Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6063/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və vəkili Vəkil1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(103)-5508/2021 nömrəli iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı 03.09.2018-ci il tarixdə "xxxx" MMC-yə Xidmət mərkəzi rəhbəri vəzifəsinə işə qəbul edilmiş, 30.09.2018-ci il tarixdə "xxxx" MMC-nin ştat cədvəlində edilmiş dəyişikliyə əsasən vəzifə adı Xidmət Mərkəzi Rəhbəri (FCA) adlandırılmışdır. "xxxx" MMC-nin direktoru X3 17 oktyabr 2019-cu il tarixli 45K nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsinfə işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni m ənafeyinə ciddi xələl gətirməsi) 17.10.2019-cu il tarixdən xitam verilmişdir. "xxxx" MMC-nin direktoru X4 Xidmət Mərkəzi rəhbəri (FCA) İddiaçı tərəfindən verilmiş izahatın surətindən görünür ki, 15 oktyabr 2019-cu il tarixində A.M.Cümə servisindəki xidmət mərkəzinə dəmirçi-rəngsaz bölməsindən göndərilmiş **-TK-*** dövlət nömrə nişanlı X6 avtomobilini hadisədən sonra diaqnostika olunduqdan sonra test yürüşü məqsədilə servisin qarşısında yolda sürmüşdür. FCA Xidmət X1madığından avtomobildə test yürüşünü əksər hallarda o həyata keçirir. Servisdən çıxarkən YLR satış nümayəndəsi Əliyev Yaşar və anbardar köməkçisi Araz da yürüş zamanı avtomobilə əyləşmişdir. Daha sonra avtomobildə hər şey qaydasında olduğunu gördükdən sonra dayanacaqda saxlayıb açarı qəbul otağına təhvil vermişdir. Test yürüşünü n məsafəsi göstərilən fotoşəkildən görünür ki, Xidmət Mərkəzi rəhbəri (FCA) İddiaçı tərəfindən **-TK-*** dövlət nömrə nişanlı X6 avtomobilində 574,05 m məsafədə test yürüşü edilmişdir. Yaşar Əlifov 17.10.2019-cu il tarixli izahatında bildirmişdir ki, o, 15.10.2019-cu il tarixdə saat 15:20 radələrində Jaguar-Land Roverə məxsus sınaq yürüşü avtomobilləri ərazisində olmuş, həmin ərəfədə FCA servis mərkəzinə təmir üçün gətirilmiş avtomobili adı çəkilən servisin rəhbəri İddiaçı yuxarıda qeyd edilən sınaq yürüşü avtomobillərin ərazisi yaxınlığına gətirmiş və xoş niyətlə həmin avtomobildə olan fərqli xüsusiyyətləri ona göstərmək üçün müraciət etmişdir. Avtomobil həqiqətən də, fərqli bir gücə malik avtomobildir, JEEP SRT-dır. Avtomobilə mindikdən sonra həmin avtomobilin sınaq yürüşünə ehtiyacı old uğu barədə İddiaçı ona məlumat xarakterli olaraq bildirmiş və ona həmin yürüşdə iştirak etməyi təklif etmişdir. O, təklifə etiraz etmiş, lakin İddiaçı bildirmişdir ki, servis ərazisində olacaq. Daha sonra təklifi qəbul etməsinin səhv olduğunu anlamış, düşmək istədiyini bildirmiş, lakin məsafə uzaq olduğuna görə avtomobilin servis mərkəzinə qaytarılmasını gözləməli olmuşdur. Araz Xəlilzadə 17.10.2019-cu il tarixli izahatında bildirmişdir ki, 15.10.2019-cu il tarixdə JLR servis girişində dayandığı zaman FCA servis müdiri İddiaçı ona bildirmişdir ki, maşına əyləşsin, onunla işi var. O, maşına əyləşdikdən sonra servisdən çıxmış, bir müddət sürdükdən sonra servisə qayıtmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək, "xxxx" MMC-də xidmət mərkəzinin rəhbəri (FCA) vəzifəsində işləyən İddiaçı ilə imzalanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə "xxxx" MMC-nin direktoru X3 17 oktyabr 2019-cu il tarixli 45K nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçının tutduğu vəzifəyə bərpa edilməsi və 17 oktyabr 2019-cu il tarixindən etibarən tutduğu vəzifəyə bərpa edildiyi tarixədək iddiaçıya ödənilməli olan əmək haqqının (tarif maaşı və bütün əlavələr daxil olmaqla) hesablanaraq cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 avqust 2019-cu il tarixində X6 markalı, **-TK-*** dövlət nömrə nişanlı nəqliyyat vasit əsi yol-nəqliyyat hadisəsindən sonra qəzalı vəziyyətdə dəmirçi və rəngsaz işlərinin görülməsi məqsədi ilə "xxxx" MMC-yə aid avtomobillərə texniki xidmət mərkəzinə təqdim edilmişdir. Bununla bağlı zəruri rəsmiləşmələr həyata keçirilərək müvafiq №********** saylı iş kartı tərtib edilmişdir. Sözügedən iş kartında sifarişçi Quliyev Nizami avtomobilin təmiri üçün lazimi işlərin görülməsini və ehtiyat hissələrinin dəyişdirilməsini xidmət mərkəzinə həvalə etmiş və görülən işlərin keyfiyyətinin yoxlanması məqsədilə avtomobilin yol şəraitində sınağını etibar etmişdir. (sübut iddia ərizəsinə əlavə olunur)15 oktyabr 2019-cu il tarixində X6 markalı, **-TK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri, A.M.Cümə küçəsində yerləşən servisdə elektrik sexində diaqnostika olunduqdan sonra xidmət mərkəzinin rəhbəri (FCA) İddiaçı avtomobilin qəzadan sonra təmir edildiyini nəzərə alaraq, sifarişçiyə təqdim edilməsindən öncə yol şəraitində sınaq yürüşünün keçirilməsini zəruri hesab etmiş və "xxxx" MMCnin iki digər əməkdaşı ilə birlikdə sözügedən avtomaşını A.M.Cümə küçəsində sınaqdan keçirib, hər şeyin qaydasında olduğuna əmin olduqdan sonra servis mərkəzinin dayanacağında saxlayaraq müştəriyə təhvil verilməsi barədə göstəriş vermişdir.16 oktyabr 2019-cu il tarixində X6 markalı, **TK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi Quliyev Nizami avtomaşında quraşdırılmış videoqeydiyyatçı vasitəsi ilə sınaq yürüşü zamanı qeydə alınmış videomaterialları internet məkanında paylaşaraq "xxxx" MMC-nin servis mərkəzində onun avtomobilin qanunsuz idarə edilməsini bəyan etmişdir. 17 okt yabr 2019-cu il tarixində işəgötürən tərəfindən İddiaçı hadisə ilə bağlı izahat verilməsi tələb olunmuşdur. İddiaçı izahatında avtomobilin qəzadan sonra təmir edildiyini nəzərə alaraq, sifarişçiyə təhvil verilməsindən öncə yol şəraitində sınaq yürüşünün keçirilməsinin məqsədəuyğunluğunu bir daha rəhbərliyin diqqətinə çatdırmışdır. Eyni zamanda iddiaçı ********** nömrəli iş kartına (sifariş) əsasən müştəri tərəfindən avtomobilin yol şəraitində sınağına razılıq verildiyini bildirmişdir. Qeyd olunanlara baxmayaraq, 17 oktyabr 2019-cu il tarixində "xxxx" MMC-nin direktoru V.Bayramov işçinin izahatında qeyd etdiyi halları nəzərə almadan işçi ilə imzalanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 45K nömrəli əmr imzalamışdır. Lakin sözügedən əmrin nə təsviri və də əsaslandırıcı hissəsində işçi tərəfindən yol verilmiş pozuntunun xarakteri, onun təsviri və ya digər qanunazidd əməllərinin nədən ibarət olması göstərilməmişdir. Bununla yanaşı işçinin hərəkətləri ilə işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməsi arasında səbəbli-əlaqənin mövcudluğu hər hansı formada əsaslandırılmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Cəmilə Musayeva) 2(006)-7119/2019 saylı, 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 17 oktyabr 2019-cu il tarixli, 45K saylı əmrin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-də tutduğu vəzifəyə bərpa edilməsi və ona 17 oktyabr 2019-cu il tarixindən hesablanmaqla m əcburi iş buraxma müddəti üçün əmək haqqının (tarif maaşı və bütün əlavələr daxil olmaqla) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş materiallarında olan "xxxx" MMCnin17.10.2019-cu il tarixli, 45 K №-li əmrində İddiaçı tərəfindən yol verilmiş «əmək vəzifələrinin kobud şəkildə pozulması halları»nın konkret olaraq nədən ibarət olması göstərilməmiş, həmin pozuntuların işəgötürənin qanuni mənafeyinə xələl gətirməsi ilə bağlı hallar lazımi qaydada əsaslandırılmamış və Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən hallardan hər hansı birinin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının həqiqətən də öz əmək vəzifələrini kobud şəkildə pozması faktı ilə əlaqədar cavabdeh tərəfindən hər hansı daxili araşdırmanın nəticəsi və həm in faktın həqiqətən də öz təsdiqini tapdığını sübut edən hər hansı sənəd cavabdeh "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmənin qənaətinə görə **-TK-*** dövlət qeydiyyat nişanlı X6 markalı avtomobilin iddiaçı tərəfindən sürülməsi tərəf olduğu əmək müqaviləsinin ləğv edilməsinə o halda səbəb ola bilərdi ki, İddiaçı qanuna zidd, Cəmiyyətin qanunla müəyyən edilən və mühafizə olunan əmlak maraqlarına və işgüzar nüfuzuna xələl gətirən hərəkət və ya hərəkətsizliyə yol versin. Lakin işdə olan "xxxx" MMC-nin ********** saylı, 08.10.2019-cu il tarixli təhvil alma iş kartının surətindən görünür ki, görülən işlərin keyfiyyətinin yoxlanılması məqsədilə avtomobilin yol şəraitində sınağının həyata keçirilməsi sifarişçi tərəfindən müvafiq qaydada MMC-nin işçilərinə etibar edilmişdir. Be ləliklə iddiaçı tərəfindən əmək vəzifələrinin pozulması kimi qiymətləndirilən hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddiaçı avtomobili sınaqdan keçirərkən qanuna zidd şəkildə hərəkət etmədiyindən məhkəmə hesab etmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə "xxxx" MMC-nin direktoru X3 17 oktyabr 2019-cu il tarixli 45K nömrəli əmr qanunsuz hesab edilərək ləğv edilməli və o, həmin təşkilatda əvvəllər tutduğu vəzifəyə bərpa edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 72, 74, 300-cü maddələrinə istinadən əsaslandırmışdır. Cavabdeh Avtolüks Azərbaycan” MMC, apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkə məsinin 19 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, cavabdeh tərəfindən əlavə təqdim edilmiş sübutlar əsasında iddianın tam həcmdə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Avtolüks Azərbaycan” MMC-də FCA xidmət mərkəzinin rəhbəri vəzifəsində işləmiş İddiaçı, 15.10.2019-cu il tarixdə müştəri Nizami Quliyevin yol-nəqliyyat hadisəsindən sonra təmir üçün təqdim etdiyi X6 markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobili buna zərurət olmadığı halda şəxsən sınaq yürüşünə çıxarmış, bu zaman MMCnin aparılmış təmir işlərinə heç bir aidiyyəti olmayan iki əməkdaşını da həmin avtomobilə əyləşdirərək, onu yüksək surətlə idarə etmiş və bütün bunlar müştərinin avtomobilin salonunda quraşdırdığı videokamera ya düşmüşdür. Avtomobili servisdən götürdükdən sonra baş vermiş hadisəni videokamera vasitəsilə görən müştəri bundan çox narazı qalmış və MMC-ni qınayıcı şərhlərlə videogörüntünü internetdə yerləşdirmişdir. Nəticədə, MMC-nin işgüzar nüfuzuna və müştəri etimadına çox ciddi zərər vurulmuşdur. Məhz, şirkətin işgüzar nüfuzuna vurulmuş zərərin miqyasını nəzərə alaraq, şirkətin rəhbərliyi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin “ç” bəndilə xitam verilməsi haqqında qərar qəbul etmişdir. Məhkəmə isə, cavabdehin iştirakını təmin etmədən, mübahisəni araşdırmadan, yalnız iddiaçı tərəfindən gətirilmiş dəlilləri əsas tutaraq, qətnamə qəbul etmiş, aşağıdakı iş üçün mühüm olan həqiqi halları tədqiq etmədən əsas kimi götürmüşdür: 1) İş kartına əsasən yalnız armatur-rəngsaz işlərin in görülməsi üçün təqdim edilmiş avtomobilin hansı zərurətlə əlaqədar yol şəraitində sınağa çıxarılması halını- cavavdeh hesab edir ki, belə sınağa heç bir lüzum və zərurət olmamışdır. Çünki təmir işləri yalnız avtomobilin zahiri görkəmini əhatə etmiş, dəyişdirilmiş ehtiyat hissələri isə knopkalar olmuşdur. Belə olan halda, yol şəraitində nəyin sınaqdan keçirildiyi barədə məhkəmədə iddiaçıya qarşı heç sual belə yaranmamışdır. 2) Aparılmış təmirə heç bir aidiyyəti olmayan anbardar Araz Xəlilzadənin və satış təmsilçisi Yaşar Əlifovun sınaq yürüşü zamanı iddiaçı tərəfindən avtomobilə əyləşdirilməsi halını həmin şəxslərin izahatlarından görünür ki, onlar avtomobilə öz təşəbbüsləri ilə deyil, iddiaçının təkidilə əyləşmişlər. Bundan əlavə, Y.Əlifovun izahatından məlum olur ki, onun avtomobilə əy ləşdirilməsinin səbəbi avtomobilin qeyri-standart imkanlarının ona nümayiş etdirilməsindən ibarət olmuşdur ki, bu da sınağın zəruriliyi ilə bağlı iddiaçının dəlillərini heçə endirir. İddiaçının hərəkətləri nəticəsində JEEP, Jaguar-Land Rover, Fiat kimi dünyada məşhur olan brendlərin AR-da rəsmi distribyutoru olan, həssas müştəri kateqoriyasına aid olan yüzlərlə lüks avtomobil sahibinə xidmət göstərən bir şirkətin adının internet məkanında mənfi şəkildə təqdim edilməsi və qınaq obyektinə çevrilməsi, birbaşa olaraq, ƏM-nin 72-ci maddəsinin “e” bəndində qeyd edilən əmək fəaliyyəti zamanı yol verilmiş kobud səhvlər, hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirilməsi halıdır. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Z.Şirinov-sədrlik edən və məruzəçi, F.Talışinski və R.Eyvazov) 2(103)-3235/2020 nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə Avtolüks Azərbaycan” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7119/2019 saylı iş üzrə 19 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, işdə olan Avtolüks Azərbaycan” MMC-nin 08.10.2019-cu il tarixli, ********** nömrəli iş kartından görünür ki, Nizami Quliyev, 30.08.2019-cu il tarixdə **-TK-*** dövlət nömrə nişanlı, X6 markalı avtomobilin lazımi təmir işlərinin görülməsi və ehtiyat hissələrinin dəyişilməsini x idmət mərkəzinə həvalə etmiş və görülən işlərin keyfiyyətinin yoxlanılması məqsədilə avtomobilin yol şəraitində sınağını etibar etmişdir. Bundan əlavə, apellyasiya baxışında əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, İddiaçı xidmət mərkəzinin rəhbəri olmuş və avtomobillərin sınaqdan keçirilməsinə ehtiyac yaranıb-yaranması barədə qərar qəbul etmək onun səlahiyyətinə malik olmuşdur. Lakin o, səlahiyyət həddini aşaraq, yalnız dəmirçi-rəngsaz işləri keçirilməsinə baxmayaraq, zərurət olmadığı halda, avtomobili təmir işinə aidiyyəti olmayan digər iki işçini də əyləşdirməklə test yürüşü adı ilə sürmüşdür. Göründüyü kimi, Xidmət mərkəzində təmir olunmuş avtomobillərin yol şəraitində sınaqdan keçirilməsinə ehtiyac yaranıb-yaranması ba rədə qərar qəbul edilməsi xidmət mərkəzinin rəhbəri kimi İddiaçı birbaşa səlahiyyətində olmuş, eyni zamanda, sözügedən avtomobillə bağlı halda müştəri də avtomobilində hansı təmir işlərinin aparıldığını bilməklə, onun sınaqdan keçirilməsini razılıq vermiş və bu iradəsini iş kartını imzalamaqla açıq şəkildə ifadə etmişdir. Başqa sözlə, İddiaçı **-TK-*** dövlət nömrə nişanlı, X6 markalı avtomobilin sınaqdan keçirilməsi zamanı buna səlahiyyətli olmaqla, əmək vəzifələrini pozması halı müəyyən olunmur. Cavabdeh, əksini iddia edirsə, bu halı sübuta yetirmək vəzifəsi onun üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh, məhz hansı təmir işlərinin aparıldığı halda avtomobillərinin sınaq yürüşündən keçirilməsinə icazə verilməsi barədə də hər hansı sübut (müəssisə tərəfindən müəyyənləşdirilmiş hər hansı təlimat, qaydalar və s.) təqdim etməmişdir. Məhkəmə kollegiyası, şikayətdə qeyd olunan ikinci halı da, iddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirməmişdir. Belə ki, sözügedən avtomobilin test yürüşü zamanı avtomobildə olan şəxslər kənar şəxslər olmamaqla, Avtolüks Azərbaycan” MMC-nin həmin xidmət mərkəzində çalışan işçiləri olmuşdur. Cavabdeh, mübahisəli əmrinin əsası kimi, həm də həmin işçilərin izahatlarına istinad edərək, onların avtomobilə öz təşəbbüsləri ilə deyil, İddiaçı təkidilə minmələrini və avtomobilin sürülməsində məqsəd sınaqdan keçirilməsi deyil, avtomobilin qeyri-standart xüsusiyyətlərinin onlara göst ərilməsi olmasını bildirmişdir. Kollegiya hesab etmişdir ki, qeyd olunan izahatların məzmununu və onları verən şəxslərin Avtolüks Azərbaycan” MMC-nin işçiləri olması halı nəzərə alındıqda, həmin izahatlar bu halın təsdiq edilməsi üçün kifayət qədər mötəbər dəlil sayıla bilməz. Həmçinin cavabdeh birinci instansiya məhkəməsində iştirakının təmin edilmədiyini bildirsə də, işdə olan kommersiya qurumlarının dövlət reyestr məlumatları haqqında çıxarışdan görünür ki, cavabdehin hüquqi ünvanı ünvan 1yestrlərindən görünür ki, rayon məhkəməsi iclasların vaxtı və yeri barədə bildirişləri həmin ünvana göndərmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsi cavabdehin məlumatlandırılması üçün lazımi tədbiri görmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Cavabdeh "xxxx" MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, **-TK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yalnız armatur-rəngsaz işlərinin görülməsi üçün təqdim edildiyi halda iddiaçı həmin maşını zərurət olmadığı halda yol şəraitində sınağa çıxarmışdır. Bundan başqa aparılmış təmirə heç bir aidiyyəti olmayan işçilər sınaq yürüşü zamanı iddiaçı tərəfindən avtomobilə əyləşdirilmişdir. Apelyasiya instansiyası məhkəməsi bu halları nəzərə almamış və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.Əliyev - sədrlik edən və məruzəçi, M.Əhmədova və İ.Xəlilov) 08 aprel 2021-ci il tarixli, 2(102)-1231/2021 saylı qərarı ilə cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3235/2020 nömrəli iş üzrə 20 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibət lərə uyğun əsaslandırılmamışdır. Belə ki, cavabdeh kassasiya şikayətində göstərmişdir ki, **-TK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yalnız armatur-rəngsaz işlərinin görülməsi üçün təqdim edildiyi halda iddiaçı həmin maşını zərurət olmadığı halda yol şəraitində sınağa çıxarmışdır. Bundan başqa aparılmış təmirə heç bir aidiyyəti olmayan işçilər sınaq yürüşü zamanı iddiaçı tərəfindən avtomobilə əyləşdirilmişdir. Apelyasiya instansiyası məhkəməsi bu halları nəzərə almamış və nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni işdə olan Avtolüks Azərbaycan MMC-nin 08.10.2019-cu il tarixli, ********** nömrəli iş kartı ilə 30.08.2019-cu il tarixdə **-TK-*** dövlət nömrə nişanlı, X6 markalı avtomobilin sahibi Nizami Quliyevin avt omobilin yol şəraitində sınağını etibar etməsi ilə əsaslandırsa da, hazırkı halda sınaq yürüşünə ehtiyac olub-olmamasını araşdırmamışdır. Həmçinin iddiaçı tərəfindən həyata keçirilən sınaq yürüşü zamanı **-TK-*** dövlət nömrə nişanlı, X6 markalı avtomobildə satış nümayəndəsi Yaşar Əlifov və anbardar köməkçisi Araz Xəlilzadə də olmuşdur. Apelyasiya instansiyası məhkəməsi Yaşar Əlifov və Araz Xəlilzadənin sınaq yürüşü zamanı avtomobildə olmasının zəruri olub-olmamasını, həmin şəxslərin sınaq yürüşü zamanı avtomobildə hər hansı bir qüsuru aşkara çıxarmaq və hər hansı bir qüsur aşkar edilərsə həmin qüsuru aradan qaldırmaq səlahiyyətinə malik olub-olmamalarını araşdırmamışdır. Məhkəmə kollegiyası qərarında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (ç), 72, Azərbaycan Respublikası Mülki Pro sessual Məcəlləsinin 14.2, 88, 217.1, 217.3, 218.1, 417.1.3, 418.3-cü maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: N.Cəfərov - sədrlik edən və məruzəçi, E.Mehtiyev və X.Sarıyev) 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19.12.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Avtolüks Azərbaycan” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdeh təşkilatda Xidmət mərkəzi rəhbəri (FCA) vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin 17.10.2019-cu il tarixli, 45K nömrəli əmri ilə ləğv edilib. Bunun əsası əmrin məzmununda “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin mənafeyinə ciddi xələl gətirməsikimi qeyd olunub. Hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin göstərişinə istinad olunub. Həmin bəndə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddənin “e” bəndinə görə işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, əmr qanunidir. İddiaçı başqa şəxsin - müştəri Nizami Quliyevin təmir üçün cavabdeh təşkilata təqdim etdiyi “X6” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobili 15.10.2019-cu il tarixdə avtomobil yolunda yüksək sürətlə sınaq yürüşünə çıxarmış, bu zaman təmirlə heç bir əlaqəsi olmayan 2 şəxsi cavabdeh təşkilatın anbardarı Araz Xəlilzadəni və satış təmsilçisi Yaşar Əlifovu avtomobilə əyləşdirmiş, bütün bunlar isə müştərinin avtomobilin salonunda quraşdırdığı videoregistrator tərəfindən qeydə alınmışdır. Müştəri avtomobili servisdən götürdükdən sonra bütün bunları aşkar etmiş, baş verənl ərdən narazı qalmış, həmin videogörüntünü cavabdeh təşkilatı qınayıcı şərhlərlə internetdə yerləşdirmişdir. Nəticədə isə cavabdeh təşkilatın işəgüzar nüfuzuna zərər vurulmuşdur. Belə ki, cavabdeh təşkilat “Jeep”, “Jaguar-Land Rover”, “Fiat” kimi dünyada məşhur olan brendlərin Azərbaycan Respublikasında rəsmi distribyutorudur, həssas müştəri kateqoriyasına aid olan lüks avtomobil sahiblərinə xidmət göstərir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq səlahiyyəti (etibarnaməsi) olmadığı halda başqasının avtomobilini yaşayış məntəqəsindəki avtomobil yolunda idarə edib. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsi buna icazə vermir. Bu hərəkət qanun pozuntusu sayılır. İddiaçının inzibati məsuliyyətə cəlb edilməməsi onun bu hərəkətinin əmək fəaliyyəti zamanı yol verilmiş pozuntu kimi qiymətləndirilməsinə mane olmur. Həmçinin iddiaçı müvafiq səlahiyyəti (etibarnaməsi) olmadığı halda başqasının mülkiyyətindən (avtomobilindən) istifadə edib, habelə kənar şəxslərin (anbardar və satış nümayəndəsinin) sərnişin kimi başqasının mülkiyyətindən istifadə etməsinə şərait yaradıb. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi buna icazə vermir. Həmin maddədə mülkiyyətin toxunulmaz olduğu müəyyən edilib. Ona görə də bu, mülkiyyətin toxunulmazlığının pozulması sayılır. İddiaçının mülki məsuliyyətə cəlb edilməməsi onun bu hərəkətinin əmək fəaliyyəti zamanı yol verilmiş pozuntu kimi qiymətləndirilməsinə mane olmur. Yol hərəkətinə və mülkiyyətin toxunulmazlığına dair qaydaları dövlət müəyyənləşdirir. Başqa heç kəs (işəgötürən, işçi v ə s.) bu barədə qaydalar müəyyən etmək səlahiyyətinə malik deyil. Ona görə də həmin qaydaları pozan hər kəs qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. İddiaçı qaydaları pozduğuna görə məsuliyyət daşımalıdır. Əmək müqaviləsinin ləğv edilməsi məsuliyyətin bir formasıdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstəri şlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsinin 2( 103)-5508/2021 saylı, 04.06.2021-ci il tarixli qətnaməsində Ali Məhkəmənin qərarında göstərilən iki əsas hal araşdırılmamış və bu hallara ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Əvəzində ümumiyyətlə mübahisə predmetini təşkil etməyən və apellyasiya şikayətinin dəlillərinə aid olmayan yeni hüquqi mövqe nümayiş edilmişdir. Belə ki Apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırma hissəsində iddiaçının səlahiyyəti (etibarnamə) olmadan digər şəxsin avtomobilini yaşayış məntəqəsində idarə etməsini əmrin düzgün qəbul edilməsini sübuta yetirən hal kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə almır ki, bu hal iş üzrə mübahisəli hal deyil, apellyasiya şikayətinin əsasını təşkil etmir və Ali M əhkəmənin məcburi göstərişlərinə aid olan hal deyil. Beləliklə də məhkəmə şikayətə baxılma hədlərini açıq surətdə pozur. Apellyasiya instansiyası məhkəməsi hazırda mtibahisələndirilən qətnamədə (2-ci vərəq 7-ci abzas) qeyd edir ki. iddiaçı səlahiyyəti (etibarnaməsi) olmadığı halda başqasının mülkiyyətindən (avtomobilindən) istifadə edib, habelə kənar şəxslərin (anbardar və satış nümayəndəsinin) sərnişin kimi başqasının mülkiyyətindən istifadə etməsinə şərait yaradıb. Bu halda da məhkəmə tərəfindən əmrin qanuni qəbul edildiyi nəticəsinə gəlinməsi üçün kifayət hesab olunur. Halbuki, iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında bu şəxslərin avtomobildə olmasınına zərurət olubolmamasını araşdırması məcburi göstəriş olaraq qeyd edilmişdir. Buna baxmayaraq məhkəmə həmin şəxsləri dindirm ədən onların izahatlarını almadan sadəcə mülahizələrə əsaslanan qətnamə qəbul edir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.2 bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfind ən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 186.2
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqavi ləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticəüçünəhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına vəyaxud qətnamə vəqərardadda ifadəolunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikay əti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozu lması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, işəgötürən tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qeyd edilən maddi hüquq normalarının tələblərinə əməl edilmiş, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı pozuntuya yol verilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, MPM-nin 420-ci maddəsinə əsasən apellyasiya məhkəməsi kassasiya məhkəməsinin göstərişlərinə əsasən sınaq yürüşünə ehtiyac olub-olmaması və Yaşar Əlifov və Araz Xəlilzadənin sınaq yürüşü zamanı avtomobildə olmasının zəruri olub-olmaması ilə bağlı halı işdə olan sübutlara əsasə n yenidən qiymətləndirməklə, müəyyən etmişdir ki, iddiaçı başqa şəxsin - müştəri Nizami Quliyevin təmir üçün cavabdeh təşkilata təqdim etdiyi “X6” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobili 15.10.2019-cu il tarixdə avtomobil yolunda yüksək sürətlə sınaq yürüşünə çıxarmış, bu zaman təmirlə heç bir əlaqəsi olmayan 2 şəxsi cavabdeh təşkilatın anbardarı Araz Xəlilzadəni və satış təmsilçisi Yaşar Əlifovu avtomobilə əyləşdirmiş, bütün bunlar isə müştərinin avtomobilin salonunda quraşdırdığı videoregistrator tərəfindən qeydə alınmışdır. Müştəri avtomobili servisdən götürdükdən sonra bütün bunları aşkar etmiş, baş verənlərdən narazı qalmış, həmin videogörüntünü cavabdeh təşkilatı qınayıcı şərhlərlə internetdə yerləşdirmişdir. Nəticədə isə cavabdeh təşkilatın işgüzar nüfuzuna zərər vu rulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tam hüquqlu məhkəmə kimi tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217, 218 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 41 6, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5508/2021 nömrəli iş üzrə 04 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.