Məhkəmə qərarları › İş №2(102)-607/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-607/2023

17.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-607/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 və Cavabdeh2 İddiaçı oğluna qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın əvəzinə kompensasiya verilməsi və ya avtomobilin açıq hərracda satılması tələbinə, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3171/2021 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, mərhum X4 adına olan “Ford Tranzit” markalı **-MJ*** dövlət nömrə nişanlı avtomobildə övladları ilə birlikdə olan 8/10 hissə payının əvəzinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 16000 manat məbləğində kompensasiyanın ona ödənilməsini, belə bir razılıq olmadıqda isə həmin avtomobilin açıq hərracdan s atılaraq satış pulunun paylara mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək, ilkin iddia tələbinin təmin olunmaması, İddiaçı 49550 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Gədəbəy Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(042)-301/2021 nömrəli (hakim Marif Kazımov) qətnaməsi ilə ilk iddia tələbi və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi; Miras qoyan X5 məxsus “Ford Tranzit” markalı, **-MJ-*** dövlət nömrə nişanlı avtomobildən İddiaçı və onun azyaşlı uşaqlarına düşən 8\10 hissədə payın əvəzinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15200 manat kompensasiya olaraq alınıb İddiaçı verilməsi; İddiaçı 27225,10 (iyirmi yeddi min iki yüz iyirmi beş manat on qəpik) manat pul vəsaiti alınaraq Cavabdeh1 və Cavabdeh2 qaytarılması; İlk iddia tələbi və qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməsi; İlk iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 24 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ilk İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun 16 manatı İddiaçı alınaraq cavabdehlər X1 və Cavabdeh2 verilməsi; ödənilmiş dövlət rüsumunun qalan hissəsinin müvafiq olaraq iddiaçı və cavabdehlərə aid edilməsi qət olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat

4. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnaməni n ləğv olunması, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli 2(104)3171/2021 nömrəli (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev, Ədil Məmmədov) qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Gədəbəy Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(042)-301/2021 nömrəli qətnaməsinin qarşılıqlı iddia tələbi qismən təmin edilməsi hissəsində, yəni İddiaçı 27225,10 manat pul vəsaiti alınaraq Cavabdeh1 və Cavabdeh2 qaytarılması və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun 16 manatı İddiaçı alınaraq X2 və Cav abdeh2 verilməsi hissəsində ləğv edilməsi; Həmin hissədə qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 16 manat hissəsinin də qarşılıqlı iddiaçılara aid edilməsi qət olunmuşdur.

6. Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2021-ci il tarixli 2(104)-3171/2021 nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermiş, eyni zamanda kassasiya şikayətini həmin ərizəyə əlavə etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2022-ci il tarixli 2(104)3171/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, kassasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 müvafiq prosessual hərəkətlər etmək imkanı olmuş, lakin sonuncu prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində heç bir üzürlü səbəb olmadan bu imkandan istifadə etməmişdir. Sonuncu prosessual müddətin bərpası barədə ərizədə uşaqla bağlı aralarında mübahisənin olması, eləcədə İddiaçı uşaqları ilə gəlib onlarda yaşamasına ümüd etməsinı əsas gətirsədə, kollegiya hesab etmişdir ki, həmin əsaslar prosessual müddətin üzürlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

9. Cavabdeh1 (Vəkil2) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, kassasiya şikayəti verilməsi üçün buraxılmış müddəti n üzürlü hesab edilərək bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 133-cü maddəsini düzgün tətbiq etməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsində xəbəri olmamışdır. Həmin qətnamə üzrə aparılan məhkəmə proseslərinə iştirakı təmin edilməmişdir. Bu barədə cavabdehə məlumat verilməmişdir. Həmin məhkəmə qətnaməsi cavabdehə rəsmi qaydada göndərilməmişdir. Qətnaməni 3 sentyabr 2022-ci il tarixdə rəsmi qaydada əldə etmişdir. Bu səbəbdən də kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddəti üzürlü olaraq ötürmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsi

12. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

13. Maddə 405.0.1 Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

14. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır. Kassasiya baxışının hədləri

15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialları nda olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadından Cavabdeh1 kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğv olunmasını xahiş etdiyindən, qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə tərkibi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qərardad ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytar ılmalıdır.

18. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytararkən Gəncə Apellyasiya Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2(104)-3171/2021 nömrəli qətnaməsinin 27 oktyabr 2021-ci il tarixli müşayətedici məktubla Cavabdeh1 yaşadığı ünvana göndərildiyini və həmin ünvanda poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə 08 dekabr 2021-ci il tarixdə imza olunaraq qəbul edildiyini əsas göstərmişdir.

19. Kollegiya aşağıdakı səbəblərdən apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır.

20. Belə ki, iş materiallarından müəyyən olunur ki, mübahisələndirilən məhkəmə qətnaməsi Cavabdeh1 yaşayış yeri üzrə- Gədəbəy rayonu, Maarif kəndinə göndərilmiş və həmin qətnamə Mehdi adlı şəxsə təqdim edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi göstərilən nətic əyə gələrkən Cavabdeh1 adından xəbərnaməyə imza atmış Mehdi adlı şəxsin şəxsiyyətini müəyyən etməmiş, belə bir şəxsin göstərilən ünvanda yaşayıb-yaşamamasını dəqiqləşdirməmişdir.

22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarından həmin şəxsin kimliyini müəyyən etmək mümkün olmamış və Cavabdeh1 tərəfindən həmin şəxsə hər hansı səlahiyyətin verilməsi barədə etibarnamə iş materiallarında müəyyən edilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinə görə Cavabdeh1 25 oktyabr 2021-ci il tarixli qətnaməni 08 dekabr 2021-ci il tarixdə almasına baxmayaraq həmin məhkəmə aktından kassasiya şikayətini qanunda müəyyən olunmuş müddəti ötürməklə vermişdir.

24. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə görə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

25. Apellyasiya instansiyası məhkəməsi məhkəmə aktının göstərilən şəkildə Mehdi adlı şəxsə verilməsini qanunun tələblərinə uyğun hesab edərkən Azərbaycan Respublikası MPMnin 135.3-cü maddəsinin tələbini nəzərə almamışdır.

26. Qanunun həmin normasına görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyün də öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

27. Belə olan halda, kollegiya hesab edir ki, məhkəmə aktı Cavabdeh1 rəsmi qaydada təqdim olunmadığından, onun tərəfindən kassasiya şikayətinin verilmə müddətinin ötürülməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi əsaslı sayıla bilməz.

28. Kollegiya hesab edir ki, işə yenidən baxılarkən göstərilən hallar araşdırılmalı və nəticəsindən asılı olaraq prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsinə qiymət verilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gə ncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3171/2021 nömrəli, 31 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar