Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-606/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: yaşayış sahəsinə köçürülmə Açar sözlər: yaşayış sahəsinə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçı qızının, vəkili Salmanlı Mirkəbir Əliheydər oğlunun, Cavabdeh, vəkili X1, nümayəndəsi Dadaşov Arif Ataxan oğlunun işttirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3669/2020 nömrəli iş üzrə 31 may 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən (İş № 2-(011)1692/2018) görünür ki, həmin qətnamə ilə hazırki iş üzrə tərəflər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikahın pozulması, nikahdan doğulmuş 2 azyaşlı uşağın analarının (hazırki iş üzrə iddiaçının) yanında saxlanılmaları qət edilmişdir. İşdə olan Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarından görünür ki, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 2 “Q” saylı yaşayış binasının yaxınlığında 100 kv.metr ölçüdə torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün cavabdehin atası A.A.A. oğlunun adına ayrılması və bununla bağlı olaraq müvafiq alqısatqı müqaviləsinin bağlanması qərara alınmışdır İş materiallarında olan Binəqədi Bələdiyyəsi ilə A.A.A. arasında xx.xx.2006-cı il tarixdə bağlanmış “Alqı-satqı müqaviləsindən” görünür ki, həmin 100 kv.metr ölçülü torpaq sahəsi Bələdiyyənin xx.xx.2006-cı il tarixli, 10 №-li qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün Arif Dadaşova satılmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onunla cavabdehin nikahından doğulmuş övladlarının – xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 ilə birlikdə onun mübahisəli evə - Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7252/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.H.Qasımov)iddiaçı qızının Cavabdeh qarşı mənzilə köçürülmə barədə iddiası təmin edilərək, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları-19 mart 2014-cü il təvəllüdlü U.U.U. oğlu və 06 noyabr 2011-ci il təvəllüdlü E.E.E.oğlu ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3669/2020 nömrəli, 31 may 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) Cava bdeh apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi və İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə tələbi barədə” iddiasının təmin olunmaması qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi,sübutların obyektiv, qərəzsiz qiymətləndirilməsi, qətnamənin qanuni və əsaslılığı kimi mü lki məhkəmə icraatının prinsiplərini pozmuş, əlavə tikintinin iddiaçının vəsatəti hesabına inşa edilməsinə dair işin faktiki hallarını nəzərə almamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iddiaçı və vəkili Salmanlı Mirkəbir Əliheydər oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilə r. Məhkəmə iclasında Cavabdeh, vəkili X5 və nümayəndəsi Dadaşov Arif Ataxan oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparm ır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəf indən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Apelyasiya instansiyası məhkəməsi mübahisənin həlli ilə bağlı ilk növbədə iddiaçının mübahisəli evə dair cavabdehə qarşı bu kimi iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmamasını araşdıraraq qeyd etmişdir ki, cavabdeh mübahisəli evin onun atası A.A.A. tərəfindən inşa edildiyini və atasına məxsus olduğunu bildirmişdir. İş materiallarında olan sənədlərlə təsdiq edilir ki, evin yerləşdiyi torpaq sahəsi 2006-cı ildən cavabdehin atası Arif Dadaşova məxsusdur. İş materiallarından görünür ki, bu hal cavabdeh tərəfindən mübah isələndirilməmişdir. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin başqa şəxsə məxsus olması faktını nəzərə alan apelyasiya instansiyası məhkəməsi “köçürülmə barədə” tələbin evə dair heç bir hüquqi gözləntisi olmayan cavabdehə qarşı qaldırılmasını düzgün hesab etməmişdir. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının mübahisəli evə heç bir hüququ yaranmadığından onun həmin evə köçürülməsi əsaslı hesab edilə bilməz və iddiaçının və onun azyaşlı uşaqlarının mübahisəli evə köçürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun deyil. Kasasiya kollegiyası qeyd edir ki, kassator kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi,sübutların obyektiv, qərəzsiz qiymə tləndirilməsi, qətnamənin qanuni və əsaslılığı kimi mülki məhkəmə icraatının prinsiplərinin pozulduğunu, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norması düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3669/2020 nömrəli, 31 may 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-606/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-606/2021
16.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver