Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6059/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5400/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: "xxxx" Mənzil Tikinti Kooperativi Azərbaycan Neft və Kimya İnstitutu əməkdaşlarının təşəbbüsü ilə yaradılmaqla Nizamnaməsi 14 dekabr 1990-cı ildə Bakı şəhər XDS İK tərəfindən təsdiq edilmişdir. MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, F.İbrahimbəyov küçəsində yerləşən 5 saylı evin 13 saylı mənzili Cavabdeh adına sənədləşdirilməklə adı kooperativdə mütləq pay haqqı olan şəxs kimi MTK-nın nizamnaməsinə daxil edilmişdir. (i/v.10) Payçıların ümumi yığıncağının qərarı ilə 2003-cü ildə kommunal xidmət haqqı kimi hər ay üçün müəyyən olunmuş 8 manat və hər il artırılmaqla 2018-ci ildə həmin xidmət haqqı 45 manat müəyyən olunmuşdur. Payçı Cavabdeh tərəfindən aylıq kommunal xidmət haqlarının ödənilməməsi ilə əlaqədar MTK ilə onun arasında mübahisə yaranmışd ır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin sentyabr ayında "xxxx" MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK-nın nizamnaməsində nəzərdə tutulmuş və payçıların ümumi yığıncağının qərarı əsasında kooperativin saxlanılması və istismarı üçün müəyyən olunmuş haqqı 2013cü ildən 2020-ci ilin yarım ili ərzində ödənilməməsi nəticəsində 3510 manat məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin və dövlət rüsumuna görə ödənilmiş 30 manatın ondan alınaraq MTK-ya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-479/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim: O.Q.Məmmədli) iddia tələbi qismən təmin olunaraq Cavabdeh iddiaçı "xxxx" MTK-nın xeyrinə 3330 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək MTK-ya məxsus mənzili 2007-ci ildə almasına baxmayaraq ona 2003-cü ildən kommunal xidmət haqqı hesablanmasını, yaşadığı vaxtdan bütün kommunal xidmət haqqlarını ödəməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və iş üzrə obyektiv qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5400/2021 saylı, 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-479/2021 saylı, 10 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia nın qismən təmin olunub Cavabdeh MTK-nın xeyrinə 990 manat tutulması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh kassasiya şikayəti verərək MTK-nın nizamnaməsinin 1.3-cü maddəsinə və Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə görə kooperativin mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinin kooperativ üzvlərinin mülkiyyətinə keçdikdən sonra kooperativin 1 ay ərzində ləğv edilərək mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməli olmasına baxmayaraq MTK-nın öz fəaliyyətini davam etdirərək payçılardan kommunal xidmət haqlarını tələb etməsinin qanunsuz olmasını, payçılarla kommunal xidmət haqlarının ödənilməsi barədə müqavilənin bağlanmamasını və onların üzərlərinə bu barədə öhdəliyin qoyulmamasını, göstərilən vəziyyətdə ona qarşı yönəldilmiş tələbin qanunsuz olmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 135.1 Fiziki və hüquqi şəxslər, həmçin in belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2.3 Mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq no rmalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olu nan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması iddia olunduğundan, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Çoxmənzilli binanın ümumi əmlakının saxlanılması üzrə xərclərin ö dənilməsi qaydası Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normaları ilə tənzimləndiyindən, apellyasiya instansiyası məhkəməsi Məcəllənin həmin normalarına əsaslanaraq iddianın qismən əsaslı olması barədə nəticəyə gəlmişdir. Mənzil Məcəlləsinin 38-ci maddəsinə görə çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. (38.1) Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. (38.2) Həmin Məcəllənin 43-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. (43.1) Həmin Məcəllənin 43.2-ci maddəsin ə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmi ş digər məsələlər. Həmin Məcəllənin 135-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. (135.1) Mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. (135.2.3) Mənzil Məcəlləsinin 136.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödənilən haqqa çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakın saxlanması, cari və əsaslı təmir üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq və kommunal xidmət haqları daxildir. Mənzil Məcəlləsinin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. İşdən görünür ki, cavabdehdən tələb olunan kommunal xidmət haqlarının məbləği payçıların ümumi yığıncağının qərarı ilə müəyyən olunmuş və qanunun yuxarıda göstərilən normalarının tələbinə müvafiq olaraq çoxmənzilli binanın mülkiyyətçiləri həmin haqqı ödəməyə borcludurlar. Kassasiya şikayətində MTK-nın qanunsuz fəaliyyət göstərməsi və bununla əlaqədar kommunal xidmət haqqını tələb etmək hüququna malik olmaması iddia olunsa da, kollegiya hesab edir ki, qanunun yuxarıda göstərilən maddi hüquq normalarının tələbinə əsasən cavabdeh həmin haqqı ödəməyə borclu olduğundan, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv olunması və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Cavabdeh tərəfindən kommunal xidmət haqqı ödənilmədiyindən, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 373.3-cü maddəsinə əsaslana raq iddianı son üç il ərzində ödənilməyən kommunal haqlarına münasibətdə təmin etmişdir. İşin yuxarıda göstərilən hallarına əsasən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5400/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6059/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6059/2021
20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver