Məhkəmə qərarları › İş №2(102)-6067/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6067/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6067/2022 26.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: kirayə müqaviləsinə dəyişiklik edilməsi, evdən istifadə hüququna xitam verilməsi tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti və Cavabdeh2 qarşı kirayə müqaviləsinə dəyişiklik edilməsi və evdən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1496/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı1 (bundan sonra – iddiaçı) ilə Cavabdeh2 (bundan sonra – cavabdeh) 2006cı ildə ailə həyatı qurmuş, 17 aprel 2007-ci il tarixdə isə rəsmi nikaha daxil olmuşlar.

2. Evləndikdən sonra tərəflər Gəncə şəhərində yerləşən X1 3 saylı yataqxanasında yaşamağa başlamışlar.

3. Tərəflərə 2014-cü ilin fevral ayında Gəncə şəhərində məcburi köçkünlər üçün yeni salınmış beşmərtəbəli 3 saylı binadan 2 otaql ı 5 saylı mənzili verilmiş və onlar həmin mənzildə yaşamağa başlamışlar.

4. Kəlbəcər Rayon Məhkəməsinin 14 yanvar 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur.

5. İddiaçı 3 avqust 2019-cu il tarixdə X5 adlı şəxslə nikaha daxil olmuş, onların birgə nikahından 6 mart 2020-ci il təvəllüdlü X4 adlı uşağı olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi təyinatlı yaşayış sahəsinə verilmiş 27 may 2014-cü il tarixli 3/5 nömrəli kirayə müqaviləsinə dəyişiklik edilməklə cavabdehin adının kirayəçinin yəni onun ailə üzvləri siyahısından çıxarılmaqla həmin yaşayış sahəsində istifadə hüququna xitam verilməsi və cavabdehə məxsus əşyaların həmin mənzildən çıxarılması b arədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, 27 may 2014-cü il tarixdə Dövlət Qaçkınkom ilə iddiaçının arasında xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə iddiaçı və cavabdehə iki otaqlı mənzil verilmişdir. Həmin müqavilədə cavabdeh iddiaçının ailə üzvü kimi qeyd olunmuşdur. Lakin aralarındakı nikah pozulduğuna görə cavabdeh artıq iddiaçının ailə üzvü hesab edilmir. Buna baxmayaraq cavabdeh hələ də mənzildən istifadə edir. İddiaçı yenidən evlənmiş, cavabdeh isə ərə getmişdir. Cavabdeh məcburi köçkün olmayan şəxslə ailə qurduğundan onun məcburi köçkün statusu ləğv edilmişdir. Cavabdeh uzun müddətdir ki, mənzilə yaşamır, kommunal xidmət haqqı ödəmi r. Lakin bəzən evə gəlib-gedərək, evin bir otağından istifadə etməklə iddiaçının bütün hüquqlarını pozur, onun kirayəçi kimi mənzildən normal istifadə etməyinə maneçilik törədir.

8. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 18 yanvar 2022-ci il tarixli, 2(043)-134/2022 nömrəli qətnaməsi ilə (hakim Zaur Hüseynov) iddia tələbi təmin olunmamışdır.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının göstərdiyi kimi cavabdehin başqa bir şəxslə rəsmi nikaha daxil olması müəyyən edilməmişdir. İddiaçı cavabdehin evdən istifadəyə olan ehtiyacının aradan qalxdığını, məcburi köçkün olmayan şəxslə ailə qurduğunu qeyd etsə də, bu hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdehin bəzi hallarda həmin mənzilə gəlib-getməsi onun mənzillə o lan əlaqəsini kəsmədiyini göstərir. Bundan başqa, iddiaçı cavabdehin uzun müddətdir ki, kommunal xidmət haqqı ödəmədiyini, yəni öhdəliklərini yerinə yetirmədiyini əsas gətirərək, mənzildən istifadə hüququna xitam verilməsini tələb etsə də, məhkəmə hesab etmişdir ki, qeyd edilən dəlillərlə iddiaçının belə bir tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur.

10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.2, 68.4, 82.4.1, 91.1.5, 99.1, 99.5 və 98.1-ci maddələrinə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 2 və 5-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi Köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”-nın 2.5, 2.7 və 4.1-ci bəndləri nə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, tərəflər hər ikisi ayrı-ayrılıqda nikaha daxil olmuşlar, hətta onların yeni evliliklərindən uşaqları da var. Belə olan halda cavabdehin iddiaçının yaşadığı mənzilə gəlib-getməsi yolverilməz haldır. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə gələcəkdə hər hansı bir cinayətin baş verməsinə şərait yaratmışdır. Həmçinin cavabdeh artıq məcbur köçkün statusu olan şəxs hesab olunmadığından onun sosial evdən istifadə etməsi də qanunsuzdur.

13. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 5 iyul 2022-ci il tarixli, 2(104)-1496/2022 nömrəli qətnaməsi ilə (hakimlər – İ.T.Həsənov (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə göstərmişdir ki, şikayətin dəlilləri formal mülahizə xarakteri daşımaqla əsassızdır, həmin dəlillər birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaqla düzgün hüquqi qiymət verilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1 7.2, 17.3, 68.1, 68.2, 68.4, 82.4.1, 98.1, 91.1.5, 99.1 və 99.5-ci maddələrinə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 5-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi Köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”-nın 2.5, 2.7 və 4.1-ci bəndlərinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Kassasiya şikayəti iddia ərizəsinə vçə apellyasiya şikayətinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, cavabdehin mübahisəli mənzildə mütəmadi olaraq yaşamaması, həmin mənzildən əsas yaşayış yeri kimi istifadə etməməsi ona dair hissədə müqavilənin ləğv edilərək dəyişdirilməsi üçün əsasdır. Məhkəmələr isə bu xüsusatlara qiymət verməmiş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə öz qətnaməsində tərəflərin övladları olduğunu və iddiaçının azyaşlı uşaqları ilə birlikdə mənzildə yaşamaq hüququnun olduğunu qeyd etmişdir. Lakin tərəflərin birgə nikahından övladları yoxdur, onlar daha sonradan ayrıayrılıqda yeni nikaha daxil olmuş və hər ikisinin ikinci nikahından övladları dünyaya gəlmişdir. Cavabdehin övladının adı X2r. Yəni iddiaçı həmin uşağın atası deyildir. Məhkəm əyə sübut qismində təqdim edilmiş Azərbaycan Respublikası Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısının Başlıbel Kənd İnzibati Ərazi üzrə nümayəndəsinin M/14 saylı, 19 fevral 2020-ci il tarixli arayışında cavabdehin nikaha daxil olduğu göstərilsə də, məhkəmə bu sübutu nəzərə almamış və qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

19. Maddə 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələ diyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu.

20. Maddə 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu.

21. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

22. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.

23. Maddə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsini n kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.

24. Maddə 82.4.1. Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə yol verilir.

25. Maddə 91.1.5. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri aiddir.

26. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.

27. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.

28. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

29. Maddə

2. Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Ermənistan Respublikasında və başqa dövlətlərdə aparılan etnik təmizləmə nəticəsində daimi yaşayış yerlərini tərk edib Azərbaycan Respublikasına gəlmiş və daimi məskunlaşmamış şəxslər məcburi k öçkünlərə bərabər tutulurlar.

30. Maddə

5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir.

31. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müv afiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 407.2 Kassasiya şikayətində işin hall arının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinn mövqeyi

40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalar ının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

41. Kassasiya şikayətində qeyd edilən dəlillər iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər apellyasiya məhkəməsi tərəfndən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, takrar qiymətləndirməyə zərurət görmür. Məhkəmə tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur.

42. Odur ki, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 05 iyul 2022-ci il tarixli qətnaməsi iddiaçının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1496/2022 nömrəli, 05 iyul 2022-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar