaması qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının ərinin mübahisəli ev üzərində paylı mülkiyyət hüququ 3 may 2017-ci il tarixdə qeydə alınmışdır. Mübahisəli evin ümumi sahəsi 73,1 kv.m təşkil etmişdir ki, iddiaçının ərinin mübahisəli ev üzərində 1/12 hissədə payının müəyyən edilməsi nəzərə alındıqda, adi riyazi hesab lamaya əsasən təxminən həmin evin təxminən 6 kv.m iddiaçının ərinin mülkiyyətində olması anlaşılmaqdadır ki, bu da nəinki iki şəxsin, heç bir şəxsin yaşayış sahəsindən istifadə edə bilməsi üçün müəyyən edilmiş normaya uyğun olmamışdır. Belə ki, “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 nömrəli qərarı ilə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən ed ilmişdir. Buna görə də iddiaçının ərinin mülkiyyətində olan hissəyə köçürülməsi mümkün olmamışdır.
18. Məhkəmə kollegiyası iddiaçının ərinin evin digər hissələrinə də istifadə hüququnun olması ilə bağlı iddiaçının da həmin evdən istifadə hüququnun olması ilə bağlı gəldiyi qənaət də əsassız hesab etmişdir. Belə ki, iddiaçının ərinin mübahisəli evin digər hissələrinə istifadə hüququnun olmasının müəyyən edilməsi, onun da evin digər hissələrindən istifadə hüququnun olmasını deməyə əsas verməməkdədir. Belə ki, işin faktiki hallarından görünmüşdür ki, iddiaçı ən azında 1999-cu ildən həmin evdə yaşamamaqdadır. Hərçəndki, cavabdeh iddiaçının və onun ərinin 1970-ci illərdən həmin evdən köçməsini iddia etmişdir ki, iddiaçı da buna qarşı hər hansı bir əsaslı arqument irəli sürməmişdir. Təsadüfi deyi ldir ki, iddiaçı da ilk iddia tələbində mübahisəli evə istifadə hüququnun tanınmasını xahiş etsə də, sonradan iddia tələbini həmin hissədə azaltmışdır. Həmçinin, iş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsindən və Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 796 nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanda yaşamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının digər paylı mülkiyyətçilərin payına münasibətdə mübahisəli evə istifadə hüququ mövcud olmamışdır.
19. Məhkəmə kollegiyası cavabdehin iddiaçının və həyat yoldaşının başqa bir ünvanda böyük evlərinin olması, onun yaşadığı balaca 2 otaqlı evinə ehtiyaclarının olmaması, sadəcə iddiaçının v ə 3-cü şəxsin onun mübahisələri olduğu üçün onunla yenidən mübahisə etmək və onların hərəkətlərindən cana yığılıb evdən köçməyini istəməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini ağlabatan və inandırıcı hesab etmişdir. Belə ki, iş materiallarından görünmüşdür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-1560\2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs mübahisəli evə köçürülməsi qət edilsə də, 8 ilə yaxın müddətdir ki, o, həmin mənzilə köçüb yaşamamışdır. Bundan başqa iş materiallarında olan fotoşəkillərdən görünmüşdür ki, mübahisəli evə yaşamaq üçün demək olar ki, tam şəraitsiz bir vəziyyətdədir ki, belə olduğu halda iddiaçının və onun ərinin mübahisəli paylı mülkiyyətdə olan evdə həqiqətən də köçüb yaşamaq istəmələri ağlabatan olmamışdır.
20. Məhkəmə öz mövqeyini Azərbayca n Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1697/2022 nömrəli mülki iş üzrə 11 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışı na qaytarılması qərara alınmışdır.
23. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi iddianı rədd edərkən Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin məzmununu qeyd etməklə kifayətlənmiş, eyni zamanda həmin maddəni də iddianın rədd edilməsi baxımından əsas götürüb-götürmədiyini qətnamədə əsaslandırmamışdır.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının ərinin həqiqətən də mübahisədə adı keçən mənzildə 1/12 hissədə mülkiyyət hüququ olmuşdur (baxmayaraq ki, bu hüququn 3 may 2017-ci ildə qeydə alınması müəyyən edilsə də, hüququn yaranma tarixi müəyyən edilməmişdir) və iddiaçının əri həmin evə köçürülüb, eləcə də ərinin evin hər yerindən istifadə hüququnun olması barədə Gəncə Apellyasiya Məhkəməsinin izah qərardadı olmuşdur. İş üzrə üçüncü şəxs q isminə qoyulan iddiaçını əri iddianı qəbul etmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi bir tərəfdən Mənzil Məcəlləsinin 30.2-ci maddəsini qeyd etmiş, həmin normaya nəyə görə istinad etməsini izah etməmiş, digər tərəfdən də iddianı həmin normanın tələbləri baxımından rədd etməklə ziddiyyətli nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddianın rədd edilməsi əsası kimi “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 nömrəli Qərarına istinad edilməsi də işin müəyyən edilmiş hallarına uyğun olmamışdır. Çünki Nazirlər Kabinetinin həmin Qərarı sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahələri ilə bağ lı normaları müəyyən etmişdir. Hazırki işdə isə mübahisədə adı keçən ev dövlət mənzil fonduna və sosial kirayə müqaviləsini predmetinə aid olmamışdır.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
27. Apellyasiya instansiyası məhkəməsinin 2(104)-1657/2022 nömrəli mülki iş üzrə 31 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Aygül İsgəndərova və Rəşad Mamedov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının ərinin evdə paylı mülkiyyətçi olması, onun özü evə məhkəmə qətnaməsi əsasında köçürülməsi və onun evin hər yerindən istifadə hüququnun olması barədə Gəncə Apellyasiya Məhkəməsinin izah qərardadının olması iddiaçının Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə evə köçürülməsini şərtləndirmişdir. Cavabdehin dəlilləri iddia tələbinin rəddinə əsas verməmişdir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1, 3, 8, 9, 12, 30-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekab r 2014-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Şikayət onunla əsaslandırılmışdır ki, onun və həyat yoldaşı Maraqlı şəxs xüsusi paylı mülkiyyətində Bərdə şəhəri, Vaqif küçəsində yerləşən 3/5 nömrəli fərdi yaşayış evi olmuşdur. Bərdə şəhər sakini iddiaçı Maraqlı şəxs qardaşının yoldaşı olmuşdur. İddiaçı onların yaşadıqları fərdi yaşayış evinə köçüb orada yaşamaq istəmişdir. Bunun üçün də iddiaçı onun iddia tələbindən öncə birinci instansiya mə hkəməsi olaraq Bərdə Rayon Məhkəməsinə ona və üçüncü şəxs qismində yazdığı Maraqlı şəxs qarşı “evə köçmə” tələbinə iddia ərizəsi ilə müraciət edərək, onun və Maraqlı şəxs mülkiyyətində olan Bərdə şəhəri, Vaqif küçəsində yerləşən 3/5 nömrəli fərdi yaşayış evinə köçürülməyinə və evdən istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesləri gedərkən o, 2020-ci ilin orta aylarında birinci instansiya məhkəməsi olaraq Bərdə Rayon Məhkəməsinə paylı mülkiyyətdə olan ümumi əmlakın açıq hərracda satılaraq bölünməsi tələbinə dair iddia qaldırmışdır. O iddiaçının Bərdə şəhəri, Vaqif küçəsində yerləşən 3/5 nömrəli fərdi yaşayış evinə köçürülməsinə etiraz etmişdir. Onların birlikdə bir evdə yaşamaları qeyri-mümkün olmuşdur. Ev balaca və 2 otaqlı olduğu üçün özü hə min evdə çətinliklə yaşamışdır. Həmçinin həmin evdə onun və mərhum həyat yoldaşının qardaşlarınında payı olmuşdur. Hər biri gəlib öz paylarını tələb edib, hərracda satsalar, həmin balaca bir evdə heç kim yaşaya bilməz. Hal-hazırda Bərdə şəhəri, Vaqif küçəsində yerləşən 3/5 nömrəli fərdi yaşayış evi hərracda satılmış, fərdi yaşayış evi üçün müəyyən bir məbləğ ayrılmış və mülkiyyətçilərə verilmişdir. Lakin onlar öz paylarını götürsələrdə iddiaçı tərəf pulunu götürməmişdir. İddiaçı ilə heç bir zaman yaxşı münasibətləri olmamışdır. İddiaçı 1970-ci ildən həmin evdən çıxıb getmişdir və bir daha orada yaşamamışdır. 2 otaqlı balaca bir evdə digər vərəsələrlə birlikdə və iddiaçı ilə həmin evdə yaşamaq qeyri-mümkündür. İddiaçının və həyat yoldaşının başqa bir ünvanda böyük evləri var. Onların balaca 2 otaqlı evə ehtiyacları olmamışdır. Sadəcə iddiaçının və üçüncü şəxsin kassatorla mübahisələri olduğu üçün yenidən mübahisə etmək istəmişlər.
32. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106, 218.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
34. Maddə 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir.
35. Maddə 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir:
36. Maddə 9.2.1. mənzil hüququnun tanınması;
37. Maddə 9.2.2. mənzil hüq uqunun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması.
38. Maddə 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir.
39. Maddə 12.5. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.
40. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan ə mək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
41. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli Qərarı
42. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
47. Maddə 407.
2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
54. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ü mumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutara q, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1657/2022 nömrəli, 31 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.