Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-606/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı xxxqızının Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə köçürülmə, özbaşına tikili, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlundan və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı xxxqızının Cavabdeh qarşı “özbaşına tikiliyə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5836/2024 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdehn kassasiya şikayətinə 25 fevral 2025ci ildə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mirzəağa Əliyev (Məktəb) küçəsindəki 0,2 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 80 kv.m təşkil edən, 3 otaqdan, mətbəx və sanitar qovşaqdan ibarət olan fərdi yaşayış evi ilə bağlıdır. Ev özbaşına tikintidir, evin yerləşdiyi torpaq sahəsinin hər hansı şəxsə ayrılması barədə qərar yoxdur.
2. Tərəflər ər-arvaddır, onların nikah xx.xx.2015-ci ildə bağlanıb və nikahdan iki uşaq doğulub: xx.xx.2016-cı il təvəllüdlü xxx və xx.xx.2018-ci il təvəllüdlü Aylin Abbaszadə (səh 11, 13). Tərəflər ailə qurduqdan sonra – xx.xx.2015-ci ildə iddiaçı əvvəlcə qayınanası Emelya Şahbazovaya məxsus olan, ünvan 1-da yerləşən 39 №-li mənzilə gəlin köçüb və orada yaşamağa başlayıb. Bundan 1 il sonra – 2016-cı ildə boş torpaq sahəsi əldə edilib, orada həmin özbaşına tikinti (ev) inşa edilib və tərəflər (ər-arvad) evdə yaşamağa başlayıblar. İddiaçı 8 il – 2016-cı ildən 2024-cü ilin fevral ayına qədər evdə əri və iki uşağı ilə birlikdə yaşayıb. Bu müddətdə evdə onlardan başqa heç kim yaşamayıb.
3. Tərəflərin arasında evin kimə məxsus olması barədə fikir ayrılığı var. Cavabdeh bildirib ki, ev anasına məxsus olub, anası özünə məxsus olan, ünvan 1-da yerləşən 39 №li mənzilə satıb, əldə etdiyi pulla tikinti ilə məşğul olan şəxslərə həmin evi inşa etdirib, anası bildirib ki, evi öz qızı (cavabdehin bacısı) xxxya verəcək, onlar (tərəflər) evdə müvəqqəti yaşayıblar. Bundan fərqli olaraq iddiaçı b ildirir ki, ev ona və ərinə məxsus olub, qayınanası evə mütəmadi olaraq gəlib-gedib, lakin orda yaşamayıb, qayınanası özünə məxsus olan mənzilin satışından əldə olunan pulu üç övladının arasında bölüb, onlara (tərəflərə) həmin puldan 10.000 manat verib.
4. İddiaçı 2024-cü ilin fevral ayında evdən çıxıb. İddiaçı bildirib ki, evdən çıxmasına səbəb əri ilə münasibətlərinin gərginləşməsi olub, uşaqlarını götürərək müvəqqəti olaraq valideynlərinin evinə gedib, bundan sonra evə qayıda bilməyib. Cavabdeh isə bildirir ki, iddiaçı evi könüllü tərk edib.
5. Üçüncü şəxs X16 evi aldığını bildirir. Belə ki, iddiaçının evdən çıxmasından 2 ay sonra - xx.xx.2024-cü ildə evə dair cavabdehin bacısı xxx (satıcı) ilə Vüsal Məmmədovun (alıcının) arasında sadə yazılı formada “alqı-satqı müqaviləsi” adlandırılan sənəd tərtib olunub, habelə Vüsal Məmmədovun cavabdehin bacısı xxxya evə görə 45.000 manat ödəməsi barədə qəbz yazılıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 6. xxxqızı (bundan sonra “iddiaçı”) 04 aprel 2024-cü il tarixdə Cavabdeh (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək onun və yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdlü xxx oğlunun və xx.xx.2018-ci il təvəllüdlü X4 ünvan 2ndə 0.2 ha torpaq sahəsində yerləşən, 80 kv.m ümumi sahədən ibarət olan, 1 qonaq otağı, 2 yataq otağı, mətbəx və sanitar qovşaqdan ibarət olan evə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2015-ci il tarixd ə nikaha daxil olmaqla ailə qurmuşlar və birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü xxx oğlu və xx.xx.2018-ci il təvəllüdlü X13 adlı iki uşaqları vardır. Tərəflər arasında münasibətlər pozulmuş və nikahın pozulması həddinə gəlib çatmışdır. İddiaçı cavabdehlə ailə qurandan sonra xx.xx.2015-ci il tarixində ünvan 1 ünvanına gəlin köçmüş və həmin tarixdən həmin evdə yaşamışdır. 2016-cı ildə isə hazırda yaşadıqları ünvan 2 ünvanında yerləşən torpaq sahəsi alınmış və daha sonra həmin torpaq sahəsində 3 otaqlı fərdi yaşayış evi (bundan sonra “mübahisəli ev”) tikilmiş, təmir edilmiş və tərəflər həmin fərdi yaşayış evində yaşamağa başlamışlar.
8. İddiaçının bütün əşyaları hazırda mübahisəli evdədir. 2024-cü ilin fevral ayında tərəflər arasında yerində mübahisə yarandığından iddiaçı yetkinlik yaşı na çatmayan övladları ilə birgə ata evinə getmişdir. İki gündən sonra özünün şəxsi və övladlarının əşyalarını götürmək üçün mübahisəli evə gəldikdə, evin açarlarının dəyişdirildiyinin şahidi olmuşdur. İddiaçı nə qədər cəhd göstərsə də, onu evinə buraxmamış və onun daha bu evdə yerinin olmadığı bildirilmişdir. Uşaqların və iddiaçının bütün paltarları həmin evdə qalıb. Dəfərlərlə cavabdehə müraciət olunsa da, cavabdeh iddiaçını və yetkinlik yaşına çatmayan övladlarını evə buraxmaqdan imtina etmişdir.
9. Bundan sonra iddiaçı Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə müraciət edərək, yaşayış yerinə baxış keçirilməsini istəmiş, lakin cavabdeh mübahisəli evə baxış keçirilməsinə mane olaraq qapını açmamışdır. Həmin ev hazırda ca vabdehin istifadəsindədir. Lakin iddiaçı və yetkinlik yaşına çatmayan övladları öz evlərindən didərgin düşmüşdür. Həmin evdə iddiaçı cavabdehlə birgə təsərrüfat apardığı üçün, həmin evi birgə aldıqları üçün iddiaçının və yetkinlik yaşına çatmayan övladlarının sözügedən fərdi yaşayış evində yaşamaq hüququ var. Buna görə də cavabdehin bu qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Mübahisəli ev tərəflərin heç birinin adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə alınmamışdır. Mübahisəli ev xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmadığına görə hüquqi nöqteyi nəzərdən evin mülkiyyətçisi bəlli deyildir. Fərdi yaşayış evi xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə alınmadığından hüquqi statusuna görə özbaşına tikinti hesab olunur, lakin həmin ev tərəflərin birgə vəsaiti hesabına alını b, təmir edilib, iddiaçının cehiz əşyaları həmin evə daşınıb və digər zəruri ev əşyaları alınmışdır. Mübahisəli ev qanunsuz tikilidir, həm də onun yerləşdiyi torpaq sahəsi rəsmi olaraq dövlət qeydiyyatına alınmamışdır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdehin istifadəsində olmaqla faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. Tərəflər həmin yaşayış evini birgə nikah dövründə inşa edərək orada yaşamışlar. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış iddiaçı da həmin şərtlər daxilində bu evdə yaşamalıdır.
10. İddiaçı evə köçürülməklə, orada yaşayan şəxsin yaşamış olduğu şərtlər daxilində yaşamaq imkanına malikdir. Özbaşına inşa edilmiş mübahisəli ev tərəflərin birgə yaşayış yeri olduğuna görə iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur və iddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır. Evin mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd olmasa da, iddiaçıya aid bütün əşyalar həmin evdədir və cavabdeh tərəfindən həmin evdə iddiaçının yaşamasına və əşyalarından istifadə etməyə qadağa qoyulub. İddiaçının və onun yetkinlik yaşına çatmayan övladlarının başqa yaşayış yeri yoxdur. Həmçinin tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan övladlarə mübahisəli evin yaxınlığında yerləşən Bakı şəhəri, M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə təhsil alır və Bakı şəhəri 16 saylı Uşaq Poliklinikasında qeydiyyatdadırlar. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində yetkinlik yaşına çatmayan ö vladları vaxtlıvaxtında məktəbə gedə bilmirlər, sağlamlıqlarının qorunması üçün həkim müayinəsinə gedə bilmirlər.
11. İddiaçı tələbinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinə istinad etmişdir.
12. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddiaya yazılı etiraz vermiş və etirazını müdafiə edərək göstərmişdir ki, cavabdeh 2015-ci ildə ailə həyatı qurduqdan sonra anası X7 məxsus ünvan 1 ünvanına köçərək orada yaşamışdır. 2016-cı il tarixində cavabdehin anası sözügedən mənzili sataraq iddiaçının da qeyd etdiyi ünvan 3 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evini xüsusi tikinti işi ilə məşğul olan şəxslərə inşa etdirmişdir. İddiaçı ərizəsində qeyd edir ki, guya evi cavabdehlə şəxsi vəsaiti hesabına inşa etdirmişlər. Bu iddia tamamilə əsassızdır Cavabdeh hərbçi oldu ğundan ona dövlət tərəfindən növbəli şəkildə ev verilməli idi. Bu səbəbdən də iddiaçı ilə cavabdeh müvəqqəti olaraq həmin evə köçüb yaşamışdır. Cavabdehin anası hər zaman oğluna bildirmişdir ki, yaşadığı evi qızına (cavabdehin bacısı) X5 mülkiyyətinə verəcəkdir. Cavabdehin anası tikmiş olduğu özbaşına tikiliyə aid başqa sənədlər əldə edə bilmədiyi üçün bu məqsədlə 2023-cü ilin oktyabr ayında cavabdehin bacısı xxxya mübahisəli evə dair bütün hüquqlarla etibarnamə vermiş və eyni zamanda fərdi yaşayış evinin bütün kommunal xidmətlərinin xxxnın adına keçirilməsi barədə müvafiq idarələrə ərizə verməklə sonuncunun adına keçirmişdir. Bundan sonra, cavabdehin anası onlara bildirmişdir ki, evi faktiki olaraq bacısına vermişdir. Bu səbəbdən də cavabdeh nə zaman istərsə, onlar bu evdən köçməlidir. İd diaçı 2024-cü ilin fevral ayından evdən könüllü olaraq çıxıb valideynlərinin yaşadığı evə getmişdir. Bu səbəbdən cavabdeh də evi bacısı xxxya təhvil verərək 2024-cü ilin yanvar ayından rəsmi qaydada kirayə tutmuş olduğu ünvan 4 ünvanında yaşayır.
13. Cavabdehin bacısı xxx anası tərəfindən ona verilmiş mübahisəli evi xx.xx.2024cü il tarixdə 45000 manata X1. Eyni zamanda xxx sözügedən fərdi yaşayış evinin bütün kommunal xidmətlərinin Vüsal Məmmədovun adına keçirilməsi barədə müvafiq idarələrə ərizə verməklə onun adına keçirmişdir. Evin satışı üzrə alıcı ilə cavabdehin bacısı arasında olan müqavilə şərtinə əsasən bütün əşyalar 10 gün müddətində evdən çıxarılmaqla boşaldılaraq xxx təhvil verilməli olduğu üçün cavabdeh həm özünə, həm də iddaçıya aid əşyaları sözügedən fərdi yaşayış evindən çıxa rmaqla müvəqqəti olaraq başqa evə yerləşdirmişdir. Nə zaman iddiaçı istəyərsə, həmin əşyaları ona qaytarmağa hazırdır. Hazırda mübahisəli evin alıcısıxxxailəsi ilə birlikdə mübahisə olunan mənzilə köçməklə orada yaşadığı üçün cavabdeh və cavabdehin anası faktiki olaraq kirayə tutmuş olduğu mənzildə yaşayırlar. Başqasının istifadəsində və sahibliyində olan cavabdehin özünün və ailə üzvlərinin də hazırda yaşamadığı evə iddiaçının köçürülməsi əsassız və absurddur.
14. Birinci instansiya məhkəməsi X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
15. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsxxx(bundan sonra “üçüncü şəxs”) göstərmişdir ki, o, evi maklerdən almışdır. Ev ucuz idi deyə, evə baxmaq üçün maklerlə getmiş, evin problemli olduğunu bilməmişdir. Evi bacısı üçün almış, həmin evdə bacısı qalır. O, xxxdan polis şöbəsində soruşanda xxx demişdir ki, anasının evidir, verib bacısına. Evi etibarnamə ilə almışlar. Bacısı 2 uşağı ilə yaşayır. 50 min manatdan aşağı ev yoxdur. Bu evi 45 min manata verirdilər, maraqlanmış ucuz idi deyə almışdır. Ona deməmişdilər mübahisə var. Onun söhbətdən xəbəri olmamışdır. Evin əşyaları var, soyuducu, divan, mətbəx mebeli də var. Onları da almışdır.
16. Birinci instansiya məhkəməsində şahid X14 göstərmişdir ki, hazırki iş üzrə tərəflər qardaşı və qardaşının yoldaşıdır. Anası torpaq alıb ev tikmişdir. Gəlin ona baxmadı deyə anası evi ona bağışlamışdır. Ata evi bina evi idi, satıb torpaq almışlar. 2017-ci il olardı evi tikdilər. 2017-2018-d ə köçdülər. Anası, qardaşı və ailəsi orada yaşadılar. Gəlin anasına baxmırdı, dalaşırdı deyə anası onunla yaşayırdı. 2023-cü ildə anası evi keçirdi onun adına. Anası çox vaxt onunla olurdu, 2023-cü ildə daimi onunla yaşadı. 2024-cü ildə gəlin evdən getdi. O, anasının ona bağışladığı evi satmışdır. Anasının səhhətində problem var idi. Maklerə evin qiymətini 47 min manata yazdırmış, lakin 45 min manata satmışdır. Könül gəlin gələndə ata evinə, bina evinə gəlmişdi, ev satılandan sonra köçdülər həyət evinə. Həyət evi yaşayışa tam yararlı idi, tam şəkildə anasının vəsaiti ilə tikilib. 35-40 min manat arası satmışdı bina evini. Evi satanda pay, yəni pul verməmişdi. Evin kommunal xərclərini anası ödəyirdi, sonradan isə özü ödəmişdir. Məişət tullantılarını adına keçirməyi vacib bilməmişdir.
17. Bi rinci instansiya məhkəməsində şahid X8 göstərmişdir ki, maklerdir. Xanım ona yaxınlaşmış, evini yazdırmış, üstündən bir az keçmiş müştəri düşmüşdür. Evi 45 min manata satmışlar. Evi alan Vüsal adında bir şəxs idi, 47 min manata çıxarmışdı, 45 min manata satdı. O, həmin evə yaxın süper təmirli evi 48 min manata satmışdır. O, 100 manat xanımdan, 100 manat da müştəridən almışdır. Ev satışa qoyulanda evlə tanış idi, yaxşı ev olsaydı, 50-55 min manata satmaq olardı.
18. Birinci instansiya məhkəməsində şahid X3 göstərmişdir ki, iş üzrə cavabdehin qardaşı Xəyyamı tanıyır, qonşu olmuşlar. O, həm ev tikib satır, həm də düşəndə ev alıb satır. Evi sıfırdan tikmişdir, 35-37 min arası evin xərci çıxmışdır. Pulu ona Xəyyam da verirdi, anası da verirdi. Cavabdeh isə arada gəlib evə baxıb gedirdi. O, at a evlərində qonşu idi. Pulu hissə-hissə verirdilər, axırda hesabat edirdi. Torpaq sahəsi onun idi, ərazidə 10-15 ev tikmişdir. Torpaq 2 sota yaxın olardı. Torpağın sotu 5000 manatadır. Evin tikintisinə 35-37 min manat xərc çıxmışdı.
19. Birinci instansiya məhkəməsində şahid X18 göstərmişdir ki, 2 il bundan əvvəl Hövsan qəsəbəsində ev almış, iddiaçı ilə orada qonşu olmuşlar. İki qapı onlardan aralı olmuşlar. O, həmin evdə iddiaçı və cavabdehin uşaqları ilə yaşadığını görmüşdür. Orada cəmi 2 dəfə iddiaçının qayınanasının gəldiyini görmüşdür. O, 2022-ci ildən iddiaçını tanıyır. İddiaçının yaşadığı ev orta təmirli idi. İddiaçı ilə rəfiqə olmuşdur. İddiaçgilin yaşadığı evdən mübahisə səsi eşitməmişdir. İddiaçı qayınanasının ona imkan vermədiyini deyirdi. İddiaçı evdən gedəndə evdən mübahisə səs i gəlmişdir. Mübahisə səsi gələndə o, başa düşmüşdür ki, iddiaçını və uşaqlarını evdən qovmuşlar. Həmin evdə iddiaçı qovulandan sonra cavabdeh yaşayırdı. Axşamlar evdən nəsə daşıyırdılar. 1 ay ərzində görmüşdür ki, evə təzə adamlar köçüb, dedilər evi alanlardı. O, eşitmişdir ki, iddiaçını qaynı evdən çıxarıb.
20. Birinci instansiya məhkəməsində şahid X6 göstərmişdir ki, o, tərəflərlə qonşudur. Özü 32 ildir orada yaşayır. Orada ev tikildi. Tikinti gedəndə iddiaçının yoldaşı gəlib-gedirdi. Həmin vaxt qonşulardan və öz uşaqlarından eşitmişdir ki, evi tikdirən hərbçidir. Axşamlar gəlinləri həyətə çıxardı, həmin vaxt iddiaçı ilə tanış olmuşdur. Bir dəfə çöldə görmüşdür ki, iddiaçı ağlayır, demişdir ki, onu evə buraxmırlar. Onlar 7-8 il olardı ki, oraya köçmüşlər. İddiaçının qayınanasını tanımır dı. O, bilirdi ki, iddiaçının qayınatası rəhmətə gedib, sonra evi satıb bölüblər, bunlar da ev tikmişlər.
21. Birinci instansiya məhkəməsində şahid X15 göstərmişdir ki, cavabdeh ilə bina evində bir məhəllədə yaşayıblar. Cavabdehgil bina evini satıb, həyət evini tikmişlər. O, həmin evdə usta kimi işləmiş, həyətin tametini, evin üstünün tavanını və həyətdə əl-üz yumaq üçün bulağı tikmişdir. Təxminən 2020-ci il olardı. Cavabdehlə danışmışdır, iddiaçı evdə idi. Ödəməni cavabdeh edirdi, 15 gün işləmişdir. Ona əl xərci 900 manat verilmişdir. Evi ümumi 45 min manata tikmək olardı.
22. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2423/2024 nömrəli, 09 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilmiş, iddiaçının və onun yetkinlik yaşına çatmayan övladları xx.xx.2016-cı il təvəllüdl ü xxx oğlu və xx.xx.2018-ci il təvəllüdlü X4 mübahisəli evə köçürülməsi, 50 manat dövlət rüsumunun, mediasiya prosesində iştirak üçün ödədiyi 60 manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Rübabə Qafarova)
23. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir mübahisəli ev özbaşına tikilidir. İddia tələbinə görə, həmin ev tərəflərin birgə nikah dövründə və birgə vəsaitləri hesabına ərsəyə gəlmişdir. Cavabdehin anasına məxsus mənzil 30000 manata satılmış, həmin vəsait 3 övlad arasında bərabər bölünmüşdür. İddiaçı və cavabdeh 2015-ci ildə nikaha daxil olmuşlar. Tərəflər nikaha daxil olduqdan sonra cavabdehin anasına məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, 10A, 39 saylı mənzildə yaşamışlar. Tərəfl ərin birgə nikahından iki uşaqları vardır. 2016-cı ildə cavabdehin anasına məxsus mənzil satılmışdır. Həmin il ünvan 2ndə 0.2 ha torpaq sahəsi alınmış və həmin torpaq sahəsində mübahisəli ev inşa edilmiş, 2017-2018-ci illərdə tikinti başa çatdıqdan sonra iddiaçı və cavabdeh həmin evdə daimi yaşamışlar. Cavabdehin anası Emelya Şahbazova həmin evdə daimi yaşamamış, mütəmadi olaraq oraya gedib-gəlmişdir. 2024-cü ilin fevral ayında tərəflər arasında mübahisə düşmüş, bundan sonra iddiaçı və övladları evdən çıxıb getmişlər. 24. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərara əsasən xx.xx.2024cü il tarixində tərəflər mübahisəli evdə yaşamışlar.
25. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin nümayədəsi iddiaçının evi könüllü tərk etdiyini bildirsə də, sözügedən “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərara əsasən iddiaçının evi ailə-məişət zəminində yaranmış mübahisə nəticəsində tərk etməsi müəyyən edilir. Həmçinin o da müəyyən edilir ki, xx.xx.2024-cü ildə Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən iddiaçının şəxsi istifadə etdiyi əşyalarının götürülməsi və mebellərə baxış keçirilməsi təşkil edilmiş, cavabdeh evə girməyə icazə verməmişdir.
26. Birinci instansiya məhkəməsi göstərmişdir ki, cavabdeh tikintidə, ümumiyyətlə, iştirak etmədiyini, tikintini anasının və qardaşının apardığını bildirsə də, bunu məhkəmədə sübuta yetirə bilməmişdir. Belə ki, cavabdeh bununla bağlı bir şahid ifadəsi ilə kifayətlənmiş, həmin şahid də ifadəsində qeyd etmişdir ki, “pulu ona Xəyyam (cavabdehin qardaşı) da verirdi, anası da verirdi. xxx arada gəlib evə baxıb gedirdi.” İddiaçı tərəfdən izahat verən şahid Nəvva Zülfüqarova isə evin tikilməsi prosesində cavabdehi mütəmadi olaraq orada gördüyünü bildirmişdir. Bu baxımdan, cavabdehin tikintidə iştirak etmədiyi, tikintini anasının və qardaşının aparmasına dair dəlili sübuta yetirilmiş hesab edilə bilməz.
27. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdehin anasının mülkiyyətində olan mənzilin satılması ilə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin alınması və həmin torpaq sahəsinin üzərində tikilinin inşa edilməyə başlanılmasının eyni ildə baş verməsi bu hadisələr arasında mütləq səbəbli əlaqə olmasının birbaşa göstəricisi deyil. Yəni iddiaçının anasının həmin il özünə məxsus mənzili satması torpaq sahəsinin əldə edilməsinin və mübahisəli tikilinin tikilməs inin başqa vəsait hesabına baş tutması ehtimalını birmənalı şəkildə istisna etmir.
28. Bununla belə mübahisəli evin cavabdehin anası Emelya Şahbazovanın özünə məxsus mənzili satması hesabına əldə edildiyi sübuta yetirilsə idi belə, həmin vəsaitin ailəyə deyil, məhz cavabdehə bağışlanmış olması sübut edilmədiyi təqdirdə bu vəsait hesabına əldə edilmiş əmlak cavabdehin şəxsi əmlakı hesab edilə bilməz. “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarındakı mövqeyə uyğun olaraq, bu halın sübuta yetirilməsi üçün əyani sübutlar (yazılı müqavil ə və s.) olmalıdır. Yəni hazırkı işin halları baxımından mübahisəli evin cavabdehin anası Emelya Şahbazovanın özünə məxsus mənzili satması hesabına əldə edildiyi sübuta yetirilsə idi belə, həmin vəsaitin ailəyə deyil, məhz cavabdehə bağışlanmış olması sübut edilmədiyi təqdirdə bu vəsait hesabına əldə edilmiş əmlak cavabdehin şəxsi əmlakı hesab edilə bilməz.
29. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, özbaşına tikili hazır olduğu vaxtdan iddiaçı və cavabdeh arasında mübahisə düşənə qədər (2024-cü ilin fevral ayına kimi) tərəflər övladları ilə birlikdə həmin evdə yaşadığı, cavabdehin anasının isə sözügedən evdə daimi əsaslarla yaşamadığı işin mübahisəsiz halı olduğu halda, həmin evi cavabdehin anasının qızı üçün tikdirməsi və oğlunun ailəsinə müvəqqəti yaşamaq üçün verməsi ha lı sübut olunmur və bununla bağlı cavabdeh mötəbər sübutlar təqdim etməmişdir.
30. Birinci instansiya məhkəməsi 2023-cü ilin oktyabr ayında (yəni iddiaçının evdən getməsindən əvvəl) cavabdehin anası Emelya Şahbazovanın öz qızına evə dair etibarnamə verməsi və kommunal xidmətlərə görə müqavilələrin sonuncunun adına rəsmiləşdirilməsinə dair dəlilinə münasibətdə göstərmişdir ki, şahid qismində dindirilən xxxnın ifadələrinə əsasən iddiaçı ilə cavabdehin yaxın qohumları arasında münasibətin elə o vaxtdan gərgin və konfliktli olması müəyyən edilmişdir.
31. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh mübahisəli evi bacısına təhvil verməli olduğu üçün 2024-cü ilin yanvar ayından kirayə müqaviləsi bağladığını bildirsə də, izahatında bunun əksi olaraq bildirmişdir ki, iddiaçı mü bahisəli evi 2024-cü ilin fevral ayında tərk etmişdir. Həmçinin “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərara əsasən də müəyyən edilmişdir ki, tərəflər xx.xx.2024-cü ildə hələ də mübahisəli evdə yaşamış, həmin gün ailə-məişət mübahisəsi zəminində iddiaçı evi tərk etmişdir. Eləcə də iş materiallarında olan Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, cavabdeh qeyd edilən tarixdə mübahisəli evdə yaşamış və nümayəndəliyin əməkdaşlarına həmin evə daxil olmağa icazə verməmişdir.
32. Birinci instansiya məhkəməsi cavabdehin hərbçi olması və həmin sahədə xidmətlərinə görə mənzil növbəsində olduğu üçün mübahisəli evin kommunal xidmətləri ilə bağlı müqavilələrin cavabdehin anasının adına olması ilə bağlı dəlillərini ağlabatan hesab etmişdir. Belə ki, cavabdeh də izahatında bunu etiraf etmişdir.
33. Birinci instansiya məhkəməsi yekunda belə qənaətə gəlmişdir ki, iddiaçının eynilə cavabdeh kimi həmin əmlakdan bütövlükdə istifadə etmək, əmlaka sahiblik etmək kimi hüquqları var. Bu səbəbdən iddia təmin edilməlidir.
34. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 32.1, 32.2, 34.1, Mülki Məcəllənin 135.1, 180.1, 225.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2023-cü il tarixli qərarına və “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
35. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından da göründüyü kimi iddiaçı irəli sürdüyü tələbi heç bir əsaslı dəlil və sübutlarla sübut etmədiyi halda, birinci instansiya məhkə məsi həmin prosessual hüquq normasının tələblərini pozmaqla iddia tələbini əsaslı hesab etmişdir. Halbuki, iddiaçı verdiyi izahatında belə, yalnış məlumatlar verərək iddia tələbini əsaslandıra bilməmiş, mübahisəli yaşayış sahəsinin cavabdehə məxusus olmamasına dair kifayət qədər sübutlar olmasına baxmayaraq özbaşına inşa edilmiş mübahisəli evin tərəflərin birgə yaşayış yeri olduğuna istinad etmişdir.
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5836/2024 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)- 2423/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (X20 (sədrlik edən), İkram Şirinov, Elşən Kazımov)
38. Birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apel lyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsi nikah müddətində (2016-cı ildə) əldə edilib, oradakı ev nikah müddətində (2016-cı ildən sonra) inşa edilib və iddiaçı öz ailəsi (əri və iki uşağı) ilə birlikdə 2024-cü ilin fevral ayına kimi evdə yaşayıb. Evin başqa şəxsin (iddiaçının qayınanasının və s.) vəsaiti hesabına inşa edildiyi müəyyən olunmur. Buna görə də hesab olunur ki, ev tərəflərin (ərarvadın) ümumi vəsaiti və əməyi hesabına inşa olunub.
39. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı qayınanasının 2016cı ildə onlara (tərəflərə) 10 min manat verdiyini etiraf etsə də, bu hal evin iddiaçının qayınanasının vəsaiti hesabına inşa ediliyini təsdiq etmir. Belə ki, birinci, pulun tərəflərə (ər-arvada) verildiyi etiraf olunur, yəni pul verildikdən (bağışlan dıqdan) sonra ərin ayrıca vəsaiti deyil, ər-arvadın ümumi vəsaiti sayılıb. İkinci, həmin pulun məhz evin inşasına sərf edildiyi təsdiq olunmur. Belə ki, evi inşa etmiş ustanın (şahid Elçin Mustafayevin) birinci instansiya məhkəməsində verdiyi ifadədən görünür ki, evin yerləşdiyi torpaq sahəsi 2 “sota” yaxın olub, torpağın “sotunun” qiyməti 5 min manat olub. Pulun başqa məqsəd üçün sərf edildiyini təsdiq edən sübut olmadığına görə, hesab olunur ki, həmin 10 min manat torpağın əldə edilməsi üçün ödənilib. Evi inşa etmiş ustanın (şahid Elçin Mustafayevin) ifadəsindən daha sonra görünür ki, evin inşasına 35-37 min manat xərc çıxıb. Bundan başqa, evin inşasında usta kimi işləmiş digər şəxsin (şahid Taleh Dadaşovun) birinci instansiya məhkəməsində verdiyi ifadədən görünür ki, evi 45 min manata tikmək olardı, o, həmin evdə usta kimi 15 gün işləyib, həyətdə tamet işini və evdə tavan işini görüb, habelə həyətdə əl-üz yumaq üçün bulağı tikib. Ustalardan biri pulun ona iddiaçının qayınanası və qaynı tərəfindən verildiyini, digər isə pulun ona iddiaçının əri tərəfindən verildiyini bildirib. Evin inşasına sərf edilmiş bütün pulun başqa şəxsə (iddiaçının qayınanasına və s.) məxsus olduğunu təsdiq edən mötəbər sübutlar olmadığına, ev nikah müddətində inşa edildiyinə və ev inşa edildikdən sonra orada yalnız iddiaçının ailəsi (iddiaçı, əri və iki uşağı) yaşadığına görə, hesab olunur ki, ev tərəflərin (ər-arvadın) ümumi vəsaiti və əməyi hesabına inşa olunub.
40. Evin su ilə təmin edilməsinə dair müqavilənin 2017-ci ildə iddiaçının qayınanasın adına bağlanması, daha sonra – 2023-cü ildə idd iaçının baldızının adına dəyişdirilməsi evin iddiaçının qayınansının vəsaiti hesabına inşa edildiyini təsdiq edən sübut sayılmır.
41. Apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 32-ci maddəsinin və Mülki Məcəllənin 159-cu maddəsinin mənasına istinadən hesab etmişdir ki, ev özbaşına tikinti olsa da, nikah müddətində tərəflərin (ər-arvadın) ümumi vəsaiti və əməyi hesabına inşa edildiyinə görə, tərəflər (ər-arvad) həmin evin sahibləri sayılıblar. Lakin iddiaçı sahiblikdən iradəsinə zidd olaraq məhrum edilib. Mülki Məcəllənin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. O cümlədən ev iddiaçının və onun uşaqlarının yaşadığı yer olub. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qe yd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının və onun uşaqlarının evə köçürülməsini qət etməklə düzgün nəticəyə gəlmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, iddiaçının baldızı xxx ilə üçüncü şəxs Vüsal Məmmədovun arasında evə dair “alqı-satqı müqaviləsi” adlandırılan sənədin tərtib edilməsi evə köçürülmə barədə iddianın rədd edilməsinə əsas ola bilməz. Birinci, həmin müqavilə iddianın təmin edilməsinə mane olmaq üçün tərtib edilib. Belə ki, iddia ərizəsi xx.xx.2024-cü ildə verilib, müqavilə isə bundan 4 gün sonra – xx.xx.2024-cü ildə tərtib olunub. İkinci, müqaviləni bağlayan şəxsin (iddiaçının baldızının) evə aidiyyəti olmayıb, yəni o, evin inşasında iştirak etməyib və ya orada yaşam ayıb, ev nikah müddətində iddiaçının və onun ərinin ümumi vəsaiti və əməyi hesabına inşa edilib. Üçüncü, Vüsal Məmmədovun vicdanlı əldə edən olmasının hüquqi əhəmiyyəti yoxdur. Belə ki, ev hətta rəsmi reyestrdə qeydə alınmış olsaydı, müqaviləni isə iddiaçının əri bağlasaydı, belə halda da Vüsal Məmmədovun vicdanlı əldə edən olub-olmadığından asılı olmayaraq müqavilə etibarsız sayılacaqdı, çünki müqavilənin bağlanması üçün iddiaçının razılığı tələb olunur (Mülki Məcəllə, maddə 225.6). Dördüncü, müqavilə özbaşına tikintiyə münasibətdə bağlanıb, özbaşına tikintini satmaq qanunla qadağan olunub (Mülki Məcəllə, maddə 180.2). Beşinci, ev hətta rəsmi reyestrdə qeydə alınmış olsaydı, sadə yazılı formada müqavilə bağlana bilməzdi, çünki qanuna görə, daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müq avilə notariat qaydasında təsdiqlənməlidir (Mülki Məcəllə, maddə 394). Beləlilklə, həmin müqavilənin iddiaçıya münasibətdə hüquqi əhəmiyyəti yoxdur. İddiaçı üçüncü şəxs Vüsal Məmmədovun evdən çıxarılması üçün,xxxisə xxxya ödədiyi pulun geri qaytarılması üçün məhkəməyə iddia verə bilər.
43. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43(İ)-cü maddəsi, Ailə Məcəlləsinin 32-ci, Mülki Məcəllənin 159, 164.1, 180.2, 225.6 və 394-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə cavabdehin Konstitusion hüquqlarının pozulmasına baxmayaraq əsl həqiqətin müəyyən edilməsinə nail olmadan iddiaçının irəli sürdüyü əsassız iddia tələbinin təmin edilməsi barədə qeyri-obyektiv qətnamə qəbul etmişdir. Birinci instansiya və apellyasiya instansiyası məhkəmələri qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində yalnız iddiaçı tərəfin izahatını əsas götürmüş, həqiqətə nail olunması və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün hərtərəfli və obyektiv araşdırma aparmadan yalnış nəticəyə gəlmişdir. Belə olan halda məhkəmənin iddianın təmin olunması barədə qətnamə çıxarması qanunvericilikdə nəzərdə tutulmuş maddi hüquq normasını pozulması kimi qimyətləndirilməlidir. Ölkə qanunvericiliyində özbaşına tikilidən istifadə məsələlərini birbaşa tənziml əyən maddi hüquq normasının mövcud olmadığı, bununla belə, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarının və oradan istifadə etmələrinin birbaşa qadağan edilmədiyi nəzərə alınmalıdır. Qeyd olunan qanunvericilik normasında özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Hazırkı iş materiallarına və izahatlara əsasən müəyyən olunan hallar odur ki, iddiaçı cavabdehlə mübahisəli evdə yaşayaraq birgə təsərrüfat apardığını qeyd etsə də, evin tikilməsində, təmirində hər hansı şəkildə iştirak etməsi, tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüqu q əldə etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ümumiyyətlə, sözügedən qanunsuz tikilinin iddiaçıya məxsus olmasına işarə edən hər hansı kommunal ödənişlər, vergi ödənişləri də təqdim etməmişdir. Digər tərəfdən, iddiaçının mübahisəli yaşayış sahəsinin cavabdehə məxsus olması və buna dair hər hansı bir sübut təqdim etməməsi birinci instansiya məhkəməsi tərəfindən nəinki nəzərə alınmamış, əksinə, cavabdeh tərəfindən təqdim edilən mötəbər sübutlara da, ümumiyyətlə, hüquqi qiymət verilməmişdir. İddiaçı iddia ərizəsində mübahisəli evi cavabdehlə birgə nikah dövründə inşa edərək orada yaşadıqlarını və mənzildən qanunsuz olaraq məhrum edildiklərini bildirmişdir. Əvvəla qeyd olunmalıdır ki, cavabdehin mübahisəli tikiliyə köçməsi cavabdehlə rəsmi nikaha girdikləri 15 may 2015-ci i l tarixdən sonra olmuşdur ki, qüvvədə olan qanunvericiliyə əsasən, həmin vaxt yaranmış mübahisəli hüquq münasibətlərinə 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin normalardan da göründüyü kimi, qanunverici yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsi və saxlanılması məsələləri ilə bağlı “yaşayış sahəsinin mülkiyyətçisi” anlayışından istifadə edir. Hazırkı halda iddiaçının istinad etdiyi yaşayış sahəsi isə özbaşına tikilidir və Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Göründüyü kimi, qanunvericiliyə əsasən, hazırkı halda iddiaçının hər hansı istifadə hüququna istinad etməsi istisna olunur. Digər tərəfdən, mübahisə predmeti olan tikili qanuni əsaslarla tikilmiş ti kili olsaydı belə, iddiaçının cavabdehlə ailə münasibətlərinə xitam verildiyindən Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən onun istifadə hüququ saxlanmayacaqdı. Göstərilən əsaslar olmadan, yəni hər hansı istifadə hüququna istinad etmədən, özbaşına tikiliyə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı ilk növbədə həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Lakin hazırkı işdə iddiaçı məhkəməyə belə sübutlar təqdim etməmiş, nə də bu sübu tların mövcudluğunu əsaslandırmamışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, elə bir məhrum etmə mövcud olmuşdursa, bunun qanunsuz olduğunu nəticəsinə gəlmək üçün iddiaçı ilk növbədə yuxarıda sadalanan halları, yaşayış sahəsi ilə bağlı hər hansı hüquqlarının olduğunu sübut etməlidir. İşə baxan apelyasiya məhkəməsi yekun nəticəyə gələrkən gəldiyi nəticədə şübhə doğuran halları aydınlaşdırmalı olduğu və dəlillərə müfəssəl qiymət verməli olduğu halda, göstərilən xüsusatları nəzərə almamışdır ki, sonda gəldiyi nəticə üzrə də sübutlar düzgün qiymətləndirilməyərək, işin faktiki halları düzgün müəyyənləşdirilməmişdir. Qeyd olunan işin həqiqi halları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 verdiyi izahat, iş üzrə şahid qismində dindirilən X8, X2 ifadələri, habelə iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli “Fərdi yaşayış evinin alqı-satqı müqaviləsi”, xx.xx.2024-cü il tarixli qəbz, “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” əhali qrupuna aid olan fiziki şəxslərlə bağlı xx.xx.2023-cü il tarixli müqavilə, “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” əhali qrupuna aid olan fiziki şəxslərlə bağlı xx.xx.2024-cü il tarixli müqavilə, AK02502/04-24 saylı xx.xx.2024-cü il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləs”i və