Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-607/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi X1, vəkili X3, Cavabdeh və nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-2784/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-753/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim T.H.Həsənov) İddiaçı Cavabdeh oğluna qarşı “torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” barədə iddiası rədd edilib. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-2784/2019 saylı qətnaməsi ilə (hakimlər A.A.Mahmudov sədrlik edən, məruzəçi, E.Ş.Hüseynov və V.İ.Məlikov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Zaqatala rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncuya məxsus Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin 2015-ci ilin aprel ayında yaz ılmış akta əsasən onunla cavabdeh arasında bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İdd iaçı nümayəndəsi İsmayıl Abdullayev və vəkili İkram Abdullayev kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh və nümayəndəsi XX məhkəmə iclasında iştirak etsələr də vəkillə birgə təmsil olunmadıqları üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPMnin 67.1-ci maddəsinin tələblərini izah etməklə onları məhkəmə iclasında dinləmədi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştira edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnamə si dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçının notarial qaydada təsdiqlənməsi tələb edilən əqdi tamamilə icra etməsinin, cavabdehin isə əqdi notarial qaydada təsdiqləməkdən boyun qaçırmasının mülki iş materilları ilə təsdiq edilməməsinə, bu səbəbdən də iddiaçının tələbinə əsasən əqdin etibarlı sayılması üçün qanuni əsasların olmamasına istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 336.1, 646.1, 6488.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, sonuncuya məxsus Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,12 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin 2015-ci ilin aprel ayında yazılmış akta əsasən onunla cavabdeh arasında bağlanmış hesab edilməsini iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə əsasən, əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 158.3 və 567-ci maddələrinin tələblərinə istinad edir və məhz həmin maddənin müddəalarına əsaslanmaqla cavabdeh tərəfindən ona verilmiş mübahisəli torpaq sahəsinə dair “iltizamın”alqı-satqı müqaviləsi kimi qəbul edilməsini tələb edir. Bununla bağlı olaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırki mübahisə üzrə cavabdeh tərəfindən verilmiş iltizam daşınmaz əmlaka dair bağlanmış ikitərəfli əqd kimi qəbul edilə və yuxarıda sadalanan maddələrin tələbləri hazırki mülki mübahisəyə tətbiq edilə bilməz. Apell yasiya instansiyası məhkəməsi hüquqi mövqeyini mülki qanunvericiliyin əqdlər və əqdlərdə təmsilçilik institutları ilə bağlı yanaşmasına uyğun hesab edir. Belə ki, Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Sadalanan maddələrin mənasına görə, hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri özündə ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Y azılı əqddə isə, ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Şərh olunan maddi hüquq normalarının tələblərini rəhbər tutmaqla apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş “iltizamda”kı iradə ifadəsi mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin zəruri şərtlərinə riayət edilməsi kimi qiymətləndirilə bilməz. Bundan əlavə, işə əlavə edilmiş xx xxxx 2019-cu il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən Zaqatal a rayonu, Muxax kəndində yerləşən 0,1037 ha torpaq sahəsi yalnız cavabdeh xx deyil, digər üç nəfərin, yəni xx, xx və xx ümumi birgə mülkiyyətlərindədir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi “iltizam”da isə yalnız Cavabdeh adı vardır, o, isə ümumiyyətlə “iltizam”a imza etməmişdir və ümumiyyətlə işdə, Cavabdeh mübahisəli torpaq sahəsini satmaq üçün iddiaçıdan həqiqətən 1.920.000 manat (AZM) pul almasını özündə ehtiva edən heç bir yazılı sübut yoxdur. Halbuki, Mülki Məcəllənin 567 və 650-ci maddələrinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda, “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasın ın x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında göstərilir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəl miş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblər ini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-2784/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-607/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-607/2020
11.02.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver