Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6066/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əşyadan payın naturada ayrılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı, vəkili X4, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 və xx tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsində yerləşən “A”, “B” və “V” literli tikililərdən ibarət olan 141 saylı fərdi yaşayış evi 5/40 hissədə Cavabdeh2, 1/40 hissədə Cavabdeh3, 1/40 hissədə Cavabdeh4, 1/40 hissədə Cavabdeh5, 8/40 hissədə X7, 8/40 hissədə X3, 8/40 hissədə (A tik. 1-ci mərtəbə, ü/s – 90,5 m2, y/s – 66,6 m2 ) Cavabdeh1 və 8/40 hissədə X5 adlarına paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Hazırda iddiaçı özünə aid payın naturada ayrılmasını tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət e dərək, Bakı şəhəri, Yasamal rayonu, xx (4-cü Yasamal) küçəsində yerləşən və paylı mülkiyyətdə olan 141 saylı fərdi yaşayış evi üzərində onun payına düşən yaşayış və köməkçi otaqlardan ibarət 8/40 hissəsinin naturada ayrılması və həmin paya mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin Az XXXXXX həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, xxı fərdi yaşayış evi mərhum atası xoğlunun xüsusi mülkiyyətində olmuşdur. Anası 1994-cü ildə, atası isə 1995-ci ildə vəfat etmişdir. Mübahisəli fərdi yaşayış evinə dair adına 10.10.1997-ci ildə Bakı şəhəri İcra Hakimiyyətinin TİMHQİ tərəfindən 106178 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin qeydiyyat vəsiqəsində onun mülkiyyət hüququ 1/5 hissədə, atası xoğlunun mülkiyyət hüququ 3/5 hissədə, bacısı X3, qardaşı X12, qardaşı Cavabdeh1, bacısı X5 1/5 hissədə mülkiyyət hüququ müəyyən edilmişdir. Yasamal Rayon Məhkəməsində iddiaçı Cavabdeh1 ona və qeyrilərinə qarşı Yaşayış evinin naturada bölünməsi tələbinə dair mülki işə baxılarkən məhkəmənin sorğusuna xx tərəfindən verilmiş 19.09.2014-cü il tarixli məktuba əsasən xxı fərdi yaşayış evi hal-hazırda 5/40 hissədə Cavabdeh2, 1/40 hissədə Cavabdeh3, 1/40 hissədə Cavabdeh4, 1/40 hissədə Cavabdeh5, 8/40 hissədə iddiaçının, 8/40 hissədə X3, 8/40 hissədə Cavabdeh1, 8/40 hissədə X5 mülkiyyətindədir. Bir sözlə paylı mülkiyyətində olan fərdi yasayıs evinin ümumi sahəsi (mərtəbələr üzrə otaqların təsnifatı) cəmi 454.8 kv.m-dir. Mülkiyyətçilərdən X8 və X13 vəfat etmişdir və onlara məxsus pay tərəfindən faktiki olaraq qəbul olunsa d a, adına mülkiyyət hüququ üzrə reyestrdə qeydə alınmamışdır. Yəni miras əmlak hər iki miras qoyana münasibətdə açıq qalmışdır. Hazırda həmin hissədə miras əmlak üzərində onun vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payının müəyyən edilməsi tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Cavabdeh1 və qeyrilərinin adına verilmiş texniki pasportun surətindən görünür ki, mülk A literli yaşayış evində 12 yaşayış otağı, 6 bağlı eyvan, 1 dəhliz, 3 mətbəx; B liter yaşayış evində 1 giriş, 1 yaşayış otağı; V liter yaşayış evində 3 yaşayış otağı, 1 giriş, 1 mətbəxdən ibarətdir. Ümumilikdə 16 yaşayış otağından, 6 bağlı eyvandan, 1 dəhlizdən, 4 mətbəxdən, 2 girişdən ibarətdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-7759/2014 saylı 16 dekabr 2014-cü il tarixli qətnaməsi ilə xxı fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətində olan 8/40 hissəsinin onun yaşadığı mənzilin sahələri 21,7 kv.m, 7,8 kv.m və 3,5 kv.m olan tikililərdən ümumi istifadədə olan həyətyanı torpaq sahəsinə tərəf açılan giriş-çıxış qapıları bağlanmaqla, sahəsi 21,7 kv.m olan tikilinin küçəyə tərəf olan fasad divarında yerləşən pəncərə boşluğunun yerində giriş-çıxış qapısı quraşdırılmaqla sahəsi 16,7 kv.m olan tikilidən sahəsi 13,5 kv.m olan tikiliyə, sahəsi 20 kv.m olan tikilidən də sahəsi 6,6 kv.m olan tikiliyə giriş çıxış üçün həmin tikililərin arakəsmə divarında giriş çıxış qapıları quraşdırılmaqla naturada ayrılması, xxı fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətində olan naturada ayrılmış 8/40 hissəsinə dair çıxarışın verilməsi xxnə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi və Azərbayca n Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş şikayətlər təmin edilməmiş və qətnamə qüvvəsində saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh1 mülkiyyətində olan naturada ayrılmış 5. 6. 7. 8. 9. 8/40 hissəsinə dair iddiası təmin edilərək payına uyğun bölgü aparılmışdır. xxı paylı mülkiyyət hüququ üzrə fərdi yaşayış evinə dair onun payına düşən hissə ayrılmalıdır. Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qəbul etməyərək onun təmin olunmamasını xahiş etmişlər. Məhkəmənin 01.02.2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20.07.2018-ci il tarixli, 5583 saylı ekspertiza rəyinə əsasən aparılmış tədqiqatla, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, 141 saylı yaşayış evinin İddiaçı mülkiyyətində olan 1/5 paya yaxın şəkildə real olaraq ayrılması İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2,4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq naturada ayrılması texniki cəhətdən mümkündür. Bölgü zamanı hansı yenidən qurma işlərinin görülməsi rəyə əlavə olunmuş plan-sxemdə göstərilmişdir. Məhkəmənin 06.09.2018-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15.03.2019-cu il tarixli, 25960 saylı ekspertiza rəyində göstərilmişdir ki, 20.07.2018ci il tarixli 5583 saylı ekspert rəyində ünvan 1 ünvanında iddiaçıya ayrılması nəzərdə tutulan "A" literli tikilinin ikinci mərtəbəsinin 10, 11, 12, 13, 14, 15, 16, 17 və 18 saylı tikililərinin faktiki vəziyyəti üzrə 14 və 16 saylı tikililərdən başqa digər tikililəri Cavabdeh2 istifadəsində olmaqla digər cavabdehlərə maneə yaratmadığı müəyyən edilmişdir. İddiaçının payına düşən 1/5 hissəyə uyğun sahənin Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsindəki 141 saylı evin "A" literli tikilisinin ikinci mərtəbəsində yerləşən 14 saylı (16.7kv.m texniki pasportda 3 saylı), 16 saylı (19.2kv.m texniki pasportda 4 saylı) otaqlarının və "V" İterli tikilinin ayrıca giriş-çıxışı qapısı olan 60.5kvm tikililərin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun qaydada bölünməsi texniki cəhətdən mümkündür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 16 may 2019-cu il tarixli, 2(004)-115/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov (4-cü Yasamal) küçəsində yerləşən 141 saylı fərdi yaşayış evinin İddiaçı payına düşən 1/5 hissəsinə uyğun “A” literli tikilisinin ikinci mərtəbəsində yerləşən 14 saylı (16,7 m2 texniki pasportda 3 saylı), 16 saylı (19,2 m2 texniki pasportda 4 saylı) otaqlarının və “V” literli tikilisinin ayrıca giriş-çıxışı qapısı olan 60,5 m2 tikililərinin naturada ayrılması, onun adına həmin paya mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 150 (bir yüz əlli) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutulub dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinə istinad qeyd etmişdir ki, məhkəmə istinad edilən maddi hüquq normaları baxımından iddiaçının ümumi mülkiyyətdə olan əmlakda özünə aid payının naturada bölgüsünü tələb etməkdə haqlı olduğunu, habelə keçirilmiş ilkin və əlavə ekspertiza rəyləri ilə bölgünün mümkünlüyünü nəzərə alıb hesab etmişdir ki, iddia təmin edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) 10 iyun 2021-ci il tarixli, xx nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin e dilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx saylı iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya baxışı zamanı keçirilmiş ekspertizaların xərci olan 300 (üç yüz əlli) manatın Cavabdeh1 tutularaq dövlət büdcəsinə köçürülməsi, apellyasiya şikayəti üçün ödədiyi dövlət rüsumunun onun özünə aid olunması qət edilmişdir.
11. Apellyasiya kollegiyası 29.08.2019-cu il tarixli qərardadla əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 5583 saylı 20 iyul 2018-ci il tarixli, habelə 15.03.2019-cu il tarixli 25960 saylı tarixli rəylərinə əsasən saylı fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olan 1/5 payının ayrılmasının texniki cəhətdən mümkün olduğu, bunun üçün onun payına düşən 90,96 m2 sahən in Cavabdeh2, X14 və X9 istifadələrində olan ümumilikdə 190 m2 sahədən ayrılmalı olduğu nəticəsinə gəlinmişdir.
12. Həmçinin iş üzrə əlavə ekspertiza təyin olunmuş, ekspertin 14.10.2020-ci il tarixli rəyində, mübahisəsi gedən yaşayış evinin İddiaçı mülkiyyətində olan 1/5 hissəsinə uyğun 90,96 m2 sahənin Cavabdeh2, X14 və X9 istifadələrində olan ümumilikdə 190 m2 sahədən X14 istifadəsindəki 92 m2 ayrılmasının İnşaat Norma və Qaydalarına uyğun olduğu vurğulanmışdır.
13. Bundan sonra yenə ekspertiza təyin edilmiş, ekspertin 19 mart 2021-ci il tarixli rəyində, fərdi yaşayış evinin 19.03.2019-cu il tarixli ekspert rəyində İV literli sahənin yerində yerləşdiyi göstərilən 44, 45, 46, 47, 48, 49, 50, 51 və 57 saylı tikililərinin X14 istifadəsində olduğu, İddiaçı mülkiyyətindəki 8/40 (1/5) hissəy ə (90,96 m2 ) məhz Lalə Ağazadənin istifadəsində olan yaşayış evinin ayrılmasının mümkünlüyü qeyd olunmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsi nəticə etibarilə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmışdır. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri
15. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşir. Konstruktiv cəhətdən vahid olan tikilinin naturada bölünməsi mümkün olmadığından evə və torpaq sahəsinə dair bölgü-sxeminin tərtib edilməsi mümkün olma mışdır. Lakin birinci və apellyasiya instansiya məhkəmələrinin müvafiq qətnaməsində 20.07.2018-ci il tarixli, 5583 saylı ekspert rəyinə istinad edilməklə müvafiq fərdi yaşayış evinin naturada bölünməsinin mümkünlüyü qeyd olunmuşdur. Halbuki, müvafiq fərdi yaşayış evi bir dam altında yerləşdiyindən və evin otaqları bir-birindən ortaq divarla ayrıldığından və digər şəxsə məxsus olan tikilinin üstündə yerləşdiyindən və birinci və ikinci mərtəbədə yerləşən tikililər eyni tikintialtı sahədə yerləşdiyindən müvafiq ünvanda əlavə tikinti və yenidənqurma işləri aparılmadan evin naturada ayrılması mümkün deyil. Belə ki, müvafiq ekspert rəyində müvafiq ünvanda yenidənqurma işlərinin aparıldığı da qeyd edilmişdir. Bu səbəbdən də, mövcud qanunvericiliyin tələblərinə əsasən yaşayış evlərində əlavə tikin ti inşa edilməsi və yenidənqurma işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Lakin müvafiq fərdi yaşayış evinin naturada ayrılmasına razılıq verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının sərəncamı təqdim edilməmişdir. Bundan əlavə, müvafiq ekspert rəyində müvafiq fərdi yaşayış evinin ümumi sahəsi, yaşayış və yardımçı sahəsi daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlarla uyğunsuzluq təşkil edir. Həmçinin, müvafiq fərdi yaşayış evinin naturada ayrılması ilə bağlı mülkiyyətçilər tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş bölgü-sxemi təqdim edilməmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müvafiq mülki işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, işin faktiki hallarına düzgün qiymət verilməmiş, təkrar ekspertiza keçirilməmiş, qanunvericilik normaları düzgün tətbiq edilməmiş, qanunvericiliyin tələbləri nəzərə alınmamış və nəticədə qanunsuz və ədalətsiz qətnamələr qəbul edilmişdir. Şikayətdə qeyd olunan halların düzgün və qanunamüvafiq qaydada yenidən araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müvafiq mülki iş üzrə tərəf kimi cəlb edilməli və müvafiq ünvanda təkrar ekspertiza keçirilməlidir. Belə ki, ilkin ekspertiza daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından keçmiş tikililərə dair və texniki pasporta uğun keçirilməmiş və ekspert rəyində də ümumi sahənin, yaşayış sahəsinin və köməkçi sahələrin ölçüləri düzgün qeyd olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi qətnaməni işə obyektiv yanaşmadan qəbul etməklə Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Mülki və Mülki Prosessual Məcəllələri və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş ədalət mühakiməsinin əsas prinsiplərini pozmuş və müvafiq qətnamə düzgün əsaslandırılmamışdır.
17. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən alınmış birinci rəylə ikinci rəy arasında əmlakın sahəsində əmələ gələn 32,3 kv.m-lik sahənin nədən əmələ gəlməsi araşdırılmamış, ona hüquqi qiymət verilməmişdir. Digər tərəfdən ekspert rəyində göstərilir ki, həyətdə olan “B” ti kilisinin üzərində 2-ci mərtəbə mövcuddur. Bu tamamilə yalandır. “B” tikilisinin üzərində heç bir 2-ci mərtəbə mövcud deyildir. Ekspert məhkəmə tərəfindən qoyulan suallara etinasız yanaşaraq Cavabdeh1 mərhum bacıları xn və xin vərəsəlik paylarını səhv olaraq atalarından qalan vərəsəlik payı kimi ümumi miras payın içərisində göstərmişdir. Cavabdeh1 bacıları Həqiqət 2014-cü ildə, Gülzaman isə 2016-cı ildə vəfat etmişdir. Yasamal rayon məhkəməsinin 23 dekabr 1996-cı il tarixli qətnaməsinə əsasən hər birinin miras payı 1/5 kimi müəyyən edilmişdir. Həqiqət və Gülzamana düşən paylar 1/5-dən az olmasına baxmayaraq onların yaşadıqları mənzil ayrı olduğu üçün hər ikisi istifadələrində olan mənzillə kifayətlənərək artıq pay tələb etməmişlər. Bakı şəhər Yasamal rayon məhkəməsinin 03 avqust 2000-ci il tarixli qətnaməsi ilə X3 cavabdehlər X10 və qeyrilərindən torpaq sahəsindən istifadə qaydasının müəyyən olunması və giriş qapısının açılması, X5, Cavabdeh1, X1, X2 həyətyanı torpaq sahəsinin bölünməsi, giriş qapısının açılması tələblərinə dair iddiaları qismən təmin olunaraq Bakı şəhəri, x tikintisinin qarşısındakı 51,3 kv.m torpaq sahəsi X3 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsindən 3-cü Yasamal küçəsinə gediş-gəliş yolu açmaq üçün X6 icazə verilmişdir. Həmin qətnamədə göstərilir ki, “iddiaçılar və cavabdehlər bildirdilər ki, aparılmış bölgü əsasında hər birinə düşmüş ev hissəsi ilə razıdırlar və əlavə bölgü aparılmasına ehtiyacları, həmçinin mübahisələri yoxdur”. Yasamal Rayon Məhkəməsinin 03 avqust 2000-ci il tarixli qətnaməsindən yalnız X16 apellyasiya şikayəti vermiş Azərbaycan R espublikası Apellyasiya Məhkəməsinin 16 mart 2001-ci il tarixli qətnaməsi ilə x ın apellyasiya şikayəti təmin olunmamışdır. Tağıyeva Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 iyun 2001-ci il tarixli Qərarı ilə xnın kassasiya şikayəti təmin edilməmiş və apellyasiya məhkəməsinin 16 mart 2001-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, Apellyasiya Məhkəməsinin qətnaməsində və Ali Məhkəmənin Qərarında da göstərilmişdir ki, hər kəs yaşadığı mənzilin onda qalması ilə razıdır. Heç kəs ona l/5-dən az düşən payın əvəzində digərindən pul tələb etmir. Onlar ata-anaların sağlığında da indi yaşadıqları evlərdə yaşamışlar və hər birinin özünə həmin evlərdə şərait yaratmışlar. Təkcə x başqa ünvanda yaşamışdır. İ.X11 və Həqiqətin ölümündən sonra onların istifadələrində olan yaşayış sahələrinə vərəsəlik açılmış və iddiaçı Tağıyeva onlardan qalan vərəsəlik əmlakı ilə əlaqədar olaraq məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar məhkəmə mübahisələri başa çatmış, Tağıyevanın iddiası və şikayətləri təmin olunmamışdır. Bacıları Həqiqət və Gülzamandan qalan miras atalarından qalan mirasın kütləsinə daxil ola bilməz. Ekspert eyni zamanda Cavabdeh1 mülkiyyətində olan, atasından qalmış məhkəmə qərarları ilə və mülkiyyət hüququ əsasında adına qeydə alınmış vərəsəlik payını da miras əmlakın kütləsinə daxil etmişdir. Bununla əlaqədar olaraq çoxsaylı məhkəmə mübahisələri olmuş, Yasamal rayonu məhkəməsinin 16 dekabr 2014-cü il tarixli iş No x saylı, Bakı Apellyasiya Məhkəməsinin 29 iyun 2017-ci il tarixli, x saylı, Azər baycan Respublikası Ah Məhkəməsinin 22 dekabr 2017-ci il tarixli, iş №x7 saylı qətnamə və qərarları ilə mübahisə onun xeyrimə həll olunmuş, Cavabdeh11/5 vərəsəlik payı naturada ayrılmış və mənə hüquq müəyyənedici sənəd verilmişdir. Cavabdeh1 əmlakı da miras əmlakın kütləsinə daxil edilə bilməz. Göründüyü kimi ekspert Cavabdeh1, onun bacıları Həqiqət və Gülzaman vərəsəlik və məhkəmə qərarları ilə müəyyən olunmuş 1/5 paylarını yenidən miras əmlakın kütləsinə daxil edərək ziddiyyət yaratmış, bu ziddiyyət araşdırılmamış və aradan qaldırılmamışdır. Halbuki, ekspert məhkəmə qərarları və mülkiyyət sənədləri əsasında atalarından qalan miras əmlakı ayırmalı və sxemdə qeyd etməklə atasından miras qalmış əmlakdan iddiaçı Tağıyevanın 1/5 miras payının ayrılmasına köməklik göstərməli idi. Ekspert rəyin dən görünür ki, Cavabdeh1 mərhum qardaşı Məcidin ailəsinin istifadəsində 11, 12, 13,15, 17 və 18 saylı - cəmi 7 otaq vardır. Ekspert rəyindən və Cavabdeh2 məhkəmədə verdiyi izahatından görünür ki, mərhum qardaşı Məcidin ailəsinin istifadəsində 10, 12, 13, 15, 17 və 18 saylı - cəmi 7 otaq vardır. Bu 200 kv.m-dən artıq tikili sahəsi təşkil edir. Mərhum atalarından qalan miras əmlakın 7 yaşayış otağı və digər yardımçı sahələr ilə birlikdə yarıdan çoxu, yaşayış otaqlarının isə tam yarısı mərhum, qardaşı Məcidin ailəsinin istifadəsindədir. Məhkəmənin iddiaçı Tağıyevanın 1/5 miras payının mərhum qardaşı Məcidin ailəsinin istifadə etdiyi, miras əmlakın yarısını təşkil edən hissələrə deyil, barələrində məhkəmə qərarları olan və məhkəmə qərarlarının preyudisial əhəmiyyət kəsb etdiyi digər hissələ rə yönəltməsi tamamilə qanunsuz və əsassızdır. Məcidin qızları Lalə 85 kv.m, Vüsalə isə 67 kv.m sahədən istifadə edirlər. Cavabdeh1, mərhum bacıları Həqiqət və Gülzamanın vaxtılə istifadə etdiyi və Cavabdeh1 mülkiyyətində olan hissələrdən başqa qalan bütün tikililər Məcidin ailəsinin istifadəsindədir. Halbuki onların cəmi 1/5 vərəsəlik payları vardır. İddiaçı Tağıyevanın 1/5 payı həmin tikililərin içərisindədir. Bütün bu hallar barədə kassatorun məhkəməyə təqdim etdiyi yazılı vəsatətində və çıxışında göstərmişdir. Lakin bunların heç biri işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamış, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Ekspert hüquqi məsələləri həll etmir və qarşısında qoyulan suallara cavab verir. Bu iş üzrə isə ekspert öz səlahiyyətlərindən kənara çıxaraq məhkəmə qətnamə və qərarları ilə hüquqi rejimi həll olunmuş miras əmlakları da atamızdan qalan miras əmlakın kütləsinə daxil etmiş və miras əmlakı barədə məhkəmənin səlahiyyətinə aid olan məsələni də həll etmişdir. Göründüyü kimi ekspert Cavabdeh1, mərhum bacıları Həqiqət və Gülzamanın vərəsəlik paylarını da miras əmlakın kütləsinə daxil edərək qarşısında qoyulan sualdan yayınmışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 3 dəfə ekspertiza təyin olunmuş, hər dəfə ekspertlər Cavabdeh1 mərhum bacıları Həqiqət və Gülzamanın ayrıca, 1/5-dən az olan paylarını da atalarından qalan və bölünməmiş paylar kimi yenidən miras əmlakın kütləsinə daxil etmişlər. Həqiqət və Gülzamandan qalan miras əmlak barədə Tağıyeva ona vərəsəlik şəhadətnaməsi verilməsi barədə məhkəmədə iddia qaldırmış, onun iddiası bütün instansi yalarda təmin olunmayaraq rədd edilmişdir. Hər iki məhkəmə Cavabdeh1 mülkiyyətində olan, naturada ayrılmış adına rəsmi qeydiyyatdan keçmiş vərəsəlik payımı və mərhum bacıları Həqiqət və Gülzamanın paylarını da atamdan qalan mirasın kütləsinə daxil etməklə Cavabdeh1 Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146-cı maddəsində nəzərdə tutulan hüquqlarını pozmuşlar. İşdə olan sənədlərdən görünür ki, olar aralarında olan vərəsəlik üzrə münasibətlər hələ 2000-ci il sentyabrın 01-nə qədər qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qüvvədə olduğu müddətdə başlamışdır. Anaları 1994-cü ildə, mülkiyyətçi olan ataları isə 1995-ci ildə vəfat etmişlər. Ataların adına olan miras əmlak 10 oktyabr 1997-ci ildə qeydə alınmışdır. Atalarından miras qalmış vərəsəlik əmlakında hər birinin 1/5 vərəsəlik paylarının olmasını təsdiq edən və bu gün də qüvvədə olan, işə baxan bütün məhkəmələrin istinad etdiyi Yasamal Rayon Məhkəməsinin 23 dekabr 1996-cı il tarixli qətnaməsi və mərhum bacısı Gülzamanın ona məxsus tikilinin qarşısındakı 51,3 kvm torpaq sahəsinin onun mülkiyyətinə verilməsi və küçəyə yol açılması barədə Yasamal rayon Məhkəməsinin 03 avqust 2000-ci il tarixli qətnamələri həmin dövrdə qüvvədə olmuş maddi hüquq normalarına əsasən qəbul edilmişdir. Yuxarıda qeyd edildiyi kimi Yasamal Rayon Məhkəməsinin 03 avqust 2000-ci il tarixli qətnaməsindən yalnız hazırki iş üzrə iddiaçı Tağıyeva apellyasiya və kassasiya şikayəti vermiş, onun şikayətlərinin heç biri təmin olunmamış, Yasamal Rayon Məhkəməsinin qətna məsi qüvvəsində saxlanılmışdır. Bakı Apellyasiya məhkəməsi mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarını deyil, hazırda qüvvədə olan maddi hüquq normalarını tətbiq etmişdir ki, bu da qanun pozğunluğudur. Bakı Apellyasiya Məhkəməsini 10 iyun 2021-ci il tarixli, x saylı qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv olunmalı və iş yeni məhkəmə baxışına qaytarılmalıdır. İş yeni məhkəmə baxışma qaytarıldıqdan sonra yeni ekspertiza təyin olunmalı, ekspertlər qarşısında sənədlər və məhkəmə qətnamələri əsasında digər vərəsələrə məxsus olan, məhkəmə qətnamələri ilə taleyi artıq həll olunmuş hissələrin atalarından qalan miras əmlakdan ayrılması və onların təkrarən miras əmlakın kütləsinə daxil edilməməsi məsələsi qoyulmalı, atalarından qalan və bölünməmiş, mər hum qardaşının ailəsi tərəfindən istifadə edilən miras əmlakdan iddiaçı Tağıyevaya məxsus 1/5 payın naturada ayrılıb verilməsi təmin olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Nizami İbrahimov kassasiya şikayətlərinə etiraz edərək onların rədd olunmasını xahiş etdilər.
21. Cavabdeh1 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat ver mədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
23. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
24. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
25. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola b ilər.
26. Maddə 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.
27. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
28. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
29. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturad a ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
30. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
31. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
32. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
416. Kassasiya instansiyası məhkəməsi mü stəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları a raşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. İş materiallarından görünür ki, tərəflər daşınmaz əşyanın ümumi paylı mülkiyyətçiləridirlər. İddiaçı payının naturada ayrılmasını tələb edir.
38. Belə olan halda iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 220-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, paylı mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, paylı mülkiyyətçilər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəy ərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (§ 27-32).
39. Payın naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmaması bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. İş üzrə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsindəki icraatda müvafiq ekspertizalar keçirilməklə rəylər alınmışdır (§ 67, 11-13).
40. Məhkəmələr həmin rəylər əsasında iddiaçının payının naturada bölünməsinin mümkünlüyü qənaətinə gəlsələr də, payın ayrılması nəticəsində iddiaçının fərdi mülkiyyətini qeydə almalı olan orqan – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi kassasiya şikayətində bildirmişdir ki, sözügedən fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşir. Konstruktiv cəhətdən vahid olan tikilinin naturada bölünməsi mümkün olmadığından evə və torpaq sahəsinə dair bölgü-sxeminin tərtib edilməsi mümkün olmamışdır. Məhkəmələr 20.07.2018-ci il tarixli, 5583 saylı ekspert rəyinə istinadən evin naturada bölünməsinin mümkünlüyünü qeyd etsələr də yaşayış evi bir dam altında yerləşdiyindən və evin otaqları bir-birindən ortaq divarla ayrıldığından və digər şəxsə məxsus olan tikilinin üstündə yerləşdiyindən və birinci və ikinci mərtəbədə yerləşən tikililər eyni tikintialtı sahədə yerləşdiyindən müvafiq ünvanda əlavə tikinti və yenidənqurma işləri aparılmadan evin naturada ayrılması mümkün deyil. Müvafiq ekspert rəyində müvafiq ünvanda yenidənqurma işlərinin aparıldığı da qeyd edilmişdir. Bu səbəbdən də, mövcud qanunvericiliyin tələblərinə əsasən yaşayı ş evlərində əlavə tikinti inşa edilməsi və yenidənqurma işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanının razılığı tələb edilir. Bundan əlavə, müvafiq ekspert rəyində müvafiq fərdi yaşayış evinin ümumi sahəsi, yaşayış və yardımçı sahəsi daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlarla uyğunsuzluq təşkil edir....Qeyd olunan halların düzgün və qanunamüvafiq qaydada yenidən araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müvafiq mülki iş üzrə tərəf kimi cəlb edilməli və müvafiq ünvanda təkrar ekspertiza keçirilməlidir. Belə ki, ilkin ekspertiza daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından keçmiş tikililərə dair və texniki pasporta uğun keçirilməmiş və eks pert rəyində də ümumi sahənin, yaşayış sahəsinin və köməkçi sahələrin ölçüləri düzgün qeyd olunmamışdır.
41. Kollegiya kassatorun dəlillərini əsaslı sayır ona görə ki, payın ayrılması tələbinə baxılarkən ümumi mülkiyyət rejiminin mahiyyəti, habelə payın ayrılmasının xüsusiyyətləri nəzərə alınmalıdır.
42. Belə ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır (§ 24, 26).
43. Göründüyü kimi, ümumi mülkiyyət halında bir neçə mülkiyyət deyil, bir əşya üzərində bir mülkiyyət hüququ mövcud olur. Həmin hüquq isə iki və ya daha artıq şəxsdən ibarət ortaqlığa (ümumiliyə) aiddirsə birgə mülkiyyət, müvafiq paylarla birdən çox şəxsə məxsusdursa paylı mülkiyyətdir. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (§ 25).
44. Nəzərə alınmalıdır ki, vahid əşyanı (tamı) əmələ gətirən və ya onunla sıx bağlı olan hissələr əşyanın tərkib hissəsidir və əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisi hesab edilir (§ 23). Bu baxımdan əşyanın tərkib hissəsi ayrıca mülkiyyət predmeti sayılmır.
45. Qeyd edilənlər onu göstərir ki, ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir (tərkib) hissəsinin mülkiyyətçisi deyi l, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir.
46. Bu səbəbdən əşyanın tərkibinə daxil olan hissə(lər) hansısa pay sahibinin mülkiyyət hüququndakı payına uyğun gəlsə belə, həmin qismi tərkib hissə statusunu itirmədən, yəni ayrıca və müstəqil əşya halına gəlmədən fərdi mülkiyyət predmeti ola bilməz.
47. Ona görə də ümumi mülkiyyətdə olan daşınmaz əşyadan (fərdi yaşayış evindən) paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gələ bilməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə müstəqil yaşayış sahəsi kimi ayrılarsa müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtiblənmə si zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz.
48. Əgər həmin reyestrdə qeydə alınmış daşınmaz əşyanın sərhədləri nəzərə alınmaqla belə ayrılma texniki cəhətdən mümkün deyilsə, hətta bu mümkün olsa belə ayrılma əşyaya tənasübsüz surətdə zərər vurarsa və digər paydaşların hüququnu əhəmiyyətli şəkildə pozarsa ayrılmaya yol verilmir (§ 29).
49. Hazırkı işdə isə iddiaçının payının göstərilən şərtlər çərçivəsində ayrıla bilməsi, bunun üçün tərtib olunan bölgü planı üzrə ayrılan sahənin ümumilikdə qalan digər paydaşlara və əşyaya zərər verməməsi, habelə daşınmaz əmlakın dövlət reyestrində müstəqil ev kimi qeydiyyatının mümkünlüyü məhkəmələr tərəfindən lazımi şəkildə əsaslandırılmamışdır.
50. Ona görə də iş üzrə tərəflərin, o cümlədən ayrılan sahə üzrə müvafiq qeydiyy atı aparacaq orqan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin iştirakı ilə yuxarıda göstərilən xüsusatlar tam və hərtərəfli araşdırılmalı, zəruri olduqda həmin qurumun və digər aidiyyəti dövlət orqanlarının mütəxəssis rəyləri əsasında əlavə ekspertiza keçirilməli və nəticəsindən asılı olaraq iddia tələbi üzrə əsaslı qərar qəbul edilməlidir.
51. Bunun üçün apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti tam, xxnin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 10 iyun 2021-ci il tarixli qətnaməsi ləğv ed ilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.