s. sənədlərlə təsdiqini tapmasına baxmayaraq apellyasiya instansiya məhkəməsi bunu işin həqiqi halları kimi qəbul etməmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, mübahisəli evin artıq üçüncü şəxsə satılmaqla vicdanlı ə ldə edənin mövcud olmasını, faktiki sahibliyin vicdanlı alıcıya keçməklə iddiaçının faktiki olaraq həmin ünvan üzrə yaşayış imkanının yaranmasının mümkünsüzlüyünü nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 32-ci, Mülki Məcəllənin 159-cu maddələrinə əsaslanaraq hesab etmişdir ki, mübahisəli ev özbaşına tikinti olsa da, nikah müddətində tərəflərin (ər-arvadın) ümumi vəsaiti və əməyi hesabına inşa edildiyinə görə, tərəflər (ər-arvad) həmin evin sahibləri sayılıblar. İş materiallarında toplanmış mötəbər sübutlar isə məhkəmənin gəldiyi mövqeyin tamamilə əksinə olaraq mübahisəli əmlakın nikah dövründə əldə olunmadığını və həmin əmlakın əvvəlki sahibi tərəfindən 3-cü şəxsə satıldığını təsdiq edir. Bu hal da apellyasiya instansiyasının mübahisələndirilən qətnamədə göst ərdiyi dəlillərin işin faktiki hallarına uyğun olmadığını göstərir. Bununla yanaşı, iddiaçının mübahisəli evin (və ya onun əhəmiyyətli bir hissəsinin) inşa və təmir olunmasında ailə birliyi içərisində iştirakına dair dəlilləri, bu xüsusatlara dair iddiaçının istinad etdiyi hallar və təqdim etdiyi sübutlar tam və hərtərəfli yoxlamadan məhkəmə mübahisəli mənzilin məhz nikah dövründə əldə olunan əmlak kimi qiymətləndirmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə
43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164.1. Sahibin ir adəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə
394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. M addə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüqu qun tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutla ra və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
48. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
49. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
52. İddia tələbi özbaşına tikinti hesab edilən evə köçürülmə barədədir. İddiaçı mübahisəli evi cavabdehlə birgə nikah vaxtı inşa etdiyinə, tikiləndən sonra orada cavabdehlə yaşadığına, 2024-cü il fevral ayında isə cavabdehin onu evdən qovmasına istinad etmişdir.
53. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halına görə də iddia tələbində qeyd edilən xüsusatlar təsdiqini tapmışdır.
54. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə ma lik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları, o cümlədən şahid ifadələrini ətraflı araşdırmış, hansı sübutun möhtəbər, hansının isə qeyri-möhtəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.
55. Qeyd edilməlidir ki, nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə əmlakı olması prezumpsiyası mövcud olur və prezumpsiyanı təkzib etmək yükü bilavasitə həmin halı irəli sürən tərəfin üzərinə düşür.
56. İşin məhkəmələr tərəfindən müəyyən edilən halından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin evin tikintisi iddiaçı ilə cavabdehin nikahda olduğu dövrə təsadüf edib, evin tikintisindən sonra da iddiaçı və cavabdeh bir ailə olaraq 2024-cü il fevral ayına qədər həmin evdə birgə yaşamışlar.
57. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 159-cu maddəsinə görə sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
58. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından da görünür ki, iddiaçının mübahisə predmeti olan evə faktiki sahiblik əldə edib. Belə olan halda iddiaçının sahibliyinin pozulması halı mövcuddur və sahibliyin müdafiəsi təmin edilməlidir.
59. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi dəyərləndirməsini, həmin dəyərləndirməyə uyğun gəldiyi nəticəni əsaslı və qanuni hesab edir.
60. Kassasiya şikayətinin dəlillərinə (üçüncü şəxsin vicdanlı əldə edən olması, kommunal xidmətlərin cavabdehin bacısının adına keçməsi, şahidlərin ifadəsinə düzgün qiymət verilməməsi, mübahisəli evin tərəflərin nikahı dövründə ümumi vəsait hesabına tikilməsinin sübuta yetirilməməsi və s.) gəldikdə, işdən görünür ki, iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tam qiymət verib və məhz həmin qiymətləndirməyə əsasən də apellyasiya şikayətini təmin etməyib. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşdığı üçün əlavə şərh verməyə zərurət görmür.
61. Mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin normalarının tətbiq edilməli olması barədə dəlilə münasibətdə isə qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi həmin hüquq norması o halda t ətbiq edilə bilərdi ki, mübahisəli evin birgə nikah vaxtı ümumi vəsait hesabına tikilməsi halı müəyyən edilməzdi. Hazırki işdə isə əksinə, müəyyən edilib ki, mübahisəli ev tərəflərin birgə nikah vaxtı ümumi vəsait hesabına tikilmişdir.
62. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5836/2024 nömrəli, 25 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.